(idxal edilən) məhsulun iqtisadi səmərəsi о zaman ola bilər ki, nə
vaxt onu
istehsal edən ölkədə bu məhsula çəkilən istehsal xərclərinin
mütləq səviyyəsi aşağı olsun.
Sonralar, 1817-
ci ildə D.Rikardo özünün "Siyasi iqtisadın
başlanğıcı və vergi qoyma" əsərində isbat etdi ki, mütləq istehsal
xərcləri prinsipi umumi qaydanın ancaq xüsusi halıdır və nisbi üstünlük
nəzriyyəsini əsaslandırdı. O, göstərirdi ki, dünya ticarəti inkişafını təhlil
edərkən əmək və təbii resursların ölkələr arasında bərabər
yerləşməməsini və məhsul istehsal etmə texnologiyasının müxtəlif
ölkələrdə eyni səviyyədə mütərəqqi inkişaf etməməsini nəzərə almaq
lazımdır. Vaxt keçdikcə müxtəlif ölkələr üzrə məhsullar istehsalının
istər mütləq və istərəsə də nisbi səmərəlilıyı dəyişə bilər və dəyışır.
Buna görə də beynəlxalq mübadilə arzu olunandır və bütün ölkələr uçün
xeyirli ola bilər. D.Rikardo elə bir qiymət tapmağa çalışırdı ki, mübadilə
həqiqətən də hamı üçün xeyirli olsun.
Dünya ticarətinin nəzəri məsələlərinə sonrakı illərdə (1848) Djon
Stuart Mill nəzər yetirmiş və özünün "Siyasi iqtisadın əsasları" əsərində
mübadilənin baş verdiyi qiymət zonasının meydanagəlmə mexanizmini
izah etdi və göstərdi ki, mübadilə qiyməti tələb və təklifə əsasən
formalaşır. Beləliklə də, beynəlxalq dəyər nəzəriyyəsi formalaşırdı. Bu
nəzəriyyəyə görə ölkələr arasında mübadiləni optimallaşdıran qiymət
mövcud olur. Bu qiymət isə hər hansı bır baxılan dövrdə tələb və təklfin
təsiri altında formalaşır.
Dünya ticarəti şaxələndıkcə, inkişaf etdikcə onun nəzəri
məsələlərinə yanaşma tərzi də dəyişmişdir. Getdikcə iqtisadçı alimləri
və xarici ticarətlə məşğul olanları istehsal amilləri, ixracın və idxalın
həcmi, onların əmtəə strukturu, ticarətə təsir edən amillər və onların
təsnifləşdirilməsi, azad mübadilənin əsasları və şərtləri daha çox
maraqlandırmağa başladı. Məsələn, beynəlxalq ticarət axını
istiqamətinin və strukturunun nə ilə təyin olunması haqqındakı müasir
təsəvvürlər İsveç alimləri olan Eli Hekşer və Bertil Olinin apardıqları
tədqiqatlara və gəldikləri nəticələrə əsaslanır. Onlar bu və ya digər
ölkənin konkret məhsul istehsal etmək və istehsal amillərinə məxsus
olması sahəsındə üstünlüynü irəli sürmüşlər və onun izahını vermişlər.
Öz tədqiqatlarına əsasən onlar “istehsal faktoruna (amilinə) uyğun
qiymətlərin hamarlanması teoremini irəli sürdülər. Bunun mahiyyəti
ondadır ki, milli istehsalların müxtəlifliyi ölkədə formalaşmış əmək,
torpaq, kapital və bu və ya digər məhsula olan daxili tələbat kimi
istehsal amillərinin müxtəlif və rəngarəng olması ilə təyin edilir.
Amerika iqtisadçıları N.Samuelson və V.Stolper Yekşer-Olin
teoremini təkmilləşdirdilər (1948). Rus mənşəli Amerika iqtisadçısı
V.Leontyev isə bu teoremdən istifadə edərək özünün məşhur
"'Leontyevin paradoksu" əsərini hazırladı. Bu əsərində o, nisbi üstünlük
nəzəriyyəsini daha da inkişaf etdirdi.
Dünya ticarətində hazır məhsullar üzrə mübadilə həmişə xüsusi
yer tutmuşdur. İnkişaf etmiş sənaye ölkələri bir qayda olaraq hazır
məhsul ixrac edirlər. Yüksək rəqabətin olması mühiti tədqiqatçıları
dünya ticarətınin daha konkret aspektlərı ilə məşğul olmaga vadar edir.
"Əmtəələrin həyat tsikli" konsepsıyasının tərəfdarları hesab edirlər ki,
ölkələr arasında müasir ticarət əlaqələrıni izah etmək üçün tsiklin
pillələrindən istifadə etmək olar. Məsələ burasındadır ki, ETT
nəticəsində yeni məhsullar meydana gəlir və bu proses aramsız davam
edir. Yeni məhsul meydana gəlir, "yaşayır" mübadilədə olur, sonradan
bu məhsul daha mükəmməl məhsulla əvəz olunur. Bu proses dünya
ticarətinə, beynəlxalq mübadiləyə də güclü təsir göstərir. "Əmtəənin
həyat (yaşama) tsikli" nəzəriyyəsinə görə bazarda ilk dəfə görünən
əmtəə nə vaxtsa bazarı tərk edir və bu dövr ərzində 4 və ya 5 pilləni
keçir. R.Vemov, Ç.K
indelberqer vo P.Uels öz doktrinalarında bu
dəyışmələrin sxemini veriblər və göstəriblər ki, "tətbiq" pilləsində
yeniləşmə işlənib hazırlanır, yeni məhsulun istehsalı və daxili və xarici
bazarlarda satışı təşkil edilir. "İnkişaf” pilləsində satışın həcmi daxili
bazarda artmaqla yanaşı, məhsulun, yenıləşməni yaradan ölkədən, digər
ölkələrə ixracı da çoxalır. Sonradan rəqabət güclənir, istehsalın
kapitaltutumu artmağa meyl göstərir, istehsalın əvvəlcə inkişaf etmiş
ölkələrdə, sonradan isə digər ölkələrdə təşkil edilməsi üçün ilkin şərtlər
yaranır. Yekunlaşdırıcı dövrdə hir neçə rəqabətçilər qiymətləri aşağı
salmağa başlayırlar. Yetişmə pilləsi olan üçüncü (həm də dördüncü)
pillədə həmin məhsulun istehsalı bir çox ölkələrdə təşkil edilir və
istehsalın həcmi artır. Bazarlarda və xüsusən də yeniliyin müəllifi olan
ölkənin bazarında məhsul bolluğu müşahidə olunur. Tələb dayanıqlaşır,
qiymət siyasətin rolu güclənir, iriseriyalı istehsala mənsub olan yüksək
standartlaşma əldə edilir və nisbətən aşağı ixtisaslı işçi qüvvəsi cəlb
edilir. Nəhayət, enmə adlanan sonuncu pillədə inkışaf etmiş ölkələrdə
bazar çərçivəsinin daralması və inkişafda olan ölkələrdə isə istehsan
təmərküzləşməsi müşahidə edilir. Bu nəzəriyyə bir daha sübut edir ki,
yüksək səviyyədə inkişaf etmiş ölkələrin həqiqətdə də texnoloji
üstünlükləri var və beynəlxalq ticarətdə onlar bundan olduqca çox
faydalanırlar.
Göstərdiyimiz bıı nəzəriyyələrdən başqa problemə digər baxışlar
da mövcuddur. Lakin müəlliflərin və baxışların çox və az olmasından
asılı olmayaraq bircəhət hamı tərəfindən vurğulanır ki, о da beynəlxalq
ticarətin, eyni dərəcədə olmasa da, hamı üçün müəyyən xeyrı olmasıdır.
Lakin gənc oxucular üçün bir mühüm cəhəti qeyd etmək lazımdır. Bu da
ondan ibarətdir ki, son vaxtlar nəzəriyyçilər diqqəti mikroiqtisadıyyata
yönəltməyi təklif edirlər və təhlilləri firma və müəssisələr səviyyəsində
gücləndirməyi tövsiyə edirlər. Bunun üçün əsas kimi firmalararası
beynəlxalq mübadilə həcminin artmasını (dərc olunmuş bəzi
materiallara görə firmalararası mübadilənin həcmi dünya ticarətinin
ümumi həcminin 70%-ə çatır) göstərirlər. Qeyd edək ki, bu faktın özü
də eyni səviyyədə inkişaf etmiş ölkələrin arasında belə əmtəə
mübadiləsinin üstünlüklərini təsdiqləyir. Beynəlxalq ticarət məhz
özünün qarşılıqlı xeyirli olması ilə dünya iqtisadiyyatına güclü təsir
göstərir. Beynəlxalq ticarət nəzəriyyəsi isə mübadilələrin xeyirli olması
mexanizmini açır
VƏ
xarici ticaret axınlarının hansı səbəblərdən
meydana gəlməsıni öyrənir.
Üçüncü aspektdə ticarət edən ölkələrin iqtisadi təhlükəsizliyi
məsələləri nəzərdən keçirilir. Müasir dövrdə çox böyük praktiki
əhəmiyyətə malik olmasını nəzərə alaraq bu məsələ ayrıca olaraq
növbəti paraqrafda şərh edilir.
1.4.Xarici ticarət və ölkənin iqtisadi təhlükəsizliyi
Əslində bu problem bütün ölkələri çox dərindən maraqlandıran
problemdir. Hamısı beynəlxalq mübadilənin xeyirli olmasından
danışsalar da öz ölkələrinin təhlükəsizliklərinə, millətinin
çiçəklənməsinə ciddi yanaşan dövlətlər ilk növbədə özləri haqda
düşünürlər, öz daxili bazarlarının qorunmasına, ölkədə iş yerlərinin
yaradılmasına çalışırlar və məqsədlərinə çatmaq üçün bütün
Dostları ilə paylaş: |