Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə156/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   152   153   154   155   156   157   158   159   ...   266

 

 

328 



 

toxumlarda qeydə alınmışdır. Ehtimal olunur ki, dənli bitkilərin müxtəlif sortları və 

növləri  p.Alternaria  göbələkləri  ilə  sirayətlənməyə  fərqli  reaksiya  göstərirlər,  bu 

ziyanvericiliyə  təsir  edir.  Eləcə  də,  müxtəlif  amillərin,  ilk  növbədə  bitkinin  sortu, 

göbələyin  növü  və  ətraf  mühitin  şəraiti  kimi  amillərin  (temperatur,  rütubət  və  s.) 

mümkün olan qarşılıqlı əlaqəsini nəzərə almaq lazımdır [4]. 

Şərh    edilmiş  faktlar  qara  rüşeym  simptomları  və  dənin  alternariozu  olan 

toxumlarda  bitkilərin  boy  atmasına  neqativ  təsir  edən  səciyyəvi  (tipik)  olmayan 

fizioloji proseslərin gedişindən xəbər verir ki, bu da sözsüz qara rüşeymi və dənin 

alternariozunu xəstəlik hesab etməkdə davam etməyə imkan verir. 

Buğda  sünbülünün  qaralması  –  adətən  p.  Alternaria  göbələkləri  ilə 

asossiasiya  edilən  xəstəlikdir.  A.alternata,  c.  Herbarium,  b.  Cinerea  göbələkləri 

buğda sünbüllərinin qaralması xəstəliyinin törədiciləridir.  

Şəki-Zaqatala  bölgəsinin  payızlıq  buğda  əkinlərində  apardığmız  fitosanitar 

müşahidələr  və  məhsuldan  götürülən  dənlərin  fitoekspertizaları  göstərir  ki, 

alternaria  cinsindən  olan  göbələklərlə  sirayətlənmə  kifayət  qədərdir  və  xəstəliyin 

intensivliyi  yüksək  rütubət  və  güclü  yağışların  təsirindən  artır.  Havanın  yüksək 

rütubətliliyi və sünbülün üzərində su damcısının mövcudluğu zamanı, yəni sıx-sıx 

və  bolluca  yağıntıların  və  ya  şehin  düşdüyü  zaman  taxılın  yetişdiyi  dövrdə 

meydana  gəlir.  Belə  şəraitlərdə  sünbülün  üzərində  intensiv  şəkildə,  ilk  növbədə 

sporları  atmosferin  yerə  yaxın  qatında  daha  çox  sayda  əmələ  gələn,  soprofit 

göbələklər  inkişaf  edir.  Adətən  belə  göbələklər  Alternaria,  Cladosporium, 



Epicoccum  fəsiləsindən  olan,  nadir  hallarda  başqa  fəsilədən olan  növlərdir.  Erkən 

sirayətlənmə  və  sirayətlənmiş  sünbüllərin  uzun  müddət  yığılmamış  vəziyyətdə 

qaldığı zaman, ehtimal olunur ki, yetişmə prosesi müəyyən dərəcədə pozula bilər, 

bundan əlavə göbələk dənə keçə bilər. Həmçinin dənin göbələklərlə güclü şəkildə 

sporlandığı zaman onun allergenliliyinin artdığını unutmaq lazım deyil. Alternaria 

və  Clodosporium  sporları  –  daha  geniş  yayılmış  göbələk  mənşəli 

aeroallergenlərdən biridir. 

Bununla  belə  p.Alternaria  göbələklərinin  və  onların  metobolitlərinin 

toxumlara  zərər  vura  bilməsi  istisna  edilmir,  məsələn,  zəif  fizioloji  olaraq 

yetişməmiş  toxumlar.  Məlumdur  ki,  Alternarianın  bir  çox  növləri  bitki 

toxumalarını  zədələyən  və  onun  böyüməsini  dayandıran  fitotoksinlər  əmələ 

gətirirlər.  Bizim  tərəfimizdən  2013-2015-ci  illərdə  ADAU-nun  fitopatologiya 

laboratoriyasında  aparılan  analizlərlə  müxtəlif  bölmələrdən  olan  Alternarianın 

cinslərinin buğdanın cücərtilərinə təsiri yoxlanılmışdır. Xırda sporlu növlərin bitki 

filtratının  tərkibində  cücərtilərin  boy  atmasını  dayandıran  maddə  vardır. 

A.infectoria kompleksinin növlərinin filtratı orta hesabla daha fitotoksik idi.  

Dənli bitkilərin generativ orqanlarının Alternarianın növləri ilə sirayətlənməsi 

unun  çörək  keyfiyyətinin  pisləşməsinə  gətirə  bilər.  Toxumun  alternariozu  çörək 

bişirməyə ciddi ziyan vurmur. Toxumların Alternaria cinsləri ilə sirayətlənməsinin 

daha  çox  təhlükəli  nəticəsi  kimi,  insan  və  heyvanlar  üçün  zərərli  olan  göbələk 

metobolitlərinin  mikotoksinlərinin  əhəmiyyətli  miqdarda  toplanmasını  hesab 

etmək  lazımdır.  Məsələn,  müxtəlif  ölkələrdə  buğdanın  toxumunda  alternariol 

(1050  mkq/kq  qədər),  alternariolun  monometil  efiri  (1426  mkq/kq),  tenuazon 




 

 

329 



 

turşusu  (6432  mkq/kq  qədər)  və  Alternarianın  digər  toksinləri  aşkar  edilmişdir. 

Bütün  bu  məhlullar  Alternarianın  xırda  sporlu  növləri  tərəfindən  ifraz  edilir  və  

A.infectoriada  mövcud  deyil,  buna  görə  də  dəqiq  eyniləşdirmənin  vacibliyini  bir 

daha qeyd edək. Bitkilər, bakterialar, quşlar və insan limfositləri üzərində aparılan 

tədqiqatlar  Alternarianın  xırda  sporlu  növlərinin  mutagen,  terogen  və  toksiki 

təsirini  meydana  çıxarmışdır.  A.tenuissimanın  bitki  filtratının  toyuq  embrionları 

üçün  toksiki  olması  sübut  olunmuşdur.  Onlar  üçün  tenuazon  turşusunun  ölüm 

dozası  (ÖD

50

)  yumurtaya  548  mkq  təşkil  edir,  yəni  ki,  məsələn,  85  q  buğdanın 



tərkibində olan miqdarda. Çətin ki, qidada və ya heyvan yemində mikotoksinlərlə 

belə  çirklənmiş  taxılın  istifadə  edilməsini  sağlamlıq  üçün  təhlükəsiz  hesab  etmək 

olar [8]. 

Alternarianın miselisinin qida allergeni kimi rolu öyrənilməmişdir. Ola bilsin 

ki, o yetərincə qiymətləndirilməmişdir. Nəzərə alsaq ki, bu göbələklərin havadakı 

sporları çox vaxt insanlarda atopik rinitlərin və astmanın əmələ gəlməsinə gətirir, 

onda mövzunun aktuallığını başa düşmək olar. 

Ekoloji  dərinlik  və  Alternarianın  xırda  sporlu  növlərinin  infeksiyaları  kimi, 

A.infectorianın kompleksinin də infeksiyalarının qorunması üsulları ümumi olaraq 

oxşardır.  Infeksiyanın  güclü  mənbəyi  sirayətlənmiş  bitkilərdir  (xüsusilə  quruyan 

aşağı yarpaqları ilə qocalan bitkilər, bar verməsi sona çatan bir illiklər) və vaxtaşırı 

şeh və yağışlarla isladılması şərti ilə istənilən bitki qalıqlarıdır. Vegetasiya müddəti 

ərzində (əsasən ortalarında və sonunda) əlverişli hava şəraiti zamanı torpaqdan bir 

neçə  metr  yüksəklikdə  həmişə  yüksək  konsentrasiyada  (qatılıq)  Alternarianın 

soprotrof  növlərinin  inokulyumları  mövcuddur.  Bu  tez-tez  əkinçilik 

mədəniyyətinin yüksək olmadığı, əkinlərin yüksək dərəcədə alaqlandığı, istifadəsiz 

qalmış  sahələri  olan,  köhnə  kökümeyvəli  bitkilərin  gövdə  və  yarpaqlarının 

yığınlarının təmizlənmədiyi və s. təsərrüfatlarda müşahidə olunur. 

Alternarianın  toksigen  fakultativ  parazitik  növlərinin  yüksək  potensial 

təhlükəsini nəzərə alaraq  onlara qarşı kompleks mübarizə  tədbirləri aparılmalıdır. 

Nəzərə alsaq ki, taxıl toxumlarının alternaria göbələkləri ilə yoluxması cücərtilərin 

sağlamlığını aşağı salan başlıca amildir, onda ilk növbədə toxumlar genis spektrli 

fungisidlərlə dərmanlanmalıdır. Toxumun dərmanlanması nəinki alternaria cinsinə 

aid olan xəstəliklərin eyni zamanda bərk və toz sürmə, kök çürüməsi, fuzarioz, qar 

kifi xəstəliklərinin də qarşısını alır.  

Xəstəliyi  törədən  göbələklər  taksonomik  baxımdan  müxtəlif  taksonlarda 

birləşirlər.  Hər  bir  xəstəlik  törədici  özünəməxsus  simptomlar  əmələ  gətirir, 

məhsuldarlığa  bu  və  ya  digər  dərəcədə  zərər  vururlar.  Ona  görə  də  bu  xəstəlik 

törədicilərin  buğda  bitkisinə  vurduğu  zərəri  minimuma  endirmək  üçün  sahədə 

yüksək  aqrofon  yaradılmalıdır.  Növbəliəkin,  düzgün  sələf  bitkisi,  torpağın 

aqrokimyəvi analizinə uyğun balanslaşdırılmış mineral gübrələr verilməsi, alaqlara 

qarşı  elmi  əsaslarla  mübarizə  və  s.  xəstəlik  faizini  minimuma  salmağa  zəmin 

yaradır.  Sahələrdə  xüsusi  olaraq  pas  xəstəliklərinə  qarşı  alto-super,  tilt,  impakt, 

reks-duo  kimi  preparatlarla  aparılan  kimyəvi  çiləmələr  bu  xəstəlik  törədicilərində 

sporlarına öldürücü təsir göstərir. 

 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə