136
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Azərbaycana qarşı həm siyasi-iqtisadi təzyiq, həm də hidroloji və
ekoloji silah qismində istifadə etməsi imkanıdır. 1976-cı ildə istifadəyə
verilmiş həmin hidroqurğu
Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və
Goranboy rayonlarının təqribən 120 min hektara yaxın əkin sahələrinin
suvarılması üçün nəzərdə tutulmuşdur. Hazırda ermənilərin Sərsəng su
anbarı vasitəsilə müntəzəm şəkildə yaratdıqları süni daşqın və quraqlıqlar
Azərbaycanın düzən bölgələrində ekoloji gərginliyə səbəb olmaqla
yanaşı, əhalinin və kənd təsərrüfatı sahələrinin şirin suya olan tələbatının
ödənilməsində ciddi çətinliklər törədir. Bundan başqa, 125 metr
hündürlükdə yerləşən bəndin qəzalı vəziyyəti ətraf rayonlarda yaşayan
400 min sakinin həyatını təhlükə qarşısında qoyur.
Ermənilərin işğal altında olan Sərsəng su anbarı vasitəsilə
Tərtər rayonunda yaratdıqları süni daşqınların nəticəsi.
134
Ermənistan Respublikasının və Dağlıq Qarabağın separatçı rejiminin
hidrosiyasətində işğal altında olan
Kəlbəcər və Laçın rayonlarının
su ehtiyatları strateji əhəmiyyətə malikdir. Ermənistan statistikləri
gələcəkdə qondarma «Dağlıq Qarabağ Respublikası» əhalisinin 200 min
nəfərə çatacağına ümid edərək, kənd təsərrüfatı sahərində və məişətdə
işlədilmək üçün illik şirin su tələbatının 365 miyon m³ həcmində olacağını
proqnozlaşdırmışlar. Bu isə Sərsəng su anbarının ehtiyatlarından 59%
çoxdur. Təsadüfi deyil ki, rəsmi Yerevanda Kəlbəcər və Laçın rayonlarının
erməni işğalından azad olunmasını son nəticədə qondarma rejimin labüd
134 http://xeber44.com/10273-gcl-sel-yzlrl-trtrd-evlr-ciddi-ziyan-vurub.html
137
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
süqutu və hidrosiyasətdə Azərbaycan tərəfinin təşəbbüsü ələ alması kimi
dəyərləndirirlər. Qondarma «Dağlıq Qarabağ Respublikası» prezidenti
aparatının informasiya idarəsinin rəisi
David Babayan «Dağlıq Qarabağ
münaqişəsi kontekstində Ermənistan
Respublikasının
və
Arsakın
su
təhlükəsizliyi problemi» məqaləsində bu
ehtimal barədə yazır:
«Bu gün Dağlıq
Qarabağın içməli su ilə təmin olunması
kontekstində Karvaçar (Kəlbəcər) və
Kaşataq (Laçın) rayonları müstəsna
əhəmiyyətə malikdirlər. Bütövlükdə,
Dağlıq Qarabağ Respublikasının
mövcudluğu və onun su təhlükəsizliyi
həmin ərazilərin statusundan asılıdır. Əgər, Azərbaycan yenidən bu
rayonlara yiyələnərsə, nəinki DQR, eləcə də Ermənistan fəlakətlə
üzləşəcəkdir. Çünki, Ermənistanın əsas şirin su mənbəyi olan Sevan
(Göyçə) gölünü qidalandıran Arpa və Vorotan (Bərgüşad) çaylarının
mənbəyi bu rayonlardadır».
Azərbaycan Respublikasına münasibətdə əsasən ortaq maraqlara və
taktiki imkanlara malik olan
Ermənistan və İran İslam Respublikası
transsərhəd su hövzələrinin birgə istismarı sahəsində də vahid
fəaliyyət strategiyası nümayiş etdirməkdədirlər. Belə ki, hər iki
dövlətin hidrosiyasətində Araz çayının su ehtiyatlarından Azərbaycan
Respublikasına qarşı siyasi-iqtisadi təzyiq vasitəsi kimi istifadə edilməsinə,
çayın Azərbaycana aid hissəsində suyun səviyyəsinin məqsədli şəkildə
azaldılmasına yönəldilmiş birgə layihələr getdikcə reallaşmaqdadır. 2001-
ci ildə baş vermiş quraqlıq nəticəsində yaranan su çatışmazlığı, ölkənin
müxtəlif bölgələrində baş qaldırmış kütləvi etirazlar və su mənbələri
ətrafında lokal münaqişələr İranı su strategiyasını yenidən nəzərdən
keçirməyə, su ehtiyatlarının daxili və xarici siyasətdə istifadə imkanlarını
dəqiqləşdirməyə yönəltmişdir. Nəticədə, ortaq su ehtiyatlarını nəzarətə
götürmək uğrunda mübarizə İranı regiondakı «su geosiyasəti»nə iddialı
dövlətlərdən birinə çevirmişdir.
Məlumdur ki, Ermənistanın qondarma «Dağlıq Qarabağ
Respublikasının» məhz Azərbaycan tərəfindən tanınmasına nail olmaq
Dağlıq Qarabağdakı çayların
su ehtiyatının 81%-i Kəlbəcər
rayonu ərazisində formalaşır.
Onların illik ümumi su ehtiyatı
cəmi 942,3 milyon m³ olduğu
halda, Kəlbəcər və Laçın rayonları
üzrə bu göstərici təqribən 2,7
dəfə çoxdur - 2588,5 milyon m³-ə
bərabərdir.
138
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
məqsədilə ən çirkin vasitələri, eləcə də hidroloji təzyiq üsüllarını belə
işə salmaqdan çəkinmir. Onun «zəbt edilmiş ərazilərin su ehtiyatlarına
mübadiləsi» prinsipini də nə vaxtsa siyasi gündəmə gətirməsi ehtimalı
özünü çox gözlətmədi. Belə ki, 2013-cü ilin avqust ayının ortalarında
separatçı rejimin «baş nazirinin müavini» Artur Aqabekyan «Azadlıq»
Radiosunun erməni xidmətinə verdiyi müsahibədə bildirmişdir ki,
«Dağlıq Qarabğağ hökuməti» su ehtiyatlarının birgə idarə olunmasında
Azərbaycanla dialoqa başlamağa hazırdır. Belə ki, «Hələ sovetlər
dönəmində tikilmiş Sərsəng su anbarının imkanları bizə lazım olan
miqdardan çoxdur. Əgər onun ehtiyatlarından düzgün istifadə olunarsa,
bundan həm erməni, həm də Azərbaycan tərəfi bərələnə biləcəkdir».
«Dağlıq Qarabağ Respublikasının» müstəqil dövlət oldüğuna eyham
vuran A.Aqabekyan Azərbaycana ünvanladığı «əməkdaşlıq» təklifini
həyasızcasına belə şərh etmişdir: «Azərbaycan qonşu dövlətdir. Bu gün
düşmən olsaq da, sabah münasibətlər yumşala bilər. Gərək xalqlarımızı
indidən sülhə hazırlayaq».
Transsərhəd Araz və Kür çaylarının su ehtiyatının beş həmsərhəd
dövlət
(Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Ermənistan) arasında
bölüşdürülməsi hüquqi baxımdan indiyədək tənzimlənməmişdir. Cənubi
Qafqaz respublikalarının dövlət müstəqilliyi əldə etməsinə baxmayaraq,
bölgü sistemi hələ də SSRİ, İran və Türkiyə arasında formalaşmış prinsip
və hüquqi əhəmiyyətini itirmiş ikitərəfli müqavilələr üzrə aparılmaqdadır.
Belə ki, həmin müqavilələrdə -
«Sərhəd çaylarından və bulaqlarından
istifadə haqqında» Konvensiyada (SSRİ-Türkiyə, 8 yanvar 1927-ci il),
«Axuryan sərhəd çayı üzərində bəndin və su anbarının tikintisinə
dair» Sazişdə (SSRİ-Türkiyə, 26 oktyabr 1973-ci il), «Sərhəd
münaqişələrinin tənzimlənməsi haqqında» Müqavilədə (SSRİ-İran,
14 may 1957-ci il), «Suvarma və elektrik enerjisi istehsalı məqsədilə
Araz və Atrek çaylarından bərabərhüquqlu və birgə istifadə üzrə ilkin
layihələrin hazırlanmasına dair» Sazişdə (SSRİ-İran, 11 avqust 1957-
ci il) nə Azərbaycan SSR, nə Gürcüstan SSR, nə də Ermənistan SSR-in hər
biri üçün ayrı-ayrılıqda su limiti nəzərdə tutulmuşdur. Belə olan təqdirdə,
Araz çayının keçdiyi ərazilərdə Türkiyə, İran, xüsusilə də Ermənistanın
yaranmış hüquqi boşluqdan bəhrələnərək birtərəfli qaydada su istehlakı
limitini artırması, çayın üzərində yeni bənd, hidrostansiya və su anbarları
inşa etdirməsi Azərbaycanda şirin su çatışmazlığı probleminin daha da
Dostları ilə paylaş: |