Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə125/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   121   122   123   124   125   126   127   128   ...   266

 

262 


 

 

Açar sözlər: bərk və yumşaq buğdalar, qonur pas, Puccinia triticina, izoforma, 

davamlılıq genləri, fitopatoloji və molekulyar analiz 



Ключевые  слова:  пшеница  твердая  и  мягкая,  бурая  ржавчина,  Puccinia 

triticina,  изоформа,    гены  устойчивости,  фитопатологический  и  молекулярный 

анализ 


Key  words:  durum  and  bread  wheats,  leaf  rust,  Puccinia  triticina,  isoform, 

resistance genes, phytopathological and molecular analysis 

 

 

Buğda  və  çəltik  dünyada  ərzaq  təhlükəsizliyinin  təmin  olunması  üçün  əsas 



prioritet  bitkilər  qrupuna  daxildir  [1].  Bu  bitkilərin  məhsuldarlığının  artırılması,  ilk 

növbədə,  onların  abiotik  və  biotik  stress  amillərinə  davamlılığının  öyrənilməsindən, 

tolerantlığın  genetik  əsaslarının  işlənilib  hazırlanmasından,  davamlı  sortların  aşkar 

edilməsi  və  ya  yaradılmasından  asılıdır  [2].  Pas  xəstəlikləri  buğda  bitkisinin 

məhsuldarlığına  və  dən  keyfiyyətinə  kəskin  təsir  edən  amillərdəndir.  Hər  il  pas 

xəstəliyi  dünyada  istehsal  olunan  buğda  məhsulunun  20-25%-ə  qədər  azalmasına 

səbəb olur ki, bunun da dəyəri milyonlarla dollar həcmindədir. Uzun illər bu xəstəliyə 

davamlılığın  genetik əsasları üzrə  tədqiqat işləri aparılmış  və xəstəliyə davamlılığın 

genetik mənbələri haqqında geniş məlumat toplanılmışdır. Buna baxmayaraq, hələ də 

pas  xəstəliyinin  müxtəlif  formalarına  və  rasalarına  davamlı  və  məhsuldar  sortların 

yaradılmasına  olan  ehtiyac  bu  problemin  olduqca  çətin  və  aktual  olmasını  göstərir 

[3].  Roelfsin  (1978)  apardığı  tədqiqatlar  zamanı  məlum  olmuşdur  ki,  gövdə  pas 

xəstəliyi  1912-1976-cı  illərdə  Amerika  Birləşmiş  Ştatlarında  buğdanın 

məhsuldarlığını  50%,  sarı  pas  isə  müxtəlif  illərdə  buğda  bitkisinin  məhsuldarlığını 

70%-ə  qədər  azaltmışdır  [4].  Hussein  və  Abdel,  həmçinin  digər  alimlər  tərəfindən 

aparılan  hesablamalar  nəticəsində  məlum  olmuşdur  ki,  1978-ci  ildə  pas  xəstləliyi 

Pakistanda buğdanın məhsuldarlığını 50% azaltmaqla, ölkə iqtisadiyyatına 86 milyon 

dollar ziyan vurmuşdur [1; 5]. 1993-cü ildə Buğda və Qarğıdalının Yaxşılaşdırılması 

üzrə  Beynəlxalq  Mərkəzin  hesabatında  sarı  pas  xəstəliyinin  İran,  Yəmən  və 

Efiopiyada  buğdanın  məhsuldarlığını  əhəmiyyətli  dərəcədə  azaltması  göstərilmişdir. 

Aparılan  digər  tədqiqatlar  nəticəsində  pas  xəstəliyinin  Avropada,  Çində  və 

Avstraliyada  ciddi  problemlər  yaratdığı  qeyd  edilmişdir.  Müstəqillik  əldə  etdikdən 

sonra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq nəticəsində pas xəstəliyinin Azərbaycan 

üçün  də  böyuk  bir  problem  olması  məqalə  və  hesabatlarda  əsaslı  şəkildə  irəli 

sürülmüşdür.  1999-2011-ci  illərdə  pas  xəstəliyinin  respublikada  müşahidə  olunması 

və  buğdanın  məhsuldarlığına  ciddi  şəkildə  təsir  etməsi  ICARDA-nın  hesabatlarında 

və  müxtəlif  beynəlxalq  məqalələrdə  yer  almışdır  [6].  Respublikamızda  istər  Sovet, 

istərsə də müstəqillik illərində bu problemin həlli istiqamətində tədqiqat və seleksiya 

işləri  aparılmışdır.  AMEA  Genetik  Ehtiyatlar  İnstitutunda,  Əkinçilik  Elmi  Tədqiqat 

İnstitutunda,  Elmi  Tədqiqat  Bitki  Mühafizəsi  və  Texniki  Bitkilər  İnstitutunda, 

Naxçıvan Bioresurslar Institutunda və Azərbaycan Dövlət Aqrar Universitetində uzun 

illər boyunca bu istiqamətdə tədqiqatlar  aparılmış  və hal-hazırda da aparılmaqdadır. 

Əkinçilik  Elmi  Tədqiqat  İnstitutunda  böyük  seleksiyaçı  alim,  akademik  Cəlal 

Əliyevin rəhbərliyi ilə pas xəstəliyinə qarşı davamlı yumşaq buğda sortları (Tərəqqi, 




 

263 


 

Azəri, Mirbəşir-128, Əkinçi-84) yaradılmışdır [7]. Ədəbiyyatların təhlili göstərmişdir 

ki,  bu  istiqamətdə  aparılan  tədqiqatlarda,  əsasən  təbii  fonda  qiymətləndirilməyə, 

kimyəvi  mübarizə  tədbirlərinin  işlənib  hazırlanmasına  və  klassik  seleksiya 

metodlarından  istifadəyə  xüsusi  önəm  verilmişdir.  Zəngin  genetik  ehtiyatlara  malik 

olan  Azərbaycanda  pas  xəstəliyinə  davamlılıq  üzrə  aparılan  işlərin  gücləndirilməsi, 

yeni  məhsuldar  sortların  yaradılması  üçün  davamlı  genetik  mənbələrin  aşkar 

edilməsi,  molekulyar  seleksiyanın  imkanlarından  geniş  istifadə  olunması  və 

xəstəliyin genetik əsaslarının tədqiqi olduqca əhəmiyyətlidir. İnkişaf etmiş ölkələrdə 

bu  xəstəliyə  davamlılığın  molekulyar  genetik  əsasları  haqqında  ciddi  tədqiqat  işləri 

aparılmış,  molekulyar  genetikanın  imkanlarından  maksimum  dərəcədə  istifadə 

olunaraq  qısa  zamanda  davamlı  sortlar  yaradılmışdır.  Lakin  iqlim  şəraitinin 

dəyişməsi,  həmçinin,  zaman  ötdükcə  bu  xəstəliyin  ətraf  mühit  amillərinə 

uyğunlaşması,  göbələyin  yeni  izoformalarının  yaranması  göstərir  ki,  bu  istiqamətdə 

aparılan tədqiqat işləri, o cümlədən hər bir ölkənin torpaq-iqlim şəraitinə uyğun yeni 

məhsuldar sortların yaradılması dayanıqlı və fasiləsiz olmalıdır.  

Cari  tədqiqat  işində  Milli  genbankda  saxlanılan  bərk  və  yumşaq  buğdanın 

müxtəlif  növmüxtəlifliklərinə  aid  121  nümunəsinin  və  36  seleksiya  sortunun  qonur 

pasa  davamlılığının  süni  fonda  və  davamlılıq  genləri  əsasında  qiymətləndirilməsi 

həyata  keçirilmişdir.  Tədqiqat  işi  2011-ci  ildə  Amerika  Birləşmiş  Ştatlarının  (ABŞ) 

Kənd  Təsərrüfatı  Departamentinin  Norman  Borlauq  proqramı  çərçivəsində  ABŞ-ın 

Kanzas  Dövlət  Universitetinin  “Bitki  patologiyası”  kafedrası,  Buğda  genetik  və 

genom ehtiyatları mərkəzi və Kənd Təsərrüfatı Departamentinin Manhatten şəhərində 

yerləşən “Payızlıq bərk buğdanın genetikası” bölməsində yerinə yetirilmişdir. 

Tədqiqat  materialı  kimi  Milli  Genbankda  saxlanılan  bərk  buğdanın  (T.  durum 

Desf)  15  növmüxtəlifliyinə  aid  (var.leucurum,  var.hordeiforme,  var.boeufii, 



var.melanopus,  var.murciense,  var.alborovinciale,  var.leucomelan,  var.apulicum, 

var.reichenbachii,  var.erythromelan,  var.affine,  var.niloticum,  var.caerulescens, 

var.obscurum,  var.libycum)  64  nümunəsi  və  18  sortu  (Bərəkətli  95,  Cəfəri,  Sevinc, 

Arandəni,  Qaraqılçıq,  Sarı  buğda,  Ağ  buğda,  Şirvan  buğdası,  Bozaq,  Şərq,  Muğan, 

Mirbəşir 50, Qaraqılçıq-2, Vüqar, Şiraslan 23, Tərtər, Tərtər-2, Qızıl buğda), yumşaq 

buğdanın  isə  (T.aestivum  L.)  13  növmüxtəlifliyinə  aid  (var.graecum,  var.milturum, 



var.erythrospermum,  var.alborubrum,  var.ferrugineum,  var.lutescens,  var.albidum, 

var.triticum,  var.barbarossa,  var.hostianum,  var.meridionale,  var.leucospermum, 

var.velutinum)  57  nümunəsi  və  18  sortundan  (Qiymətli2/17,  Qrekum  75/50,  Arzu, 

Gürgənə1,  Qarabağ,  Zərdabi,  Mirbəşir128,  Əkinçi84,  Günəşli,  Əzəmətli95,  Ruzi84, 

Qobustan,  Azəri,  Şəfəq,  Qırmızıgül  1,  Tərəqqi,  Yeganə,  Şəki1)  istifadə  edilmişdir. 

Pas xəstəliyinə həssas Morokko sortu isə nəzarət variantı kimi götürülmüşdür.  

Nümunələrin  toxumları  20  x  20  x  5  sm-lik  qablarda  hər  birindən  5  toxum 

olmaqla  səpilmiş,  hər  qabın  birinci  və  axırıncı  cərgəsinə  nəzarət  variant  kimi  həssas 

Morokko  sortu  əkilmişdir.  Səpilmiş  nümunələr  20  ±  4°C-də  istixana  şəraitində 

saxlanılmışdır.  Əvvəlcədən  -80°C–də  saxlanılan  qonur  pasın  uredinosporları 

vasitəsilə  sünü  sirayətləndirmə  həyata  keçirilmişdir.  Təcrübələrdə  qonur  pasın 

törədicisi  olan  Puccinia  triticinagöbələyinin  4  izoformasından  (ras)  (BBBDB, 

PRTUS25,  PRTUS45  və  PRTUS60)  istifadə  olunmuşdur  (Long  and  Kolmer,  1989; 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə