Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə56/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   52   53   54   55   56   57   58   59   60

150        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
maliyyələşdirilmiş,  bu  məqsədlə  5,4  milyon  ABŞ  dolları  məbləğində 
vəsait ayrılmışdır. Açılış mərasimində iştirak edən Ermənistan prezidenti 
Serj Sarksyan erməni xalqını «tarixi hadisə» münasibətilə təbrik etmiş, 
Voskepar bəndindən əlavə daha səkkiz belə hidrotexniki obyektin yaxın 
vaxtlarda  tikilib  istifadəyə  veriləcəyini  bildirmişdir 
(http://analitika.
at.ua/news/).
Son dövrlərdə 
Türkiyə Cümhuriyyətinin Cənubi Qafqazda geosiyasi 
mövqelərinin  möhkəmləndirilməsinə  yönəldilmiş  səyləri  onun  su 
strategiyasında da aydın təzahür etməkdədir. Rəsmi Ankaranın transsərhəd 
Araz və Kür çaylarının su ehtiyatlarının əsas hissəsinin inhisara alınması 
ilə  bağlı  planları  hələlik  «əzələ  nümayişi»  xarakteri  daşısa  da,  onun 
regiondakı  hidrosiyasi  situasiyadan  yararlanmaq  imkanlarından  xəbər 
verir. Belə ki, Şərqi Anadoluda, ölkənin Şimal-Şərq bölgələrində hidroloji 
şəraiti  yaxşılaşdırmaq,  kənd  təsərrüfatını  inkişaf  etdirmək  məqsədilə 
həmin  çayların  istiqamətinin  dəyişdirilməsinə  dair  layihələrin  bu  gün 
«reallıqdan  uzaq»  hesab  edilməsinə  baxmayaraq,  Türkiyə  hökumətinin 
region  dövlətlərinə  –  İran,  Ermənistan,  Gürcüstan  və  xüsusilə, 
Azərbaycana  «siyasi  mesajı»  hansı  hidrostrateji  təsir  potensiallarına 
malik  olduğunun  diqqətə  çatdırılması  kimi  dəyərləndirilir.  Çünki,  Araz 
çayının  su  ehtiyatlarının  istismarı  ilə  əlaqədar  İran  və  Türkiyə  arasında 
hidromünaqişə  yaranacağı  təqdirdə  bu  qarşıdurmadan  ilk  növbədə 
Azərbaycan ciddi ziyan çəkəcək, kəskin su çatışmazlığı və ekoloji böhranla 
üzləşəcəkdir. 
«Tehran  Times»  qəzetinin  proqnozuna  görə,  Türkiyənin 
Araz  çayından  əlavə  qol  ayırmaq  planı  gerçəkləşərsə,  çayın  İrana  aid 
hissəsində  suyun  həcmi  təqribən  50%  azalacaq  və  hər  iki  ölkə  arasında 
münaqişə  ocağı  yaranacaqdır
147
.  Əlavə  olaraq  bildirmək  istərdik  ki,  İran 
və Ermənistan çayın qalan su ehtiyatlarından yararlandıqdan sonra onun 
Azərbaycan  ərazisinə  keçən  hissəsində  suyun  səviyyəsi  azalaraq  kritik 
həddə  çatacaqdır.  Rəsmi  Ankaranın  ikinci  «əzələ  nümayişi»  isə  Meşə 
Təsərrüfatı və Hidrotexniki Qurğular Nazirliyinin 
Beşikkaya Su Elektrik 
Stansiyasının  tikintisi  ilə  bağlı  layihəsi  olmuşdur.  Nəticədə,  Kür  çayının 
axarının Qara dəniz istiqamətinə dəyişdirilməsi planı, əsasən, Gürcüstanda 
ciddi  narahatlıqla  qarşılanmışdır.  Rusiyanın 
«Независимая  газета» 
nəşrinin,  Tbilisidə  çıxan 
«Rezonansi»  qəzetinin  yazdıqlarına  görə,  bu 
layihənin reallaşması «Gürcüstanı əfsanəvi çaydan, Azərbaycanı isə strateji 
əhəmiyyətə malik Mingəçevir su anbarından məhrum edəcək, ölkə kəskin 
su  çatışmazlığına  məruz  qalacaqdır».  Türkiyənin  bu  təşəbbüsünün  ilk 
növbədə «siyasi-iqtisadi məqsəd daşıdığını» və rəsmi Ankaranın ənənəvi 
147   Turkey diverts Aras River, influx to Iran reduced. // Tehran Times, August 16, 2001


       151
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
diplomatik  üslubu  ilə  bir  araya  gəlmədiyini  bildirən  Gürcüstan  Yaşıllar 
Partiyasının  sədri  Georgi  Qaçeçiladze  məsələnin  hər  üç  ölkə  arasında 
danışıqlar yolu ilə aradan qaldırılmasını təklif etmiş, öz həllini tapmadığı 
təqdirdə  problemin  beynəlxalq  məhkəmələr  səviyyəsinə  qaldırılmasının 
vacibliyini vurğulamışdır
148
Azərbaycan Respublikası Ekologiya və Təbii 
Sərvətlər  Nazirliyi  isə  narahatlığa  ciddi  səbəb  olmadığını,  «Türkiyənin 
həmin məqsədlər üçün Kür çayının ümumi su ehtiyatının 
(26,9 milyard 
m³)  cəmi  3%-indən  (285  milyon  m³)  istifadə  edəcəyini  və  bu  planın 
ölkənin ətraf mühiti və balıq ehtiyatları üçün təhlükə törətmədiyi barədə 
açıqlama vermişdir
149
. Maraqlıdır ki, bir müddət sonra Türkiyə tərəfinin 
adı çəkilən layihənin iqtisadi baxımdan məqsədəuyğun olmaması barədə 
yaydığı  məlumatı  və  Kür  çayının  istiqamətinin  dəyişdirilməsi  planından 
rəsmi imtina etməsini Gürcüstan prezidenti Mixel Saakaşvili özünün PR 
kampaniyasına yönəltməyə çalışmış və bunu «ikitərəfli diplomatik qələbə» 
adlandırmışdır. Əslinə qalsa, bu «qələbə» Türkiyəyə məxsusdur və onun 
hidrosiyasi  amillərlə  uğurlu  manipulyasiya  etmək  bacarığının  nümunəsi 
kimi  qiymətləndirilməlidir.  Çünki,  məhz  həmin  ikitərəfli  Ankara-Tbilisi 
danışıqları nəticəsində Türkiyənin Şimal-Şərq ərazilərini enerji ilə təmin 
edəcək  yeni  su  elektrik  stansiyasını  Gürcüstan  ərazisində  tikmək  barədə 
ilkin razılıq əldə olunmuşdur
150

Azərbaycanın 
strateji 
müttəfiqlərindən 
olan 
Gürcüstan 
Respublikası  özünün  su  ehtiyatlarına  və  hidrosiyasi  təsir  imkanlarına 
görə Cənubi Qafqaz dövlətləri arasında liderdir. Ölkə ərazisində ümumi 
uzunluğu 59 min kilometr olan 26000 iri və kiçik çay 
(müqayisə üçün: 
Ermənistanda  -  9480,  Azərbaycanda  -  8359),  860  göl,  43  su  anbarı 
vardır.  Hidrosiyasi  baxımdan  üstün  mövqeyi  çaylarındakı  ümumi  su 
axımının 
(65,8 km
3
) təqribən 56,5 km
3
-nin məhz Gürcüstan ərazisində 
formalaşması ilə bağlıdır. Azərbaycan və Gürcüstan arasında transsərhəd 
Kür, Xram və s. çayların su ehtiyatlarından birgə istifadə olunması yalnız 
sahələrarası razılaşmalar əsasında tənzimlənir. Araz çayının su və enerji 
ehtiyatlarının  ortaq  istismarı  ilə  əlaqədar  isə  Azərbaycan-İran  daimi 
Komissiyası fəaliyyət göstərir. Rəsmi Tbilisi «Gürcüstan dövlətçiliyinin 
qorunmasında,  onun  iqtisadi  böhran  vəziyyətindən  çıxarılmasında» 
Azərbaycan  Respublikasının  müstəsna  xidmətini  dəfələrlə  vurğulasa 
da,  dost  dövlətin  ölkəmiz  üçün  yaratdığı  hidroloji  problemlər 
işğalçı  Ermənistanın  ekoloji  təxribatlarından  heç  də  fərqlənmir  və 
«anlaşılmazdır».  Başlıca  problem  Azərbaycana  istiqamətlənən 
148   http://www.chaspik.spb.ru/world/turciya-xochet-izmenit-ruslo-krupnejshej-reki-zakavkazya/
149   http://www.1news.az/society/20111228042249812.html
150   http://www.georgiatimes.info/news/70868.html  


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə