131
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
təsir vasitəsi kimi istifadə olunmasına yönəldilmişdir
129
.
Ötən əsrin 70-ci illərindən siyasi terminologiyaya daxil olan bu
anlayış ekoloji münaqişələri üç tipə - ərazi və təbii ehtiyatlar uğrunda
qarşıdurmalara, ətraf mühitə zərər vurmaq məqsədi daşıyan hərəkətlərə
ayırır. Sirr deyildir ki, müasir beynəlxalq münaqişələr, «demokratiyanın
ixracı» bəhanəsi altında həyata keçirilən
«əlvan inqilablar» ilk növbədə yanacaq
və mineral ehtiyatların, hazırda isə
həm də şirin su mənbələrinin nəzarətə
götürülməsi məqsədi daşıyır. Bu
baxımdan, ABŞ-də «təbii ehtiyatlar
uğrunda müharibə» konsepsiyasının
yaradılması da təsadüfi deyildir. Erməni
eksperti, «Dağlıq Qarabağ problemi
üzrə mütəxəssis» Mixail Ağacanyan
Azərbaycan və Türkiyə arasında yarana
biləcək
hidrostrateji
əməkdaşlıq
nəticəsində Ermənistanın su ehtiyatlarına
nəzarət sahəsində rəsmi Bakıya təzyiq
imkanlarının azalacağından narahatlığını
gizlətmir. Politoloq «Cənubi Qafqazda mehriban qonşuluq mühitinin
yaradılmasında, Azərbaycan, Gürcüstan və Ermənistan arasında qarşılıqlı
faydalı əlaqələrin təməlinin qoyulmasında regionun şirin su ehtiyatlarının
birgə idarə və istifadə edilməsini, qorunmasını, Türkiyə, İran və Rusiyanın
isə bu proseslərdən tamamilə təcrid olunmasını» açıq şəkildə «obyektiv
zərurət», «mühüm addım» kimi dəyərləndirir
130
.
İlk baxışdan da
aydındır ki, zahirən «sülhməramlı niyyət»
xarakteri daşıyan bu təklifdən
məqsəd Cənubi Qafqazı rəsmi Ankaranın regional hidrosiyasətindən
ayırmaq, Azərbaycanı gələcəkdə Türkiyə Cümhuriyyəti ilə birgə
hidrostrateji layihələrdən təcrid etməkdir. Məlumdur ki, Ermənistan
Respublikası transsərhəd su ehtiyatlarının idarə olunmasına, istifadəsinə
və qorunmasına, su kvotasının müəyyənləşdirilməsinə dair region
dövlətləri ilə hər hansı bir müqavilənin bağlanmasını ləngitməklə yanaşı,
129 Л.Мелик-Шахназарян. «Почему мы поим и кормим Азербайджан?
». http://vos-
kanapat.info
130 М.Агаджанян. «Сотрудничество в водной сфере
как ресурс регионального
добрососедства»
http://www.noravank.am/rus/articles/detail.php?ELEMENT_ID=2054
Ermənistanın məqsədli şəkildə
Azərbaycanda yaratmaq istədiyi
süni ekoloji böhran birmənalı
olaraq, «invayromental təcavüz»
(ing. environment - ətraf mühit)
- bir dövlətin digər dövlətin
ərazisində yaşayış üçün əlverişsiz
olan ekoloji fəlakət zonalarının
yaradılmasına yönəldilmiş
düşmənçilik fəaliyyəti kimi
dəyərləndirilməlidir.