Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə48/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   44   45   46   47   48   49   50   51   ...   60

128        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
haqqında»  18  may  1977-ci  il  tarixli  Cenevrə  Konvensiyasının  1-ci  və 
2-ci  maddələrində  də  bu  kimi  hallar  beynəlxalq  hüquq  normalarına 
zidd  fəaliyyət  kimi  dəyərləndirilmişdir.  Bu  sənəddə 
«ətraf  mühitə 
təsir vasitələri» ifadəsi təbiət proseslərinə - biota (ümumi ərazidə canlı 
orqanizmlərin tarixən formalaşmış birliyi), litosfer, hidrosfer, atmosfer də 
daxil  olmaqla,  Yerin  dinamikasının,  tərkibinin,  strukturunun  məqsədli 
şəkildə dəyişdirilməsinə, idarə edilməsinə istiqamətləndirilmiş vasitələr 
kimi  izah  olunur  və  hərbi  münaqişə  iştirakçısı  olan  dövlətlərin  bir-
birinə  qarşı  bu  metodlardan  istifadəsinin  yolverilməzliyi  açıq  şəkildə 
bildirilir
126
.
  Bu  baxımdan,  yuxarıda  göstərilən  beynəlxalq  hüquqi 
sənədlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
 münaqişəsi dövründə 
rəsmi Yerevanın azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə siyasəti 
ilə  yanaşı,  «davamlı  genosid»  anlamını  verən  ekoloji  müharibə  də 
apardığını təsdiqləyir. 
Zənn  etmək  olardı  ki,  Azərbaycanla  müqayisədə  daha  çox  su 
ehtiyatlarına malik olan Ermənistanda əhalinin su ilə təminatı ilə bağlı 
problemlər olmamalıdır. Lakin, bu ölkədə sosial-iqtisadi və siyasi həyatın 
bütün  sahələrini  əhatə  edən  kəskin  böhran  su  təsərrüfatının  da  idarə 
olunmasında da ciddi çətinliklər yaratmışdır. Məsələn, Avropa İqtisadi 
Komissiyasının statistik məlumatına əsasən, 1990-cı ildən 2011-ci ilədək 
olan dövr ərzində Ermənistan Respublikasının kommunal təsərrüfatında 
istifadə olunan suyun həcminə və əhalinin hər bir nəfərinin istehlak etdiyi 
suya  dair  göstəricilər  təqribən  10  dəfə  azalmışdır.  Belə  ki,  kommunal 
sahədə  istehlakın  həcmi  ildə  945,1  milyon  m3-dən  100  milyon  m3-ə, 
orta statistik vətəndaşın istifadədə etdiyi su isə 328,2 m3-dən təqribən 
65 m3-ə enmişdir.   Təhlillərə görə, azalma tendensiyası heç də bu ölkədə 
«ciddi qənaət rejiminin» tətbiqi ilə bağlı deyildir və əsasən, aşağıdakı 
sosial-iqtisadi səbəblərlə əlaqəlidir:
  Ermənistandakı  iqtisadi  tənəzzül  nəticəsində  kommunal 
müəssisələrinin bir çoxunun fəaliyyətini dayandırması;
  qiymət artımına görə əhalinin bir sıra kommunal xidmətlərdən imtina 
etməsi;
  ölkədə  kütləvi  miqrasiya  hallarının  artması,  Ermənistan  əhalisinin 
təqribən yarısının ölkəni tərk etməsi.
Ermənistan  Respublikasının  transsərhəd  su  ehtiyatlarından 
126   UN Treaty Series, Vol. 1108, I-17119


       129
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Azərbaycana qarşı istifadə etmək imkanları düşmən ölkənin rəsmi Bakıya 
yeganə təsir vasitəsidir.
 Qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsinin su ehtiyatları ilə əlaqəli aspektləri, eləcə 
də düşmən dövlətin hidroterror, hidrodiversiya və ekoloji təxribat aktları 
törədilməsində  şirin  su  mənbələrindən  və  hidrotexniki  qurğulardan 
istifadə  etməsi  faktları  beynəlxalq  hüquq  müstəvisində  kifayət  qədər 
öyrənilməmiş  məsələlərdəndir.  Rəsmi  Yerevanın  yürütdüyü  işğalçılıq, 
etnik təmizləmə siyasəti onun su strategiyasına da təsirsiz ötüşməmişdir. 
ATƏT-in  Minsk  qrupunun  münaqişənin  konservasiyasına  xidmət 
edən  qeyri-konstruktiv  mövqeyi,  Ermənistanın  əsassız  bəhanələrlə 
onun  həllini  uzatması  səyləri  rəsmi  Yerevana  hidrosiyasi  imkanlarını 
genişləndirməkdə, yaxın gələcəkdə su ehtiyatları amilindən Azərbaycana 
qarşı istifadə etməkdə əlverişli şərait yaratmaqdadır. 
Rəsmi  Yerevan  transsərhəd  su  ehtiyatlarının  idarə  olunmasına, 
istifadəsinə,  qorunmasına  və  su  kvotasının  müəyyənləşdirilməsinə  dair 
region dövlətləri ilə hər hansı bir müqavilənin bağlanmasını ləngitməklə, 
ölkəsinin  Ermənistan  SSR-in  hüquqi  varisi  olduğunu  bəhanə  gətirir, 
regional  hidrosiyasətində  SSRİ-nin  hələ  1924-cü  ildə  Türkiyə,  1957-
ci  ildə  isə  İranla  su  bölgüsünə  dair  bağladığı  sazişlərin  müddəalarına 
söykənməkdə davam edir. 
Son məlumatlara əsasən, bu gün Ermənistanın ümumi su ehtiyatları 
təqribən  9,169  milyard  m³-ə  bərabərdir.  Onun  4,8  milyard  m³-i 
yerüstü,  4,3  milyard  m³-i  isə  yeraltı  su  ehtiyatlarının  payına  düşür. 
Su  ehtiyatlarının  həcminə  görə  Cənubi  Qafqaz  dövlətləri  arasında 
Gürcüstandan  sonra  ikinci  yerdə  olan  Ermənistanda  adambaşına  ildə 
3000 m³ 
(Azərbaycan üzrə orta illik göstəricidən təqribən 3,5 dəfə çox) su 
düşür. İl ərzində istifadə olunan suyun 66%-i kənd təsərrüfatı sahələrinin 
suvarılmasında, 30%-i məişətdə, cəmi 4%-i isə sənayedə istifadə olunur. 
Son  göstərici  iqtisadi  böhran  içərisində  olan  Ermənistanda  sənayenin 
düşdüyü ağır vəziyyətlə əlaqədardır. Belə ki, son 10 il ərzində ölkədəki 
sənaye müəssisələrinin fəaliyyətinin kəskin şəkildə azalması nəticəsində 
su istehlakı 220 milyon m³-dən 50 milyon m³-ə enmişdir. Hazırda sənaye 
məqsədləri üçün ayrılan suyun böyük hissəsi Metsamor Atom Elektrik 
Stansiyasına yönəldilir. Ermənistandakı 19 sutəmizləyici stansiyanın bu 
gün  fəaliyyətinin  tamamilə  dayandırılması  üzündən  sənaye  tullantıları 
və çirkab birbaşa çaylara axıdılır. Mütəxəssislər ölkənin su təsərrüfatında 


130        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
yaranmış  problemləri  iki  əsas  qrupa  ayırırlar.  Onlardan  birincisi  su 
ehtiyatının  idarə  olunması,  digəri  isə  su  şəbəkələrinin  vəziyyəti  və 
bələdiyyələrin  su  təchizatı  ilə  əlaqədardır.  İkinci  tip  su  ehtiyatlarından 
istifadənin  tənzimlənməməsi,  infrastrukturun  yarıtmaz  vəziyyəti  və 
böyük su itkiləri ilə bağlıdır
127
.  
Araz  çayında  yaranan  gərgin  ekoloji  vəziyyət  Kür  çayından  daha 
təhlükəlidir.  Araz  çayı  Gümrüdən  başlayaraq  Naxçıvan  Muxtar 
Respublikası ilə sərhəd əraziyə kimi uzanan axını boyu Ermənistanın 
10-dan çox sənaye şəhərinin məişət və sənaye tullantılarını qəbul edir. 
Bununla yanaşı, Ermənistan ərazisindən Araz çayına qovuşan Gedərçay, 
Vorotan,  Axuryan  çaylarının  suları  da  son  dərəcə  çirkləndirilmişdir. 
Bu  çaylarda  demək  olar  ki,  oksigen  yoxdur,  turşuluq  göstəricisi  pH 
2,4-ə enmiş, mikroflora 180-200 dəfə azalmış, çay sahillərindəki bitki 
örtüyü məhv olmuşdur. Ermənistanla Naxçıvan Muxtar Respublikası 
arasında  Araz  sularında  ziyansız  qatqılarla  müqayisədə  fenol 
maddələrin  miqdarı  220-1160  dəfə,  ağır  metalların  duzları  -  36-44 
dəfə 
(mis,  molibden  və  s.), azot-fosfor duzları - 26-34 dəfə, xloridlər - 
28 dəfə, neft mənşəli karbohidrogenlər - 73-113 dəfə yüksəkdir. Araz 
çayının sol qolu olan Razdan 
(Zəngi) çayı çirklənmə dərəcəsinə görə 
Ermənistanda  birincidir.  Razdan,  Çarensavan,  Abovyan,  Yerevan 
şəhərlərindəki  sənaye  müəssisələrinin  maye  tullantıları  və  çirkab 
buraya axıdılır. 1980-ci illərdə Razdana atılan çirkab sularının orta illik 
miqdarı 210 milyon m
3
 bərabər olmuşdur. Yay aylarında - Araz çayında  
suyun səviyyəsi aşağı düşdüyü dövrdə Razdanda çirkab sularının sərfi 
azalmır. Nəticədə «Araz» su anbarında çox təhlükəli vəziyyət yaranır. 
Araz  çayını  ən  çox  çirkləndirən  su  axarlardan  biri  də  Oxçuçaydır. 
Mehri, Qacaran, Qafan və Dəstəkert dağ-mədən kombinatlarının yüz 
min  tonlarla  qatı  turş  suları,  ağır  metal  duzları  və  başqa  tullantıları 
Oxçuçayı hədsiz dərəcədə çirkləndirmişdir. Ayrı-ayrı vaxtlarda suyun 
tərkibində misin miqdarı 25-50 dəfə, fenolların miqdarı isə mütəmadi 
olaraq  normadan  6-15  dəfə  artıq  olmuşdur.  Alüminium,  sink,  titan, 
bismut və s. çirkləndirici elementlərə Oxçuçayda daim rast gəlinir
128

Nəticədə,  Ermənistan  Respublikasının  hidrosiyasəti  ölkəni  bürüyən 
sosial-iqtisadi  problemlərin  aradan  qaldırılmasından  daha  çox, 
Azərbaycan  Respublikasında  şirin  su  çatışmazlığının  ekoloji  fəlakət 
həddinə çatdırılmasına, transsərhəd çayların su ehtiyatlarından siyasi 
127  А.Потапов. «Водные ресурсы Южного Кавказа: проблемы интегрального управле-
ния», http://badnews.org.ru
128   Q.Məmmədov, M.Xəlilov. «Ekologiya, ətraf mühit və insan», .Bakı,  2006.


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə