vasitələrdən (hətta hərbi güclərindən) istifadə edirlər. Yəni söhbət
burada paradoksdan gedir: bir tərəfdən beynəlxalq ticarətə qoşulmaq,
digər tərəfdən isə ölkənin daxili bazarını qorumaq lazımdır. İlk baxışda
bu bir-
birinə zidd görünür. Lakin əslində bu tam şəkildə belə deyildir.
Korrupsiyadan uzaq olan, demokratiyanı inkişaf etdirən dövlətlər
problemi optimal həll etmək imkanına daha çox malik olurlar və
müvəffəqiyyət əldə edirlər. Əks halda ölkənin dünya bazannda asılılığı
güclənir. Bu deyilənlərin Azərbaycan üçün də əhəmiyyəti böyükdür.
Hazırda respublikaımzın iqtisadiyyatı çox yüksək dərəcədə dünya
bazarından asılı vəziyyətə düşüb. Belə ki, xarici ticarət dövriyyəsinin
ÜDM-
də xüsusi çəkisi 1997-ci ildə 41,0% təşkil etmişdir. Müqayisə
üçün qeyd edək ki, bu göstərici Yaponiya və ABŞ kimi dövlətlərdə 15-
16% təşkil edir.
Beynəlxalq mübadiləni inkişaf etdirdikdə hər hansı bir ölkənin
qarşısında duran əsas məsələlərdən biri də xarici tıcarət əlaqələrinin
coğrafi quruluşudur. Dövlət yaxşı bilməlidir hansı dövlətlə və nə
səviyyədə ticarət əlaqələrinə girməlidir ki, özünün iqtisadi təhlükəsizliyi
qoruna bilsin. Dünya ticarətinə üçüncü aspektdən yanaşmaq müasir
dövrdə о qədər aktuallaşmışdır ki, demək olar ki, bütün ölkələr və hətta
beynəlxalq təşkilatlar bu haqda daha ciddi düşünməyə başlamışlar.
BMT bu sahədə "Beynəlxalq iqtisadi təhlükəsizlik" adlı 42/165 saylı
qətnamə qəbul etmişdir. Bundan başqa, BMT Baş katibi «Beynəlxalq
iqtisadi təhlükəsizlik konsepsiyası" adlı məruzə ilə çıxış etmişdir. Bu
dünya əhəmiyyətli sənədlərdə iqtisadiyyatın əsas problemləri
araşdırılmış, iqtisadi təhlükəsizliyin beynəlxalq və milli mənbələri
təsnifləşdirilmişdir.
İqtisadi təhlükəsizlik nisbətən yeni iqtisadi anlayışdır. Mahiyyəti
odur
ki, dövlət beynəlxalq əlaqələri genişləndirərkən, iqtisadiyyatın
açıqlıq səviyyəsini yüksəldərkən həmişə çalışmalıdır ki, digər
dövlətlərdən tam asılı vəziyyətə düşməsin. Bəs bunun üçün nə etmək
lazımdır? Məhz bu suala müxtəlif alimlər müxtəlif cavab verirlər,
ölkələr də buna müxtəlif cür yanaşırlar.
1980-
ci illərdə Yaponiya kimi yüksək inkişaf etmiş sənaye ölkəsi
bu məsələyə çox ciddi fıkir verməyə başladi. Yapon alimləri iqtisadi
təhlükəsizliyın təmin olunmasını beynəlxalq amillərin ölkə
iqtisadiyyatına dağıdıcı təsirlərinin qarşısının alınması kimi qəbul
edirdilər. Onların fıkrincə, baxılan dövrdə Yaponiyanın iqtisadi
təhlükəsizliyi dörd amillə: iqtisadi və enerji ehtiyatları, ərzaq məhsulları
ilə təmin olunma və dəniz nəqliyyatının təhlükəsizliyinin səviyyəsi ilə
müəyyənləşməli idi.
Rus alimi L.Abalkının fikrincə, ölkənin iqtisadi təhlükəsizliyi
üçün, birincisi
iqtisadi sərbəstlik (yəni dövlətin bütün milli ehtiyat-lara
və istehsala tam nəzarəti və sərbəst iqtisadi qərar qəbul edə bilməsi),
milli iqtisadıyyatın dayanıqlığı və stabilliyin təmin edil-məsi; ikincisi
yəni milli iqtisadiyyatın bütün formalarının qorun-ması və fəaliyyətinə
şərait yaradılması, vəziyyətin dayanıqlığını poza biləcəк addımların
qarşısının alınması və üçüncüsü iqtisa-diyyatın inkişafetmə
qabiliyyətinin olmasi sərtlərinin ödənilməsi lazımdır.
Bir sıra digər alimlər isə iqtisadi təhlükəsizliyi səmərəli
iqtisadiyyat, daxili iqtisadi dayanıqlıq, iqtisadiyyatın tarazlı inkişafi,
xarici əlaqələrin idarə olunması dərəcəsi, texnoloji yeniliklərin tətbiq
edilməsı imkanları ilə əlaqələndirirlər. Lakin problemin həlli yollarının
müxtəlif olmasına baxmayaraq məqsəd birdir: beynəlxalq amillərdən
yaradıcılıqla istifadə etmək lazımdır. Bunun üçün ilk növbədə
iqtisadiyyata müsbət təsir göstərən amillərin fəaliyyəti üçün münasib
şərait yaradılmalı, iqtisadiyyatı digər ölkələrdən asılı edən amillərdən
xilas edə bilən və yaxud da onların təsirlərini neytrallaşdıra bilən
texniki, təşkilati, iqtisadi və sosial tədbirlər işləyib hazırlamalı və həyata
keçirilməlidir.
İqtisadi təhlükəsizlik və onun təmin olunması məsələsi hər bir
ayrıca götürülmüş ölkədə müxtəlif cür qoyula bilər. Burada bir sıra amil
və şərtlər irəli sürmək olar. Lakin təcrübə göstərir ki, dövlətin yerləşdiyi
region, onun qonşularının kim olması aparıcı və əsas şərt ola bilər. Bu
fıkri Azərbaycanın yerləşdiyı geofiziki mövqe və onun qonşularının
maraq dairələri təsdiq edir. Qonşu amili kimi Azərbaycan həmişə
Rusiyanı, İranı və Ermənistanı nəzərdən qaçırmamalıdır. Bu üç ölkə
istədikləri vaxt orta məxrəcə gələ bilərlər və regionda iqtisadi
proseslərin gedişinə mane ola bilərlər. Belə şəraitdə ölkənin iqtisadi
təhlükəsizliyi məsələsinə daha ciddi və bütün incəliklərı ilə yanaşmaq
lazımdır.
1.5.Dünya tic
arətinin dinamikası
Dünya ticarəti daim inkişaf edən irəliyə doğru hərəkət edən bir
prosesdır. Onun sürətli inkişafına əvvəllər maşınlı istehsalların
(İngiltərə, Hollandiya və b. ölkələrdə) meydana gəlməsi və inkişaf
etməsi güclü təsir göstərirdisə, müasir dövrdə dünya ticarəti dina-
mikasına (inkişaf sürətinə) güclü təsir edən amil və şərtlər çoxdur və
toplu şəkildə əsasən aşağıdakılardan ibarətdir:
-
beynəlxalq əmək bölgüsünün inkişafı və istehsahn beynəl-
miləlləşməsinin sürətlənməsi;
-
əsas kapitalın yeniləşməsinə, iqtisadiyyatın yeni struklurlarının
yaradılmasına, köhnələrin yenidən qurulmasına imkan verən elmi-
texniki tərəqqi və onun bu vaxta qədər görünməmiş sürətliliyi və
şaxələnməsi;
-
transmilli korporasiyaların dünya bazarında aktıv fəaliyyəti;
-
beynəlxalq ticarətin ümumdünya ticarət təşkilatı (ÜTT)
tərəfindən hazırlanmış tədbirləri üzrə tənzimlənməsi;
-
beynəlxalq ticarətin liberallaşdırılması, bir çox ölkələrin ixracı
məhdudlaşdırmayan, gömrük dərəcələrıni aşağı salan, sərbəst iqtisadi
zonaların yaradılmasını nəzərdə tutan rejimləri qəbul etmələri;
-
regional maneələri aradan qaldırmağa, ümumi bazarı forma-
lasdırmağa, azad ticarət zonaların yaradılmasına kömək göstərməyə
qadir olan ticarət -iqtisadi inteqrasiya proseslərinin inkişafı;
-
keçmiş müstəmləkə ölkələrinin siyasi müstəqillik əldə etməsi,
onların arasında iqtisadiyyatı xarici bazara səmtlənmiş "yeni sənaye
ölkələri" qrupunun meydana gəlməsi;
-
dünya sosialist sisteminin dağılması və MDB ölkələrinin bazar
iqtisadiyyatı istiqamətində inkişafa başlamaları.
Bütün bu və digər amil və şərtlərin təsiri altında dünya ticarəti
sürətlə inkişaf etməkdədir. Cədvəl 5-də dünya ixracının və ticarətinin
artım sürəti verilmişdir.
Dostları ilə paylaş: |