76
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
i isə Qazaxıstanın payına düşür. Vaxtilə SSRİ-də iqtisadi və sosial
vəziyyətinə görə ən geridə qalmış respublikalar sayılan Tacikistan və
Qırğızıstan isə bu gün zəngin su ehtiyatlarına söykənərək, regionda
liderlik iddiasındadırlar. Belə ki, onlar Mərkəzi Asiyanın əsas
hidroenerji potensialının müvafiq olaraq
69% və 22%-nə malikdirlər və
bu amildən təzyiq vasitəsi kimi digər dövlətlərə qarşı istifadə edirlər.
74
Qlobal istiləşmə regionun su problemlərini də kəskinləşdirmişdir.
Mərkəzi Asiya çaylarını şirin su ilə təmin edən buzlaqların sayı son
50 ildə Tacikistanda 20-30%, Əfqanıstanda 50-70% azalmışdır.
Bütövlükdə, 1965-1974-cü illər arasında Mərkəzi Asiyada 7628 buzlaq
olduğu halda, indi onların sayı 5237-ə enmişdir. Bu gün Türkmənistan
və Özbəkistanın su ehtiyatlarının 90% -i qonşu dövlətlərin ərazilərində
formalaşır. Özbəkistan Respublikası kənd və su təsərrüfatı nazirinin
müavini Şövkət Xamrayevin sözlərinə görə, hazırda ölkədə istehlak
olunan şirin suyun illik həcmi 55,1 km³-ə bərabərdir və onun 49,7
km³-i aqrar sektorun tələbatına, 3,4 km³-i isə şəhər və kənd əhalisinin
ehtiyaclarının ödənilməsinə yönəldilir. Aral dənizinin quruması
nəticəsində yaranmış Aralqum səhrasından hər il 15-75 milyon ton duz
külək vasitəsilə ətrafa yayılaraq, otlaq və əkin sahələrini sürətlə yararsız
vəziyyətə salır. Son onillikdə Özbəkistanda tuqay meşələrinin ərazisi iki
dəfə, qamışlıqların sahəsi isə 6 dəfə azalmışdır. Hesablamalar göstərir
ki, orta temperaturun artması və yağıntıların miqdarının azalması
2050-ci ilədək Sırdərya və Amudərya çaylarının da su ehtiyatlarının
azalması ilə nəticələnəcəkdir
75
. Ötən əsrin 80-ci illərindən etibarən
ölkədə su ehtiyatlarının kəskin şəkildə azalması Türkmənistan
Respublikasında da böhran xarakteri almışdır. Burada kənd təsərrüfatı
əsasən pambıqçılıq üzrə ixtisaslaşmışdır. Lakin, su ehtiyatlarından
qeyri-səmərəli istifadə olunması üzündən ölkənin illik su istehlakının
94%-i pambıq sahələrinə yönəldilmişdir. Qazaxıstan Respublikası
Ətraf Mühiti Mühafizə Nazirliyinin ekoloji siyasət və dayanıqlı inkişaf
departamentinin eksperti
Mıskal Şanqulov isə bildirir ki, «Ərazisinin
böyük hissəsini quraqlıq zona təşkil edən Qazaxıstanın torpaq
sahəsinin təqribən 70%-i müxtəlif dərəcəli səhralaşma prosesinə
məruz qalmışdır. Hesablamalara görə, otlaqların deqradasiyası,
əkin sahələrinin erroziyası, torpaqların şoranlaşması ölkəyə
hər il təqribən 300 milyard tenge ziyan vurmaqdadır». Qazax
mütəxəssislərinin hesablamalarına görə, 2020-ci ildə ölkənin yerüstü su
74 «Водная стратегия Кыргызстана. Кыргызстан: водонапорная башня Центральной
Азии». http://www.easttime.ru/analitic/1/3/989p.html
75 http://www.cawater-info.net/5wwf/national_report_uzbekistan.htm
77
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
ehtiyatlarının həcminin 100 km³-dən 70 km³-dək azalacağı gözlənilir
76
.
Paradoksal haldır ki, Mərkəzi Asiyada ən zəngin şirin su ehtiyatlarına
malik olan Tacikistanda əhalinin 1/3 hissəsi davamlı olaraq təmiz
su problemi ilə üzləşir. Yaşayış mənbələrinin böyük hissəsi kimyəvi
maddələr, kənd təsərrüfatı və məişət tullantıları ilə çirklənmiş arx və
suvarma kanallarından istifadə edir.
Mərkəzi Asiya paradokslarından biri bir dövlətin su ehtiyatlarına
olan tələbatın digərinin elektrik enerjisinə ehtiyacı ilə əlaqəli olmasıdır.
Qazaxıstan Respublikası regionun su və energetika problemlərini
beynəlxalq hüquq çərçivəsində həll etmək məqsədilə ortaq qurumun
-
Mərkəzi Asiya Hidroenergetika Konserninin yaradılması barədə
təşəbbüs irəli sürsə də, bu, hələlik nəticəsiz qalmışdır.
Başqa bir misal,
Qazaxıstan yenə də regional su probleminin birgə həlli məqsədilə
«
Avrasiya Su Mərkəzi» yaratmağı təklif edən kimi, Qırğızıstan
hidroloji təsir imkanlarını əldən verməmək üçün ləngimədən Bişkekdə
alternativ qurumun – «
Su Akademiyası»nın təsis olunması haqqında
planlarını açıqlamışdır
77
. İş o yerə çatmışdır ki, Türkmənistan prezidenti
Qurbanqulu Berdımühəmmədov transsərhəd çaylarda suyun əvvəlki
səviyyədə saxlanılması üçün hətta Tacikistana kompensasiya
(oxu:
«rüşvət») ödənilməsini təklif etmişdir. Beləliklə, hər iki transsərhəd
çayının aşağı hissəsində olan dövlətlər su axımının əsas hissəsinə
yiyələnib onu kənd təsərrüfatı sahələrinə və ya su elektrik stansiyalarına
yönəltməkdə maraqlıdırlar. Axarın yuxarı hissəsindəkilər – Tacikistan
və Qırğızıstan zəngin poitensiala malik olsalar da, xüsusilə qış aylarında
elektrik enerjisinə, məişət qazına, yanacağa kəskin ehtiyac hiss edirlər.
Onların hələ də kompromis variant müəyyən edə bilməməsi problemin
həllini çətinləşdirir
78
. Bununla belə, Sırdərya və Amudərya çaylarının
mənbələrinə sahib olan Tacikistan və Qırğızıstan digər dövlətlərin
həmin su axarlarından hidroenergetika məqsədilə istifadə etmələrinə
narazılıqlarını gizlətmir, qaz və elektrik enerjisi idxalında böyük güzəştlər
əldə etmək niyyəti ilə bu layihələrə mane olmağa və ya öz ərazilərində bu
tipli stansiyaların tikintisini reallaşdırmağa çalışırlar.
76 М.Шангулов. «Опустынивание, пути решения проблем», www.eco.gov.kz/old/public/
public/opustynivanie.doc
77 С.Жильцов, И.Зонн. «Борьба за воду», http://www.psj.ru/saver_national/detail.
php?ID=13981
78 В.Ясинский. «Сырдарья и Амударья: реки конфликта или сотрудничества»? http://
www.worldenergy.ru/doc_20_43_2291.html)
Dostları ilə paylaş: |