Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə123/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   119   120   121   122   123   124   125   126   ...   266

 

258 


 

yaşayaraq  bitkinin  şirəsini  sormaqla  ciddi  ziyan  vururlar.  Qanadlı  fərdlərin  rəngi 

qırmızımtıl - qonur olur. Digər mənənələrdən fərqli olaraq həmçinin daha hərəkətli 

olur  və  böyük  kaloniyalar  əmələ  gətirmirlər.  Amma  bəzən  bir  sünbüldə  bir  neçə 

onlarla  fərd  olur.    Yabanı  taxıl  və  bitki  qalığı  üzərinə  qoyulan  yumurta  fazasında 

qışlayırlar. Yazda yumurtadan çıxan sürfələr qanadsız yetkin fərdlərə çevrilərək  bir 

neçə  nəsil  verirlər.  Sonra  qanadlı  formalar  əmələ  gəlir  və  payızlıq  buğdanın 

boruyaçıxma  fazasında  bitkilərə  yoluxurlar.  Mənənələrin  sayının  pik  nöqtəsi 

buğdada sünbülləmə-dənəmələgəlmə fazaları ilə eyni vaxta düşür.  

Deşib-soran ağız aparatına malik olan bu həşərat qrupu bitkinin hüceyrə şirəsi 

ilə  qidalanaraq  onların  böyümə  və  inkişafını  zəiflədir.  Sünbüllərdə  mənənələrin 

koloniya  halında  toplanması  və  qidalanması  nəticəsində  bitkinin  bütün  yarpaq 

(xüsusən  üst  yarpaqlar),  sünbül  və  gövdə  hissələri  şirəli  yapışqanlı  ifrazatla 

çirklənir.  

Bəzi  hallarda  isə  bitkini,  yaxud  da  onun  ayrı-ayrı  gövdələrini  məhv  edir. 

Mənənələr qidalanan bitkilərdə qeyri-normal əyilmələr, eybəcərləşmələr, toxumaların 

genişlənməsi  və  fırların  əmələ  gəlməsi  kimi  hallar  baş  verir  (Cəfərov  Ə.Ə., 

İbrahimov H.R. 1966). 

Mənənələrin  bitkilərin  yarpaqları  ilə  qidalanması  nəticısində  xlorotik  sarı 

ləkələr əmələ gəlir, yarpaqlar burulur, və quruyurlar. Zədələnmiş bitkilər inkişafdan 

qalır, sünbüllər  deformasiya olur və güclü  zədələnmə nəticəsində sünbül qınından 

çıxmır. Məhsul itkisi əsasən dənin kütləsinin azlması nəticəsində yaranır (Cливкина 

К.А. 1981). 

Vegetasiya  müddətində  bütün  tədqiqat  aparılan  bölgələrdə  Mənənələr  geniş 

yayılmış, xüsusən suvarma və rütubətin daha yüksək olduğu Abşeron YTT və Tərtər 

BTS-i  bu  zərərvericilərin  daha çox  ziyan  vurduğu  ərazilərdən  biridir.  Bu  zərərverici 

əksər taxılçılıq bölgələırində yayılaraq, əlverişli şərait yarandıqda güclü inkişaf edib 

bitkilərin 50%-dən çox zədələnməsi nəticəsində məhsul  itkisinə  gətirib çıxarır. Yerli 

şəraitdə  davamsız  payızlıq  buğda  sortlarının  məhsuldarlığı  mənənələrlə  güclü 

zədələnmə  nəticəsində  15%-dək  azalır,  davamlı  sortlarda  isə  ziyanvericinin  nisbətən 

az  sayda  olması  və  bitkinin  zəif  zədələnməsi  nəticəsində  məhsul  itkisi  o  qədər  də 

müşahidə olunmur (Cəfərov Ə.А, İbrahimov H.R. 1966).  

Ədəbiyyat  məlumatına  əsasən  Qazaxıstanda  bu  zərərvericinin  təsirindən 

məhsul  itkisi  hektardan  0,6-0,9  sentner  təşkil  edir  (Евдокимов  Н.Я.,  Корчагин 

А.А. 1982). 

2015-ci  ilin  vegetasiya  müddətində  buğda  sahəsində  mənənələrin  say 

dinamikasında  artım  müşahidə  olunmuşdur  ki,  nəticədə  bitkilərin  zədələnmə 

səviyyəsi yüksək olmaqla, sortlardan asılı olaraq müxtəlif olmuşdur. 

Əkinçilik  İnstitutunun Abşeron Yardımçı  Təcrübə Təsərrüfatında 2014-2015-ci 

illərdə  suvarma  şəraitində  51  yerli  bərk  və  yumşaq  buğda  sortnümunələrınin 

mənənələrlə  yoluxması  və  zədələnməsi  qiymətləndirilmişdir.  Bir  sünbüldə 

mənənələrin    sayı  20-80  ədəd  arasında  olmuşdur.      Bitkilərin  sünbülləmə  fazasında 

mənənə  ilə  yoluxması  14  bərk  buğda  nümunəsindən  2-də  (Mirbəşir-50,  Mirvari) 

20%,  5-də  20-50%,  7-də  isə  50%-dən  artıq  olmuşdur.  35  yumşaq  buğda 

nümunəsindən  20%  yoluxma  8-də  50%-dək  6-da,  50%-də  artıq  yoluxma  21 



 

259 


 

nümunədə olmuşdur.  Zədələnmə səviyyəsinə görə bərk büğdalarda bu göstərici 50%, 

yumşaq  buğdalarda  35%  olmuşdur  ki,  bu  da  bərk  buğdaların  zədələnməyə  daha 

həssas olduğunu göstərir. 

  Mənənələrə  qarşı  mübarizə  aparmaq  üçün  aqrotexniki  və  kimyəvi  mübarizə 

tədbirləri tətbiq edilir. Taxıl mənənələrinin miqdarı iyul və avqust aylarında istilərin 

təsiri,  tüfeyli  və  yırtıcı  həşəratın  fəaliyyəti  nəticəsində  kəskin  azalır.  Taxıl 

mənənələri  ilə  aqrotexniki  mübarizə  məqsədilə  torpağı  vaxtında  və  düzgün 

becərmək,  bitkilərin  böyüməsini  sürətləndirən  gübrələr  vermək  və  s.  bu  kimi 

tədbirlərin həyata keçirilməsinin böyük əhəmiyyəti vardır.  Aqrotexniki tədbir kimi, 

mənənələrə  qarşı  davamlı  buğda  sortlarının  əkilməsi  məhsul  itkisinin  qarşısını 

almaqla yanaşı ətraf mühitin də qorunmasında mühim rol oynayır. 

 Məhsul  yığımından  sonra  bitki  qalıqlarını  təmizləmək  üçün  kövşən 

üzlənilməli, sonra isə dərin dondurma şumu aparılmalıdır, çünki mənənələr məhsul 

yığımından  sonra  payızlıq  taxıl  əkinlərinin  cücərtiləri  əmələ  gələnə  qədər  öz 

inkişafını bitki qalıqları üzərində keçirir. 

 Mənənələrə  qarşı  kimyəvi  mübarizə  zərərvericinin  İZH  keçdiyi  və  məhsul 

itkisinin  gözlənildiyi  təqdirdə  tətbiq  edilməlidir.  V.İ.Tanskinin  (1988)  məlumatına 

görə Taxıl mənənələri üçün buğda bitkisinin inkişaf fazalarından asılı olaraq İqtisadi 

ziyanlı hədd (İZH) aşağıdakı halalrda qeyd olunur: 

-

 

bitkilərin  boruyaçıxma  fazasında  gövdədə  10  ədəd  mənənə  və  ya    50% 



yoluxma;  

-

 



sünbülləmə  fazasında  sünbüldə  5-10  ədəd  mənənə  və  ya    sünbülün  50% 

yoluxması; 

-

 

çiçəkləmə  -  dən  əmələgəlmə  fazasında  sünbüldə  10-20  ədəd  mənənə  və  ya 



sünbülün 60-80% yoluxması;  

-

 



süd yetişmə fazasının əvvəlində sünbüldə 20-30 ədəd mənənə və ya sünbülün 

80-100% yoluxması 

Bundan əlavə entomoloji torba ilə 100 çalmada 500 ədəd  mənənə olması Taxıl 

mənənələri  üçün  iqtisadı  ziyanlı  hədd  (İZH)  qəbul  edilmişdir  (Танский  В.И., 

Дормидонтова  Г.Н.  1980).   İ.F.Pavlovun  (1983)  fikrincə  isə  sünbüldə  orta  hesabla 

30-40  ədəd  mənənənin  olması  və  ya  bitkilərin  50%-dən  artıq  sirayətlənməsi  qeyd 

olunarsa mənənələrə qarşı insekdisid tətbiq olunmalıdır. 

Kimyəvi mübarizə vaxtında və düzgün tətbiq olunmalıdır. Əgər sahələr mənənə 

ilə  kütləvi  surətdə  sirayətlənərsə  bitkinin  inkişaf  fazasından  və  sirayətlənmə 

dərəcəsindən  asılı  olaraq  məsarif  norması    hər  hektara  0.1  lt  10%-li  Alfa  –

Sipermethrin;  0,03-0.04  lt  25%-li  deltametrin;  1,0-1,5  lt  40%-li    Dimetoat;  0,15  lt 

5%-li  Lyambda-çiqolatrin;  0,5-1,2  lt  50%-li  Malation;  1,0  lt  50%-li  Primifos-metil; 

0,5-1,0 lt 35%-li Tiametoksam tərkibli insektisidlərdən biri ilə vegetasiya müddətində 

çiləmə üsulu ilə dərmanlama aparmaq lazımdır. 



 

 

 

 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə