Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə126/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   122   123   124   125   126   127   128   129   ...   266

 

264 


 

Kolmer et al., 2009) [8; 9]. Göbələyin sporları əvvəlcə 6 dəqiqə müddətində 42°C-lik 

su hamamında saxlanılmış, daha sonra Soltrol izoparafin neftində ((Chevron Phillips 

Chemical  Company,  The  Woodlands,  TX))  həll  edilmişdir.  İkinci  yarpaq  əmələ 

gəldikdə  nümunələr  hazırlanmış  inokulyum  vasitəsilə  yoluxdurulmuş  və  16  saat 

müddətinə  20°C  tempratura  malik  xüsusi  fitotrona  qoyulmuşdur.  Nümunələrə 

istixana  şəraitində  qulluq  göstərilmiş,  12  gün  sonra  Stakmanın  0-4  ballıq  şkalası 

əsasında  onların  pas  xəstəliyinə  tutulma  dərəcəsi  qiymətləndirilmişdir  (Roelfs  and 

Martens,  1989)  [10].  Şkalaya  görə  0,  1,  1;  1+,  -2  balla  qiymətləndirilən  nümunələr 

davamlı, 2, 2; orta davamlı, 2+, -3 və 3+ kimi qiymətləndirilən nümunələr isə həssas 

nümunələr hesab edilmişdir. 

BioSprint-96  robotundan  istifadə  etməklə  cavan  yarpaqlardan  DNT  ekstraksiya 

edilmiş,  nanodrop  vasitəsilə  kəmiyyət  və  keyfiyyəti  yoxlanılmış  və  PZR  reaksiyası 

üçün  durulaşdırılmışdır.  Tədqiqat  işində  9  markerdən  (Cədvəl1)  istifadə  edərək  16 

genin  (Lr19,  Lr21,  Lr24/Sr24,  Lr34/Yr18,  Lr37/Sr38/Yr17,  Lr39,  Lr46/Yr29,  Lr50, 

T1RS·1BL (Lr26/Sr31/Yr9)) skrininqi həyata keçirilmişdir. Amplifikasiya məhsulları 

2%-li  aqoroz  gelində  yoxlanılmış  və  ABI  DNA  3730  cihazı  vasitəsilə  fraqmentlərin 

uzunluğu  təyin  edilmişdir.  Əldə  edilən  nəticələr  GeneMarker  kompyuter  proqramı 

vasitəsilə analiz edilmişdir. 

Tədqiqat materialı (157 bərk və yumşaq buğda nümunəsivə 6 nümunə Marokko) 

07  oktyabr  2011-ci  ildə  istixana  şəraitində  səpilmiş,  18.10.2011-ci  ildə  süni 

inokulyasiya  olunmuş  və  29.11.2011-ci  il  tarixində  isə  qiymətləndirilmişdir. 

Nümunələrin  qonur  pas  xəstəliyinin  4  izoformasına  qarşı  davamlılığı  müxtəlif 

olmuşdur. Belə ki, buğda genotiplərinin digər izoformalarla müqayisədə BBBDB və 

PRTUS25  izoformalarına  davamlılıq  dərəcəsinin  daha  yüksək  olması  müəyyən 

edilmişdir. Fitopatoloji tədqiqatların nəticələrinə əsasən tədqiq edilən 82 bərk bugda 

nümunəsinin  18-i  qonur  pasa  yüksək  davamlı,  23-ü  orta  davamlı,  41-i  isə  həssas 

nümunə  kimi  qiymətləndirilmişdir.  18  davamlı  nümunənin  61%-i  var.leucurum 

növmüxtəlifliyinə  aid  olmuşdur.  Qeyd  olunmalıdır  ki,  var.leucurum  növmüxtəlifliyi 

sünbülün, qılçığın və dənin ağ rəngdə olması ilə səciyyələnir. Ümumilikdə, davamlı 

nümunələrin  83.3%-ində  sünbüllərin  rənginin  ağ  olması  müşahidə  edilmişdir.  Orta 

davamlı  kimi  qiymətləndirilmiş  23  nümunənin  isə  60.8%-də  sünbül  ağ  rəngdə 

olmuşdur. Digər tərəfdən, 41 həssas bərk buğda nümunəsinin 70.7%-nin sünbülünün 

rənginin  qırmızı  olması  aşkar  edilmişdir.  Qonur  pasa  qarşı  davamlı  bərk  buğda 

formalarının  axtarılmasında  sünbülün  rənginə  –var.leucurum  növmüxtəlifliyinə 

üstünlük verilməsi seleksiya işlərinin sürətləndirilməsinə kömək edə bilər.

 

Tədqiq  edilən  yumşaq buğda nümunələrinin bərk buğdaya nisbətən qonur pasa 



daha  çox  həssas  olmasımüşahidə  edilmişdir.  Öyrənilən  75  yumşaq  buğda 

nümunəsinin  4-ü  yüksək  davamlı,  9-u  orta  davamlı,  63-ü  isə  həssas  olmuşdur. 

Yumşaq  buğdalarda  davamlılıqla  növmüxtəliflik  əlamətləri  arasında  hər  hansı  bir 

asılılıq müşahidə edilməmişdir.  

Bütün  nümunələrin  16  davamlılıq  geni  üzrə  skrininqi  aparılmış,  lakin  yalnız  3 

genin  (Lr19,  Lr34  və  T1RS·1BL  (Lr26/Sr31/Yr9))  nəticələri  fenotipik  analizlərlə 

uyğunluq təşkil etdiyi üçün əsas götürülmüşdür. Bunlardan Lr19 geni 2 bərk (6129-

T.durum  var.melanopus  və  Cəfəri)  və  6  yumşaq  buğda  (6937-T.aestivum 



 

265 


 

var.milturum,  6949-T.aestivum  var.erythrospermum,  6985-T.aestivum  var.lutescens

7021-T.aestivum  var.barbarossa,  7029-T.aestivum  var.velutinum,  Qırmızıgül  1) 

nümunələrində  aşkar  edilmişdir.  Bərk  buğdanın  hər  iki  nümunəsi  qonur  pasın  4 

izoformasına  qarşı  yüksək  davamlılıq  nümayiş  etdirmişdir.  Qeyd  edilən  6  yumşaq 

buğda genotipi isə bütün izoformalara qarşı həssas olmuşdur. Məlumdur ki, Lr19 geni 

buğdanın 7A və 7D xromosomlarının uzun çiynində yerləşir və bu gen bərk buğdaya 



Thinopyrum ponticum=Agropyron elongatum, Elymus elongatus)növündən keçmişdir 

[11-14].  7D  xromosomunda  yerləşən  Lr34  geni  [15]  isə  12  yumşaq  buğda 

nümunəsində  (6959-T.aestivum  var.alborubrum,  6960-  T.aestivum  var.alborubrum

6961-  T.aestivum  var.alborubrum,  7010-  T.aestivum  var.alalbidum,  Qrekum  75/50, 

Arzu,  Zərdabi,  Gürgənə1,  Mirbəşir128,  Əkinçi84,  Günəşli  və  Yeganə)  rast 

gəlinmişdir ki, onlarında əksəriyyəti BBBDB rasına yüksək davamlılıq göstərmişdir. 

Tədqiqatın  ən  mühüm  nəticələrindən  biri,  ilk  dəfə  olaraq,  9  yumşaq  buğda 

nümunəsində (6945 –T.aestivum var.erythrospermum, 6983-T.aestivum var.lutescens,  

6984-  T.aestivum  var.lutescens,  6987-  T.aestivum  var.lutescens,  7014  -  T.aestivum 

var.albidum,  7033-  T.aestivum  var.meridionale,  Əkinçi84,  Günəşli,  Mirbəşir  128) 

T1RS·1BL çovdar translokasiyasının tapılmasıdır ki, onların da 4-ü qonur pasa qarşı 

yüksək davamlılıq nümayiş etdirmişdir (Şəkil 1).  

 

 



Şəkil1. Çovdar translokasiyası müşahidə edilən nümunələrin fraqment analizi 

 

Məlumdur ki, bu translokasiyada pas xəstəliyinin hər üç formasına (qonur, sarı 



və  qara  (gövdə)  pası)  qarşı  davamlılıqda  iştirak  edən  və  öz  aralarında  ilişiklilik 

nümayiş etdirən genlər (Lr26/Sr31/Yr9)vardır. Bu nümunələrdən qonur, sarı və gövdə 

pasına  qarşı  davamlı  sortların  alınmasında  başlanğıc  material  kimi  istifadə  edilməsi 

məqsədəuyğundur(Cədvəl 1).  

 

Cədvəl 1. 

Qonur pas xəstəliyinə yüksək davamlı nümunələrin əlamət kolleksiyası 

 

№ 

AZE kataloq №-si 

Növ, növmüxtəlifliyi 

Bərk buğda (Triticum durum Desf.) 

6090 



var.leucurum 

6091 



var.leucurum 

6099 



var.leucurum 

6100 



var.leucurum 

6102 



var.leucurum 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə