Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə49/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   45   46   47   48   49   50   51   52   ...   60

       131
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
təsir vasitəsi kimi istifadə olunmasına yönəldilmişdir
129

Ötən  əsrin  70-ci  illərindən  siyasi  terminologiyaya  daxil  olan  bu 
anlayış  ekoloji  münaqişələri  üç  tipə  -  ərazi  və  təbii  ehtiyatlar  uğrunda 
qarşıdurmalara, ətraf mühitə zərər vurmaq məqsədi daşıyan hərəkətlərə 
ayırır. Sirr deyildir ki, müasir beynəlxalq münaqişələr, «demokratiyanın 
ixracı» bəhanəsi altında həyata keçirilən 
«əlvan inqilablar» ilk növbədə yanacaq 
və  mineral  ehtiyatların,  hazırda  isə 
həm  də  şirin  su  mənbələrinin  nəzarətə 
götürülməsi  məqsədi  daşıyır.  Bu 
baxımdan,  ABŞ-də  «təbii  ehtiyatlar 
uğrunda  müharibə»  konsepsiyasının 
yaradılması da təsadüfi deyildir. Erməni 
eksperti,  «Dağlıq  Qarabağ  problemi 
üzrə  mütəxəssis»  Mixail  Ağacanyan 
Azərbaycan  və  Türkiyə  arasında  yarana 
biləcək 
hidrostrateji 
əməkdaşlıq 
nəticəsində Ermənistanın su ehtiyatlarına 
nəzarət  sahəsində  rəsmi  Bakıya  təzyiq 
imkanlarının azalacağından narahatlığını 
gizlətmir.  Politoloq  «Cənubi  Qafqazda  mehriban  qonşuluq  mühitinin 
yaradılmasında, Azərbaycan, Gürcüstan və Ermənistan arasında qarşılıqlı 
faydalı əlaqələrin təməlinin qoyulmasında regionun şirin su ehtiyatlarının 
birgə idarə və istifadə edilməsini, qorunmasını, Türkiyə, İran və Rusiyanın 
isə bu proseslərdən tamamilə təcrid olunmasını» açıq şəkildə «obyektiv 
zərurət»,  «mühüm  addım»  kimi  dəyərləndirir
130
.
  İlk  baxışdan  da 
aydındır ki, zahirən «sülhməramlı niyyət»
 xarakteri daşıyan bu təklifdən 
məqsəd  Cənubi  Qafqazı  rəsmi  Ankaranın  regional  hidrosiyasətindən 
ayırmaq,  Azərbaycanı  gələcəkdə  Türkiyə    Cümhuriyyəti  ilə  birgə 
hidrostrateji  layihələrdən  təcrid  etməkdir.  Məlumdur  ki,  Ermənistan 
Respublikası transsərhəd su ehtiyatlarının idarə olunmasına, istifadəsinə 
və  qorunmasına,  su  kvotasının  müəyyənləşdirilməsinə  dair  region 
dövlətləri ilə hər hansı bir müqavilənin bağlanmasını ləngitməklə yanaşı, 
129   Л.Мелик-Шахназарян. «Почему мы поим и кормим Азербайджан?». http://vos-
kanapat.info
130   М.Агаджанян. «Сотрудничество в водной сфере как ресурс регионального 
добрососедства» http://www.noravank.am/rus/articles/detail.php?ELEMENT_ID=2054
Ermənistanın məqsədli şəkildə 
Azərbaycanda yaratmaq istədiyi 
süni ekoloji böhran birmənalı 
olaraq, «invayromental təcavüz» 
(ing. environment - ətraf mühit) 
- bir dövlətin digər dövlətin 
ərazisində yaşayış üçün əlverişsiz 
olan ekoloji fəlakət zonalarının 
yaradılmasına yönəldilmiş 
düşmənçilik fəaliyyəti kimi 
dəyərləndirilməlidir. 


132        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
bu  məsələlərə  dair  beynəlxalq  konvensiyalara  qoşulmaq  təkliflərini  də 
məqsədli şəkildə uzatmaqdadır. 
O da məlumdur ki, Ermənistanın yerüstü su ehtiyatlarının əsas hissəsi 
transsərhəd xarakterlidir və Azərbaycanla strateji müttəfiq olan Türkiyə 
ərazilərində formalaşır. Rəsmi Yerevana o da məlumdur ki, Türkiyənin 
hətta hipotetik olaraq, ortaq su ehtiyatları 
(məsələn, Araz çayında suyun 
həcminin  azaldılması)  vasitəsilə  Ermənistana  təzyiq  göstərmək  cəhdi 
istənilən  halda  Azərbaycanda  «hidroböhranın»  daha  da  dərinləşməsi 
ilə  nəticələnəcəkdir.  Bu  amil  işğalçı  dövlətin  cəzasızlıq  sindromundan 
yararlanaraq,  Azərbaycan  Respublikasına  qarşı  hərbi  və  iqtisadi-siyasi 
fəaliyyətdə  su  amilindən  də  istifadə  etmək  imkanlarını  genişləndirir. 
Ermənistanın  silahlı  birləşmələrinin  Azərbaycan  ərazisində  apardıqları 
hərbi  əməliyyatlar  nəticəsində  ərazinin  ekoloji  tarazlığı  pozulmuş, 
təbii landşaftlarla yanaşı, aqrolandşaftlar, endemik meşə zolaqları, yerli 
flora  və  fauna  nümunələri  vəhşicəsinə  məhv  edilmişdir.  İşğal  altında 
qalan  ərazilərdəki 
Böyük  Alagöl,  Kiçik  Alagöl,  Zalxagöl,  Canlıgöl, 
Qaragöl, Alagöl, İşıqlı Qaragöl kimi təbii su hövzələrinin bilərəkdən 
çirkləndirilməsi gələcəkdə Azərbaycan üçün əlavə ekoloji problemlərin 
yaranmasına  səbəb  olmuşdur.  Erməni  politoloqu  Levon  Melik-
Şahnazaryan rəsmi Yerevanın yürütdüyü hidrosiyasətin mahiyyətini belə 
açıqlayır: 
«Erməni dövləti düşmən Azərbaycana su verilməsini hər 
vasitə ilə məhdudlaşdırmalı, su ehtiyatlarının siyasi təsir vasitəsinə 
çevrilməsində  Türkiyədən  nümunə  götürməli  və  Azərbaycanın 
beynəlxalq  təşkilatlara  ünvanladığı  şikayətlərə  qətiyyən  məhəl 
qoymamalıdir.  Bu  gün  Ermənistanın  fəaliyyəti  Azərbaycanın 
ərzaq təhlükəsizliyinə qarşı yönəldilməli və kəskin su çatışmazlığı 
yaratmaqla ölkədə sosial-siyasi gərginliyə, kütləvi etirazlara və milli 
zəmində qarşıdurmalara nail olunmalıdır. Ermənistan ərazisindən 
axan çayların su ehtiyatının kəskin şəkildə azaldılması Azərbaycanın 
kənd  təsərrüfatına  sarsıdıcı  zərbə  vuracaqdır.  Eyni  zamanda, 
Ermənistan və Dağlıq Qarabağla sərhəd bölgələrdə (Ağstafa, Tovuz, 
Qazax,  Goranboy,  Tərtər,  Bərdə,  Ağcabədi,  Beyləqan,  Ağdam,  Füzuli 
rayonları  nəzərdə  tutulur)  yaşayan  əhali  suvarılan  torpaqlardan  və 
otlaqlardan məhrum olduqdan sonra həmin əraziləri könüllü şəkildə 
tərk edəcəkdir. Su böhranı Şəmkir, Gədəbəy və İmişli rayonlarının 
sosial-iqtisadi  vəziyyətinə  də  ciddi  təsir  göstərəcəkdir.  Bundan 
başqa, Ermənistan transsərhəd çayların üzərində yeni su anbarları 
və  su  elektrik  stansiyaları  tikməklə  transsərhəd  çay  sularının 
Azərbaycana  daxil  olmasını  minimuma  endirməlidir».  Ermənilər 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə