Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə147/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   143   144   145   146   147   148   149   150   ...   266

 

 

308 



 

The  article  gives  the  information  vegetation  period  in  2015  on  sustainable 

acessions  of  barley  selected  on  resistanceho  yellow  rust,  powdery  mildew,  scald, 

bloch  in  first  and  second  observation  and  advanced  yield  trial  nurseries.Shown 

continuing spread of pathogens above mentioned fungal diseases of barley. 

 

 



UOT: 632.2.635.64 

 

POMİDOR ƏKİNLƏRİNİN BAŞLICA XƏSTƏLİKLƏRİ VƏ ONLARA 

QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ 

 

C.T.AĞAYEV  

BM və TBETİ-nin Abşeron Təcrübə Stansiyası e-mail: cabrayil@yandex.com 

 

Məqalədə  pomidor  bitkisini  yoluxduran  başlıca  xəstəliklərin  növ 

tərkibi,xəstəliklərə  qarşı  mübarizədə  davamlı  sortların  seçilməsi,  toxumların 

sağlamlaşdırılması,  xəstəliklərə  qarşı  sonradan  qazanılmış  immunitetin  artırılması 

tədbirlərinin  tətbiqi  üzrə  aparılmış  tədqiqat  işlərinin  nəticələri  haqda qısa  məlumat 

verilir. 

 

Açar  sözlər:  pomidor  bitkisi,  xəstəlik,  fitoftoroz,  alternarioz,  kök  çürüməsi, 

bakterial soluxma, mübarizə tədbirləri 



Ключевые  слова:  томат,  болезнь,  фитофтороз,  альтернариоз,  корневая 

гниль, бактериальное увядание, меры борьбы 



Key  words: 

tomato,  disease,  late  blight,  early  blight,  root  rot,  bacterial  wilt, 

measures

 

 



Ekoloji  təmiz  məhsul  istehsalında  ayrı-ayrı  xəstəlik  və  zərərvericilərə  qarşı 

istiqamətlənmiş  mübarizə  tədbirlərinin  tətbiqindən  uzaqlaşaraq,  bitkinin  fizioloji 

proseslərinin  gücləndirilməsi  və  immunitetinin  yüksəldilməsi  tədbirlərinə  daha  çox 

üstünlük  verilməlidir.  Belə  olduğu  halda  bitki  sağlam  və  davamlı  olur,  xəstəliklərə 

qarşı müabrizədə daxili potensialından isdifadəetməklə özü-özünü sağlamlaşdırır [1; 

2].  Bu  istiqamətdə  örtülü  sahədə  bitkinin  sonradan  qazanılan  immunitetinin 

yüksəldilməsi tədbirlərinin tətbiqi geniş yayılmışdır [3]. 

Abşeron  bölgəsində  örtülü  sahədə  pomidor  bitkisini  yoluxduran    xəstəliklərin 

çoxsaylı  tədqiqi  və  aparılan  laborator  analizləri  [4;  5]  göstərir  ki,  ən  geniş  yayılan 

patogenlər  aşağıdakılardır. 

1.Fitoftoroz– Phytophtora infenstans de Bary, Ph.parasitica Dastur

2.Alternarioz – Alternaria solani Sor

3.Traxeomikoz soluxmalar – Fusarium solani Mart., Vertycillium sp

4.Boz çürümə – Botrytis cinerea Pers

5.Kladosporioz – Cladosporium fulvum Cooke

6.Gövdə bakteriozu – Pseudomonas corrugata Robert and Skarlett

7.Təpə çürüməsi –Pseudomonas sp.  



 

 

309 



 

8.Yarpaqların  qırışlı  mozaiksı  –  Chino  del  Tomato  virus,  Tobacco  Etch.  Virus



Tomato mozaik virus. 

Qeyd  olunmuş  xəstəliklərin  hər  birinə  ayrı-ayrılıqda  mübarizə  tədbirlərinin 

yerinə-yetirilməsi    iqtisadi  baxımdan  səmərəsiz    hesab  edilir.  Davamlı  sortlardan 

istifadə,  toxumların  sağlamlaşdırılması,  immuitetin  yüksəldilməsi  metodlarının 

tətbiqi,  məhsul  yetişkənliyi  dövründə  bioloji  vasitələrdən  istifadə  olunmasının 

aqrotexniki  tədbirlərlə  inteqrasiyası  pestisidlərin  və  aqrokimyəvi  maddələrin  

isdifadəsini  minimuma  salır.  Bu  istiqamətdə  2009-2012-ci  illərdə  AzETBMİ-nin 

AbşeronTəcrübə  Stansiyasında  örtülü  sahədə  pomidor  şitillərinin  və  məhsuldar 

bitkilərin  başlıca  xəstəliklərindən  mühafizəsində  mütərəqqi  üsul  və  vasitələrdən 

isidfadə edilmişdir.  

Davamlı  sortların  seçilməsi  və  tətbiqi  mühafizə  tədbirlərinə  çəkilən  xərcləri  bir 

neçə dəfə aşağı salır. Bu məqsədlə rayonlaşdırılmış 3 yerli və xaricdən yeni gətirilmiş 

14 sortun başlıca xəstəliklərə yoluxması üzrə aparılmış tədqiqatlar nəticəsində məlum 

olmuşdur ki, Leyla, Durinta və Eniqma sortları müqayisədə Fuzarioz, Alternarioz və 

Vertisillioz soluxmalara daha davamlıdır. Lakin bu sortlarda virusla yoluxma yuksək 

olur. Bunun qarşısının alınması üçün toxumların sağlamlaşdırılması,  onların xəstəlik 

törədicilərindən təmizlənməsi, həmçinin cücərmə potensialının artırılması məqsədi ilə 

Qamair İT (Basillus subtilis st. 22 VİZR, titr 10

11

 KYO/ qram) bioloji preparatı ilə, 2 



qr/kq normada, işçi məhlulun sərfiyyatı (İMS) 1 litr/kq olmaqla səpindən qabaq 2 saat 

müddətində 

dərmanlanmışdır. 

Paralel 


olaraq 

toxumların 

səpinqabağı 

sağlamlaşdırılmasında  daha  mütərəqqi  üsul  kimi  bioloji  və  davamlılığın 

yüksəldilməsində  yüksək  nəticələr  göstərmiş  Aqat  25  K  preparatından    istifadə 

edilmişdir.  Preparat  14  qr/kq  normada,  İMS  2  litr/kq  olmaqla  tətbiq  edilmiş  və 

toxumlar  4  saat  müddətində  səpindən  2  gün  qabaq  islatma  metodu  ilə  işlənmişdir. 

Təcrübələrdən  alınmış  nəticələr  səmərəli  olmuş  və  hazırlanmış  yeni  mübarizə 

sxeminə daxil edilmişdir. 

Toxumların  səpildiyi  torpağın  (substratın)  keyfiyyətindən  və  qida  maddələri  ilə 

zəngin  olmasından  asılı  olaraq  şitillərin  xəstəliklərlə  sirayətlənməsi  dəyişir.  Şitil 

istehsalı  ilə  məşğul  olan  istehsalçılar  bir  neçə  il  eyni  torpaqda  toxumları  səpərək 

istehsal  etdikləri  şitillərin  ixtisaslaşmış  xəstəlik  törədiciləri  ilə  sirayətlənməsi 

nəticəsində  külli  miqdarda  ziyana  uğradıqları  hallar  tez-tez  baş  verir.  Aparılmış 

müşahidələr  və  təhlillər  nəticəsində  məlum  olmuşdur  ki,  sterilləşdirilmiş  hazır 

substratlarda  şitillərin  becərilməsi  onların  xəstəliklərlə  yoluxmasını  minimuma 

endirir.  Kök  çürümələri,  fır  nematodları,  gövdə  bakteriozu,  xəstəliklərinin  şitillər 

üzərində  yayılması  əhəmiyyətli  dərəcədə  azalır.  Müşahidələrdən  əldə  olunmuş  ilkin 

nəticələrin  dəqiqləşdirilməsi  və  satışda  istehsalçılara  təqdim  edilən  və  şitillərin 

xəstəliklərlə yoluxması daha az müşahidə olunan substratlar seçilmişdir. Bu məqsədlə 

yerinə  yetirilmiş  təcrübələr  göstərir  ki,  zənginləşdirilmiş  və  sterilləşdirilmiş  torfdan 

hazırlanan Moss-Peat substratı digərləri ilə müqayisədə daha səmərəlidir. 

Xəstəlik  törədicilərinə  qarşı  davamlılığın  artırılmasıməqsədi  ilə  müxtəlif 

metodlardan  istifadə  edilir.  Fitosporin-Mbioloji  preparatının  (Pseudomonas 



aurofaciens şt. M-26D) istifadəsi cücərməkdə olan toxumların rüşeyim potensialının 

artırılmasında və şitillərin inkişafına müsbət təsiri tərəfimizdən aparılmış təcrübələrdə 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə