Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə16/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   12   13   14   15   16   17   18   19   ...   104

Fu»d Mam roadov
Кч]ЩГрк>г Ь »  t i TtktMi hayat v? Г»аНууэ|э_арарш  И.1
•  Qanunvericiliyin  effektivliyi, 
mövcud  qanunlann  real 
gözlənilən  sosial  nəticələrə  uyğunluğu,  əhalinin  qanunlann 
icrasına şüurlu hazırlığı.
H üquqi intizam
 vətəndaşlann hüquqi  əqidəsinin  rəsmi hüquq 
normalanna  uyğunluğunu tələb edir.
C əm iyyətin  hüquqi  sistem i
  çox  halda hüquq  elminin  yaradıcı 
nailiyyətləri  və  siyasi-hüquqi  fikrin  inkişaf  səviyyəsindən, 
əhalinin  dəyişən  daxili  və  xarici  tələbatlanna,  eləcə  də  hüquqi 
təhsil 
və  maarif  səviyyəsinə  uyğun 
dövlət  və  hüquq 
nəzəriyyəsindən  asılıdır.  Cəmiyyətin  ümumi  mədəniyyəti  kimi, 
hüquq
 
mədəniyyəti 
də 
qiymətləndirmə 
meyarlan 
və 
prinsiplərindən  asılı  olaraq, 
y u x a n ,  orta,  aşağı
  kimi 
təfsir  edilə 
bı'/ar.Yüksək hüquq mədəniyyəti, hüquqi göstərişlərin gərəkliliyi 
və  məntiqi,  ədalətliliyi  və  səmərəliliyinin  dərk  edilməsi  hüquqi 
biliklərin əqidəyə çevrilməsinə yardım edir.
D em okratik  dövlətlərdə
  dövlətlə  hüquq  arasında  hüquq 
prioritet  sayılır. 
Q anunun  aliliyi
  hamı  üçün,  ilk  növbədə  dövlət 
orqanları  üçün 
başlıca  prinsipə  çevrilir.  Hüquq  və  hüquqi 
normalar şəxsiyyətin  yüksək  hüquqi  statusunu,  insanın  ayrılmaz 
hüquqlarını,  dövlət  və  sosial  idarəetmədə 
demokratik 
metodların həyata  keçməsini təmin edir.
Demokratiyanın 
hüquq  m ədəniyyəti  əlamətlərinə,
 
hüquqi 
münasibətlərdə  olan  subyektlərin  hüquq  və  vəzifələrinin 
balanslığı  və  ekvivalenti  olaraq, bərabərlik, azadlıq və ədalət aid 
edilir.
Vətəndaş 
cəm iyyətinin 
hüquq 
m ədəniyyəti
 
qanunlann 
keyfiyyətini,  sosial  hüquq  intizamının  stabilliyini,  dövlət  və 
hökumət  qarşısında  vətəndaşlann  öz  hüquq  və  vəzifələrini 
bilmələrini,  qanun  və  hüquqa  xalqın  dəyər  göstəriciləri 
baxımından  hörmətini,hüquqi  əsaslandırmalarla  və  savadlı  nitq 
bacanğını  tələb  edir.  O,  həmçinin  azadlıq,  başqalanna  hörmət, 
öz  sözünə,  əməlinə  və  öhdəsinə  götürdüyü  işlərə  şəxsi 
məsuliyyətini,  insanlarda 
ədalət  və  qanunçuluq  hissinin 
tərbiyəsini  nəzərdə  tutur.Bu  prosesdə  peşəkar  hüquqi  təhsillə 
yanaşı,  kütləvi  informasiya  vasitələri  və  bədii  ədəbiyyat  da 
mühüm rol oynayır.
70
Fqad
Kulturologlva effektivli havat va faalivvata aparan yol
Demokratiyanın  hüquq  mədəniyyətinin  effektivliyi
  aşağıdakı 
şərtlərlə müəyyənləşdiririk:
•  Hakimiyyətin müxtəlif qanadlarına  qarşılıqlı nəzarət  tələb edən 
demokratik sistemin  mövcudluğunu.
•  Hakimiyyət və cəmiyyət arasında  münasibətləri tənzimləyən  və 
aşağıdakı  vəzifələri  yerinə  yetirən  ambusman  institutunun 
mövcudluğunu:
Ф  vətəndaşlann  hüquq müdafiəsi, ərizə və şikayətlərinə baxılması;
Ф  illik və xüsusi məruzələrin hazırlanması;
Ф 
insanlann 
hüquq 
müdafiəsi 
üzrə 
qanunvericiliyin 
təkmilləşdirilməsinə 
yardım;
Ф  vətəndaşlann 
hüquqi  təhsili  ,  maariflənməsi  və  inkişafına 
yardım.
Demokkratik  dəyər  və  prinsiplər  əsaslanan  effektiv  sosial  və 
dövlət  idarəçiliyi  bir  sıra  hüquqi,  etik  və  idarəetmə  mədələlərinin 
həllini tələb edir:
□  vətəndaşlar  və  qanunun  aliliyini  təmin  etməli  olan  vəzifəli 
adamlar 
tərəfindən 
qanunvericiliyin 
və  qanunlan  icra 
mədəniyyətinin  daim təkmilləşdirilməsi;
□  inzibati  və  siyasi 
baza  sənədlərinin 
şəffaflığı  və  onlann 
idarəetmə sistemində  düzgün istifadəsi;
□  ədalətsizlik,  hakimiyyətdən  sui-istifadə  etmə,  vəzifəli  adamlar 
tərəfindən  proteksionizm, monopolizm və korrupsiya  hallarının 
aradan  qaldırılması,  paylama  münasibətləri  mədəniyyətinin 
inkişaf etdirilməsi;
□  ölkə  vətəndaşları,  eləcə  də  dövlət  strukturları  və  vətəndaşlar 
arasında 
ziddiyyətlər,  konflikt  və  mübahisələrin  ambusman 
institutu  vasitəsi  ilə  hüquqi  və  etik  tənzinlənməsinin  yüksək 
mədəniyyəti;
□  dövlət  quruculuğu  və  idarəçiliyi  proseslərinin  effektivliyinin 
ictimai monitorinqi proqramlarının işlənməsi və tətbiqi;
□  məmurlar  və  əhali  üçün 
demokratiya,  sülh  və  vətəndaş 
cəmiyyəti,  hüquqi,  etik,  idarəetmə,  istehsal,  məişət  və  gender
71


Fuad  Mammadov
Kullurologiva effektivli haval va faaliyyjta aparan  vol
mədəniyyəti  üzrə 
daim  fəaliyyət  göstərən 
kulturoloji 
maarifləmdirmənin təşkili.
HÜQUQ VƏ ƏXLAQ
Insanin  ən  mühüm  mədənilik  göstəriciləri 
m ütəşəkkillik  və 
m ənəviyyatdır.
  Bu göstəricilərdə, digər xarakteristikalarla birlikdə,ruhi 
mədəniyyətin  .  ictimai  münasibətlərin 
formalaşdmlmasına 
təsir 
göstərən institutlardan 
hüquq və əxlaq
 da öz əlsini tapmışdır.
İnsanın  həyat  və  fəaliyyətinin,  maddi  maraq  vasitəsi  ilə  həyata 
keçirilən  iqtisadi  tənzimlənmələrdən  fərqli  olan,  hüquq  və  əxlaq 
ictimai  fikrin  təsiri və dövlət məcburiyyəti  gücü ilə həyata keçirilir.
İnsan  mədəniyyətinin  tərkib  hissəsi  və  səmiyyətin  insana  təsir 
vasitəsi  kimi,  hüquq  və  əxlaq  müxtəlif  vasitələrlə  ümumi  sosial 
funksiyanı  yerinə  yetirir -  insanların  sosial  davranışım  tənzimləyir və 
ona  nəzarət  edir.  Bu  halda  onlar  öz  vəzifələrini  müxtəlif vasitələrlə 
yerinə  yetirir  :  birinci  halda 
m əcburiyyət  vasitələri
,  ikincidə  - 
cəm iyyətin  m ənəvi  təsir  vasitələri  ilə,
  ictimai  rəy,  insanın  şəxsi 
əqidəsinin  gücü  ilə.  Hüquq 
dövlətin,  sosial  sərəncam   xarakterli, 
rəsm i  elan  olunan  normalarıdır,
  əxlaq  isə, 
ictimai  şüurda yaşayan, 
daxili kateqoriyadır.
İnsanın  ruhi  tələblər  anlayışım 
düzgün  başa  düşməsi  və  real 
həyatda 
onlara 
əməl  etməsi, 
şəxsiyyətin 
mənəvi  nüfuzunun 
formalaşmasını  təmin  edir. 
Ədəb
  -   insan  əməlləri  haqda  ümumi 
təsəvvürlərə  əsaslanan  və  cəmiyyətdə  qəbul  edilən  insan  davranışı 
normalarıdır.  İnsan  davranışının 
mənəvi  dəyər  və  motivlərinin, 
vəzifə,  əməl  və  məsuliyyətinin  əsasında,  həyatın  məna  və  məqsədi 
haqda  təsəvvürləri  durur. 
İnsanın  ruhi  şüuru
  -   onun  ailə  və  yaşadığı 
sosial  mühitdə  aldığı  mədəni  tərbiyənin  məhsulu  olan  əqidə,  hiss, 
meyllər  və  vicdanıdır.  İnsanın  ruhi  mədəniyyəti 
maraqların 
toqquşduğu  zaman  meydana  çıxır.  İnsanın  ədəbliliyi  özünü  insan 
ləyaqətinə  hörmətdə,  duyğulu,  mülayim,  xeyirxah  və  qayğıkeş 
olmaqda göstərir.
H üquq  və  əxlaq
 -  tarixi  hadisə  olmaqla,  cəmiyyətin  sosial-mədəni, 
iqtisadi  və  siyasi  təsirlərinə  uyğun  dəyişir.  Dünya  mədəniyyətinin 
inkişaf  tarixi  göstərir  ki,  insanın  bioloji  xarakteri  və  həyat  forması
72
Fuad  Məmmədov
Kulturologıva effektivli hovat vo foalivvoto aparan vol
ardıcıl olaraq insaniləşir, vəhşilikdən ruhi tərəqqiyə qədər  qabaqlayıcı 
hərəkət  edir.  İnsan  əxlaqının  humanistləşməsi  tarixi  onun  atavizm, 
hannibalizm,  qəddarlıq,  mədəniyyətlərarası  obyektiv  və  subyektiv 
ziddiyyətlərin  aradan qaldırılmasında,  bərabərlik və ədalətin  təsdiqi, 
şəxsiyyətə hörmətdə ifadə olunur.
Feodalizm və ilkin kapitalizm  cəmiyyətində bərabərlik eyni  zümrə 
və  ya  eyni  sinfi  mədəniyyət  tipi  daxilində  başa  düşülürdü.  Bu, 
davranış  və  siyasətdə  ikili  əxlaq  və  ikili  standartların  yaranmasına 
səbəb olaraq, insanı cəmiyyətdən аул salmışdır. Demokratik quruluşlu 
cəmiyyətlərdə  bu  tendensiyanın  qarşısı  tədricən  alınır.  Həm  əxlaq, 
həm  də  hüquq,  sabit  normalar  (qayda  və  cərəncamlar)  baxımından, 
ədalət  və  mütləq  olan  haqda  xalqın  iradəsini  və  onun  ümumbəşəri 
təsəvvürlərini  ifadə  edir.  Burada,  insanın  hüquq  və  azadlıqlarının 
müdafiəsi, əhalinin şüurluluğu və sosial  fəallığının artımı demokratiya 
mədəniyyətinin inkişaf faktorlarından biri kimi çıxış edir.
Adamların  maraq  və  tələbatlarının 
obyektiv 
mövcudluğuna 
əsaslanan  sosial-mədəni  fəaliyyət  də,  ətraf  aləmi  dəyişməyə  imkan 
verən,  iradə  azadlığını  nəzərdə  tutur. 
İradə  azadlığı
  həm  seçim 
azadlığını,  həm  də 
demokratik  cəmiyyətdə  insanın  məsuliyyətini 
müəyyən  edir.  Bu  baxımdan,  təbiət  və  cəmiyyətlə  həmahəng  olan 
şəxsiyyətin  insanlıq və müdriklik səviyyəsini  səciyyələndirən, yüksək 
ağıl,  hiss  və  davranış  mədəniyyətini  formalaşdırmaq  demokratik 
dövlətlərin  mühüm  sosial  və  siyasi  vəzifəsi  olur.  Şəxsiyyətin  yüksək 
mədəniyyətinin formalaşdırılması zamanı  qabaqlayıcı sosial  tərəqqini 
təmin  edən,  həyat  fəaliyyəti  texnologiyalarının 
təkmilləşməsinə 
ekspert 
yardımı,  dövlət  siyasətinə  isə  praktik  təsir  göstərmək 
qabiliyyətinə  malik  ziyalılam  rolu  hədsiz  dərəcədə  artır.  Əlverişli 
sosial-mədəni  mühitə 
malik 
cəmiyyətlərdə,  icbariliyin  tədricən 
insanın  ruhi  vəzifəsinə  keçməsi  üçün,  ruhi  tələbat  və  sosial  ədalətin 
həyat qanununa çevrilm əsi
  ücün  geniş imkanlar açılır.
Ayn-aynlıqda  hüquq 
və  əxlaq  daxilində,  eləcə  də 
birlikdə, 
hüquqla əxlaq arasında elə 
obyektiv  və subyektiv ziddiyyətlər ola  bilər 
ki,  qanun  və  onun  praktik  icrası,  vicdan  və  rəsmi  əxlaqın  tələbləri, 
vicdan və hüquqi qanunlar, eləcə də milli və bəşəri dəyərlər arasındakı 
ziddiyyətlərlə  şərtlənsin.  Bu  ziddiyyətlərin  aradan  qaldırılması 
cəmiyyətin  daxili  mədəniyyət səviyyəsi  və  düzgün elmi  yanaşmadan
73


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə