Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə145/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   141   142   143   144   145   146   147   148   ...   266

 

 

304 



 

 

        Article  is devoted a phytopathologic  estimationof infection by fungoid diseases 

of  lentil  variety  simples  and  to  selection  of  perspective  and  resistant  among  these 

varieties plants and their use as a donor material. 



 

UOT 633;1 632.9 

 

ARPA BİTKİSİNİN YARPAQ XƏSTƏLİKLƏRİNİN TƏDQİQİ 

 

Ş.R.KƏRİMOVA

1

,

 E.R.İBRAHİMOV

1



B.M.ƏHMƏDOV

2



H.N. HƏMİDOV

 

1-Əkinçilik Elmi Tədqiqat İnstitutu, Pirşağa qəs., Sovxoz 2, Az 1098, Bakı; 

2-ƏETİ, Qobustan BTS 

 

Məqalədə  2015-ci  ilin  vegetasiya  dövründə  arpa  bitkisində  sari  pas,  unlu  şeh, 

rinxosporioz və helmintosporioz göbələk  xəstəliklərinə davamlı nümunələrin nəzarət-

1,  nəzarət-2,  müsabiqəli  sort  sınağı  pitomniklərində  qiymətləndirilməsi  haqqında 

məlumat verilmiş və adı çəkilən göbələk xəstəliklərinin intensiv  yayılmasının  davam 

etməsi göstərilmişdir. 

 

Açar  sözlər:  arpa,  xəstəlik,  sarı,  pas  helmintosporioz,  rinxosporioz,  unlu  şeh, 

davamlılıq 



Kлючевые  слова:  ячмень,болезнь,  желтая  ржавчина,  гельминтоспориоз, 

ринхоспориоз, мучнистая роса, устойчивость 



Key  words:  barley,  disease,  yellow  rust,  scald,  powdery  mildew,spot  bloch 

resistance 

 

Arpa  ölkəmizdə  becərilən  mədəni  dənli  taxıl  bitkilərindən  biridir.  Bu  bitki 



ölkəmizdə buğdadan sonura geniş yayılmış dənli bitkidir. Dənli bitkilər sırsaında arpa 

ən qiymətli yem bitkisi olmaqla birinci yerdə durur. İnkişaf  fazalarından asılı olaraq 

arpa bitkisinin temperatura münasibəti müxtəlif olur. Payıziıq arpa şaxtaya davamsız, 

quraqlığa  və  istiyə  davamlıdır.  Arpanın  bioloji  xüsusiyyətləri  onu  müxtəlif  iqlim 

şəraitində  becərməyə  imkan  verir.  Arpa  bitkisinin  məhsuldarlığı  hələdə  ölkə  üzrə  

tələblərə  uyğun  deyildir.  Məhsuldarlığın    yüksəlməsinə  mane  olan  əsas  amillər 

içərisində  bitkilərin  müxtəlif  xəstəliklərlə  sirayətlənməsi  xüsusi  qeyid  olunmalıdır. 

Arpa  bitkisi  vegetasiya  dövründə  bir  çox  göbələk  xəstəlikləri  ilə  sirayətlənirlər. 

Xəstəliklərin  törədicilərinə  qarşı  mübarizədə  davamlı  sortların  yaradılması  böyuk 

əhəmiyət kəsb edir. Dünyanın arpa becərilən bütün bölgələrində arpa bitkisində sarı 

pas,  cırdan  pas,  unlu-seh,  helmintosporioz,  rinxosporioz,  septorioz  və  sair  kimi 

xəstəliklərə rast gəlinir.  

 

Bu  xəstəliklər  ölkəmizin  arpa  əkinlərində  epizodik  xarakter  daşıyır. 



Xəstəliklərin  arpa  bitkisinə  vurduğu  ziyan,  onun  törədicisinin  yayılmasının 

öyrənilməsi əsas məsələlərdən biridir. Yarpaq üzərində yayılan parazitlər vegetasiya 

dövrü,  bitkilərin  vegetativ  orqanlarını  sirayətləndirməklə  onların  ümumi 



 

 

305 



 

zəifləməsinə,  yarpaqlarda  fizioloji  pozğunluğa  və  məhsul  itkisinə  səbəb  olur. 

Ölkəmizdə  arpa  bitkisinin  yarpaq  xəstəliklərinin  yayılması  onların  vurduğu  ziyan 

kifayət qədər öyrənilməmişdir.  

Yarpaq ləkə xəstəliklərinin inkişafına rütübətli hava və optimal temperatur (17-

23C


0

) əlverişli şərait  yaradir. Bubaxımdan Qobustan  BTS-də arpa bitkisində  yarpaq 

xəstəlikləri  geniş  yayıldığını  bu  xəstəliklərin  inkişafını  və  vurduğu  ziyanın 

öyrənilməsinin  aktualılığını  nəzərə  alaraq  parazitlik  edən  sarı  pas,  cirdan  pas,  unlu-

seh, helmintosporioz, rinxosporioz, septarioz v.s kimi xəstəliklərin öyrənilməsinə dair 

tədqiqatlar  aparılmışdır.  Dənli  bitkilərin  əsas  xəstəlikləri  eyni  mənşəyə  malik 

olduqları üçün çox oxşardılar. Qobustan bölgəsi ekolojı cəhətdən respublikanın digər 

bölgələrindən  fərqləndiyi  kimi,  arpa  xəstəliklərinin  yayılmasına  və  inkişaf 

dinamikasına  görədə  müəyiyən  fərqlilik  müşahidə  edilir.  Təbii  iqlim  faktorları 

burada, bu və ya digər xəstəliklərin inkişafı üçün əlverişli olur.  

Sarı  pas  xəstəliyin  törədicisi  Puccinia  striiformis  (West)  göbələyidir. 

Xəstəliyin  ilkin  əlamətləri  erkən  yazda  bitkilərin  kollanma  və  boruya  cixma 

mərhələsində  üzə  cixir.  Xəstəlik  nəticəsində  yarpaqların  asmiliyasiya  səti  kiçilir, 

tənəffüs  prosesi  güclənir,  buxarlanma  artir  və  yarpaqlar  vaxtindan  əvvəl  quruyub 

tökülməyə  başlayır.  Nəticədə  dən  cılızlaşır  çəki  aşağı  düşür.  Sarı  pas  xəstəliyi 

müxtəlif  saviyyədə(zəif,orta,güclü)  tutulmuş  sortlar  üzərində  aparılmış  təcrübələr 

göstərirki, onun məhsuldarlığa vurduğu ziyan xəstəliyin intensivliyindən asılı olarak, 

17-35% arasında dəyişir. 

Unlu-sehxəstəliyinin  törədicisi  Erysiphe  graminis  f.Em.Markhal  arpanin  ən 

geniş yayılmış xəstəliklərdən biri hesab olunur. Unlu seh xəstəliyi ən çox yarpaqlarda 

əmələ  gəlir,  lakin  bitkinin  bütün  yer  üstü  hissələri  yoluxa  bilir.  Xəstəlik  törədicilər 

80-100%  nisbi  rütubətdə,  0-20

0

Ctemperaturda  və  sıx  əkinlərdə  yayılır.Tədqiqatlara 



əsasən xəstəlik 15-35% arasında ziyan vura bilir.   

Torvari helmintosporioz xəstəliyinin törədicisi  Drechlera tenes İfo. Xəstəliyin 

inkişafı  aprel  may  aylarında  temperaturun(20-28

0

C)  və  nisbi  rütubətin  (70-80%) 



yüksəlməsi  ilə  eyni  başlayır.  Yarpaq  üzərində  əmələ  gələn  kiçik  ölcülü  bozumtul 

ləkələr sonra bir biri ilə birləşib bitkinin yarpaq səthini tutur. Bitkinin tənəffüs prosesi 

pozulur, fotosintezin intensivliyi zəifləyir və yarpaqlar quruyub tökülür. 

Rinxosporioz  xəstəliyinin  törədicisi  Rhunchosporium  qraminicola  Heinsen 

qeyri-müəyyən göbələklərin Hyphomisetales sirasina aiddir. Xəstəlik rütübətli illərdə 

xüsusi ilə geniş yayılır. Xəstəliyin vurduğu ziyan bitkilərin yarpaqlarınin tez quruyub 

tökülməsi generativ və reproduktiv orqanların inkişafdan qalması, dən formalaşması 

prosesinin  pozulması  nəticəsində  yüngül  çəkili  dənlərin  və  boş  sünbüllərin  əmələ 

gəlməsindən asılıdır.  

Yuxarda  qeyd  olunan  xəstəliklərin  sirayətlənmə  səviyyəsinin  hesabatları 

aşağıda qeyd edilən metodikalar üzrə aparılmışdır. 

CIMMYT və ICARDA-nın beynəlxalq təlimatlarında tövsiyyə olunan Kobbun 

modifikasiya olunmuş şkalaları üzrə aparılmışdır (Peterson et all, 1948; İnstructions 

for  the  Management  and  Reporting  the  results  for  the  Fawwon,  1995),  Unlu-seh 

xəstəliyinin  davamlılığı  Avropa  ölkələrində  geniş  tətbiq  olunan  N.Smilakovicin 

(1966)  tərtib  etdiyi  9  ballı  şkala  əsasında  hazırlanmiş,  Krivçenko  V.İ.  və  başqaları 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə