Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə54/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   50   51   52   53   54   55   56   57   ...   60

       145
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
tikinisi isə nisbətən real olan üçüncü variantı istisna edir. FARS informasiya 
agentliyinin  məlumatına  görə,  Xəzər-Urmiyə  kanalının  çəkilişi  məsələsi 
İran parlamentində müzakirəyə çıxarılsa da, deputatlar hələ də onu təsdiq 
etməmişlər. Nəticədə, bu gün İran və Ermənistan bütün səylərini sonuncu 
variantın  reallaşmasına  -  Araz  çayından  Urmiyə  gölünə  qol  ayrılmasına 
yönəltmişlər. Belə ki, İİR prezidenti Mahmud Əhmədinejat hələ 2010-cu 
ildə Təbrizdə olarkən Urmiyə gölü probleminə toxunmuş və hər il Araz 
çayından 600 milyon m³ su nəql edəcək 
kanalın  inşası  layihəsini  təsdiqlədiyini 
bildirmişdir. Mehri və Qaraçılar Su Elektrik 
stansiyaları 
tikintisinin 
reallaşması 
və  buna  paralel  olaraq  həmin  kanalın 
çəkilişi  planı  Araz  çayının  Azərbaycana 
aid  hissəsində  suyun  səviyyəsinin 
daha  da  azalmasına,  ölkədə  kəskin  su 
çatışmazlığına  yönəldilmiş  hidrotəxribat 
aktı  kimi  dəyərləndirilməlidir.  Bir 
müddət  əvvəl  İİR-in  vitse-prezidenti, 
Ətraf  Mühitin  Mühafizəsi  və  Ekologiya 
Təşkilatının 
rəhbəri 
Məhəmməd 
Cavad 
Məhəmmədizadə 
dövlət 
televiziyasının  İrib  news.  saytına 
verdiyi  müsahibədə  layihənin  beş  il 
müddətinə  başa  çatdırılacağını,  İran 
hökumətinin  bu  məqsədlə  900  milyon 
ABŞ dolları məbləğində vəsait ayırdığını 
bildirmişdir.  İranın  energetika  naziri 
Məcid Namcu isə Araz çayından Urmiyə 
gölünə  qol  ayrılmasını  «İİR-in  daxili  məsələsi»  kimi  qiymətləndirmiş, 
onun  dövlətlərarası  müzakirə  predmeti  olmadığını,  transsərhəd  çayın 
kanal  çəkilişi  üçün  nəzərdə  tutulan  hissəsinin  50%-nin  İrana,  50%-nin 
isə  Azərbaycana  məxsusluğunu  vurğulamışdır.  Təbiidir  ki,  2011-ci  ilin 
dekabr ayında Araz çayının İran-Azərbaycan hissəsindən Urmiyə gölünə 
qol  ayrılmasına  dair  Tehran  və  Bakı  arasında  ilkin  danışıqların  səmərə 
verməməsi məhz İranın Azərbaycana aid su ehtiyatlarından istifadə etmək 
iddiası ilə əlaqəlidir. 
Mütəxəssislərin fikrincə, 
Urmiyə gölünün quruması 
təkcə qlobal iqlim dəyişkənliyi 
ilə əlaqələndirilməməlidir. 
Bu problem eyni zamanda
yarıtmaz su strategiyasının - 
onun su ehtiyatlarından qeyri-
səmərəli istifadə olunmasının, 
gölə tökülən Acıçay, Leylançay, 
Qalaçay, Tufaqarançay, Daraçay 
və Sınıqçay üzərində 17 su 
bəndinin tikilməsinin, ətrafında 
təqribən 24000 artezian 
quyusunun qazılmasının və 
xüsusilə, hövzəni iki yerə bölən 
Təbriz-Urmiyə magistral yolunun 
çəkilişinin nəticəsidir. 


146        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Beləliklə,  Azərbaycan  Respublikasının  etirazına  baxmayaraq,  rəsmi 
Tehran kanalın məhz Araz çayının İran-Azərbaycan hissəsindən çəkilişinə 
iddialıdır və bu məsələnin dövlətlərarası münasibətdə növbəti gərginliyə 
səbəb olacağı istisna deyil. Yeni təklif isə Urmiyə gölünü «Erməni dənizi», 
qondarma «Böyük Ermənistanın Kaputan gölu» adlandıran Ermənistan 
Respublikasından  gəlmişdir.  İİR-in  vitse-prezidenti  Məhəmməd 
Cavad Məhəmmədizadə «Iranianuk» saytına müsahibəsində «İran və 
Ermənistanın Urmiyə gölünün su ehtiyatının bərpasında birgə fəaliyyət 
göstərmək  niyyətində  olduqlarını  bildirmişdir.  «Новое  время» 
qəzetinin  məlumatına  görə  isə,  «hər  iki  ölkənin  mütəxəssisləri  Araz 
çayının Ermənistana aid hissəsindən 
(Mehri ərazisi) Urmiyə gölünə kanal 
çəkilişi barədə razılığa gəlmişlər. Kanalın tikintisi İran və Ermənistanın 
birgə layihəsi olsa da, rəsmi Bakı buna etirazını bildirmişdir»

. Maraqlıdır 
ki
,  həmin  məlumatdan  bir  neçə  gün  sonra  Ermənistan  Respublikası 
Təbiəti Mühafizə Nazirliyi Su Ehtiyatlarının İdarə olunması Agentliyinin 
rəisi Volodya Narimanyan İran vitse-prezidentinin söylədiklərini təkzib 
etmiş,  təşəbbüsün  məhz  Yerevandan  gəldiyinə  toxunmadan  «Urmiyə 
gölünün bərpasında
 Ermənistanın iştirakı ilə bağlı İran tərəfindən rəsmi 
müraciətin olmadığı»
 barədə məlumat versə də
143
,
 İranın rəsmi dairələrinə 
yaxınlığı ilə seçilən «Radiozamaneh» saytının məlumatına əsasən, 2012-
ci il avqust ayının 1-də Araz çayının Ermənistana aid hissəsindən Urmiyə 
gölünə kanal çəkmək barədə Tehran və Yerevan rəsmiləri arasında razılıq 
əldə olunmuşdur. Bundan başqa, İRNA informasiya agentliyi 2012-ci ilin 
may ayında həmin kanalın tikintisi ilə əlaqədar İranın Qərbi Azərbaycan 
vilayətinin  rəhbərliyi  və  hələlik  adı  açıqlanmayan  Türkiyə  investisiya 
şirkəti  arasında  danışıqların  müsbət  nəticələndiyi  haqqında  məlumat 
yaymışdır. 
İran  hökuməti  isə  yanlışını  düzəltmək  üçün  əməli  addımlar  atmaq 
qərarına  gəlib.  Qeyd  edək  ki,  bundan  qabaq  İranın  Kənd  Təsərrüfatı 
Nazirliyinin layihəsi əsasında Xəzər dənizinin suyunun gölə axıdılması 
nəzərdə  tutulurdu,  amma  bu,  layihə  olaraq  qaldı.  Gölün  qurumasının 
qarşısını almaq üçün İran parlamentinin İnteqrasiya komissiyası ölkənin 
daxili  su  ehtiyatlarından  istifadə  etmək  əvəzinə  Araz  çayından  Urmiyə 
gölünə  su  kanalı  çəkilməsi  qərarında  israrlıdır.  Bu  barədə  İranın  Şərqi 
Azərbaycan əyalətinin başçısı Əlirza Beygi bildirib. Onun sözlərinə görə, 
143 
 
www.mediamax.am/ru/news/region/5554/


       147
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Mərənd və Şəbüstər şəhərlərindən keçəcək yeni su kanalının inşası üçün 
artıq 2,5 milyon manat vəsait ayrılıb. Yeni layihəyə əsasən, Araz çayından 
gölə 600 milyon kubmetr su axıdılacaq. Maraqlı olansa, İran hökumətinin 
Urmiyə gölünə axan 5 çayın qarşısına öz məqsədləri üçün bənd vuraraq, 
gölün  xilası  üçün  Arazın  suyundan  istifadə  etməsidir.  Hər  halda,  bu 
qədər vəsait xərcləyib yeni kanal inşa etməkdənsə, təbii kanalların yolunu 
açmaq daha məqsədəuyğundur.
  Araz  çayı  üzərində  yeganə  sərəncam  hüququ  İrana  aid  deyil.  Araz 
çayı  transsərhəd  çayı  olduğundan  bu  çaydan  yeni  kanal  çəkmək  çayın 
sululuğunu azaltmaqla yanaşı, beynəlxalq konvensiyalara da ziddir. Belə 
ki, rəsmi Tehran yeni layihəsini reallaşdırmaq üçün nə Azərbaycandan, 
nə də Türkiyədən bu barədə icazə alıb. Beynəlxalq konvesiyalara görə, bir 
neçə ölkənin ərazisindən keçən çaylardan istifadə zamanı digər ölkələrin 
maraqlarını da nəzərə almaq lazımdır. Tehranın bu addımını beynəlxalq 
hüquq normalarını pozması ilə yanaşı, digər ölkələrin ərazi bütövlüyünə 
müdaxilə kimi də qiymətləndirmək olar. İranın belə bir hərəkəti gələcəkdə 
digər  qonşu  dövlətlərin  -  Türkiyə,  Ermənistan,  Rusiya  və  Gürcüstanın 
da  bu  yolu  tutmasına  səbəb  ola  bilər.  Çünki  Azərbaycan  dünyanın  elə 
nadir  ölkələrindəndir  ki,  daxili  suların  2/3  hissəsi  kənar  ərazilərdən 
gəlir. Ona görə də, İranın və digər ölkələrin belə bir vasitəyə əl atması 
Azərbaycan üçün böyük ekoloji və sosial problemlər yarada bilər. Hələ 
2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi bildirmişdir ki, İran Urmiyə gölünün Araz çayının su 
ehtiyatları hesabına bərpası məsələsini Azərbaycan Respublikası və digər 
transsərhəd dövlətlərlə müzakirə etməli, problem beynəlxalq hüquq və 
qarşılıqlı razılaşmalar əsasında həllini tapmalıdır.
144
Lakin,  2013-cü  ilin  iyun  ayının  27-də  İran  İslam  Respublikası 
transsərhəd  su  axarlarının  qorunması  və  istifadəsinə  dair  beynəlxalq 
konvensiyaların  tələblərini  pozaraq,  İran  Culfası  istiqamətindən  Araz 
çayı sularının Urmiyə gölünə axıdılmasına başlamışdır. İRİB agentliyinin 
yaydığı  məlumata  görə,  İİR-in  vitse-prezidenti  Məhəmmədrza  Rəhimi 
həmin mərasimdə iştirak edərək, bu layihənin təkcə Urmiyə gölünün su 
ilə doldurulmasına deyil, ölkənin 22 şəhərinin və 286 kəndinin şirin su 
ilə təminatının yaxşılaşdırılmasına yönəldiyini bildirmişdir. Bu məqsədlə 
İran İslam Respublikası xarici investisiya şirkətləri ilə 875 milyon avro 
144   «Тегеран должен согласовать с Азербайджаном вопрос».  http://interfax.az/
view/558503


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə