Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə58/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   52   53   54   55   56   57   58   59   60

       155
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
   transsərhəd suların istifadəsinə və mühafizəsinə dair beynəlxalq hüquq 
normalarının imperativ xarakter daşımaması, onlara əsaslanan ikitərəfli 
və  çoxtərəfli  regional  müqavilələrin  bağlanmaması,  region  dövlətlərinin 
fərdi  hidrosiyasət  yürütməsi,  Ermənistanın  və  Gürcüstanın  müvafiq 
beynəlxalq  konvensiyalara  məqsədli  şəkildə  qoşulmaması,  Azərbaycan, 
Türkiyə, İran, Gürcüstan və Ermənistanın transsərhəd sulardan istifadəyə 
dair  kvotalarının  müəyyən  edilməməsi,  su  ehtiyatlarının  birgə  idarə 
olunmasına dair regional strukturların yaradılmaması;
   region  dövlətlərinin  razılaşdırılmamış  qaydada  transsərhəd  su  axarları 
üzərində hidrotexniki qurğular tikintisi və əlavə qolların çəkilişi planları; 
   Azərbaycanın  əsas  şirin  su  mənbələri  olan  Araz  və  Kür  çaylarının 
Ermənistan  və  Gürcüstan  tərəfindən  sənaye,  kənd  təsərrüfatı  və  məişət 
tullantıları ilə çirkləndirilməsi və bu fəaliyyətin davamlı xarakter alması. 
Ermənistan və Gürcüstanın iri dağ-mədən və kimya sənayesi müəssisələrini 
transsərhəd  su  axarlarının  Azərbaycan  Respublikası  ərazisinə,  eləcə  də 
Gürcüstanda etnik azərbaycanlıların sıx yaşadıqları məntəqələrə yaxın 
yerləşdirməsi; 
   2015-ci  ildən  sonra  Rusiya  Federasiyasının  bəzi  siyasi  dairələrinin 
və  Dağıstandakı  separatçı  təşkilatların  transsərhəd  Samur  çayının  su 
ehtiyatlarından Azərbaycana qarşı təzyiq kimi istifadə etmək niyyətləri;
     Azərbaycanın yerüstü və yeraltı su ehtiyatlarının bir hissəsinin Ermənistan 
tərəfindən  işğal  olunmuş  ərazilərdə  qalması  və  onlardan  Azərbaycana 
qarşı ekoloji və hidroloji təzyiq vasitəsi kimi istifadə olunması;
   Azərbaycan  Respublikasında  su  ehtiyatlarının  idarə  olunmasının  və 
mühafizəsinin, onların istismarına nəzarətin mərkəzləşdirilmiş qaydada 
aparılmaması;
   su təsərrüfatında tələbatın təklifi üstələməsi, israfçılığa, şirin su mənbələrinin 
çirkləndirilməsinə qarşı təsirli sanksiyaların tətbiq edilməməsi
   istehsal  müəssisələrində,  yaşayış  məntəqələrində  zəruri  miqdarda 
sutəmizləyici qurğuların və sudan təkrar istifadə sistemlərinin olmaması, 
daxili su axarların və göllərin sənaye, kənd təsərrüfatı və məişət tullantıları 
ilə çirkləndirilməsi;
   hidrotexniki  obyektlərdə  suyun  standartlara  tam  cavab  verməməsi 
və  əhalinin  bir  hissəsinin  təhlükəsiz  və  təmiz  içməli  sudan  istifadə  edə 
bilməməsi; 


156        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
   kənd  təsərrüfatında  sudan  qənaətlə  və  tam  səmərə  ilə  istifadəyə  imkan 
verən innovativ suvarma metodlarının geniş tətbiq edilməməsi, mövcud 
hidroqurğuların aşınması və s. 
Təkliflər
Nə  etməli?  Azərbaycan  Respublikasında  çevik  və  müasir  siyasi-
iqtisadi, ekoloji meyilləri nəzərə alan hidrostrategiyanın müəyyən edilməsi 
vacibdir.  Bu  baxımdan,  ölkənin  milli  təhlükəsizlik  maraqlarını,  ekoloji 
problemlərini, transsərhəd su axarlarının istifadəsi və mühafizəsinə dair 
Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri, proqnoz və təhdidləri, 
xarici dövlətlərin bu sahədə təcrübəsini və digər amilləri nəzərə alaraq, 
milli  hidrosiyasətin  və  milli  Su  Strategiyasının  formalaşmasına  yardım 
məqsədilə  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsini  məqsədəuyğun 
hesab edirik: 
1.  Yerüstü  və  yeraltı  su  mənbələrinin  qanun  müstəvisində 
«dövlətin strateji ehtiyatları» kimi tanınması və qorunması. Şirin 
su  ehtiyatlarından  tam  səmərə  və  qənaətlə  istifadə  olunması,  onun 
qorunması  dövlətin  mühüm  siyasi,  sosial  və  iqtisadi  vəzifələrindəndir. 
Su  yaxın  gələcəkdə  dövlətin  dayanıqlı  inkişafının,  təhlükəsizliyinin 
təminatında  strateji  xarakter  daşıyacaqdır.  Odur  ki,  digər  ölkələrdə 
olduğu  kimi,  Azərbaycan  Respublikasının  şirin  su  fondu 
«strateji 
ehtiyat» elan edilməlidir. Su təsərrüfatı, su ehtiyatlarından istifadə ilə 
əlaqədar qanunvericilik bazası müasir tələblər və proqnozlar çərçivəsində 
təkmilləşdirilməli,  sudan  istifadəyə  dair  yeni  norma  və  tariflər 
müəyyənləşdirilməli,  su  mənbələrinin  ayrı-ayrı  fiziki  və  hüquqi  şəxslər 
tərəfindən inhisara alınmasının qarşısı alınmalı, su ehtiyatlarından istifadə 
və onun mühafizəsi ilə bağlı qanun pozuntularını, məqsədli su itkilərini, 
korrupsiya  və  inhisarçılıq  hallarını  aradan  qaldırmaq  üçün  cinayət 
qanunvericiliyində müəyyən edilmiş sanksiyalar sərtləşdirilməlidir. 
2.  İqtisadi-sosial  sahələrdə  qənaət  rejiminə  əsaslanan  səmərəli 
milli su siyasətinin tətbiqi. Kənd təsərrüfatı və sənaye müəssisələrində 
istifadə  olunmuş  suyun  təkrar  istismarına  imkan  verən  innovativ 
texnologiyaların  tətbiqinin  genişləndirilməsi,  sutəmizləyici  texniki 
qurğuların  tikintisinin  sürətləndirilməsi  vacib  məsələlərdən  biridir.  Sel 
və  daşqınlara,  kənd  təsərrüfatı  üçün  yararlı  sahələrin  şoranlaşmasına, 


       157
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
yerüstü  su  ehtiyatlarının  sənaye,  kənd  təsərrüfatı  və  məişət  tullantıları 
ilə  çirklənməsinə  qarşı  kompleks  mübarizə  aparılmalı,  sel  sularının  və 
daşqınların qarşısını almaq məqsədilə qabaqlayıcı hidrotexniki tədbirlər 
(bəndlərin tikintisi, çayların lil qatından təmizlənməsi və s.) icra olunmalıdır. 
Bakı, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvan kimi iri şəhərlərin kanalizasiya 
sistemləri  yenilənməli,  boru  xətlərindəki  «sızmalar»  nəticəsində 
külli  miqdarda  suyun  «texniki  itkiyə»  getməsi  aradan  qaldırılmalıdır. 
Əhali  arasında  ekoloji  və  sudan  qənaətlə  istifadəyə  dair  maarifçilik  işi 
genişləndirilməli;  su  təsərrüfatının  idarə  olunması  üzrə  kadr  hazırlığı 
yaxşılaşdırılmalı,  Azərbaycan  Respublikasında  beynəlxalq  dəniz  və  su 
hüququ tədrisi təşkil olunmalıdır. 
3.  Azərbaycanın  şirin  su  ehtiyatları  probleminin  beynəlxalq 
hüquq müstəvisinə çıxarılması. Region dövlətlərininin transsərhəd su 
axarları  ehtiyatından  birgə  səmərəli  istifadəsi  məsələlərinin  və  yaranan 
hüquqi,  ekoloji  problemlərin  həllində  beynəlxalq  hüququn  imkanları 
müəyyənləşdirilməli, BMT-nin ixtisaslaşdırılmış qurumlarının və İslam 
Əməkdaşlıq Təşkilatının dəstəyi ilə regionun su ehtiyatlarından istifadəyə 
dair  transsərhəd  dövlətlərlə  uzunmüddətli  sazişlərin  bağlanılmasına 
nail  olunmalıdır.  Transsərhəd  su  ehtiyatlarından  istifadə  olunmasında 
dövlətlərarası  hüquqi  ziddiyyətlərin  aradan  qaldırılması  məqsədilə 
milli su strategiyaları uzlaşdırılmalı və onların əsasında 
Cənubi Qafqaz 
Su  Strategiyası  və  ya  Regional  Su  Konsepsiyası  yaradılmalıdır. 
Beynəlxalq  təşkilatların  vasitəçiliyi  ilə  Gürcüstan  və  Ermənistanın  su 
ehtiyatlarının  mühafizəsi  və  istifadəsi  üzrə  BMT-nin  Avropa  İqtisadi 
Komissiyasının konvensiyalarına qoşulması təmin olunmalıdır. Bundan 
başqa,  region  dövlətlərinin  iştirakı  ilə 
Beynəlxalq  Hidroenergetika 
Konsorsiumunun yaradılması da transsərhəd çayların su ehtiyatlarının 
qorunmasına,  qarşılıqlı  faydalılıq  prinsipi  əsasında  istifadəsinə  zəmin 
yarada  bilər.  Bu  məqsədlə  konsorsiumun  statusu,  qanunvericilik  və 
normativ-hüquqi bazası formalaşmalı, fəaliyyət istiqamətləri, mülkiyyət 
və idarəetmə formaları, investisiya proqramları müəyyənləşdirilməli, milli 
və regional strukturlar arasında əməkdaşlıq mexanizmləri yaradılmalıdır. 
4.  Ermənistan  Respublikasının  transsərhəd  su  ehtiyatlarından 
və işğal altında saxladığı ərazilərdəki çay və hidroloji qurğulardan 
Azərbaycan Respublikasına qarşı hidrodiversiya vasitəsi kimi istifadə 
etməsinə, ölkədə süni ekoloji böhranın yaradılmasına yönəldilmiş 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə