Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə53/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   49   50   51   52   53   54   55   56   ...   60

142        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
ödənilməsinə yönəldilməsi məlum olmuşdur. Ermənistanın qaz təminatı 
isə yenə də Rusiyadan asılı olaraq qalır. Yeni elektrik stansiyaları ilə bağlı 
vəziyyət də bu durumdadır. Layihənin sözdən əmələ keçməsi isə uzadılır. 
Həqiqətən də, 2012-ci ilin mart ayında Ermənistan prezidenti mətbuat 
xidmətinin tikinti işlərinə bu il iyun ayının 15-dən başlanmasına dair İran 
hökuməti ilə razılıq əldə olunması ilə bağlı məlumatı sonralar yerli kütləvi 
informasiya  vasitələrində  rəsmi  təməlqoyma  mərasiminin  başqa  vaxta 
keçirilməsi haqqında xəbərlə əvəzlənmişdir. 
2009-cu ilin yekunlarına dair statistik məlumatların təhlili göstərir 
ki,  İran  və  Ermənistan  arasında  iqtisadi  əlaqələrin,  o  cümlədən 
energetika  sahəsində  əməkdaşlığın  yüksələn  xətlə  inkişaf  etməsi 
haqqında rəsmi Yerevanın deklarativ bəyanatları həqiqətə söykənmir. 
Ermənistanın  bütün  səylərinə  baxmayaraq,  İran  İslam  Respublikası 
onun  iqtisadiyyatında  əhəmiyyətli  rol  oynaya  bilməmişdir.  Belə  ki, 
Ermənistanın  ixrac  əməliyyatlarında  İran  cəmi  4,7%  paya  malik  olan 
9-cu ölkədir. İşğalçı dövlətin idxalında isə İİR-in xüsusi çəkisi 4,9%-ə 
bərabərdir və sırada 6-cı yerlə kifayətlənir
138
. Mütəxəssislərin fikrincə, 
dünyada  elektrik  enerjisinin  istehsalına  görə  19-cu,  istehlakına  görə 
isə  20-ci  yerdə  olan  İran  İslam  Respublikasının  Mehri  və  Qaraçılar 
Su  Elektrik  stansiyalarının  tikintisinə  vəsait  ayırması  iqtisadi 
zərurətlə  izah  oluna  bilməz.  O  da  nəzərə  alınmalıdır  ki,  İran  elektrik 
enerjisindən  ən  səmərəsiz  istifadə  edən  ölkələr  sırasındadır  və  hasil 
olan  enerji  istehlakçılara  çatdırılana  qədər  onun  18,5%  itkiyə  gedir. 
Digər tərəfdən, regiondakı hidroloji şərait də burada yeni hidrotexniki 
qurğuların tikintisinin məqsədəuyğun olmadığını sübuta yetirən təbii 
amillərdəndir.  2007-2008-ci  illərdə  baş  vermiş  güclü  quraqlıq  Araz 
çayı üzərində yeni stansiyaların inşasının və istismarının olduqca riskli 
layihə  olduğunu  göstərmişdir.  Çaylarda  suyun  səviyyəsinin  azalması 
mövcud su elektrik stansiyalarının işində fasilələrin yaranmasına səbəb 
olmuşdur
139
. Buradan belə bir məntiqi qənaətə gəlmək olar ki, iqtisadi 
baxımdan əlverişsiz və perspektivsiz sayılan həmin layihələrin nə vaxtsa 
reallaşması böyük şübhə altındadır. Bu mövzunun vaxtaşırı gündəmə 
gətirilməsi, lakin hələ də niyyət səviyyəsindən çıxa bilməməsi isə onun 
138   Export and import of the Republik of Armenia by countries, 2010, http//www.armstat.am/
file/dok/99461633.pdf
139   А.Зульхарнеев. «Энергетические интересы Ирана в Каспийском регионе», Индекс 
Безопасности, №2, 2009


       143
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
«ortaq siyasi layihə» olduğunu, İran və Ermənistanın hidroloji təhdid 
imkanlarının  Azərbaycana  nümayiş  etdirilməsi  xarakteri  daşıdığını 
göstərir.  Bu  «siyasi  layihədə»  İranın  məqsədi  Ermənistanın  Türkiyə 
və Azərbaycana qarşı düşmənçilik fəaliyyətindən, ərazi iddialarından, 
Dağlıq  Qarabağ  münaqişəsinin  həllinin  məqsədli  şəkildə  uzadılması 
imkanlarından  yararlanmaqla  onlar  arasında  siyasi  və  hərbi-siyasi 
qarşıdurmanı  dərinləşdirmək,  regionda  «lider  dövlət»  iddialarını 
təmin etməkdir
140

Araz çayından Urmiyə gölünə kanal çəkilişi. 1999-cu ildən etibarən 
qurumaq təhlükəsinə məruz qalan Urmiyə gölü problemi bu gün İranın 
həm daxili, həm də xarici siyasət məsələsinə - rəsmi Tehran və Yerevanın 
Azərbaycan Respublikasına qarşı yürütdüyü ortaq hidrosiyasətin aparıcı 
elementinə çevrilməkdədir. Xatırladaq ki, dəniz səviyyəsindən 1275 metr 
yüksəklikdə  yerləşən  Urmiyə  gölü  indi  dünyanın  ən  duzlu  təbii  su 
hövzələrindən biri sayılır. Uzunluğu 140, eni 40-55 kilometrə, dərinliyi 
isə 5-16 metrə çatan göl hazırda ilkin sahəsinin 65%-ni itrmiş, qalan su 
ehtiyatının hər litrində 330 qram duz toplanmışdır. Urmiyə Ətraf Mühitin 
Mühafizəsi Agentliyinin qənaətinə görə, gölün su ehtiyatlarının bərpasına 
yönəldilmiş  təxirəsalınmaz  tədbirlər  görülməzsə,  yaxın  3-7  il  ərzində 
onun  ərazisi  4  min  kvadrat  kilometrlik  duz  səhrasına  çevriləcəkdir
141

Nəticədə, küləyin ətrafa yaydığı 10 milyon ton duz region dövlətlərinin, 
o  cümlədən  Azərbaycan  Respublikasının  yaşayış  məntəqələri,  əkin 
sahələri  və  su  hövzələri  üçün  əsl  fəlakətə  çevriləcək,  gölün  ətrafında 
yaşayan  və  əksər  hissəsi  etnik  azərbaycanlılardan  ibarət  olan  13 
milyonluq  əhali  məskunlaşdığı  əraziləri  tərk  etmək  məcburiyyətində 
qalacaq,  regionun  etnomədəni  mənzərəsi  nəzərəçarpacaq  dərəcədə 
dəyişəcəkdir. İranın Milli Okeanoqrafiya İnstitutunun prezidenti Vahid 
Çegeni  İRNA  agentliyinə  verdiyi  müsahibədə  bildirmişdir  ki,  Urmiyə 
gölünün quruması ilə İran ərazisinin dörddə-biri -  Mazandaran, Gilan, 
Zəncan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan vilayətləri ekoloji fəlakətlə 
üzləşəcəkdir.    Rəsmi  statistikaya  əsasən,  indiyədək  göl  səthinin  70%-i 
qurumuş, bir litr suda duzun miqdarı 400 qrama çatmışdır
142

140   V.Qasımlı, Z.Şiriyev, Z.Vəliyev. «İran-Ermənistan münasibətləri: geosiyasi reallıq, siyasi id-
dialar», Bakı, 2011
141   http://www.milli.az/news/iran/26949.html
142   «Высыхание озера Урмия грозит Ирану песчаными и соляными бурями»,  http://www.
trend.az/news/society/2109889.html


144        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Urmiyə gölü əvvəllər və indi
İran hökuməti Urmiyə gölünün su ehtiyatlarının bərpası məqsədilə 
bir neçə variant işləyib hazırlamışdır: 
   İranın  Qərb  hissəsindəki  çayların  su  ehtiyatlarından  qənaətlə  istifadə 
etməklə  kiçik  çayların  axarını  və  ölkənin  Şərq  ərazilərindəki  yeraltı  su 
hövzələrini Urmiyə gölünə istiqamətləndirmək
   Türkiyə ərazisindəki Van gölündən magistral su kəməri çəkmək
   Xəzər dənizindən Urmiyə gölunə kanal inşa etmək
   Araz  çayının  İran-Ermənistan  və  ya  İran-Azərbaycan  hissəsindən  qol 
ayırmaq.
Birinci  variant  İranın  Qərb  hissəsində  kənd  təsərrüfatının  inkişafını 
məhdudlaşdırdığı, burada su çatışmazlığına səbəb olduğu üçün Tehranın 
müzakirə  mövzusu  deyildir.  Statistik  məlumatlara  əsasən,  İran  İslam 
Respublikası da yaxın gələcəkdə kəskin su qıtlığı ilə üzləşəcəkdir. Hazırda 
burada  adambaşına  orta  hesabla  2000  litr  su  düşür.  2025-ci  ildə  bu 
rəqəmin 50% azalaraq 1000 litrə düşəcəyi gözlənilir. Böhranı qabaqlamaq 
məqsədilə Xəzər dənizinin Cənub sahillərində sutəmizləyici qurğular inşa 
etmək və ölkənin mərkəz hissəsindəki Semnan şəhərinə 500 kilometrlik 
su kəməri çəkmək nəzərdə tutulmuşdur. Gələcəkdə İsfahan, Kəşan, Qum 
şəhərlərini də təmizlənmiş dəniz suyu ilə təmin etmək planlaşdırılır. Van 
gölündən  Urmiyə  istiqamətində  su  kəmərinin  çəkilişi  ciddi  maliyyə  və 
ekoloji problemlərlə, siyasi-iqtisadi güzəştlərlə bağlıdır və rəsmi Ankaranın 
bu təklifə müsbət cavab verməsi gözlənilmir. İİR-in Xəzər dənizi ilə əlaqəli 
fantastik layihəsi – İran körfəzinə doğru uzanan su nəqliyyatı dəhlizinin 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə