Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə21/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

 
 
 
63 
 
 
 
 
 
 
 
 
 
         
 
                Brilyant  tac     
          
 
    Doktor  Uotsonun  yenidən  Şerlok  Holmsın  iş  otağında  olması  
ona  xoş  təsir  bağışlayırdı,  çünki  bütün  naməlum  macəraların 
aydınlaşdırılması  buradan  başlayırdı.  Uotson  əvvəlcə  ətrafına 
nəzər saldı, amma heç kəsi görə bilmədi. Nəhayət, geri dönəndə 
Billinin  gülümsəyən  sifəti  ilə  qarşılaşdı.  Billi  gənc  olsa  da,  çox 
ağıllı  oğlan  idi.  Tənha  olduğunu  unutmaq  üçün  Holmsa  kömək 
edirdi. 
-  Burada  heç  bir  dəyişiklik  yoxdur,  Billi,  siz  də  heç 
dəyişilməmisiniz. Əminəm ki, siz də onun haqqında mənim kimi 
düşünürsünüz. 
    Billi narahat  halda yataq otağının qapısını araladı. 
-  O, yatır,- dedi. 
    Gözəl yay günlərinin biri idi; axşam saat yeddi olardı. Doktor 
Uotson bir az əvvəl  eşitdiyi  sözlərə o qədər də təəccüblənmədi. 
Şerlok Holms çətin işləri araşdıranda gecəni gündüzə qatardı. 
-    Belə  çıxır    ki,  o,  yenə  də  çətin  məsələlər  üzərində  işləyir?- 
Uotson Billidən soruşdu. 


 
 
 
64 
-    Bəli,  cənab,  onun  işləri  olduqca  ağırdır,  mən  onun  sağlamlığı 
üçün  qorxuram.  O,  heç  bir  şey  yemir,  günü-gündən  zəifləyir. 
Handson ondan nə  vaxt nahar edəcəyini soruşanda  Holms belə 
dedi: 
-  Birisi  gün,  8-in  yarısında.  Dünən  bütün  günü  yoxsul  bir 
paltarda gəzib, bu gün isə yaşlı qadın donu geyinib. 
    Billi  otağın  qaranlıq  küncündə  qoyulmuş  stolun  yanına  getdi. 
Onun  üzərində  qoyulmuş  qadın  şlyapasını  götürüb  Uotsona 
göstərdi.  Bu  yaşlı  qadın  donunun  bir  hissəsidir.  O,  kimisə 
izləyirdi. 
-   Bu şeylər haqqında bir fikir söyləyə bilərsən? 
-  Mən  sənə  danışacağam,  cənab,  amma  bu  barədə  heç  kəs 
bilməməlidir.  –  Billi  yavaşca  danışmağa  başladı.-  Bu,  Brilyant 
tac məsələsidir. 
-  Hansını  deyirsən?  Milli  muzeydən  oğurlanan  yüz  min  funt 
sterlinq qiymətində olan o brilyantı? 
-    Bəli,  cənab,  onlar  bunu  geri  qaytarmağa  çalışırlar.  Baş  nazir 
özü Şerlok Holmsla danışmağa gəlmişdi. Cənab Holms bacardığı 
hər şeyi etməyə söz verdi. 
-  Yaxşı, əminik ki, o, bu işi başa çatdıracaq. Hə, Billi, mənə de 
görüm niyə pərdəni pəncərənin qabağında kənara çəkməmisiniz? 
    Billi  pəncərəyə  tərəf  yeridi.  Pərdəni  pəncərənin  qarşısından 
kənara  çəkdi.  Doktor  Uotson  təəccüblə  qışqırdı.  Pərdə  ilə 
pəncərənin  arasında  yerləşən  böyük  kresloda  sifəti  və  əyin-başı 
Şerlok Holmsa bənzəyən bir müqəvva oturmuşdu. 
-  Siz buradan çöl-bayırı və küçəni görə bilərsiniz, - Billi dedi. O, 
pəncərəyə  yaxınlaşdı.  –  Baxın,  indi  bu  evin  pəncərəsi  önündə 
kimsə var. 
   Uotson  bir  addım  irəli  gəldi;  bu  vaxt  yataq  otağının  qapısı 
açıldı və Holms otağa daxil oldu. O, bir söz demədən pəncərəyə 
tərəf cumdu, Billini kənara itələdi və pəncərəni pərdəylə örtdü. 
-  Billi,  siz  axmaqsınız!-  ucadan  dedi.-  Mən  sənə  demişdim  ki, 
pərdəyə  toxunma.  Bu  pərdəyə  nə  vaxt  yaxınlaşsanız,  həyatınız 
təhlükədə ola bilər.  


 
 
 
65 
   O,  Uotsona  tərəf  döndü:-  Uotson,  sizi  yenidən  burada 
görməyim çox yaxşı oldu. O, Uotsonun əlini tutub möhkəm sıxdı 
və əlavə etdi,- Əyləşin, elə bil sizi yüz ildi görməmişəm. 
-  Bu nə təhlükədir? - Uotson oturan kimi soruşdu. 
-  Mənim  həyatım  təhlükədədir,-  Holms  cavab  verdi.-  Kimsə 
məni öldürməyə çalışır. 
-   Zarafat edirsiniz?! 
-  Yox,  mən  zarafat  etmirəm,  ciddi  sözümdür.  Polisə  gedib 
cinayətkarın  adını  və  ünvanını  söyləmək  istəyirəm.  O,  özünü 
Knyaz Neqretto Silviyus adlandırır. Bunu yazın- Knyaz Silviyus, 
morsayde Qarden 136. 
    Uotson  dostuna  baxdı;  onun  tərtəmiz  üzündə  gərginlik  vardı.     
-    Əgər  siz    o  adamın  adını  və  ünvanını  bilirsinizsə,  nə  üçün 
gedib polisə demirsiniz, onu həbs etdirmirsiniz? 
- Hə, bunu edə bilərəm. Və o da bunu biləcək, məndən qorxacaq. 
-  Bəs niyə etmirsiniz, hə? 
-  Axı brilyantın harda olduğunu bilmirəm?! 
-  Billi briliyant tac barədə mənə danışdı. 
-  Elədir! İri, sarı brilyant tacdı! Mən oğrunu da tanıyıram: mən 
bu  “balıqları”  nə  vaxt  istəsəm  tuta  bilərəm,  ancaq  bu  mənə 
brilyantı tapmaqda necə kömək edəcək?  
-   Knyaz Silviyus bu balıqlardan biridir? 
-    Bəli,  o,  balinadır.  O  biri,  Sam  Merton  boksçudur.  Merton  da 
böyük balıqdır, ancaq o, balina ola bilməz. O, Knyaza sədaqətlə 
xidmət edir. 
-   Knyaz Silviyus indi haradadır? 
-  O  bu  yolun  qarşısındakı  binadadır.  O,  öz  pəncərəsinin 
qarşısında  oturub,  mənim  pəncərənin  qarşısına  qoyduğum 
müqəvvaya  baxır  və  mənə  elə  gəlir  ki,  o  məni  necə  öldürmək 
haqqında düşünür. 
-   Billi, Billi, o nə edir?-  Şerlok Holms qapı  qarşısında dayanan 
oğlana işarə etdi. 
-   Bir cənab sizi görmək istəyir.O deyir ki, onun adı Silviyusdur. 
-   Knyaz  Silviyus. 


 
 
 
66 
-    Həmin  adam,  özü!-  Holms  hündürdən  çığırdı.  -  görürəm  o, 
qorxaq deyil. Onun buraya cəsarətlə gəlməsi bəsdir, baxmayaraq 
ki, mən onun düşməniyəm. Indi nə edim, Uotson? 
-   Polisə adam göndər. 
-  Ola bilsin ki... Ancaq hələ yox. Gəl pəncərədən küçəyə baxaq. 
Əgər oradan qapıma baxan varsa, mənə söylə.  
    Uotson  bayıra  diqqətlə  baxdı,  dedi:  -  Hə,  orda  üzündən  cin 
yağan bir adam var. 
-  Bu  Sam  Mertondur.  Billi,  mən  zəng  edəndə  özünü  Knyaza 
göstər. Evdə olmayacağam,ancaq bunun fərqi yoxdur. 
    Qapı bağlanan kimi, Uotson Holmsa tərəf döndü: 
-  Holms, indi bu mümkündür! 
- Bu adam təhlükəlidir. Necə bilirsən, o, səni öldürməyə gələcək? 
-  Əzizim Uotson, siz mənə mane olacaqsınız. 
-  Mən sizi onunla təkbətək qoya bilmərəm. 
-  Bəli, siz bacararsınız, Uotson. Mən əminəm ki, bu oyunu axıra 
qədər    oynamaqda  mənə  kömək  edəcəksiniz.  Bu  adam  bura  öz 
məqsədi  ilə  gələcək,  ancaq  o,  burada  mənim  məqsədim  üçün 
qalacaq.  Holms  cib  dəftərçəsini  çıxartdı  və  ora  kiçik  bir  qeyd 
etdi. 
-  Bunu  polis  kapitanı  Parsona  çatdır  və  bir  neçə  polis  nəfəri  ilə 
buraya gəlsin. Knyazın izlənib həbs edilməsi başa çatacaq. 
-  Mən bunu məmnuniyyətlə yerinə yetirəcəyəm. 
-    Siz  qayıdanadək,  ümid  edirəm  ki,  brilyantın  harada  olduğunu 
tapacağam. 
    O, qapının zəngini basdı.  
-  Düşünürəm ki, yataq otağına  getsək yaxşıdır. Mən  “balinamı” 
görmək  istəyirəm,  ancaq  onun    hələ  məni  görməsini  istəmirəm. 
Yataq  otağından  küçəyə  qapı  açılır,  beləliklə,  siz  polis  üçün  bu 
yoldan gedə bilərsiniz. 
    Knyaz Silviyus içəri girəndə, artıq otaqda heç kəs  yox idi. O, 
ucaboylu, qara sifətli adam idi. Onun  burnu ağzının üstünə qədər 
uzanmışdı. Qapı arxadan örtülən kimi, o, ətrafa çevik nəzər saldı; 
pərdə  ilə  pəncərə  arxasında,  kresloda  oturmuş  müqəvvanı 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə