Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə105/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   101   102   103   104   105   106   107   108   ...   266

 

217 


 

 

 

 

QARPIZIN TETRAPLOİD FORMALARININ ÇOXALMASI ÜÇÜN İN 

VİTRO ŞƏRAİTDƏ İZOLƏ EDİLMİŞ TOXUMA VƏ HÜCEYRƏ 

KULTURASININ İSTİFADƏSİ 

 

T.V.İvçenko, N.A.Baştan, T.K.Qorovaya 

Ukrayna EA Tərəvəzçilik və Bostançılıq İnstitutu 

 

Aparılmış  biotexnoloji  tədqiqatlarla  in  vitro  şəraitdə  izolə  edilmiş  toxuma 



kulturasında  qarpızın  tetraploid  formalarının  artırılma  üsullarının  parametrləri 

müəyyən edilmişdir. Adventur cücərtilərin alınmasında yüksək faiz (74%) qarpızın 

yuvenil  cücərtilərinin  modifikasiya  edilməsi3ml  sitokinizlə  regenerasiya  qida 

mühitində əkilməsi zamanı əldə edilmişdir. Hormonlarsız qida mühitinin istifadəsi 

anomal  bitkilərin  əmələ  gəlməsinin  qarşısını  almış  və  klonlaşdırılmış  materialın 

maksimal genetik stabilliyini təmin etmişdir. 0,5mq/l İST-nin istifadəsi 85% işarəsi 

regenerantlarda rizogenezi induksiya etmişdir.    

 

 



 

Рис. 


Проращивание 

семян 

тетраплоидных 



форм 

арбуза 


на 

безгормональной питательной среде MS 

 

Рис. 2. Индукция  калусогенеза и 



органогенеза на семядолях арбуза 

 

 



 

Рис. 3 Растения-регенеранты арбуза  на 

среде для индукции ризогенеза 

 

Рис. 4 Адаптация пробирочных 



растений арбуза 


 

218 


 

 

UOT 633:11:547.979.7 



 

BƏRK BUĞDA (T. DURUM DESF.) NÖVMÜXTƏLİFLİIKLƏRİNİIN 

QURAQLIQ, DUZLULUQ VƏ YÜKSƏK HƏRARƏT STRESLƏRİINƏ 

DAVAMLILIĞININ FİZİOLOJİ PARAMETRLƏR ƏSASINDA 

QİYMƏTLƏNDİRİLMƏSİ 

 

R.T.ƏLİYEV, Ş.İ.HACIYEVA, L.H.CAVADOVA, G.İ.HƏSƏNOVA 

AMEA Genetik Ehtiyatlar İnstitutu, Azadlıq prosp.155,Az1106, Bakı, Azərbaycan 

E-mail aramiz@box.az 

 

Fizioloji  parametrlər  əsasında  bərk  buğda  genotiplərinin  abiotik  streslərə 

davamlılığı tədqiq olunmuş və müəyyən edilmişdir ki, həmən genotiplərin bəziləri 

quraqlığa,  bəziləri  istiyə,  digərləri  isə  duza  davamlı  formalardır.  Tədqiq  olunan 

nümunələr  içərisindən  6  genotip  hər  üç  stresə  davamlı  kimi  seçilmişdir:  10K-57 

var.leucomelan  (Abşeron);  13K-66  var.leucomelan;  13K-74  var.leucurum;  13K-

107 var.affine; 09K-78 var.boeuffi (Abşeron); 13K-191 var.opscurum. 

 

Açar sözlər: buğda, quraqlıq, istilik, duzluluq, toxum, cücərmə 

Ключевые слова: пшеница, засуха, жара, засоление, семена, всхожесть 

Key words:  wheat,  drought, hot, salinity, seed, germination 

 

Bitkilərin  böyüməsinə  və  məhsuldarlığına  mənfi  təsir  göstərən  ən  geniş 



yayılmış ətraf mühit amillərindən biri də quraqlıqdır. Bu ekoloji amilin təsirindən 

bitki  hüceyrələrinin  böyüməsi  və  bölünməsi  önəmli  ölçüdə  zəifləyir,  yarpaqlarda 

ağızcıqların  açılıb-bağlanması  və  fotosintez  kimi  bir  çox  əhəmiyyətli  fizioloji 

hadisələrdə  bitkilərin  normal  həyat  fəaliyyətinin  pozulması  ilə  nəticələnən  ciddi 

dəyişmələr baş verir. 

 

Təbii    şəraitdə  bitən  və  tarla  şəraitində  becərilən  bitkilər  hər  zaman  stres 



amillərin  təsiri  altında  ola  bilər.  Bəzi  ətraf  mühit  amilləri  (havanın  kəskin 

dəyişməsi) bir neçə dəqiqə ərzində stres əmələ gətirdiyi halda, digər amillər üçün 

bu  müddət  daha  uzun  ola  bilər.  Hətta  mineral  qida  maddələri  kimi  bəzi  amillər 

aylardan, illərdən sonra da stres əmələ gətirmək qabiliyyətinə malikdirlər. 

Bitkilərin  quraqlıq  stresinə  davamlılığı  onların  növündən,  genotipindən,  su 

itkisinin  dərəcə  və  müddətindən,  inkişaf  fazasından,  yaşından,  orqan  və  hüceyrə 

tipindən aslı olaraq dəyişir. Bəzi bitkilər su stresinə qarşı olduqca həssas olduqları 

halda,  digərləri  bu  stresə  qarşı  tolerantdır.  Daha  çox  su  əldə  etmək  qabiliyyətinə 

malik olan və sudan daha səmərəli istifadə edən bitkilər quraqlığa qarşı daha çox 

müqavimət göstərə bilirlər. 

 

Müəyyən  edilmişdir  ki,  quraqlıq  stresinin  təsiri  nəticəsində  bitkilərdə 



yağların,  nişasta  və  karbohidratların,  müxtəlif  aşı,  efir  və  s.  növ  spesifik 

maddələrin  sintezi  və  toplanması  zəifləyir,  proteolitik  fermentlərin  aktivliyi  aşağı 

düşür.  Bunun  əksinə  olaraq  zülalların  miqdarı  artır.  Məsələn,  buğda  üzərindəki 



 

219 


 

tədqiqatlar  göstərilmişdir  ki,  quraqlıq  bölgələrdə  becərilən  sortlar  daha  yüksək 

zülal, yaxşı suvarılan və ya rütübətli bölgələrdə becərilən sortar isə yüksək nişasta 

faizi  ilə  fərqlənir.  Oxşar  nəticələr  paxlalı  bitkilərdə  də  əldə  olunmuşdur.  Alınan 

nəticələr  əsasında  belə  fikir  irəli  sürmək  olar  ki,  quraq  zonalarda  bitkilərdə 

zülalların  miqdarının  artması  həm  bitkinin  enerji  təlabatını  ödəmək,  həm  də 

zülalların  yüksək  hidrofillik  xüsusiyyəti  hesabına  su  itkisini  azaltmaq  məqsədi 

daşıyır [1]. 

Tədqiqat  bərk  buğdanın  14  növmüxtəlifliklərini  əhatə  edən  50  nümunəsi 

üzərində  aparılmışdır.  Tədqiqatın  məqsədi  bərk  buğdanın  müxtəlif  genotiplərinin 

quraqlığa,  duza  və  yüksək  hərarətə  davamlılığının  təyini  və  streslərin  meydana 

gətirdiyi dəyişmələrin öyrənilməsidir.  

 

Müxtəlif  səpkidə  metodlarla-toxumların  suda,  şəkər  məhlulunda  [1],  istilik 



faktorundan  sonra,  duzlu  mühitdə  cücərmə  qabiliyyətinə  görə  öyrənilən  buğda 

nümunələrinin  quraqlıq,  istilik  və  duzluluq  streslərinə  davamlılıq  dərəcələri  təyin 

edilmiş,  quraqlığa  və  duza  yüksə  davamlı,  orta  və  az  davamlı  nümunələr 

seçilmişdir [2; 3; 4]. 

 

Rüşeymin  istiliyə  davamlılığı,  toxumların  55



0

C-temperaturda 

ultra 

termostatda  (su  içərisində)  25  dəqiqə  saxaldıqdan  sonra  onların  nəzarətə  nisbətən 



cücərmə qabiliyyətinə görə təyin edilmişdir.  

Ümumi  quraqlığa  davamlılıq 

indeksi L=2a+b formulu əsasında hesablanmışdır: L- ümumi quraqlığa davamlılıq 

indeksi,  a-saxaroza  məhlulunda  toxumların  cücərmə  faizi,  b-  toxumların  istilik 

faktorundan sonra cücərmə faizidir [4]. 

 

Alınmış nəticələr  cədvəl 1-də öz əksini tapmışdır. Cədvəldə təqdim olunmuş 



nəticələr  şərti  işarələrlə:  -davamlı;  =  orta  davamlı;  ≡  davamsız  kimi  seçilmişlər. 

 

Cədvəldə  göstərilən  tədqiqat  nəticəsinə  baxdıqda  bərk  buğdaların  bəzi 



növmüxtəlifliyi  həm  quraqlığa,  həm  də  istiliyə  davamlı  kimi  seçilərək  1-ci  qrupa 

aid edilmişdir. 

 

Bunlardan  2  standart  formanı  və  14  hibridi  (10K-1  nömrəli  kataloqda 



göstərilən  v.  leucurum-u;  09K-56-da  v.  hordeiforme-ni;  13K-56-da  v.  mutico-

leucurum-u; 5 v. leucomelan hibridlərini (09K-42; 09K-44; 09K-45; 09K-47; 10K-

57) və 13K-74-də olan v. leucurum-u; 09K-186-da v. murciense-ni; 09K-78-də v. 



boeuffi-Abşeron-u; 13K-191-də v. obscurum-u) göstərmək olar. 

 

Həmin  növmüxtəlifliklərin davamlılıq indekslərinin dəyişməsi 207-161 arası 



olmuşdur. Cədvəldə göstərilən buğda növmüxtəlifliklərindən 22-sinin quraqlıq  və 

istilik  streslərinə  davamlılığı  müxtəlif  olduğundan  (bəziləri  quraqlığa,  bəziləri  isə 

istilik  stresinə  davamlı)  onlar  2-ci  qrupa  aid  edilmişlər  ki,  həmin  qrupda  indeksin 

intensivliyinin dəyişməsi 153-139 arası olmuşdur. 9 növmüxtəlifliyi isə davamsız 

kimi ayrılmışdır.   Öyrənilən  50  bərk  buğda  növmüxtəlifliyin  duz  stresinə 

davamlılıqlarına  nəzər  salsaq  onardan  22-  si  davamlı,  5-i  davamsız,  25-i  isə  orta 

davamlılar qrupuna aid edilmişlər. 

 

Beəliklə, toxumların quraqlıq, istilik, duz streslərindən sonra cücərmə qabiliyyətinə 



görə  qiymətləndirilmə  metoduna  əsasən  hər  3  stresə  davamlı  6  hibrid  seçilmişdir  ki, 

onlar: 10 K-57 v. leucomelan Abşeron; 13K-66 v. leucomelan, 13K-74 leucurum; 13K-

107 v. affine; 09K-78 v. boeuffi Abşeron; 13K-191 v. obscurum hibridləridir. 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə