Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə151/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   147   148   149   150   151   152   153   154   ...   266

 

 

317 



 

Şək. 2. Heteroderanın inkişaf mərhələləri. 

1-yumurta; 2-hərəkətli sürfə (2-ci yaş); 3-sürfə 3-cü yaş (♀);  

4-sürfə 4-cü yaş (♀); 5-cavan dişi fərd; 6-yumurtalarla dolu sista;  

7-sürfə 3-cü yaş (♂); 8-sürfə 4-cü yaş (♂); 9-tam formalaşmış  

erkək fərd; 10-yetkin erkək fərd 

Nematod  sürfələrinin  köklərə  daxil  olduğu  yerlərdə  kökün  hüceyrələrini  

zədələyir.  Zədələnmiş  parenxim  hüceyrələri  qeyri-normal  inkişaf  etdiyindən 

həcmcə  böyüyərək  “nəhəng  hüceyrələr”  adlanan  hüceyrələr  əmələ  gətirirlər. 

Beləliklə,  köklər  üzərində  əmələ  gələn  bu  şişkinliklər  xırda  və  iri  fırların  əmələ 

gəlməsinə səbəb olur.  Fırların iriliyi və forması zədələnmiş bitkinin növündən asılı 

olaraq  xaşxaş  dənəsindən  adi  qoz   böyüklüyünədək  ola  bilir.  Sonra  fırlar  birləşib 

kökləri eybəcər şəkilə salır və onların normal inkişaf prosesini  pozur. 

Görünüşünə  əsasən  erkəkləri  dişilərindən  fərqlənən  fır  nematodları  aydın 

nəzərə  çarpan  cinsi  dimorfizmə  malikdirlər.  Dişi  nematod  armudvari,  parlaq  ağ 

rəndə olub adi gözlə də görünür. Bədən ilə boyun arasında xüsusi sərhəd yoxdur. 

Uzunluğu  0,48-1,2  mm,  eni  isə  0,21-0,60  mm-dir.  Boyun  hissəsi  kiçik  baş  ilə 

qurtarır. Baş hissəsində ağız deşiyi vardır ki, bu deşik çox da dərin olmayan ağız 

boşluğuna açılır. Ağız boşluğu  düz yem borusuna keçir. Yem borusunun ortasında 

olan və bulbus adlanan əzələvi şişkinlik mədə vəzifəsini görür. 

Erkək nematod uzunsov  olub, əsl qurd şəklindədir. Uzunluğu 1-1,5 mm, eni 

isə  0,03  mm-dir.  Fır  nematodunun  sürfəsi  nisbətən  kiçik  olub  nazik  iy  (mil) 

şəklindədir.  Uzunluğu  0,39-0,6  mm,  eni  isə  0,018-0,052  mm-dir.  Adi  gözlə 

görünmür. Quyruq hissəsi ensizləşərək tamamilə sivridir. 

Fır  nematodu  ağız  boşluğunda  yerləşən  neştər  vasitəsi  ilə  bitkinin  kök 

sistemini  deşərək  onun  daxilinə  girib  hərəkətsiz  hala  keçir.  Kökün  nematod 

tərəfindən  sirayətlənmiş  hissəsinə  göbələk  və  bakteriyalar,  viruslar  daxil  olub, 

kökün  çürüyüb  dağılmasına  səbəb  olur.  Odur  ki,  bitki  normal  qidalana  bilməyib 

böyümədən  qalır.  Nəticədə  bitkilər  zəifləyir,  məhsuldarlıqları  kəskin  aşağı  düşür, 

çox  vaxt  quruyur,  yaxud  heç  bir  məhsul  vermir.  Əgər  nematodla  sirayətlənmiş 

bitki məhsul verersə də, o az və keyfiyyətsiz olur. 

Fır nematodunun əmələ gətirdiyi fırlar ilə paxlalıların əmələ gətirdiyi fırları 

kökyumruları qarışdırmamaq lazımdır. Paxlalı bitkilərin əmələ gətirdiyi fırlar kökə 

yan  tərəfdən  yapışmış  olduğuna  görə  kökdən  asanlıqla  qopub  düşə  bilir,  ancaq 

nematodun əmələ  gətirdiyi fırlar isə kökün eybəcər şəkilə düşməsi ilə fərqlənir və 

kökdən qopmur. Bundan başqa nematodun əmələ gətirdiyi fırları, filloksolriyanın 

qan  mənənəsinin  əmələ  gətirdiyi  şişlərdən,  yaxud  xərçəng  şişlərindən  ayırmaq 

üçün  fırların  daxilində  nematodları  tapmaq  lazımdır.  Bitki  nematodları  qışlama 

dövrünü  əsasən  yumurta  və  hərəkətli  sürfə  fazasında  keçirir  [6].  Heterodera 

cinsindən  olan    nematodlar  sista  fazasında  qışlayır  və  sistanın  içərisində  olan 

yumurtalar və ya 1 yaşda olan sürfələr qorunmuş vəziyyətdə uzun müddət (18-25 

il) öz həyat qabiliyyətlərini saxlaya bilirlər [5]. 

Yumurtadan,  yumurta  tökən  yetkin  dişi  nematod  əmələ  gələnə  qədər 

təxminən 28-60 gün keçir. Bölgədə yayılan fır (Meloidogyne) və sista (Heterodera) 

əmələ  gətirən  nematodların  bir  bioloji  generasiyası  əsasən  aşağıdakı  amillərdən   



 

 

318 



 

parazitlik  etdikləri  sahib  bitkinin  növündən,  ətraf  mühit  amillərindən,  əsasən 

torpağın  temperatur  və  nisbi  rütubətindən  asılıdır.  Ayrı-ayrı  nematod  növlərinin 

inkişafında müxtəlif temperatur rejimi tələb olunur. Aparılmış elmi tədqiqatlardan 

məlum olmuşdur ki, fır nematodlarının yumurtalarında inkişaf  7-9°C-də başlayır. 

2-ci  yaşda  olan  hərəkətli  sürfələr  torpaqda  temperatur  12°C-dən  yuxarı  qalxdıqda 

bitkilərin  köklərini  deşib  kökün  daxilinə  nüfuz  edirlər.  10°C-dən  yuxarı 

temperaturda kökün daxilindəki nematodlar qidalanmağa başlayırlar. 

Torpaq  iqlim  şəraitindən  asılı  olaraq  fır  nematodlarının  nəsilvermə  sayı 

dəyişir. Belə ki, tropik ölkələrdə fır nematodları 10-11 nəsil, cənub ölkələrində 4-5 

nəsil,  Ukraynada  2-3  nəsil,  Belorusiyada  1  nəsil  verir.  Apardığımız  müşahidələrə 

əsasən fır nematodları Abşeron şəraitində açıq sahələrdə yazdan payıza qədər 4-5 

nəsil, il ərzində əkin altında olan örtülü istixanalarda 7-8 nəsil verə bilir. 

Kök  nematodlarının  hərəkətli  və  yarımhərəkətli  növlərinin  bəziləri  həm 

kökün  daxilində,  həm  də  xaricindən  köklərə  müdaxilə  edərək  parazitlik  edirlər. 

Belə ki, sista əmələ  gətirən Heterodera kök nematodlarının sürfələri  (2. 3. 4 yaş) 

kökün daxilində endoparazit həyat tərzi keçirir, yetkin fərdi isə yarım endoparazit 

həyat tərzi keçirir. Meloidogyne fır nematodlarının hərəkətsiz sürfələri (2. 3. 4 yaş) 

və yetkin fərdi endoparazit həyat tərzi keçirir. Nematodların bitki orqanlarına daxil 

olma prosesi şəkil 3-də verilmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil: 3.Nematodların bitki orqanlarına daxil olma prosesi. 

a – hərəkətli kök nematodları;  

b – ektoparazitlər, fakultativ parazitlər; 

c – yarımhərəkətli endoparazitlər (Meloidogyne), yarımhərəkətli 

yarıendoparazitlər (Heterodera). 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə