Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə55/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   52   53   54   55   56   57   58   59   60

148        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
məbləğində  müqavilə  imzalamışdır.  Bundan  başqa,  BMT-nin  İnkişaf 
Proqramı  Urmiyə  gölü  probleminin  həlli  məqsədilə  İrana  135  milyon 
ABŞ  dolları  məbləğində  vəsait  ayırmışdır.  İlkin  hesablamalara  görə, 
gölün su  ehtiyatlarının bərpası üçün beş il ərzində Araz çayından hər il 
bir milyard m
3
 su axıdılacaqdır. 
İranın  Qərbi  Azərbaycan  vilayətinin  Ekologiya  və  ətraf  mühitin 
mühafizəsi  idarəsinin  müdiri  Həsən  Abbas  Nejat  da  Araz  çayından 
Urmiyə su axıdılmasının heç də gölün xilasına deyil, bu bahanə altında 
bölgədə kənd təsərrüfatının və turizmin inkişafına yönəldildiyini etiraf 
etmişdir.  Urmiyə gölünün quruması nəticəsində yarana biləcə sosial 
gərginlik İran İslam Respublikasının yeni prezidenti Həsən Ruhanini 
daha  radikal  qabaqlayıcı  tədbirlər  həyata  keçirməyə,  sosial-iqtisadi 
böhrana  transformasiya  imkanları  getdikcə  artan  ekologi  fəlakətin 
qarşısının  alınması  məqsədilə    çevik  işçi  qrupunun  yaradılmasına 
sövq  etmişdir.  Təsadüfi  deyildir  ki,  İranın  energetika  naziri  Həmid 
Çitçianın  başçılıq  etdiyi  qrupa  ölkənin  kənd  təsərrüfatı,  daxili  işlər 
nazirləri,  ətraf  mühitin  mühafizəsi  üzrə  təşkilatların  rəhbərləri,  vitse-
prezidentin  planlaşdırma  və  strateji  nəzarət  üzrə  nümayəndəsi  və  s. 
daxil  olunmuşdur.  Qrupa  qısa  müddət  ərzində  problemi  müxtəlif 
aspektlərdə öyrənmək və hökumətə real təkliflər vermək tapşırılmışdır.  
Halbuki, mütəxəssislərin ümumi qənaətinə görə, Urmiyə xilasının ən 
real yollları aşağıdakılardır:
  Urmiyə  gölünün  ətrafındakı  su  mənbələrinin  idarə  olunmasının 
yaxşılaşdırılması,  israfçılığın  aradan  qaldırılması  məqsədilə  ciddi 
qənaət rejiminin və dövlət nəzarətinin tətbiqi;
  yetişdirilməsi bol su tələb edən kənd təsərrüfatı bitkilərinin əkininin 
azaldılması, yeni suvarma texnologiyalarının tətbiqi;
  gölün bərpası üçün duzlu su hövzələrindən məsələn, Xəzər dənizindən 
və ya İran körfəzindən iridiametrli su kəmərinin çəkilişi.
«Ermənistan-İran-Qətər»  su  kəməri.  Fars  körfəzi  sahillərində 
yerləşən  ərəb  dövlətləri  «türk  sularının  əsarətindən»  qurtulmaq  və 
alternativ şirin su mənbələri əldə etmək məqsədilə şirin su ehtiyatlarına 
malik olan və ilk növbədə, Türkiyəyə mənfi, daha dəqiq desək, düşmən 
münasibət bəsləyən ölkələrə üz tutmuşlar. Təbii ki, onların çağırışına ilk 
müsbət  reaksiya  verən  dövlət  Ermənistan  olmuşdur.  Davamlı  iqtisadi 
və  maliyyə  çətinlikləri  ilə  üzləşməsinə  baxmayaraq,  bütün  məhdud 
potensialını  Türkiyəyə  və  Azərbaycana  qarşı  yönəltməyi  paranoidal 


       149
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
məqsəd səviyyəsinə çatdıran rəsmi Yerevan bir müddət əvvəl Araz çayı 
sularının  bir  hissəsini  Ərəbistan  yarımadası  ölkələrinə  satmaq  barədə 
absurd  təşəbbüs  irəli  sürmüşdür.  Transsərhəd  suların  birgə  istifadəsinə 
dair  beynəlxalq  hüquq  normalarına  zidd  olan,  yəni  Türkiyə  və 
Azərbaycan dövlətləri ilə razılaşdırılmayan həmin layihəyə əsasən, Araz 
çayının Ermənistana aid hissəsini və İrandakı Karun çayını birləşdirəcək 
boru  xətti  çəkilməli  və  su  yeni  tikiləcək  «Ermənistan-İran-Qətər»  su 
kəməri vasitəsilə oradan Qətər dövlətinə nəql olunmalı idi. Maraqlıdır ki, 
iqtisadi qazancdan daha çox geosiyasi mənfəət güdən yeni «su dəhlizi» 
təşəbbüsünə Tehran qeyri-müəyyənliklə yanaşsa da, Rusiya Federasiyası 
tikintidə  iştirak  etməyə  hazır  olduğunu  bildirmişdir
145
.  Bununla  belə, 
ksenofobiyanın,  natamamlıq  kompleksinin  növbəti  bəhrəsi  olan 
həmin  anti-türk  layihəsinin  də  az  sonra  «kitabı  bağlanmışdır».  Araz 
çayı üzərində Mehri və Qaraçılar Su Elektrik stansiyalarının tikintisinə 
dair  Ermənistan-İran  layihəsi,  eləcə  də  İİR-in  birtərəfli  qaydada  Araz 
çayı  sularının  bir  hissəsini  Urmiyə  gölünə  istiqamətləndirmək  ideyası 
Yerevanı bu fantastik xülyadan çəkindirməli olmuşdur. 
Xatırladaq  ki,  1980-ci  ildə  Azərbaycan  SSR  və  Ermənistan  SSR-
in  həmsərhəd  Qazax  və  Noemberyan  rayonlarının  kənd  təsərrüfatı 
sahələrinin suvarılması məqsədilə Coqaz çayı üzərində su anbarı tikilib 
istifadəyə verilmişdir. Hazırda atəş xəttində olan və istifadəsiz qalan su 
anbarı Azərbaycanın Qərb bölgələri üçün növbəti təhlükə mənbəyidir. 
Ermənilərin etirafına görə, payızda, kənd təsərrüfatı sahələrində məhsul 
yığımı  zamanı  anbarın  bəndləri  açılaraq,  toplanmış  su  Azərbaycan 
istiqamətinə  axıdılır.  Bundan  başqa,  Coqaz  su  anbarı  istismara  tam 
yararsız vəziyyətə salınmışdır. Ermənistanda çıxan «Jamanak» qəzetinin 
məlumatında  bildirilir  ki,  hidrotexniki  qurğunun  ümumi  dəyəri  2,5 
milyon  ABŞ  dolları  olan  böyük  diametrli  su  boruları,  qiymətli  nasos 
avadanlıqları 2011-ci ildə ermənilər tərəfindən oğurlanmışdır
146
.
 2011-
ci  il  avqust  ayının  31-də  Ermənistanda  növbəti  «əlamətdar  hadisə», 
əslinə qalsa, Azərbaycana qarşı yeni ekoloji təxribat aksiyaları silsiləsinin 
təqdimatı  olmuşdur.  Belə  ki, 
“Ermənistan  ərazisindən  Azərbaycan 
istiqamətinə axan Voskepar çayının səmti dəyişdirilmiş, su yeni inşa 
olunan beton suvarma kanalına yönəldilmişdir. Əvvəllər Coqaz su 
anbarına tökülən çay indi Azərbaycan sərhədlərinə çatmadan «susuz 
erməni kəndlərinin ehtiyaclarını ödəyəcəkdir”.  Yeni  kanalın  layihə-
tikinti işləri Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq  Fond tərəfindən 
145   Н.Мосаки, «Если арабы владеют нефтью, то турки владеют водой», «Экологические 
системы», №10, 2010. http://esco-ecosys.narod.ru/2003_10/art10.htm
146   http://elections.az/news/a-93.html


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə