Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə46/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   42   43   44   45   46   47   48   49   ...   60

       123
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
görə,  hidrosiyasi  baxımdan  Cənubi  Qafqazda  Rusiyanın  ən  mühüm 
problemi  Dağıstan  və  Azərbaycan  arasında  olan  transsərhəd  Samur 
sayının su ehtiyatlarının «ədalətli» şəkildə bölünməsidir. Yəni, onun su 
ehtiyatlarının 97%-i Rusiya ərazisində formalaşırsa, «ədalət prinsipinə» 
məhz bu müstəvidən yanaşılmalıdır
123
. Bu konseptual yanaşma Rusiyanın 
hidrosiyasətini  müəyyənləşdirən  sənədlərdə  də  öz  əksini  tapmışdır. 
Rusiya  Federasiyasının  Su  Strategiyasında  və  Milli  Təhlükəsizlik 
Strategiyasında  şirin  su  mənbələrinin,  eləcə  də  transsərhəd  çayların 
mühafizəsi  və  istismarı,  su  hövzələrində  ekoloji  vəziyyətin  qorunması, 
su ehtiyatlarından birgə istifadə ilə bağlı mübahisəli məsələlərin hüquqi 
müstəvidə  həlli  sahələrində  MDB  dövlətləri,  o  cümlədən 
Azərbaycan 
Respublikası  ilə  əməkdaşlığın  vacibliyi  xüsusi  vurğulanmışdır. 
Məsələn, Rusiya və Azərbaycan arasında mübahisəli sərhəd ərazilərinin 
mövcudluğundan  yaranan  problem  –  transsərhəd  Samur  çayının  su 
ehtiyatlarından birgə istifadə normalarının müəyyən edilməməsi 2009-
cu ildə qüvvəyə minmiş Su Strategiyasının 4-cü fəslində 
(Su obyektlərinin 
istifadəsi və mühafizəsinin dövlət idarəçiliyi) «transsərhəd əməkdaşlığın 
inkşafı  istiqamətində  Samur  çayı  sularından  istifadə  və  onun 
qorunması  üçün  müqavilələrə  yenidən  baxılması»  kimi  qeyd 
olunmuş və bir il sonra - 2010-cu ildə rəsmi Bakının və Moskvanın birgə 
diplomatik səyləri nəticəsində hüquqi həllini tapmışdır. 
Uzunluğu  213  kilometrə  çatan  transsərhəd  Samur  çayı  mənbəyini 
Dağıstan  Respublikası  ərazisindən  götürür  və  onun  su  axarının  böyük 
hissəsi  burada  formalaşır.  Çayın  yalnız  38  kilometrlik  hissəsi  Rusiya-
Azərbaycan sərhədi boyu keçir. Hələ SSRİ Su Təsərrüfatı Nazirliyinin 7 
noyabr 1967-ci il tarixli Protokoluna əsasən, Azərbaycan SSR və RSFSR-
in  Dağıstan  regionu  üçün  Samur  çayının  su  ehtiyatından  illik  istifadə 
limiti  müvafiq  olaraq  800  milyon  m³  və  300  milyon  m³  təşkil  etmişdir. 
1990-2000-ci  illərdə  isə  həmsərhəd  dövlətlərə  bölgü  payı  53%  və  9% 
həcmində  müəyyənləşdirilmiş,  qalan  38%  isə  ekoloji  suburaxma  üçün 
nəzərdə  tutulmuşdur.  Belə  qeyri-proporsional  bölgü  sosial-iqtisadi 
zərurətdən  -  Azərbaycan  Respublikasının  şimal  bölgələrindəki  kənd 
təsərrüfatı obyektlərinin şirin suya ehtiyacından və Samur çayı hövzəsində 
Dağıstanın iri əkin sahələrinin olmamasından irəli gəlirdi. Bununla belə, 
Rusiya  hökumətinin  bəzi  siyasi  dairələri  və  Ermənistan  Respublikasının 
123   Проблема пресной воды. Глобальный контекст политики России. Экспертно-
аналитический доклад. Московский государственный институт международных 
отношений –Университет МИД России МГИМО – Университет Москва,  2011


124        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
təhriki  ilə  fəaliyyət  göstərən  Dağıstandakı  separatçı  qurumlar  Samur 
çayının  su  ehtiyatlarından  Azərbaycana  qarşı  istifadə  etmək  niyyəti  ilə 
bu  bölgünün  «Rusiyanın  milli  maraqlarına  və  ləzgi  xalqının  iqtisadi-
siyasi  mənafeyinə»  cavab  vermədiyini  bildirmiş,  dəfələrlə  ona  yenidən 
baxılmasını təklif etmişlər. Lakin, hər iki ölkənin birgə diplomatik səyləri 
nəticəsində 2010-cu il sentyabr ayının 3-də 
«Azərbaycan Respublikası 
və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında» Müqavilə 
və  «Azərbaycan  Respublikası  və  Rusiya  Federasiyası  hökumətləri 
arasında  Samur  transsərhəd  çayının  su  ehtiyatlarının  səmərəli 
istifadəsi  və  mühafizəsi  sahəsində  əməkdaşlıq  haqqında»  Saziş 
imzalanaraq,  bu  mövzuda  siyasi  spekulyasiyalara  son  qoyulmuşdur. 
«Azərbaycan  Respublikası  Hökuməti  və  Rusiya  Federasiyası  Hökuməti 
arasında  Samur  transsərhəd  çayının  su  ehtiyatlarının  səmərəli  istifadəsi 
və mühafizəsi sahəsində əməkdaşlıq haqqında» Sazişdə ilk dəfə olaraq 17 
mart 1992-ci il tarixli Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin 
mühafizəsi və istifadəsinə dair Konvensiyanı rəhbər tutaraq, 21 may 1997-ci 
il tarixli beynəlxalq su axınlarının qeyri-gəmiçilik məqsədləri üçün istifadə 
hüququ haqqında Konvensiyanın müddəalarını nəzərə alaraq, 3 iyul 1997-ci 
il tarixli Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, 
əməkdaşlıq  və  qarşılıqlı  təhlükəsizlik  haqqında  Müqaviləyə  əsaslanaraq, 
Samur transsərhəd çayının su ehtiyatlarından istifadə ilə bağlı təsərrüfat və 
digər fəaliyyətin tənzimlənməsində yalnız hər iki dövlətin maraqları, onların 
sosial-iqtisadi inkişafı, ətraf mühitin mühafizəsi və sərhədyanı regionların 
biomüxtəlifliyinin  saxlanılması  nəzərə  alınacaqdır.  Hazırkı  Sazişin  təfsiri 
və  ya  tətbiqinə  aid  olan  mübahisələr  Tərəflər  arasında  məsləhətləşmələr 
yolu ilə həll edilir 
(Maddə 11. Mübahisələrin tənzimlənməsi) və Tərəflərin 
dövlətlərinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn 
hüquq və öhdəliklərinə toxunmur 
(Maddə 12. Digər beynəlxalq müqavilələrə 
münasibət).
Beş  illik  müddət  üçün  nəzərdə  tutulmuş  Sazişdən  əsas  məqsəd 
Samurun su ehtiyatlarından Azərbaycan və Rusiyanın birgə istifadəsinin 
hüquqi  baxımdan  tənzimlənməsi,  hər  iki  ölkə  üçün  istifadə  limitinin 
müəyyənləşdirilməsi  və  çayın  deltasında  təbii  ekosistemin  qorunub-
saxlanılmasıdır.
 Su ehtiyatlarından istifadəyə gəldikdə isə, ekoloji tələblər 
üçün  30,5  faiz  həcmində  suburaxma  həddi  istisna  edilməklə,  Samur 
çayının  Azərbaycan-Rusiya  sərhəd  sahəsinə  daxil  olan  su  həcminin 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə