Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə59/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   52   53   54   55   56   57   58   59   60

158        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
fəaliyyətinin  beynəlxalq  hüquq  müstəvisində  dəyərləndirilməsi. 
Bu  barədə  toplanmış  faktlar  müvafiq  sanksiyaların  tətbiqi  məqsədilə 
sistemli şəkildə əlaqədar beynəlxalq təşkilatların diqqətinə çatdırılmalı, 
beynəlxalq dinləmələr, elmi-nəzəri  müzakirələr təşkil olunmalı, ekoloji 
təxribatın nəticələri dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.
5. Gürcüstan Respublikası ilə bağlanan və bu ölkə üçün iqtisadi-
siyasi  baxımdan  əlverişli  olan  bütün  dövlət  müqavilələrində 
su  ehtiyatları  və  ekoloji  təhlükəsizlik  amilinin  önə  çəkilməsi. 
Transsərhəd  çaylara  və  eləcə  də  Gürcüstanda  azərbaycanlıların 
sıx  yaşadıqları  ərazilərdəki  su  hövzələrinə  zərərli  tullantıların 
axıdılmasının,  etnik  azərbaycanlılara  münasibətdə  tətbiq  olunan  «su 
diskriminasiyasının»,  onlara  məxsus  kənd  təsərrüfatı  obyektlərinin 
sudan  istifadəsinin  məqsədli  şəkildə  məhdudlaşdırılmasının,  süni  su 
qıtlığı  vasitəsilə  miqrasiyaya  sövq  edilməsinin  yolverilməzliyinin  qeyd 
olunması.
6.  Xarici  Borcların  Ətraf  Mühitin  Mühafizəsi  Tədbirlərinə 
Mübadiləsi.  Bu  prinsip  az  büdcə  gəlirlərinə  malik  dövlətlərə  əlavə 
kapital  cəlb  etməklə  çətin  ekoloji  problemlərin  həllinə  əlverişli  şərait 
yaratmaqdadır.  Dünyanın  40  dövləti  -  Argentina,  Banqladeş,  Braziliya, 
Bolqarıstan, Misir, Vyetnam, Suriya, Peru, Honduras, Tanzaniya, Tunis, 
İordaniya,  İndoneziya,  Meksika,  Polşa,  Kolumbiya  və  başqaları  Xarici 
Borcların  Ətraf  Mühitin  Mühafizəsi  Tədbirlərinə  Mübadiləsi  prinsipi 
vasitəsilə bir tərəfdən xarici maliyyə asılılığından nisbətən qurtulmuş, digər 
tərəfdən isə əsas ekoloji problemlərini aradan qaldırmışlar. Gürcüstanın 
ekoloji problemlərinə münasibətdə aktuallıq kəsb edən həmin prinsipin 
gündəmə gəlməsinin əsas səbəblərindən biri bu ölkənin borclarının az 
qala dövlət büdcəsi həcminə çatmasıdır. Xarici Borcların Ətraf Mühitin 
Mühafizəsi Tədbirlərinə Mübadiləsi prinsipinin beynəlxalq təşkilatların 
nəzarəti  altında  tətbiqi  regionda  ekoloji  problemlərin  həllinə  imkan 
verəcəkdir.  Xüsusi  vurğulamaq  lazımdır  ki,  Cənubi  Qafqazda  bu  tipli 
«malliyyə-ekoloji təyinatlı» layihələrin reallaşdırılması regionda sülh və 
sabitliyin bərqərar olunmasında, regional təhlükəsizliyin, qarşılıqlı faydalı 
əməkdaşlığın təminatında, transsərhəd təbii ehtiyatlarla, o cümlədən su 
axarları ilə bağlı ziddiyyətlərin qabaqlanmasında əhəmiyyətə malikdir.
7. İsrailin su ehtiyatlarından istifadə təcrübəsinin öyrənilməsi və 
tətbiqi. Bu gün İsrailin üzləşdiyi su çatışmazlığı bir sıra MDB dövlətlərinin 


       159
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
2020-ci ildən sonra gözlənilən şirin su probleminin «prototipidir». Dəniz 
sahilində yerləşən Azərbaycan və İsrailin əhalisinin sayı təqribən yaxındır 
və transsərhəd su axarları problemi hər iki ölkə üçün olduqca aktualdır. 
Bu  baxımdan,  Azərbaycan  Respublikasının  hidrosiyasəti  üçün  məqbul 
variant  İsrailin  su  təsərrüfatının  idarə  olunması,  qorunması,  istifadəsi 
təcrübəsinin  öyrənilməsi  və  tətbiqidir.  Kəskin  şirin  su  çatışmazlığına 
baxmayaraq,  İsrail  kənd  təsərrüfatının  inkişaf  tempinə  görə  dünyada 
aparıcı yerlərdən birini tutur. Bu ölkə həm su ehtiyatlarından qənaətlə 
istifadə olunmasına, həm də içməli suyun keyfiyyət göstəricilərinə görə 
lider dövlətdir. Hazırda burada yeni hidrostrategiya tətbiq edilməkdədlir. 
Məsələn, aqrar sektorun suya olan tələbatı yalnız tullantılardan nisbətən 
təmizlənmiş çirkab suların və müasir kənd təsərrüfatı texnologiyalarının, 
xüsusilə damcılı suvarma metodunun tətbiqi hesabına ödənilir. Sənaye 
müəssisələrində isə suyun təkrar dövriyyəsi metodundan geniş istifadə 
edilir.  İsraildə  alternativ  su  mənbələrindən  də  geniş  istifadə  olunur. 
Çoxsaylı süni hövzələrə toplanan yağış suları quraqlıq dövrlərdə yaxın 
ərazilərdəki əkin sahələrinin və meyvə bağlarının suvarılmasına yönəldilir. 
Ən nəhayət, 2000-ci ildən etibarən, dəniz suyunun duzdan təmizlənməsi 
və  istifadəsi  İsrail  su  təsərrüfatının  strateji  istiqamətlərindən  biri 
sayılmaqdadır. 
İsrail şirin su idxalını da genişləndirir və bu istiqamətdə bir neçə iri 
layihənin gerçəkləşdirilməsi nəzərdə tutulub. Onlardan ən realı
 Türkiyənin 
«Barış projesi»nə - Ceyhan və Seyhan çaylarından çəkilən boru kəməri 
vasitəsilə şirin suyun Suriya, İordaniya, Fələstin, Küveyt, Birləşmiş Ərəb 
Əmirlikləri və Qətərə nəql olunması layihəsinə qoşulmasıdır. Təhlillərə 
əsasən, Türkiyə və İsrail arasında siyasi münasibətlərin sərinləşməsi hər 
iki tərəf üçün əlverişli olan bu layihənin icrasına mane ola bilməyəcəkdir. 
8. Alternativ su mənbələrinin istismarı. Hazırda bir sıra ölkələrdə 
dəniz  suyunun  şirinləşdirilməsi  təcrübəsindən  geniş  miqyasda  istifadə 
olunur.  Normalara  görə,  bu  üsulla  əldə  edilmiş  bir  litr  suda  duzun 
miqdarı  bir  qramdan  çox  olmamalıdır.  Dünyanın  ən  iri  sutəmizləyici 
qurğusu İsrailin Akşelon şəhəri yaxınlığındadır. Qurğu vasitəsilə ildə 108 
milyon m
3
 şirin su əldə edilir. Lakin ekspertlər bu üsulun ekoloji, iqtisadi 
və səhiyyə baxımından o qədər də əlverişli olmadığını bildirirlər. Belə ki, 
onun geniş miqyasda tətbiqi nəticəsində dəniz suyunda duzun faiz dərəcəsi 
artır, ekosistem pozulur, baha başa gəlir və tərkibində insan orqanizmi 


160        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
üçün  zəruri  olan  mineral  maddələrin  miqdarı  minimuma  endirilir. 
Azərbaycanda  2011-ci  ildə  Xəzər  dənizi  sularının  şirinləşdirilməsi 
ideyasının reallaşdırılmasına başlanılmışdır. Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin məlumatına əsasən, bu istiqamətdə ilk uğurlar əldə edilmiş, 
Azərbaycan  Dövlət  Neft  Şirkətinin  Qum  adası  Neft  və  Qazçıxarma 
İdarəsində  dəniz  suyunu  şirinləşdirən  qurğu  istismara  buraxılmışdır. 
Həmin  avadanlıqda  təmizlənmiş  su  ilk  növbədə  neftçilərin  təsərrüfat 
ehtiyaclarının ödənilməsinə yönəldiləcəkdir. Suyun təmizlənməsi zəruri 
normalara cavab verdikdən sonra isə əhalinin istifadəsinə veriləcəkdir
. 
     
9. Kənd təsərrüfatında damcılı suvarma üsulunun geniş tətbiqi. 
Qlobal su çatışmazlığı şəraitində Azərbaycan üçün də aktual olan damcılı 
suvarma  suyun  və  gübrələrin  bilavasitə  bitkilərin  köklərinə  «ünvanlı» 
çatdırılmasına,  ənənəvi  metodlarla  müqayisədə  məsrəflərin 
(su,  enerji, 
mineral və üzvi gübrə və s.) 2-5 dəfə azaldılmasına imkan verən üsuldur. 
Müasir damcılı suvarma üsulunun əsas üstünlüklərindən biri fertiqasiya 
(maye halında olan mineral maddələrin su ilə birlikdə bitki köklərinə nəql 
edilməsi) tədbirlərini də özündə birləşdirməsidir. Hazırda ABŞ, Fransa, 
İsrail,  Avstraliya,  İtaliya,  İspaniya,  Avstriya,  Almaniya,  Ukrayna,  Misir, 
Meksika,  Braziliya,  Yeni  Zelandiyada  və  s.  ümumi  sahəsi  3  milyon 
hektardan  çox  olan  kənd  təsərrüfatı  əraziləri  həmin  metod  əsasında 
suvarılır. 
İsraildə damcılı üsulla becərilən kartof sahəsi
Ənənəvi  metodlarla  müqayisədə  damcılı  suvarmanın  bir  sıra 
üstünlükləri  vardır.  Mütəxəssislərin  ümumi  qənaətinə  görə,  damcılı 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə