128
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
haqqında» 18 may 1977-ci il tarixli Cenevrə Konvensiyasının 1-ci və
2-ci maddələrində də bu kimi hallar beynəlxalq hüquq normalarına
zidd fəaliyyət kimi dəyərləndirilmişdir. Bu sənəddə
«ətraf mühitə
təsir vasitələri» ifadəsi təbiət proseslərinə - biota
(ümumi ərazidə canlı
orqanizmlərin tarixən formalaşmış birliyi), litosfer, hidrosfer, atmosfer də
daxil olmaqla, Yerin dinamikasının, tərkibinin, strukturunun məqsədli
şəkildə dəyişdirilməsinə, idarə edilməsinə istiqamətləndirilmiş vasitələr
kimi izah olunur və hərbi münaqişə iştirakçısı olan dövlətlərin bir-
birinə qarşı bu metodlardan istifadəsinin yolverilməzliyi açıq şəkildə
bildirilir
126
.
Bu baxımdan, yuxarıda göstərilən beynəlxalq hüquqi
sənədlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi dövründə
rəsmi Yerevanın azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə siyasəti
ilə yanaşı, «davamlı genosid» anlamını verən ekoloji müharibə də
apardığını təsdiqləyir.
Zənn etmək olardı ki, Azərbaycanla müqayisədə daha çox su
ehtiyatlarına malik olan Ermənistanda əhalinin su ilə təminatı ilə bağlı
problemlər olmamalıdır. Lakin, bu ölkədə sosial-iqtisadi və siyasi həyatın
bütün sahələrini əhatə edən kəskin böhran su təsərrüfatının da idarə
olunmasında da ciddi çətinliklər yaratmışdır. Məsələn, Avropa İqtisadi
Komissiyasının statistik məlumatına əsasən, 1990-cı ildən 2011-ci ilədək
olan dövr ərzində Ermənistan Respublikasının kommunal təsərrüfatında
istifadə olunan suyun həcminə və əhalinin hər bir nəfərinin istehlak etdiyi
suya dair göstəricilər təqribən 10 dəfə azalmışdır. Belə ki, kommunal
sahədə istehlakın həcmi ildə 945,1 milyon m3-dən 100 milyon m3-ə,
orta statistik vətəndaşın istifadədə etdiyi su isə 328,2 m3-dən təqribən
65 m3-ə enmişdir. Təhlillərə görə, azalma tendensiyası heç də bu ölkədə
«ciddi qənaət rejiminin» tətbiqi ilə bağlı deyildir və əsasən, aşağıdakı
sosial-iqtisadi səbəblərlə əlaqəlidir:
Ermənistandakı iqtisadi tənəzzül nəticəsində kommunal
müəssisələrinin bir çoxunun fəaliyyətini dayandırması;
qiymət artımına görə əhalinin bir sıra kommunal xidmətlərdən imtina
etməsi;
ölkədə kütləvi miqrasiya hallarının artması, Ermənistan əhalisinin
təqribən yarısının ölkəni tərk etməsi.
Ermənistan Respublikasının transsərhəd su ehtiyatlarından
126 UN
Treaty Series, Vol. 1108, I-17119