Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə52/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   48   49   50   51   52   53   54   55   ...   60

       139
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
kəskinləşməsinə  səbəb  olacaqdır.  Bu  baxımdan,  İran  və  Ermənistanın 
birgə planlaşdırdıqları iki ortaq layihə Azərbaycan Respublikasının milli 
maraqlarına qarşı birbaşa təhdid, dövlətin siyasi iradəsinə təzyiq xarakteri 
daşımaqla,  ölkədə  sosial-iqtisadi  və  ekoloji  böhranın  yaranmasına 
istiqamətləndirilmişdir. 
Mehri (Ermənistan) və Qaraçılar (İran) Su Elektrik stansiyalarının 
tikintisi.  İran  İslam  Respublikasının  Ermənistan-Azərbaycan, 
Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  qeyri-konstruktiv  mövqeyini 
təsdiqləyən  faktlardan  biri  də  2001-ci  ildə  rəsmi  Tehran  və  Yerevan 
arasında transsərhəd Araz çayı üzərində Mehri Su Elektrik Stansiyasının 
tikintisinə  dair  müqavilənin  imzalanmasıdır.  İşğalçı  Ermənistanın 
düşdüyü  sosial-iqtisadi  böhran  vəziyyətindən  çıxarılmasına,  paralel 
olaraq,  Azərbaycanda  şirin  su  ehtiyatlarının  məhdudlaşdırılmasına 
yönəldilmiş  bu  layihə  rəsmi  Bakı  tərəfindən  birmənalı  olaraq,  «əzələ 
nümayişi»  kimi  dəyərləndirilmişdir.  Elə  həmin  ilin  aprel  ayında 
Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyi  Ermənistan  və  İran 
arasında  bağlanmış  müqaviləyə  kəskin  etirazını  bildirmiş,  tərəflərin 
Araz  çayının  Azərbaycan  Respublikası  üçün  həyati  əhəmiyyətini,  su 
ehtiyatlarından  istifadəyə  dair  beynəlxalq  hüquq  normalarını  nəzərə 
almadıqlarını vurğulamışdır. Rəsmi Yerevan isə bu etiraza cavab olaraq, 
«hər hansı bir ölkəyə öz ərazisindəki su ehtiyatlarından istifadəni qadağan 
edən  beynəlxalq  sənədin  olmamasını»  dəlil  gətirmişdir
135
.  Üstəlik,  bir 
il  sonra  -  2002-ci  ilin  iyul  ayında  hər  iki  ölkənin  energetika  nazirləri 
Armen  Movsesyan  və  Həbibulla  Bitərəv  Mehri  Su  Elektrik  Stansiyası 
ilə bağlı yeni memorandum imzalamışlar. Bu sənəddə bir daha olaraq, 
«hidroenergetika  sahəsində  ikitərəfli  əməkdaşlığı  inkişaf  etdirmək 
məqsədilə  Araz  çayı  üzərində  su  elektrik  stansiyasının  əhəmiyyətinə» 
toxunulmuşdur.  Xatırladaq  ki,  vaxtilə  İran  və  Ermənistanın  birgə 
energetika planına Azərbaycanın işğal altında olan Cəbrayıl rayonunda 
su  elektrik  stansiyası  tikintisi  də  daxil  edilmişdi.  Hətta  rəsmi  Tehran 
Azərbaycanı  döyüş  əməliyyatlarına  başlamağa  sövq  edən 
«əgər  Bakı 
problemi  (Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsini) 
tezliklə  həll  etməzsə,  İran  Ermənistanla  birlikdə  burada  tikintiyə 
başlayacaqdır» kimi hədələyici bəyanatlar da vermişdir.
135   Т.Акопян. «Строительство ГЭС на Араксе политических целей не преследует». «AZG» 
Armenian Daily, 23.05.2001


140        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Maraqlıdır  ki,  Ermənistanın  bütün  təkidlərinə  baxmayaraq,  Mehri 
SES-in inşası uzun müddət məhz İran tərəfindən qeyri-müəyyən müddətə 
uzadılır, lakin rəsmi Tehran və Bakı arasındakı münasibətlərdə müəyyən 
gərginlik  yaranan  kimi  dərhal  yenidən  siyasi  müstəviyə  çıxarılırdı. 
Çünki, həmin layihənin reallaşması Araz çayının Azərbaycana daxil olan 
hissəsində suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə, əhalinin 
və  kənd  təsərrüfatı  obyektlərinin  şirin  su  ilə  təminatının  pisləşməsinə, 
sahilboyu  ərazilərin  ekoloji  fəlakətə  məruz  qalmasına  səbəb  olacaqdır. 
Rəsmi Tehranı stansiyanın tikintisi ilə əlaqədar qəti qərar verməkdən uzun 
müddət çəkindirən əsas amil isə Mehri SES-in istismarından sonra İranın 
Azərbaycanla  həmsərhəd  bölgələrinin  də  gələcəkdə  eyni  problemlərlə 
üzləşməsi  idi.  Bu  baxımdan,  həmin  əraziləri  təmin  etmək  məqsədilə 
alternativ enerji və su mənbələrinin axtarışı İran İslam Respublikasının 
diqqətini  çəkməyə  bilməzdi.  Nəticədə,  2001-ci  il  müqaviləsinin 
şərtlərinə yenidən baxılmış və 2007-ci il mart ayının 19-da Araz çayının 
hər iki dövlətə aid hissələrində Mehri 
(Ermənistan) və Qaraçılar (İran) Su 
Elektrik stansiyalarının inşasına dair yeni sənəd qəbul edilmişdir. 2011-ci 
ildə imzalanmış memorandum isə bir daha göstərdi ki, İran transsərhəd 
Araz  çayının  su  ehtiyatlarının  qonşu  dövlətlərlə  razılaşdırılmamış 
istifadə olunmasında, hasil ediləcək elektrik enerjisinin istismarında və 
Azərbaycana  qarşı  hidrosiyasət  imkanlarının  tətbiqində  təşəbbüsü  ələ 
almışdır. Məsələn, ortaq layihənin texniki-iqtisadi əsaslandırılması İranın 
«Mahab-Qods», tikinti-quraşdırma işləri isə «Sanir» şirkətinə həvalə 
olunacaqdır.  Birgə  fəaliyyətin  əlaqələndirilməsini,  tikinti-quraşdırma 
işlərinə  nəzarəti  isə  İran-Ermənistan  Texniki  Komitəsi  icra  edəcəkdir. 
Müqavilənin  şərtlərinə  görə,  ümumi  smeta  dəyəri  323  milyon  ABŞ 
dolları olan Mehri və Qaraçılar stansiyalarının tikintisi İranın investisiya 
şirkətləri  tərəfindən  maliyyələşdiriləcəkdir.  Tikinti  işlərini  2017-ci  ildə 
başa  çatdırmaq  nəzərdə  tutulmuşdur.  Bundan  başqa,  hər  iki  stansiya 
istifadəyə verildikdən sonra 15 il ərzində İİR-in 
«Fərat-Sepasat» şirkəti 
tərəfindən istismar olunacaq, əldə edilən elektrik enerjisi İranın yaşayış 
məntəqələrinin  və  sənaye  müəssisələrinin  istifadəsinə  yönəldiləcəkdir. 
İran  investisiya  şirkətlərinin  vəsaiti  tam  ödənildikdən  sonra  Mehri 
stansiyası Ermənistan Respublikasının mülkiyyətinə veriləcəkdir
136
.
136   «Республика Армения», № 040 (963), 08, 2012


       141
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Mehri su elektrik stansiyasının 
təntənəli təməlqoyma mərasimi  
(08.11.2012). Ermənistan 
prezidenti S. Sarqsyanın iştirakı 
ilə kesən mərasimdə İİR-in 
energetika naziri  Məcid Namlu 
«İranın beynəlxalq əlaqələrində 
Ermənistanın xüsusi mövqe  
tutduğunu, hər iki xalqın mədəni 
yaxınlığını» xüsusi vurğulamışdır.
137
Bütün  bunlar  Araz  çayının  su  ehtiyatlarından  Azərbaycana  qarşı 
təhdid kimi istifadə olunmasına dair Ermənistanın fəaliyyətinin arxasında 
İran  İslam  Respublikasının  dayandığını  söyləməyə  əsas  verir.  Bununla 
belə,  Mehri  və  Qaraçılar  Su  Elektrik  stansiyalarnda  tikinti  işlərinin 
başlanmasının məhz İİR tərəfindən qeyri-müəyyən müddətə yubadılması 
təkcə İran ətrafında cərəyan edən proseslərlə deyil, rəsmi Tehranın daha 
dərin hidrosiyasi gedişlər etməsi və geosiyasi maraqlarının ödənilməsində 
Ermənistandan vasitə kimi istifadə etməsi ilə də izah olunur. Ermənistan 
Respublikası Energetika və Təbii Ehtiyatlar Nazirliyinin hər iki obyektdə 
inşaat  işlərinə  avqust  ayının  22-də  start  verilməsi  barədə  məlumatı  da 
təsdiqini  tapmamışdır.  Ermənistanda  çıxan  «Голос  Армении»  qəzeti 
İran-Ermənistan əlaqələrindəki qeyri-müəyyənliyə belə qiymət vermişdir: 
«Müstəqillik illərində Ermənistan və İran arasında münasibətlər yüksələn 
xətlə  inkişaf  etsə  də,  bu  əməkdaşlığın  möhkəmləndirilməsinə  və  yeni 
səviyyəyə yüksəlməsinə mane olan qanqaraldıcı amillər də mövcuddur. 
İş  burasındadır  ki,  son  20  ildə  hər  iki  ölkə  arasında  bir  sıra  qarşılıqlı 
faydalı  və  kifayət  qədər  iddialı  birgə  layihələr  razılaşdırılsa  da,  yalnız 
onların cüzi hissəsi reallaşdırılmışdır». Rəsmi Tehranın Ermənistana dair 
siyasətində  öz  maraqlarını  önə  çəkməsinə  toxunan  qəzet  misal  olaraq, 
İran-Ermənistan qaz kəmərinin istismarı ilə əlaqədar yaranmış situasiyanı 
göstərir. Belə ki, layihəyə əsasən, həmin boru xəttinin təkcə Ermənistanı 
deyil,  Gürcüstan  və  Ukraynanı  da  İran  qazı  ilə  təmin  etməsi  nəzərdə 
tutulduğu halda, son nəticədə onun yalnız İİR-in iqtisadi maraqlarının 
137   http://www.tert.am/ru/news/2012/11/08/meghri-hpp/


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə