Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə57/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   52   53   54   55   56   57   58   59   60

152        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
transsərhəd  su  ehtiyatlarının,  eləcə  də  bu  ölkədə  azərbaycanlıların 
sıx  məskunlaşdığı  ərazilərə  axan  çayların  kanalizasiya  suları,  sənaye, 
kənd təsərrüfatı və məişət tullantıları ilə çirkləndirilməsidir. Bu məsələ 
dövlətlərarası danışıqlar səviyyəsində ciddi müzakirə olunsa da, təsirsiz 
qalmışdır. Üstəlik, transsərhəd suların istifadəsinə və qorunmasına dair 
beynəlxalq  sazişlərə  qoşulmayan  Gürcüstanın  Kür  çayı  ehtiyatlarından 
israfçılıqla istifadə etməsi, transsərhəd suların kənarında ağır yoluxucu 
xəstəliklər,  xüsusilə  vərəm  dispanserlərinin  yerləşdirilməsi,  onların 
primitiv  sutəmizləyici  qurğularla  təmin  edilməsi,  buradakı  çirkabın, 
dərman  preparatlarının,  sarğı  materiallarının  nəzarətsiz  şəkildə  birbaş 
suya  axıdılması  Azərbaycan  əhalisinin  sağlamlığına  ciddi  təhlükədir
151

Ölkədə sutəmizləyici qurğular demək olar ki, yox dərəcəsindədir. Bununla 
belə,  bu  gün  Gürcüstan  su  ehtiyatlarının  qorunmasına  və  səmərəli 
istifadəsinə  dair  beynəlxalq  təşəbbüslərə  tədricən  qoşulmaqdadır. 
Məsələn, 1999-cu ildə bu ölkə Avropa İttifaqının ekoloji problemlər, o 
cümlədən  transsərhəd  su  axarlarının  mühafizəsinə  dair  təşəbbüslərinə 
cəlb  olunmuşdur.  Lakin,  hələlik  Gürcüstan  Respublikasında  su 
problemlərinin hüquqi tənzimlənməsi üzrə siyasi sənəd – Su Məcəlləsi 
işlənib hazırlanmamışdır
152
. Paralel olaraq, Cənubi Qafqazda su resursları 
ilə  bağlı  Azərbaycan  və  Gürcüstan  arasında  ilk  dövlətlərarası  sazişin 
hazırlanması  istiqamətində  diplomatik  fəaliyyət  də  gücləndirilmişdir. 
Hər  iki  ölkənin  Xarici  İşlər  nazirliklərində  həmin  sənədlə  bağlı  birgə 
işçi  qrup  yaradılmışdır.  Avropa  İttifaqının  dəstəyi  ilə  hazırlanan  saziş 
layihəsi transsərhəd Kür çayının təbii ehtiyatlarından birgə istifadəyə və 
onun mühafizəsinin təminatına yönəldiləcəkdir. Çərçivə sənədi xarakteri 
daşıyan  sazişdə  Helsinki  konvensiyalarının  müvafiq  müddəaları  və 
prinsipləri öz əksini tapacaqdır. Gələcəkdə digər transsərhəd çaylarla da 
bağlı analoji sənədin hazırlanması nəzərdə tutulmuşdur. 
Nəticə
Beləliklə, qlobal israfçılıq, təsərrüfatsızlıq, ətraf mühitin qorunmasına 
biganəlik  nəticəsində  su  geosiyasətin  strateji  resursuna  çevrilmişdir. 
Dünya dövlətlərinin bir çoxu bu gün şirin su çatışmazlığı problemi ilə 
üzləşmişdir.  Problemin  yalnız  birgə  səylərlə  aradan  qaldırılmasının 
mümkünlüyü,  planetin  su  ehtiyatlarının  «bir  nömrəli  prioritet», 
«ümumbəşəri  mülkiyyət»  elan  olunması  XXI  əsrin  yeni  və  taleyüklü 
151   Независимый обозреватель стран Содружества. 2010. N 6
152   (yenə orada)


       153
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
çağırışını  gündəmə  gətirmişdir.  Hələ  2000-ci  ildə  Haaqada  keçirilmiş 
İkinci  Ümumdünya  Su  Forumunun  dünya  dövlətlərinə  müraciətində 
bildirildiyi kimi, «Suyu qorumaq hər birimizin vəzifəsidir».
İlk  növbədə  təxirə  salınmadan  sənaye  və  kənd  təsərrüfatının, 
əhalinin şirin su ehtiyatı ilə fasiləsiz və şüurlu şəkildə təminatı məqsədilə 
milli  fəaliyyət  proqramları  –  Su  Strategiyaları  hazırlanmalı,  həmin 
sənədlər  beynəlxalq  hüquq  normaları  və  transsərhəd  dövlətlərin 
müvafiq  proqramları  ilə  uzlaşdırılmalıdır.  Bu  materiallarda  su  amilinin 
dövlətlərarası  münasibətlərin  qarşılıqlı  faydalı  prinsipləri  əsasında 
tənzimlənməsində, ətraf mühitin qorunmasında, xalqların və dövlətlərin 
inteqrasiyasında,  insan  hüquqlarının  təminatında  və  s.  müstəsna 
rola  malik  olması  nəzərə  alınmalıdır.  Qlobal  su  probleminin  sürətlə 
kəskinləşməsi  Birləşmiş  Millətlər  Təşkilatının  və  digər  beynəlxalq 
qurumların  fəaliyyətlərinin  gücləndirilməsini,  zəruri  islahatların 
aparılmasının vacibliyini bir daha önə çəkmişdir.
Azərbaycan  Respublikasının  yerləşdiyi  regionda  su  ehtiyatları 
zəminində qarşıdurmalar aşağıdakı amillərlə şərtləndirilir:
 
   regionun  su  ehtiyatlarının  qeyri-bərabər  paylanması,  onların  azalma 
tendensiyası;
   kənd  təsərrüfatı  sahələrinin  genişləndirilməsi,  transsərhəd  su  axarları 
üzərində razılaşdırılmamış hidroqurğuların inşası;
   su ehtiyatları ilə əlaqəli dövlətlərarası münasibətlərin tənzimlənməsində 
hüquqi bazanın olmaması;
   işğalçı  Ermənistan  Respublikasının  transsərhəd  su    axarlarından  və 
işğal  altında  saxladığı  ərazilərdəki  çay  və  hidrotexniki  qurğulardan 
Azərbaycan Respublikasına qarşı istifadə etməsi;
   ətraf  mühitin  və  su  mənbələrinin  çirkləndirilməsinin  davamlı  xarakter 
alması;
   su ehtiyatlarından siyasi-iqtisadi təsir vasitəsi kimi istifadə imkanlarının 
artması.
     
Reallıqları  nəzərə  alsaq,  Azərbaycan  Respublikası  şirin  su 
ehtiyatlarının  həcmi,  onların  istismarı  baxımından  problemli  dövlətlər 
sırasında olsa da, dövlətin iqtisadi və siyasi potensialı, milli maraqlarından 


154        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
irəli  gələn  vəzifələr,  su  ehtiyatları  ilə  əlaqəli  problemlərinin  düzgün 
dəyərləndirilməsi qabaqlayıcı tədbirlərin səmərəsini artırır. Azərbaycan 
Respublikasının  su  ehtiyatları  baxımından  üstün  mövqeyə  malik  olan 
qonşuları – İran, Türkiyə, Gürcüstan, Rusiya və Ermənistanla müqayisədə 
real hidrosiyasi manevr imkanları zəifdir. Bu isə milli Su Strategiyasının 
formalaşdırılmasında  yeni  taktiki  yanaşmalar  tələb  edir.  Regionda  və 
MDB  məkanında  şirin  su  ehtiyatlarının  sürətlə  siyasiləşdirilməsinin 
Azərbaycana  da  təsirsiz  ötüşməyəcəyi,  yaxın  dövrlərdə  regionda  yeni 
tipli  siyasi-iqtisadi  münasibətlərin  yaranması  ehtimalı  artmaqdadır. 
Region ölkələrinin hidrosiyasi münasibətləri dövlətlərarası müqavilələr 
və  beynəlxalq  hüquq  normaları  və  qarşılıqlı  maraqlar  çərçivəsində 
tənzimlənməzsə,  yaxın  onillik  ərzində  transsərhəd  su  ehtiyatlarından 
istifadə  olunması,  mövcud  su  mənbələrinin  çirkləndirilməsi,  çayların 
istiqamətinin dəyişdirilməsi, qeyri-bərabər pay bölgüsü və s. zəminində 
siyasi mübahisələr gündəmə gələcəkdir. 
     Qeyd olunduğu kimi, regionda şirin suya olan tələbat təklifi davamlı 
şəkildə  üstələməkdədir.  Eyni  zamanda,  su  mənbələrinə  antropogen 
təsirlər  onun  çirklənməsini,  ekoloji  problemlərin  kəskin  xarakter 
almasını  sürətləndirir.  Bu  gün  Azərbaycanın  yürütdüyü  hidrosiyasətin 
perspektivliliyi  və  səmərəsi  onun  milli  maraqları  nə  dərəcədə  qlobal 
çağırışlara, sosial, siyasi, iqtisadi və ekoloji tələblərə, beynəlxalq hüquq 
normalarına uyğunlaşdıra bilməsi ilə müəyyən edilir. Su problemləri ilə 
əlaqədar  siyasi,  sosial-iqtisadi,  ekoloji  problemlərin  risk  dərəcələrinin, 
eləcə də Ermənistan Respublikasının hidrostrategiyasının təhlili göstərir 
ki, əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi qlobal və 
regional su çatışmazlığı sülh və təhlükəsizliyə qarşı real təhdid xarakteri 
alanadək öz həllini tapmazsa, Ermənistanın transsərhəd çaylardan və zəbt 
edilmiş bölgələrin su mənbələrindən Azərbaycana yeganə təzyiq vasitəsi 
qismində istifadə edəcəyi ehtimalı istisna olunmur. Yerevan onu da dərk 
edir ki, Kəlbəcər, Laçın bölgələrinin qaytarılması buradakı zəngin şirin su 
ehtiyatlarının əldən verilməsi işğalçı Ermənistanın labüd olaraq Dağlıq 
Qarabaği tərk etməsi deməkdir. 
Təhlillərə  əsasən,  siyasi,  iqtisadi  və  hüquqi  aspektlərdə  Azərbaycan 
Respublikasının  su  problemləri  əsas  etibarı  ilə  aşağıdakı  amillərdən 
qaynaqlanır: 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə