133
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
su problemindən istifadə edilməsini etnik münaqişələrin yaradılmasında
da əhəmiyyətli vasitə kimi dəyərləndirirlər:
«Azərbaycana axan erməni
çaylarının (kursiv bizimdir) axarlarının dəyişdirilməsi buradakı
talışların, ləzgilərin, udinlərin, avarların, saxurların yaşayışına
mənfi təsir etməyəcəkdir. Azərbaycanın Qərb rayonlarının susuz
qalması kənd təsərrüfatı məhsullarının qiymətini qaldıracaq,
əsasən aqrar sektorda çalışan aborigenlərin həyat səviyyəsini isə
yüksəldəcəkdir»
131
.
Rəsmi Yerevan Azərbaycanın transsərhəd su axarlarından istifadə
imkanlarını məhdudlaşdırmaq məqsədilə bəzi sərhəd çaylarının
istiqamətlərinin dəyişdirilməsinə başlamışdır. Məsələn, 2011-ci ilin
ortalarında transsərhəd Voskepar
çayının Azərbaycana təbii axımının
qarşısı kəsilərək, Ermənistanın Tavuş vilayətinin bir neçə kəndinə
doğru yönəldilmişdir. Maraqlıdır ki, Ermənistanın beynəlxalq hüququn
prinsiplərinə, xüsusilə Birləşmiş Millətlər Təşkilatının müvafiq sənədlərinə
zidd olan bu «hidrotexniki nailiyyəti» BMT-nin Kənd Təsərrüfatının
İnkişafı Beynəlxalq Fondu tərəfindən maliyyələşdirilmiş, bənd tikintisinə
və su kanalının çəkilişinə 5,4 milyon ABŞ dolları məbləğində vəsait
ayrılmışdır. Azərbaycana qarşı yönəldilən hidrodiversiya proqramına
daxil olan həmin obyektin təntənəli açılışında
Ermənistan prezidenti Serj
Sarksyan da iştirak etmişdir.
132
Ermənistan
prezidenti Serj
Sarksyan ölkəsinin
«möhtəşəm
iqtisadi
layihələrindən»
sayılan «Voskepar
su kanalının» (!)
təntənəli açılışında
BMT-nin Avropa İqtisadi Komissiyasının “Transsərhəd su axarlarının
və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair” Helsinki
Konvensiyasına məqsədli şəkildə qoşulmayan Ermənistanın Azərbaycana
131 Л.Мелик-Шахназарян. «Почему мы поим и кормим Азербайджан?», http://forum.hayastan.com
132 http://www.yerkramas.org/2011/09/01/reka-voskepar-bolshe-ne-budet-tech-iz-armenii-v-
azerbajdzhan/