Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə20/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   16   17   18   19   20   21   22   23   ...   104

-Nad Mannada»
Kulturologiva cffektivli Naval va faallvvala aparan vol
• 
təlim və təhsilin təşkili;
• 
dini baxış kanonları və  hüquqi sistemlərin yaranması;
• 
incəsənət,  dini  ayin,  tibbi  fəaliyyət,  xarici  siyasət,  elmdən 
qabaqkı və s. institutların yaranması;
• 
metalurgiya,  tikinti,  istilik  texnikası,  dulusçuluq  istehsalı 
və iqtisadiyyatın digər sahələrinə  texnoloji proseslərin tətbiqi;
• 
ictimai  istehsalın  təşkili  və  idarə  edilməsinin  davamı  -  
kooperasiya, əməyin bölünməsi və ixtisaslaşma;
• 
gəmiqayırma  və  təkərli  ekipajların 
yayılması  hesabına 
daxili və beynəlxalq ünsiyyət vasitələrinin yaxşılaşdırılması;
• 
əməyin  ardıcıl  bölünməsi  -  əqli  əməyin  fizikidən, 
sənətkarlığın əkinçilikdən  ayrılması;
• 
ticarət və mübadilənin genişlənməsi;
• 
təcrübənin  toplanması,  möhkəmlənməsi  və  ötürülməsi, 
onun  fərdidən sosiala çevrilməsi;
• 
yenilikçi mədəniyyətin konservativ üzərində üstünlüyü.

ilk dini-ruhani inqilablar  - b.e.ə.II minilliyin sonu:
• 
Mərkəzi Asiya və Qafqazda  zərdüştlüyün təşəkkülü;
• 
Misirdə Exnatonun  dini islahatları;
• 
Babilistanda 
monoteizmin  yaranması  ilə  arxaik  dini 
təsəvvürlərin əsaslı şəkildə dəyişməsi və yeni dini sistemlərə keçid. 
Ф 
dəmir inqilabı -  b.e.ə.  I minillik
• 
bəşəriyyətin dəmiri kəşf və istifadə etməsi.
Ф 
intellektual  inqilab - 1 minilliyin ortası:
• 
arxaik  periodun  mifoloji  təsəvvürlərini  əvəz  edən,  fəlsəfə 
əsaslı ruhi mədəniyyətin  yüksək səviyyəsinin yaranması.
ф 
dini-ruhani  inqilablar -  b.e.ə.I minillik -  b.e.I minilliyi:
• 
buddizm;
• 
xristianlıq;
• 
islam 
m onoteizm ə keçidin sonu.
•  
elmi inqilab -  XVII əsr Avropada:
• 
elmin  sosial  institut  olaraq  təşəkkülü  və  müasir  elmin
əsaslarının yaranması.

sosial-mədəni  inqilablar  -   XVII  -   XX  əsrlər  Avropa  və 
Asiyada:
8 6
Fuad  Mammadov
Kulturologiva effektivli havat  va faalivvala aparan yol
• 
müasir 
dünyanın 
mühüm 
siyasi 
institutu 
olan, 
demokratiyanın əsasını qoyan, buıjua-demokratik i nqilablar.
ф 
iqtisadi inqilab -  XVIII əsrin sonu:
• 
İngiltərədə buxar mühərriklərinin ixtira edilməsi.
Ф 
təbiətşünaslıqda inqilab -  XIX əsrin sonu-XX əsrin əvvəli:
• 
fizika sahəsində nüvənin kəşfi.
Ф 
SSRİ-də mədəni inqilab -  XX əsr 20-30-cu illər:
• 
Sovet  İttifaqının  keçmiş  respublikalarında 
əhalinin 
savadsızlığının  aradan  qaldırılması,  ziyalı  kadrların  hazırlanması, 
elm, ali təhsil və incəsənətin  güclü potensialınm hazırlanması.
ф 
elmi-texniki inqilab XX əsr 50-ci illər:
• 
istehsal  gücünün  keyfiyyət  dəyişikliyində  elmin  aparıcı 
faktora çevrilməsi.
<$ 
texnoloji inqilab -  XX əsrin ikinci yansı:
• 
yüksək  texnologiyaların  yaradılmasında 
fundamental 
tədqiqatların  rolunun artması.
Ф 
informasiya inqilabı -  XX əsrin ikinci yansı:
• 
sənaye  cəmiyyətindən 
informasiyalı  cəmiyyətə  keçidin 
təzahürü  olaraq,  bəşəriyyətin  sosial  həyatının  və  elmi  əməyinin 
çeniş şəkildə  kompüterləşdirilməsi.
Ф 
qlobal sosial-mədəni inqilab -  XX-XXI əsrlər:
• 
müxtəlif xalqlann sivilizasiya və mədəniyyətlərinin sintezi, 
qarşılıqlı təsirinin artması;
• 
iqtisadiyyat,  siyasət,  təhsil,  incəsənət  və  ticarətdə 
inteqrasiya prosesləri;
• 
dünya  mədəniyyətindı  vahid  informasiya  mühitinin 
formalaşması;
• 
mədəni  rəngarəngliyin  saxlanması  və  yeni  translokal 
mədəniyyətlərin yaradılması;
• 
lokal  və  qlobal  problemlərin  həllində 
beynəlxalq 
əməkdaşlığın  artması.
İntellektual  tərəqqiyə  əsaslanan 
sosial-mədəni  nailiyyətlər 
mədəniyyətlərin 
yeni  tarixi  tipinin  formalaşmasına  təsir  edərək, 
dünya mədəniyyətinin gələcək tərəqqisinə zəmin yaratdı.
87


Fuad  M»mnıado’
-Kulturok>EİY« effektltll havat va faallvvau aparan vol
•Sivilizasiyalar
SİVİLİZASİYA ANLAYIŞI
Antik tarixi  konsepsiyalarda  mədəni  tərəqqi  ideyası  ana xətt  kimi 
keçirilməsinə  baxmayaraq,  bu  təkamül  sırasında 
sivilizasiyanın 
formalaşması  ilə  əlaqədar  olan 
sərhəd  dəqiq  qeyd  olunmurdu. 
“Sivijizasiya”  sözü,  “mədəniyyət”  sözü  kimi,  hələ  qədim  romalılar 
tərəfindən  işlənmişdir.  Onlar  barbarların  bəsit  həyat  tərzindən  üstün 
olan 
şəhər  həyat  tərzini  bu  terminlə  ifadə  edirdilər. Д -Kant, 
O.Şpenqler, 
A.Toynbi, 
M.Veber, 
F.Koneçnı, 
L.Qumilyov, 
L.Meçnikaov  və  digərləri  sivilizasiyanın  mahiyyətini  mədəniyyətdən 
fərqləndirən  əsas cəhətləri göstərmək üçün  müxtəlif mülahizələr irəli 
sürmüşlər.  Yaradıcı  və  qurucu  prosesi 
ifadə  edən 
mədəniyyət 
anlayışından  fərqli  olaraq, 
“sivilizasiya”  bəşər  tarixinin  müxtəlif 
mərhələlərinə  xas  olan  dağıdıcı  və  neqativ  prosesləri  də  özündə 
dialiktik  şəkildə  əks  etdirən  tarixi  sosial-mədəni  birlik  anlamında 
işlənir.'TKeçən  minilliklərin  sivilizasiya  zirvələrinə  aparan  tikanlı 
y o l l a f a l   qana  boyandığı  kimi,  indiki  sivil  dünyada  da  zorakılıq, 
qəddarlıq  və  dağıntılar 
mövcuddur.  Bununla  belə,  cəmiyyətin 
keyfiyyət 
vəziyyətini  və  daxilindəki  mədəniyyətlərin  tarixi 
inkişafindakı 
qeyri-bərabərliyi  əks  etdirən 
sivilizasiya,  tərəqqi 
yolunda  qabaqlama  tendensiyalı  hərəkəti  ilə  bəşəriyyətin  mədəni 
inkişaf  prosesinin bütövlüyünü sübut edir.
Sivilizasiya  sözünün  kökü  latın  mənşəlidir.  Latınca “civis”  sözü  - 
“vətəndaşlıq”,  “şəhər  əhalisi”,  “vətəndaşlar”,  “icma”  mənasını  verir. 
Bu  söz  avropa  elminə  və  ədəbiyyatına  XVIII  əsrdə,  ümumi  mədəni 
inkişaf  səviyyəsinin 
ifadəsi  kimi  daxil  olmuşdur.  O  zaman  bu 
anlayışa  davranış  normaları,  tərbiyə,  nəzakət  də  daxil  edildiyindən, 
indi  də  işlədilən  “sivil  insan”  ifadəsi  həmin  mənanı  saxlamaqdadır. 
XIX  əsrin  20-30-cu 
illərində  “sivilizasiya”  anlayışı  böyük  tarixi 
hadisələr,  xalqların  tarixi  nailiyyətləri,  insan  yaradıcılığının  sintetik 
ifadəsi olaraq tətbiq  edilirdi.Bu anlayışın  yayılması və təsdiq edilməsi 
üçün  fransız tarixçisi  F.Qizo,  eləcə də  H.Boklun  Avropa,  Fransa və 
İngilis  sivilizasiya  tarixinə  həsr  edilmiş  tədqiqatları  mühüm  rol 
oynamışdır.
8 8
Fuad  Mammadov
Kulturologiva effektİYİi haval va faalivvala aparan vol
XIX  əsrin 
əvvəllərində  F.Qizo  sivilizasiyanın  etno-tarixi 
konsepsiyasını  yaratmış  və  göstərməyə  çalışmışdır  ki,  real  həyatda 
insanların 
sosial-mədəni  nailiyyətlərinin 
cəmi  olan 
vahid 
ümumbəşəri  sivilizasiyalarla  yanaşı,  ayn-ayn 
ölkə,  region  və 
xalqların  etno-milli  nailiyyətlərini  əks  etdirən  lokal  sivilizasiyalar da 
mövcuddur.
Sivilizasiyaların  dövrləşdirilməsinə  yanaşmada  müxtəlif mövqe 
nümayiş  etdirən  alimlərdən  -  Q.B.F.Hegeli,  S.Solovyovu,  K.Marksı, 
K.Yaspersi,  M.Veberi,  P.Çaadayevi,  N.Berdyayevi,  R.Henonu, 
M.Petrovu və s. qeyd etmək olar.  Bunların arasında ən geniş yayılmışı 
K.Yaspersin  “məhvər  sivilizasiyaları”  konsepsiyasıdır  ki,  burada,  o, 
arxaik dövrün mifoloji təsəvvürünü  əvəz edib, fəlsəfənin üstünlüyünə 
əsaslanan 
yüksək  ruhi  mədəniyyətli  “məhvər”  sivilizasiyaların 
yaranma  tarixini  b.e.ə.I  minilliyin  ortasından  hesablanmasını  təklif 
edir.
SİVİLİZASİYALAR  HAQQINDA  TƏSƏVVÜRLƏRİN 
İN K İŞAFI
«  
XVIII əsr
© 
əxlaq  normaları,  tərbiyə  və  nəzakət  daxil  olmaqla,  mədəni 
inkişafin  ümumi səviyyəsini ifadə edirdi.
Ф 
XIX əsr
© 
böyük  tarixi  hadisələr,  xalqların  tarixi  nailiyyətləri,  insan 
yaradıcılığım ifadə edirdi;
© 
bütövlükdə  insanların  sosial-mədəni  nailiyyətlərinin  cəmi 
olan vahid bəşəri sivilizasiyasını ifadə edirdi.
© 
“mədəniyyət” termini ilə eyniləşdirilirdi,  insan birliyini ifadə 
edirdi;dünya mədəniyyəti vahid sivilizasiya kimi mənimsənilirdi;
© 
belə  bir  müddəa  qəbul  olunurdu  ki,  sivilizasiya  mədəni 
inkişafin  müəyyən  mərhələsində,  bəşəriyyətin  təkamülünün  keyfiyyət 
göstəricisi kimi formalaşmışdır;
© 
ayn-ayn  ölkə,  xalq  və  regionlann  sosial-mədəni  inkişafının 
səviyyə  və  formasını,  etno-mədəni  nailiyyət  və  xüsusiyyətlərini  ifadə 
edən  “etno-tarixi” sivilizasiya konsepsiyası qəbul edilmişdi.
Ф 
XX əsr
89


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə