17
- Bağışla, dostum, mən heç də elə demədim. Bu uşaq
oğurlanması işinə daha yaxındır.
- Nə üçün?
- Çünki qeyri-adi hay-küy yaranır. Nazir yenidən üzə çıxacaq,
yoxsa yox? O, öldürülüb, yoxsa sağdır? Bunu heç kəs bilmir.
Müəyyən bir iş görməyincə, bu haqda heç bir şey söyləyə
bilməyəcəyəm. Sənə dediyim kimi, naməlum hay- küylər buna
mane olur. Bu hay- küylərin əsas iştirakçıları almanlardır. Əgər
Naziri haradasa, gizli yerdə saxlayırlarsa, onda hər iki tərəf
konfransda öz istəklərinə nail olmağa çalışacaqdır. Alman
hökuməti liberal kassir deyildir. O, bu işdə şübhəsiz ki, istənilən
qədər pul buraxa bilər. Onlar Naziri öldürməyə risk etməzlər,onu
sadəcə olaraq oğurlamaq qərarlaşdırılıb.
- Onda, əgər belədirsə, nə üçün əvvəlcə ona atəş açmağa
çalışıblar?
Puaro əsəbi halda əl-qolunu atdı.
- A, indi mənim də başa düşmədiyim budur. Bu
anlaşılamazlıqdır, alçaqlıqdır. Onlar Naziri oğurlamaq üçün
bütün imkanlardan istifadə ediblər. Kinoda olduğu kimi hələ
onlar melodramik hücum təhlükəsinə tamamilə məruz
qalmayıblar. Buna inanmaq qeyri mümkündür. Necə ola bilər ki,
Londonun iyirmi mil yaxınlığında maskalı quldurlar öz
istəklərinə belə asanlıqla nail ola bilsinlər!
- Ola bilsin ki, onlar ayrı-ayrılıqda tamamilə başqa iki qrup
olublar, bir - birlərinə qarşı hörmətsizlik ediblər, - deyə mən
təklif etdim.
- Xeyr, bu həddindən artıq uyğunsuzluq olardı! Onda bəs satqın
kimdir? İlk cəhd göstəriləndə, orada kimsə satqın olubdur. Ancaq
o, kim olmuşdur:- Daniyel, yoxsa O”Marfi? Bu iki nəfərdən biri
olmalı idi. Maşın nə üçün əsas yoldan çıxıbdır? Biz ona şübhə
edə bilmərik ki, Baş Nazir öz qəsdinə imkan yaratsın! Bunu
O”Marfi özü edib, yoxsa Daniyel ona belə etməyi tapşırıbdır?
- Yəqin ki, bu O”Marfinin işidir.
18
- Bəli, əgər Daniyel olsaydı, Baş Nazir onun verdiyi əmri
eşidərdi və bu halda o, da əsas yoldan çıxmağın səbəbini soruşa
bilərdi. Ancaq bu işdə bir-birinə zidd olan həddindən çox “nə
üçün”lər vardır. Əgər O”Marfi vicdanlı adamdırsa, nə üçün əsas
yoldan çıxıbdır? Yox əgər vicdansızdırsa, nə üçün iki atəş açılan
kimi maşını dərhal yenidən işə salıbdır, şübhəsiz bu da Baş
Nazirin həyatını xilas edibdir? Bəs, əgər o, vicdanlı adam idisə,
nə üçün Çarinq Krossu dərhal tərk edərək maşını birbaş alman
casuslarının yığışdığı yerə sürmüşdür?
- Bu bir az yaxşı çıxmır,- mən dedim.
- Gəl, bu işə metodik baxımdan yanaşaq. Bu iki adama qarşı
bizdə hansı bəraətləndirici əsas vardır? Gəl, əvvəlcə O”Marfini
götürək. Ona qarşı mənfi əsaslar: onun əsas yolu tərk etməsi,
İrlandiyanın Kral Qraflığından olması; naməlum vəziyyətdə yox
olması. Bəraətləndirici faktlar: onun Baş Nazirin həyatını xilas
etməyə cəhd göstərməsi; Şotland Yard işçisi olması; həm də ona
inanıb belə bir postu tutmağa zəmanət verilməsi. İndi isə
Daniyelə qarşı göstərilən mənfi faktorlara nəzər salaq: ona əks
olan o qədər də mənfi fakt yoxdur. Yeganə fakt onun əsl İngilisə
məxsus çoxlu dil bilməsidir! /Bağışla, mon ami*, ancaq siz bir
dilçi kimi fərsizsiniz!/ İnandırıcı fakt isə onun ağzı bağlı halda
sərhəd yaxınlığında tapılmasıdır, baxmayaraq ki, bu işdə onun
əlindən heç şey gəlməmişdi.
- O, şübhəni özündən kənar etmək üçün özü, öz ağzını bağlaya
bilərdi.- Puaro başını yellədi.
- Bu cəhətdən Fransa polisi səhv etməzdi. Bundan başqa, o, bir
dəfə də öz vəzifəsini yerinə yetirmişdi; Baş Nazirin həyatını xilas
etmişdi. Mən düşünürəm ki, Daniyelin ağzının xloroformlu əski
ilə bağlanması ilə onlar hansı məqsədi yerinə yetirməyə ümid
bəsləyiblər. İndi Baş Nazir üzə çıxana kimi, o, hər nə desə,
inandırıcı görsənə bilər.
- Ola bilsin ki, o, polisin yalnış izə düşdüyünə ümid edib?
- Onda bəs, o, nə üçün belə etməyib? O, deyir ki, nəsə bir şey
mənim ağzımı və burnumu tutdu, daha sonra heç bir şey xatırlaya
19
bilmirəm. Onda heç bir yalnış iz yoxdur. Bu həqiqətə tamamilə
uyğun gəlir.
- Yaxşı,- deyə divardakı saata nəzər saldım. – Mən güman
edirəm ki, vağzala yola düşsək, daha yaxşı olar. Sən Fransada bu
tapmacaya daha çoxlu cavablar tapa bilərsən.
- Mümkündür, dostum, ancaq mən buna şübhə edirəm. Mən Baş
Nazirin göstərilən o ərazidə tapılmasına hələlik inanıram. Onun
orada gizlədilməsi qorxulu olmalı idi. Əgər hər iki ölkənin
hərbiçiləri və polisləri onu tapa bilməsələr, onda bəs mən nə
edəcəyəm?
Bizi Çarinq Krossda Mister Doc qarşıladı.
- Bu, Şotland Yard təhqiqatçısı Barnes, bu isə mayor Normandır.
*Mon ami - əziz dostum
- Onlar sizin sərəncamınızda olacaqlar. Yaxşı yol sizə! Bu çox
çətin işdir, ancaq mən buna o qədər də ümid bəsləmirəm. İndi
yola düşülməlidir,- deyə Nazir sürətlə onlardan uzaqlaşdı.
Biz Mayor Normanla bir az ordan-burdan çərənlədik. Mən
platformada bir qrup adamların arasında dayanıb söhbət edən,
ucaboylu, xoş görkəmli xəfiyyəni dərhal tanıdım. O, Puaronun
köhnə tanışı, Axtarış İnspektoru Çəp idi. Çəp, Şotland Yard
zabitləri arasında ən ağıllı işçilərdən biri hesab olunurdu. O, bizə
yaxınlşadı və dostumu gülərüzlə salamladı.
- Mən eşitdim ki, siz də bu işlə məşğulsunuz. Üzücü işdir. Uzaq
olmasına baxmayaraq,
yaxşı məlumat alıblar, ancaq mən inanıram ki, cinayətkarlar onu
uzun müddət gizlədə bilsinlər. Adamlarımız Fransaya əliboş
gedirlər. Bəs Fransızlar? Mən bu işdə onların bizə nəsə bir
kömək edəcəklərinə ümid bəsləmirəm.
- Əgər, o sağ olarsa? - ucaboylu bir xəfiyyə tutqun halda qeyd
etdi.
- Bəli, ancaq mən hiss edirəm ki, o sağdır. - Puaro təsdiq etdi.
- Bəli, bəli. O sağdır, ancaq o vaxtında tapıla biləcəkmi? Mən
sizin fikrinizlə tamamilə şərikəm. Onun uzun müddət
gizlədilməsinə mən də inanmadım.
Dostları ilə paylaş: |