225
depresiyası Meksikanın və dünyanın buğda becərilən isti ərazilərində ölçüldükdə
məhsuldarlıq göstəriciləri ilə güclü əlaqəli olmuşdur [10].Yarpağın temperaturu
onun səthindən suyun buxarlanması hesabına havanın temperaturundan aşağıdır və
suyun buxarlanmasını müəyyənləşdirən amillərdən biri CO
2
-nin fiksasiya sürəti ilə
tənzimlənən ağızcıqların keçiriciliyidir [11]. Fotosintezin yüksək sürətini təmin
etmək üçün genotip suyun transpirasiyası, həmçinin qidalı maddələrin və
assimilyatların nəqli üçün effektiv borulu sistemə malik olmalıdır. Müxtəlif buğda
və düyü genotiplərində bitkinin temperaturunun nisbi su tutumu ilə mənfi
korrelyasiyası aşkar olunmuşdur [4; 8]. Bitkinin temperatur depresiyası-BTD
(canopy temperature depression) havanın temperturu (T
h
) və bitkinin temperaturu
(T
b
) arasındakı fərq olub (BTD= T
h
-T
b
), bitki havadan sərin olduqda müsbət olur
[2]. Müxtəlif praktiki tətbiq sahələrində, o cümlədən bitkilərin ətraf mühit
streslərinə-istiliyə [1; 10], quraqlığa [3; 13] reaksiyasının qiymətləndirilməsində
istifadə edilmişdir.
Yarpaqların qocalması zamanı fotosintetik aparat dağılır və qidalı maddələr
cavan, böyüyən toxumalara, yaxud ehtiyat orqanlara nəql olunur Yarpaqların
qocalmasına görə genetik variasiya mövcuddur və yarpaqları uzun müddət yaşıl
qalan genotiplər və bitkilər yaşıl qalan bitkilər kimi qəbul olunur. Yarımquraq
ərazilərə adaptasiya etmiş mədəni bitkilərdə (qarğıdalı, sorqo, buğda) uzun müddət
yaşıl qalan genotiplər yarpaqlarını aktiv fotosintetik vəziyyətdə saxlamaqla dənin
dolması zamanı assimilyatlarla təminatı artırmaqla stresə tolerantlığı artırır və
köklərin funksional fəallığını və suyun mənimsənilməsini saxlayır [15].
Tədqiqatın məqsədi suvarma və dəmyə şəraitlərində müxtəlif bərk və
yumşaq buğda genotiplərinin temperaturlarının və flaq yarpağın yaşıl qalma
əlamətinin təyin ediməsi və bu əlamətlərə görə genotiplərin qiymətləndirilməsi
olmuşdur. Flaq yarpağın yaşıl qalma fenotipi SPAD-502 Plus Xlorofil ölçən
(Spectrum Technologies, İnc., ABŞ) cihazı ilə 2012-2013 vegetasiya ilində dənin
erkən süd yetişmə fazasında (Feekes 10.5.4) 6 bərk və 7 yumşaq buğda
genotipində ölçülmüşdür. Bitkinin temperaturu 8 bərk və 14 yumşaq buğda
genotiplərinin hər birinin 10m
2
sahəsi üzərində 2013-2014 vegetasiya ilində süd
yetişmə fazasında (Feekes 11.1) günün 13:00-14:00 saatları arasında İnfraqırmızı
termometrlə (Spectrum Technologies, Inc. ABŞ), havanın temperaturu və nisbi
rütubəti termohiqrometrlə (8708 Pen Type ThermoHygrometer, Çin) suvarılan və
dəmyə sahələrin ortasında təyin edilmişdir.
Bərk buğdalarda flaq yarpağın daha yaşıl qalması və dəmyə şəraitində
yaşıllığın daha yaxşı saxlanması aşkar olunmuşdur (Şəkil 1). Xlorofilin daha
yüksək miqdarı Qaraqılçıq-2, Şiraslan-23, Bərəkətli-95, Tərtər bərk buğda və
Qırmızı gül-1, Tale-38, 12
nd
FAWWON№97, 4
th
FEFWSN№50 yumşaq buğda
genotiplərində aşkar olunmuşdur. Quraqlıq stresindən flaq yarpağın daha sürətli
qocalması və xlorofilin miqdarının daha kəskin azalması yumşaq buğdalarda aşkar
olunmuşdur. Qırmızı gül-1 və 4
th
FEFWSN№50 yumşaq buğda genotiplərinin flaq
yarpağı ölçmə zamanı daha yaşıl qalmışdır və quraqlıq stresindən xlorofilin
azalması zəif olmuşdur.
226
Xlorofilin miqdarı ilə fotosintezin sürəti və məhsuldarlıq arasında güclü
əlaqə suvarılan və quraqlıq şəraitlərində becərilmiş buğda genotiplərində [6] və
istilik və quraqlıq şəraitində becərilmiş yabanı buğdada (Aegilops geniculata) qeyd
edilmişdir [16]. Lakin xlorofilin miqdarının azalması istilik stresindən qaçmada
vacib əlamət olduğu qeyd olunmuşdur. Açıq yaşıl yarpaqlar absorbsiya olunan
işığı azaltmaqla qurumaq riskini azalda bilərlər [3;11]. Ədəbiyyat məlumatları və
aldığımız nəticələrə əsasında demək olar ki, yarpaqların daha uzun müddət yaşıl
qalması gecikən quraqlıq stresi şəraitində əlverişli əlamət olmayıb gec sünbülləmə
ilə əlaqəlidir və genotiplərin yarpaq və gövdəsindəki fotoassimilyatların sünbülə
kifayət qədər daşınmamasına gətirib çıxarır.
Şəkil 1. Buğda genotiplərinin yaşıl qalma fenotipi
Günorta vaxtı suvarılan şəraitdə daha sərin genotiplərə Vüqar, Bərəkətli-95,
Əlincə-84, Tərtər, Şərq, Əkinçi-84, Tale-38, 4
th
FEWFWSN№50, Dağdaş,
Saratovskaya-29 aiddir (Cədvəl). Dəmyə şəraitində Qaraqılçıq-2, Tərtər, Şərq,
Qırmızı buğda, Əkinçi-84, Qırmızı gül-1, Tale-3,4
th
FEWFWSN№50, Dağdaş,
Saratovskaya-29 genotipləri daha sərindir. Qeyd olunan genotiplərin suyu
dahayaxşı buxarlandırması yolu ilə bitkinin daha sərin qalmasını təmin etdiyini
demək olar. Bitkinin temperatur depressiyasına görə suvarılan və dəmyə
şəraitlərində daha az fərq Qaraqılçıq-2, Tərtər, Şərq, Qırmızı buğda, Qobustan,
Əkinçi-84, Qırmızı gül-1, Tale-38, 4
th
FEWFWSN№50, Dağdaş, Saratovskaya-29
genotiplərində aşkar olunmuşdur. Şəkil 2-də bərk və yumşaq buğda genotiplərinin
yarpaq sahə indeksi göstərilmişdir.
0
10
20
30
40
50
60
X
lo
ro
fi
li
n
m
iq
d
ar
ı,
S
P
A
D
-502
vah
id
lə
ri
Feekes 10.5.4
Suvarılan
Feekes 10.5.4
dəmyə