Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə19/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   15   16   17   18   19   20   21   22   ...   104

Kuad Mammado’
Kulturologiva effekllvli hovat  va faallvvata aparan vol
>  Sosialist mədəniyyəti
>  Sovet mədəniyyəti
»  Kommunist mədəniyyəti
»■  Totalitar mədəniyyət
»  Aliqarx mədəniyyəti
>  Avtoritar mədəniyyət
>  Demokratik mədəniyyət
>  Vətəndaş cəmiyyəti mədəniyyəti
»  Antik mədəniyyət
>  Absolyutizm mədəniyyəti
^  İntibah mədəniiyyəti
>  Maarifçilik mədəniyyəti
»  Bürqer mədəniyyəti
• 
Mədəni tərəqqi və mədəni inqilablar 
MƏDƏNİ TƏRƏQQİ VƏ MƏDƏNİ TƏNƏZZÜL
Bəşəriyyətin  sosial-mədəni  inkişafının  tarixi  prosesi  dialektik 
ziddiyyətlərlə  səciyyələnir  və  mədəni  tərəqqi  və  mədəni  tənəzzül 
hadisələrinin  məcmuu  kimi  çıxış  edərək,  konkret  cəmiyyət  və  ya 
sivilizasiyanın proqressiv inkişaf sürətini müəyyənləşdirir.
M ədəni 
tərəqqi
 
nisbətən  kamildən  daha  kamilə  doğru 
istiqamətlənən  inkişaf  prosesidir.  Mədəni  tərəqqinin  səviyyəsi 
yaradılan  mədəni  dəyərlərin  kəmiyyət  və  keyfiyyəti,  onların  yayılma 
miqyasları  və  cəmiyyətdə  onların 
mənimsənilmə  dərinliyi  ilə 
ölçülür.Tərəqqinin  vəziyyətini 
həm  mədəniyyətin  ümumi  sistemi, 
həm  də  onun  ayn-ayn  alt  sistemləri  səciyyələndirir.  Mədəniyyətin 
ümumi  tərəqqisi  onun  ayn-ayrı  sahələrinin 
geriləməsi,  hətta 
tənəzzülü  ilə  müşayiət  oluna bilər ki,  bu da təbii  prosesin  dialektik 
xarakteri  ilə  izah  olunur.  Mədəni  proses,  tarixən,  insanın  intellektual 
fəaliyyəti,  inkişafı  və  nəticələrin  istehsalın  artırılması  ücün  istifadə 
edilməsində  özünü  göstərir.  Bunu  insanın  effektiv  eneıji  mənbəyi 
axtarışı  sahəsində  qazandığı  tarixi  uğurların  nümunəsində  aydın 
görmək  olar:  insan  eneıjisi  -  heyvan  eneıjisi-  su  eneıjisi  -  külək 
eneıjisi-  faydalı  qazıntılarv  eneıjisi - atom eneıjisi - günəş eneıjisi.
82
Fuad  Mammadov
Kulturologiva effektiv» hayat  vj faalivvat» aparan  vol
M ədəni  tənəzzül
  təşkilat  səviyyəsinin  yuxandan  aşağıya  doğru 
deqradasiyası,  enmə  səviyyəsi,  öz  dövrünü 
yaşamış  forma  və 
strukturlara  qayıdış  prosesi  kimi  səciyyələnir.  Mədəni  tənəzzülün 
klassik  nümunəsi  kimi,  yazı  sisteminin  itməsi  ilə  müşayiət  olunan 
Hindistan 
happar, 
Yunanıstanda  krito-migen 
kimi 
qədim
sivilizasiyalann  çökməsini  nümunə  göstərmək  olar.  Belə  bir 
vəziyyətdə  xüsusilə  sabit  və 
regenerasiya  qabiliyyətli  icmalann 
müəyyən mədəni  varislik əlamətlərini  saxlaması  üçün  əlverişli  şərait 
yaranır.
“Mədəni  tərəqqi”, 
“mədəniyyət  böhranı”, 
“mədəniyyətin
tənəzzülü”,  “mədəni  inkişafin  qeyri-bərabərliyi”  kimi  anlayışlarla 
bərabər,  kulturologiyada  “mədəniyyətliliyin  aşağı  həddi”  ifadəsi  də 
mövcuddur.  Bu,  insanın  həyata,  onun  gündəlik  formalarına  passiv 
müşahidəçi 
kimi  uyğunlaşmasıdır.  Amma  mədəniyyətin  hüquqi 
mahiyyəti  həyat,  inkişaf  və  sosial  tərəqqi  naminə  insanın  yaradıcı 
qabiliyyətlərini  reallaşdıran  qurucu fəaliyyətidir.  Qurucu  fəaliyyət  və 
mədəni mübadilə olmadan  o məhv olur.
ANTİK DÜNYADA MƏDƏNİ TƏRƏQQİYƏ ÜÇ YANAŞMA
Mədəni 
tərəqqi 
ideyaları 
antik 
dövrün 
avripa 
tarixi 
konsepsiyalarında  müxtəlif cür  əks olunmuşdur.
Birinci yanaşm a
 bizim eradan əvvəl  birinci minilliyin  əvvəlinə aid 
edilən,  hüquq  qaydalarının  dağıldığı  ibtidai  demokratizm  dövründə 
qədim  yunan  mifoloji  təfəkkürü  üçün  səciyyəvi  olan  ,  bəşəriyyətin 
mədəni inkişafının yaxşıdan pisə  enməsi  təsəvvürü idi.
Belə ki, Hesiod  bəşər tarixini, bir-birini  ardıcıl əvəz edən, beş əsrə 
bölür  :  qızıl,  gümüş, mis,  qəhrəmani  və dəmir.  Hesiodun  düşüncəsinə 
görə  bu, 
əks  işarəli  təkamül
  olaraq,  insanların  mənən  pozulması, 
pozğunlaşması və tədricən pisləşməsidir.
1  minilliyin  ortasında  Yunanıstanda  yaranmış 
stientist  təfəkkürün 
inkişafi  ilə  əlaqədar  olan  ikinci  yanaşma, 
bəşəriyyətin  birbaşa 
tərəqqisi  prinsipi
  üzərində  qurularaq,  bədbin  mənzərəni  optimizmlə 
əvəz edir.
Ф  Biz  belə  fəlsəfi  baxışı,  bəsitlikdən,  Prometeyin  insan  övladma 
öyrətdiyi, sənət və elmə doğru inkişaf prosesini  Esxilin “Zəncirlənmiş
83


h u ad  Mommado»
Kulmrologiya tfftk li'li h w at  va fw liw at? aparan vol
Prometey”-ində  görürük.  Burada 
ilahi  mənşəli  m ədəni  qəhrəman 
mədəni dəyişikliklərin yaradıcısı kimi çıxış edir.
*   “İnsan cəmiyyətinin ilkin vəziyyəti haqqında” əsərində, 
mədəni 
nem ətləri 
allah  və  qəhrəm anların  bəxşişi
  adlandıran  Protaqordan 
sonra,  insan  mədəniyyətinin  təkamülünə  belə  bir  baxış,  Platon 
fəlsəfəsində də özünü göstərir.
Ü çüncü  yanaşm a,
  e.ə.  I  minilliyin  ortalarında  mədəni  tərəqqini 
insanın  özünün 
yaradıcılığı
 
kimi  nəzərdən  keçirən 
ziddiyyətli 
baxışları əks etdirir.
ф  E.ə.V  əsrdə  Ksenofon 
iddia  edirdi  ki, 
allahlar  insanlara 
başlanğıcdan  heç  nə  anlatmır,  insanlar  yaxşı  olanı  tədricən  axtaranb 
tapırlar.
ф  Bu  ideya  qədim  yunan  filosofu,  qədim  dünyanın  dahi 
materialisti 
Demokritin 
fəlsəfəsində  öz  ardıcıl  inkişafını 
tapmışdır.Ümumilik  kosmos  və  insan  tarixini  nəzərdən  keçirən 
D em okrit  zəruri  ehtiyac  və  tələbatı 
ictim ai  inkişafın 
başlıca 
hərəkətverici qüvvəsi  hesab edirdi.
Demokritin,  vəhşi  dövrdən  onun  müasiri  olduğu  həyat  tərzinə 
qədər,  insan  təkamülünə  aid  baxışları  tarixçi  Diodor  tərəfindən  şərh 
edilmiş,  sonralar  isə  Lukretsi  Karın  “Şeylərin  təbiəti  haqqında” 
əsərində  öz  parlaq  ifadəsini  tapmışdır.  Bu  məşhur  əsərdə  zooqoniya 
və  antropoqoniyadan  sonra,  ibtidai  insanın  həyatı  və  mədəniyyətinin 
mühüm  təzahürləri  olan -  dil,  hüquq  və dinin mənşəyi  bütün təfsilatı 
ilə səciyyələndirilmişdir.
SOSİAL -  MƏDƏNİ  İNQİLABLAR
intellektual və m ənəvi yen iliklərə əsaslanır
Qeyri-bərabər  inkişafın 
fasiləsiz  dialektikası 
olan 
mədəni 
təkamül  prosesində  bəşəriyyətin  tarixi  taleyinə  mahiyyət  və 
əhəmiyyətcə  təsir  göstərən  bir  çox 
m ədəni  inqilablar
  baş  verir. 
Qlobal  (minillik)  regional  və  ya  lokal  səciyyə  daşıyan  bu  inqilablar, 
hər  şeydən  əvvəl, 
ideoloji,  m aarifçilik  və  texnoloji  xarakterli 
məsələlər  qoyur  və  həll  edir.  Bunlara  -  milli  maraqlara  və  zamanın
84
Fuad  Mommodov
Kulturoloeiva effektivli haval  va faalivvala aparan vol
tələblərinə 
cavab  verən,  dünya  mədəni 
təcrübəsini, 
təhsil 
şəbəkəsinin  inkişafım,  xalq  kütləsinin  tərbiyəsi  və  maariflənməsini 
nəzərə  alan,  şəxsiyyətin  elmi  dünyagötüşünün  formalaşdınlmasına, 
elm,  texnika  və  texnologiyanın  tərəqqisinə  şərait  yaradan,  iqtisadi 
çiçəklənməni  və  cəmiyyətin  rifahını  təmin  edən  yeni  ideologiyanın 
formalaşdırılması  aiddir.  Bu  vəzifələrin  yerinə  yetirilməsi  dövlət 
tərəfindən uyğun hüquqi sənədlər, təşkilati tədbirlər və maddi  şərtlərlə 
təmin edilir. Onların, bu və ya digər formada, insan şüuru, intellekti və 
dühasının  məhsulu  olması,  mədəni  inqilabların  əsas  xüsusiyyətidir. 
Dünya  mədəniyyət  tarixinə,  bu  və  ya  digər  intellektual  və  mənəvi 
yeniliklərə  əsaslanan, 
paleolitik,  aqrar,  intellektual,  dini-ruhani, 
iqtisadi,  elmi-texniki və digər inqilablar məlumdur
ф  paleolitik inqilab  - 50-40 min il əvvəl:
•  antropogenezdən  sosiogenezə  keçid  və  “Homo  Sapiens”  tipli 
insanın yaranması.
$   aqrar (neolitik) inqilab -  b.e.ə.8-5-min il əvvəl: 
yeyinti  məhsullarının  istehsalı  və  yığıcılıqdan 
istehsal 
iqtisadiyyatına keçid;
• 
təsərrüfat  və  sosial  təşkilatçılıq  və  idarəetmə  təcrübəsinin 
toplanması;
• 
elm rüşeymlərinin sosial institut kimi formalaşması;
• 
dəyişən  sosial-siyasi 
şəraiti  əks  etdirən, 
yeni  ideoloji 
qanunların  formalaşması;
• 
mədəniyyətin  epoxal  tipini  ifadə  edən,  bəşəri  inkişafda 
keyfiyyətcə  yeni  mərhələnin  tarixi  qanunauyğunluğu  olan, 
sivilizasiyanın  yaranmasına  gətirib  çıxaran,  fəal  kulturogenez 
prosesinin başlanması.
qlobal sosial-mədəni inqilab -  b.e.ə.IV-III min illik:
• 
bəşəriyyətin ilk sivilizasiyalarının yaranması;
• 
dünya  mədəniyyətinin  qızıl  fonduna  daxil  olmuş  Şumer. 
Misir, Çin, hind və s. sivilizasiyalarda yazı sisteminin yaranması;
• 
informasiya və yazının  inkişafı və yazılması;
• 
sosial  mədəniyyət  institutlarından 
sinifli  cəmiyyət  və 
dövlətin yaranması;
• 
hakimiyyətin  institutlaşdınlması  və  sosial  iyerarxiyaya 
əsaslanan dövlət idarəçiliyi sisteminin yaranması;
85


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə