Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə152/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   148   149   150   151   152   153   154   155   ...   266

 

 

319 



 

Aşagıdakı foto şəkillərdə bəzi bitki şitillərinin köklərində fır nematodlarının 

yayılması vəziyyəti  göstərilmişdir (Şəkil 4). 

1                                                    2                                               3 

Şəkil 4. Şitillərdə fır nematodlarının yayılması:  

  1-xiyarda; 2-kələmdə; 3-pomidorda. 

Nəticə  olaraq  qeyd  olunmalıdır  ki,  Abşeron  bölgəsində  yayılmış  bitki 

nematodlarının  bioekoloji  xüsusiyyətlərinin  öyrənilməsi,  onlara  qarşı  kompleks 

mübarizə  tədbirlərinin  vaxtında  və  düzgün  yerinə  yetirilməsinə  imkan 

yaradacaqdır. 



ƏDƏBİYYAT 

 

1.S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı-1966. 

2.А.В.Садыкин.  Селекция  нематодоустойчивых  сортов  томата.  Кишинев-

1990. 


3.А.М.Воровкова.  Oбследование  площадей  на  выявление  картофельной 

нематоды  по  средством  отбора  и  анализа  почвенных  проб.  А.Н.ССФР. 

Методы  исследования  нематод  растений,  почвы  и  насекомых.  Москва-1963, 

Ленинград с.33-42 

4.Г.А.Гасымова.  Галловая  нематода  огородных-бахчевых  культур  на 

Апшероне и меры борьбы с ней. Баку-1949 г. 

5.Е.С.Кирьянова.  Сбор  и  изучение  галловой  и  других  растение  ядных 

нематод. Москва-1950 г. 

6.Е.С.Кирьянова,  Э.Л.Кралль.  Паразитические  нематоды  растений  и  меры 

борьбы с ними. Л. Наука-1969 г. 

7. Р.Е.Кралль. Паразитические корневые нематоды. Ленинград-1978 г. 

8.Ш.И.Шипинова. Меры борьбы с галловой нематодой в условиях Апшерона. 

Самарканд-1960 г. 

9.C.T.Ağayev, M.M.Tağıyev. Yekun hesabat-2006. AzETBMİ-nin ATS. 

 

 

РАСПРАСТРАНЕНИЕ И БИОЕКОЛОГИЧЕСКИЕ 



ХАРАКТЕРИСТИКИ ФИТОНЕМАТОДОВ В УСЛОВИЯАХ 

АПШЕРОНСКОГО РЕГИОНА 


 

 

320 



 

 

М.М.Тагиев 

Азербайджанский НИИ  Защиты Растений, Апшеронская Опытная 



Станция 

 

В статъе были изучены виды корневый нематоды, которые повреждают 



овощные  кулътуры  на  юго-восточных  поля  Апшеронского  региона. 

Приисследованиибылиизученыбиоекологицескиехарактеристикипаразита. 



 

ABSHERON EXPERIMENT STATION OF PLANT PROTECTION AND 

TECHNICAL PLANTS RESEARCH INSTITUTE OF CROP HUSBANDRY 

 

M.M.Tagiyev 

 

The  article  show  information  about    species  of  nematodes  which  damage 



roots of vegetables, cultivated in North-eastern areas of Absheron.  

 

UOT 633.1.632.4 



 

YERLİ VƏ İNTRODUKSİYA EDİLMİŞ BUĞDA SORTLARININ İN 

VİTRO ŞƏRAİTDƏ SARI LƏKƏ XƏSTƏLİYİNƏ (Pyrenophora tritici 

repentis) QARŞI DAVAMLILIĞININ ÖYRƏNİLMƏSİ 

 

Ş.F.SADIQOV

1

, E.R.İBRAHİMOV

1

, İ.M.HÜSEYNOVA



1-Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bakı şəhəri, Az1098, Pirşağı qəs., Sovxoz N0 

2-AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutu, Bakı şəhəri 

E mail: shahriyar.sadikov@mail.ru 

 

Məqalədə 2014-2015-ci illərdə Əkinçilik ET İnstitutunun, Bitki xəstəlikləri və 

zərərvericilərlə  mübarizə  laboratoriyasında  buğda  yarpaqlarının  sarı  ləkə 

xəstəliyinə  (Pyrenophora  tritici-repentis)  qarşı  yerli  və  introduksiya  edilmiş 

sortların  davamlılığı  və  immunoloji  reaksiyaları  öyrənilmişdir.  Bu  məqsədlə 

sirayətlənmə  materialı  kimi,  əvvəlki  illərdən  toplanmış  yarpaq  və  gövdə 

nümunələrindən izolə edilmiş kulturalardan istifadə edilmişdir. Təcrübələrdə süni 

sirayətlənmə fonunda alınmış nəticələrlə tarla şəraitində aparılmış müşahidələr və 

qoyulmuş  təcrübələr  eynilik  təşkil  etmişdir.  Məhz  bu  nəticələrdən  gələcəkdə,  sarı 

ləkə  xəstəliyinin  immunoloji  qiymətləndirməsi  və  differensiator  xəritəsinin 

təkmilləşdirilməsində, 

tutucu 

pitomniklərin 

hazırlanması 

və 

seleksiya 

proqramlarında istifadə ediləcəkdir. 

 

 

Açar sözlər: sarı ləkə, buğda, nekroz , xloroz, fitopatogen 

Key  words:  tan  spot  or  yellow  spot,  wheat,  necrosis,  chlorosis, 

phytopathogen 




 

 

321 



 

Ключевые  слова:  желтая  пятнистостьи,  пшеница,  некроза,  хлороз, 

фитoпатоген 

 

Buğda  yarpaqlarının  sarı  ləkə  xəstəliyi,  son  illərdə  yarpaq  ləkə  xəstəlikləri 



içərisində  ən  çox  yayılmış,  müxtəlif  illərdə  epifitotiyaylara  səbəb  olmuşdur. 

Törədicisi  kisəli  saprotrof  göbələk  olan  Pyrenophora  tritici-repentis.  (Died) 

Drechs.  (Syn.  P.  trichostoma  (Fr)  Fuckel),  anamorf.vasitəsilə,  təkcə  buğda  deyil, 

60  növə  qədər  mədəni  və  yabanı  taxıllar  fəsiləsindən  olan  bitkilərdə  müxtəlif 

yarpaq  ləkə  xəstəliklərinin  yaranmasına  səbəb  olur.  Respublikamızda  hələ  2001-

2003-cü illərdə xarici alimlərin apardıqları müşahidələr  onu deməyə əsas verir ki, 

Azərbaycan ərazisi patogen irqlərinin ən çox müxtəlifliyi müşahidə olunan yerdir. 

Belə ki, xəstəliyin mövcud 8 irqindən (ras) 6-sı Azərbaycan ərazisindən toplanmış 

izolatlardan  müəyyən  edilmişdir.  Xarici  tədqiqatçılar  Azərbaycan  ərazisini 

Vavilovun  da  dediyi  kimi,  taxıl  bitkilərini  əcdadlarının  ilk  meydana  gəlmə  yeri 

olduğunu  qeyd  etməklə  yanaşı,  onların  xəstəliklərinin  də  geniş  yayıldığı  bölgə 

olduğunu  vurğulayırlar.Tədqiqatlara  başlamazdan  əvvəl  ədəbiyyat  mənbələri  və 

xarici  müşahidəçilərin  tövsiyyələri  əsasında  2012-ci  ildə  xəstəlik  barəsində  ilkin 

məlumatlar  toplanaraq  analiz  edilmiş,  xəstəliyin  Azərbaycan  ərazisindəki  inkişafı 

öyrənilmişdir.  Cari  ilədək  patogen  haqqında  bir  sıra  analizlər  aparılmış, 

identifikasiya,  morfoloji  anatomik  quruluş,  laborator  metodik  qaydalar  haqqında 

tədqiqat  işləri  aparılmışdır.  Burada  əsas  məqsəd  xəstəliktörədici  patogenin  yerli 

şəraitdə  immunoloji  açar  xəritəsini  (sort  differensiator)  yaratmaq,  və  onlardan 

xəstəliyin genetik və molekulyar səviyyədə öyrənilməsində istifadə etməkdir.  

Laboratoriya  şəraitində  təcrübələr,  2014-2015  (Dekabr  və  Yanvar)  

tarixlərində qoyulmuşdur. İstifadə edilən sortlar və nümunələr əvvəlki illərdən təbii 

şəraitdə öyrənilmiş və xəstəliyə tutulan nümunələr kimi qiymətləndirilmişdir. Əkin 

materialı kimi yerli, Rusiya və Türkiyə mənşəli sortlardan istifadə edilmişdir. 

Laboratoriya  əkinləri  üçün  30  sort  və  sortnümunədən  2  təkrar  olmaqla  hər 

dibçəyə çarpaz olaraq 10-12 ədəd əkilmişdir. Əkin üçün istifadə edilən dibçəklərin 

dərinliyi 110mm, diametri isə80 mm-dir. Götürülmüş torpaq nümunəsi əvvəlcədən 

sterilizə edilərək, ələnib, əkin üçün uyğun vəziyyətə gətirilmişdir. İşıqlanma şəraiti 

(DRLF-400W,  Philips30Wx3)  elektrik  fluoresent  civə  lampalarından  istifadə 

etməklə (3000 lux +2000L) 10-12 saat gecə  gündüz rejimi  yaradılmışdır. Təcrübə 

qış  aylarında  qoyulduğu  üçün  bitkilər  üçün  temperatur  rejimi  təbii  yolla 

tənzimlənmişdir.  Bu  məqsədlə  kamera  yerləşdiyi  otağın  pəncərələri  daim  açıq 

saxlanmışdır.  Rütubət  və  nəmliyi  təmin  etmək  məqsədi  ilə  əl  çiləyicisi  və 

Hydrofogger-Humidifier  Mod  HR-50  N-dən  istifadə  edilmişdir.  Bitkilər  3  yarpaq 

(Z1.3,  Z2.0,  Feekes=2S)  mərhələsində  olarkən  işıqlanmanın  kifayət  qədər 

olmaması  təsirindən  bitkilərin  boyları  uzanmış,  bu  məqsədlə  Maleic  Hidraziddən 

(0.02gr/litr)  istifadə  olunmuşdur.  Inhibitor  hormondan  istifadə  üçün  uyğun 

temperatur  rejimi  (18-20C

0

)  yaradılmış  və  məhlul  hazırlanaraq  çilənmişdir.  Təsir 



üçüncü sutkadan etibarən özünü göstərmiş boyatma prosesi dayanmışdır. 

Laboratoriya  şəraitində  əvvəlcədən  əkilmiş  P.tritici  repentis  koloniyaları  ilə 

süni  sirayətləndirilmişdir.  Göbələk  koloniyaları  yetişdirilməsi  üçün  tərəvəz  şirəsi 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə