Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə155/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   151   152   153   154   155   156   157   158   ...   266

 

 

326 



 

Taxılda məskunlaşan mikroorqanizmlər onun toxumluq, texnoloji və sanitar-

gigiyenik xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Alternaria növündən 

olan göbələklərə, demək olar ki, bütün dünyada əsas taxıl bitkilərinin (buğda, arpa, 

yulaf,  çovdar  və  s.)  toxumlarında,  başqa  göbələklərə  və  bakteriyalara  nisbətən  

daha sıx rast gəlinir və taxılın mikrobiotasının ən adi komponentini təşkil edirlər. 

Taxıl  bitkilərinin  alternariozu  promlemi  çoxdan  yaranmışdır.  Rusiyada  bu 

xəstəliklərə  hələ  XX  əsirin  əvvəllərində  diqqət  yetirilməyə  başlanmışdır.  Kursk 

vilayətində çovdar və arpada Alternaria göbələklərinə sıx-sıx rast gəlindiyinə dair 

ilk  məlumatlar  1903-cü  ilə  təsadüf  edir.  [2].  Hal-hazırda  taxıl  bitkilərinin 

alternariozu taxılçılıqla məşğul olan bütün ölkələrdə geniş yayılmışdır ki, bunu son 

illərin nəşrləri də sübut edir.  

Uzun  tarixli  olmasına  baxmayaraq  dənli  bitkilərin  alternariozlarının 

öyrənilməsi  hal-hazırda  da  öz  aktuallığınıitirməmişdir.  Ənənəvi  olaraq 



p.Alternaria  göbələkləri  ilə  əlaqələndirilən  xəstəliklərin  etiologiyası  və 

zərərvericiliyinə  dair  biri-birinə  zidd  olan  fikirlər  mövcuddur.  Bu  qrupdan  olan 

göbələklərin nümayəndələrinin sistematikası dolaşıq və bəzən mübahisəlidir ki, bu 

da  təyinedilmə  (identifikasiya)  zamanı  yol  verilən  səhvlərin  səbəblərindən  biridir. 

Yalnış  eyniləşdirilmə,  Rusiya  ədəbiyyatında  qalan  bəzi  əfsanələr,  hərdən  isə 

beynəlxalq  miqyasda  sıxıntılar  doğurur.  Alternaria  növünün,  taxılı  kontaminasiya 

(bir  neçə  hadisənin  biri-birinə  qarışdırılması)  edən  sürətli  və  doğru 

eyniləşdirilməsinin  olmaması  2002-ci  ilin  oktyabr  ayında  Braziliyanın  karantin 

xidmətləri və Ukraynanın buğda ixracatçıları arasında mübahisəyə gətirdi ki, bu da 

Ukraynanın  ciddi  maliyyə  itkisinə  səbəb  oldu.  Az  məlum  olan  göbələklə 

sirayətlənməsi  səbəbindən  82  min  ton  buğdanın  idxalı  dayandırıldı.  Nəticədə 

göbələk  A.triticina  kimi  müəyyən  edilmişdir  ki,  bu  da  karantinin  qaldırılmasına 

imkan verdi.  

Son  illərdə  p.Alternaria  göbələyinin  tədqiqatlarında  bəzi  nailiyyətlər  əldə 

olunmuşdur. Bu növün, bir çox ziddiyyətləri (lakin hələlik hamısını deyil) aradan 

qaldıran  və  növlərin  adlarının  böyük  çoxluğunda  qayda-qanun  yaradan 

sistematikasının araşdırılması aparılmışdır.  Onun bir çox növlərinin genişlənməsi 

daha  yaxşı  tədqiq  edilmişdir.  Eyni  zamanda,  əlverişsiz  hava  şəraitinin  təsirinə 

məruz  qalmış    taxılın  biokimyəvi  və  fizioloji  xüsusiyyətlərinin  tədqiqatlarından 

maraqlı  nəticələr  əldə  olunmuşdur.  Bu  nailiyyətlər    bizim  taxılın  alternariozu 

barədə olan təsəvvürlərimizə düzəlişlər edir.  

Rusiya  ərazisində2000-2012-ci  illər  ərzində  buğdanın,  arpanın  və  digər 

dənlilərin  toxumunda  Alternarianın  aşağıdakı  növləri  aşkar  edilmişdir: 

A.tenuissima, 

A.alternata, 

A.arborescens, 

A.avenicola 

və 

A.infectoria 

kompleksinin  növləri.  Yuxarıda  sadalanan  göbələklər  p.Alternarianın  yalnız 

morfoloji  əlamətlərinə  görə  deyil,  həm  də  ekoloji  xüsusiyyətlərinə  və  praktiki 

əhəmiyyətinə görə fərqlənən üç müxtəlif bölmələrinə aiddirlər. 

Alternariyanın  dənli-taxıl  bitkilərində  daha  çox  üç  növü  geniş  yayılmışdır. 

Başqalarına  nisbətən  daha  çox  A.tenuissimaya  rast  gəlinir,  daha  seyrək,  lakin  hər 

yanda  A.alternata  və    A.arborescens    aşkar  olunur.  Rusiyada  bu  patogenlərlə 

sirayətlənməyə  yüksək  dərəcədə  buğda  və  arpa  toxumları  meyillidirlər.  Onların 




 

 

327 



 

sirayətlənməsi  30-90%,  orta  hesabla  təxminən  50%  təşkil  edir.  Ölkənin  avropa 

hissəsində  ümumilikdə  o,  iki  dəfə  aşağı  idi  və  nadir  hallarda  50%  keçirdi. 

A.alternata  növü  onun  “gerçək”  zəif  anlamında  taxıl  nümunəsinin  yalnız  10-15% 

aşkar  olunurdu.  Onunla  sirayətlənmə  hesablanmış  faizləri  aşmırdı.  A.arborescens 

növü də az rast gəlinən idi, lakin bəzi yerlərdə A.alternataya nisbətən daha sıx rast 

gəlinirdi.  Bu  bölmənin  bütün  sadalanan  növləri  öz  bioloji  və  təsərrüfat 

xüsusiyyətlərinə  görə  oxşardırlar.  Alternarianın  xırda  sporlu  növlərini  müxtəlif 

bitkilərin,  həmçinin  də  buğdanın  alt  qoca  yarpaqlarında  aşkar  etmək  çətin  deyil. 

Sağlam yarpaqları bu növlərlə sirayətləndirmək cəhdləri, ən azı laborator şəraitdə 

az-çox  əhəmiyyətli  dərəcədə  sirayətlənməyə  gətirib  çıxarmır.  Başqa  göbələklərlə 

sirayətlənmə,  mexaniki  zədələnmələr  və  həmçinin  yarpaqların  yaşı  (qocalması) 

toxumada  Alternarianın  xırda  sporlu  növlərinin  inkişaf  etməsinə  və  nekrotik 

ləkələrin  əmələ  gəlməsinə  səbəb  olur.  Tez-tez  bu  növlər  başqa  patogenləri 

müşayiət edir və xəstəliyi gücləndirməyə və bununla itkini artırmağa qadirdirlər.  

Məlumdur  ki,  sünbülün  p.Alternaria  göbələkləri  ilə  sirayətlənməsi 

çiçəklənmə  anından  başlayır.  Bu  zaman  baş  verən  generativ  orqanların 

sirayətlənməsi  dənmeyvələrin  yoluxmasına  gətirir  (dənin  alternariozu  və  qara 

rüşeym),  bu  zaman  infeksiya  rüşeymə  daxil  olmadan  üst  qatlarda  mövcud  olur. 

Daha  gec  mərhələrdə  sirayətlənmə  zamanı  göbələklər  əsasən  pulcuqlarda 

məskunlaşır  (qara  sünbül)  və  nadir  hallarda  dənmeyvələrə  daxil  olurlar.  Müxtəlif 

fenofazalarda  baş  verən  sirayətlənmə  müxtəlif  əlamətlərin  və  müxtəlif  fitosanitar 

nəticələrin əmələ gəlməsinə səbəb olur [1].  

Son  iyirmi  ilin  tədqiqatları  göstərir  ki,  qara  rüşeymin  əsas  səbəbi  göbələk 

infeksiyası  deyil,  ehtimal  olunur  ki,  toxumda  fenol  maddələri  oksidləşdirən 

peroksidazanın  yüksək  aktivliyi  ilə  bağlı  biokimyəvi  reaksiyadır.  Avstraliyalı 

tədqiqatçılar  tərəfindən  nəticədə  müəyyən  olunmuşdur  ki,  qara  rüşeymin 

simptomları toxumun stress və digər zülalları istehsal etməsidir [5].  

Əvvəllər  qara  rüşeymin  və  toxumun  alternariozunun  inkişaf  etməsinə  səbəb 

olan  abiotik  amillərin  tədqiqatları  zamanı,  hər  iki  patologiyaya,  adətən  eyni 

xəstəlik kimi baxılırdı, Alternarianın cinsləri isə yanlış identifikasiya edilmiş, buna 

görə  də  nəticələrin  izahı  çətinlik  yaradır.  Bununla  belə,  göstərək  ki,  bir  sıra 

müəlliflərin  məlumatlarına  uyğun  olaraq,  qara  rüşeymin  və  toxumun 

alternariozunun  əmələ  gəlməsinə  çiçəkləmə-yetişmə  mərhələsində  oxşar  abiotik 

amillər  –  güclü  yağışlar,  davamlı  şeh,  bolluca  suvarma,  havanın  yüksək  rütubəti, 

və cüzi dərəcədə ekstremal temperaturlar  səbəb olur [6; 7]. 

Xəstəliklərin  zərərvericiliyi  ayrı-ayrılıqda  öyrənilməmişdir.  Buğdanın  bir 

neçə  nümunəsi  əsasında  müəyyən  olunmuşdur  ki,  koleoptilin  Alternaria  ilə 

sirayətlənmiş  və  qara  rüşeym  simptomları  olan  toxumlardan  böyüməsinin  sürəti 

nəzarətdəkinə  nisbətən  aşağı  idi,  həmçinin  toxumların  22

0

C    inkubatorda 



yetişdirilməsi  zamanı  fərq  15

0

C  nisbətən  əhəmiyyətli  dərəcədə  idi  [3].  Beləliklə, 



qara  rüşeymli  toxumların  10  günlük  koleoptilinin  uzunluğu  məhsulun  ilindən  və 

temperaturdan  asılı  olaraq  nəzarətdəkinə  nisbətən  0.1-9.3%  az  idi.  Koleoptilin 

uzanmasının daha güclü  dayandırılması may, iyun və avqust aylarında çox sayda 

yağıntıların düşdüyü, lakin iyul ayının quraq keçdiyi daha sərin illərdə əldə olunan 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə