Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə47/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   43   44   45   46   47   48   49   50   ...   60

       125
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
tərəflər  arasında  bərabər  payla 
(50/50)  bölünməsi  qərara  alınmışdır. 
Proporsional  bölgü  sistemi  Azərbaycanın  şimal  bölgələrinin,  eləcə 
də  Samur-Abşeron  kanalının  suya  olan  tələbatına  tam  cavab  verməsə 
də,  bu  saziş  Rusiyada  yenidən  süni  etirazlar  doğurmuşdur.  Etirazçılar, 
əsasən  Moskvadakı  bəzi  siyasi  dairələrin  və  Ermənistanın  diqtəsi  ilə 
fəaliyyət göstərən, Azərbaycana qarşı ərazi iddiaları irəli sürən separatçı 
etnik  qruplaşmalar  sabiq  prezident  Dmitri  Medvedevi  «Rusiyanın 
ümummilli maraqlarını Bakıya güzəştə getməkdə» təqsirləndirərək, yeni 
prezident Vladimir Putini həmin sənədi birtərəfli qaydada ləğv etməyə 
çağırmaqdadırlar.  Onların  iddialarına  görə,  Samur  çayı  öz  mənbəyini 
Rusiya  ərazisindən  götürürsə,  onun  su  ehtiyatlarına  tam  malik  olmaq 
Rusiyanın  müstəsna  hüququdur  və  «Dağıstanın  suyu»  ən  yaxşı  halda 
Azərbaycana  satılmalıdır.  Xatırladaq  ki,  Azərbaycan-Rusiya  birgə 
komissiyasının  hələ  2008-ci  ildə  keçirilmiş  iclaslarında  da  Dağıstan 
(Rusiya) tərəfi Samurun su ehtiyatlarının bölüşdürülməsində öz variantını 
təklif etmişdir. Həmin təklifə əsasən, çayın ehtiyatları ilk dövrlərdə hər iki 
tərəfə 476 milyon m³ olmaqla paritet qaydada bölünməli, beş ildən sonra 
isə  Samurun  dövlət  sərhədlərinə  aid  hissələrinin  uzunluğu  nisbətində 
illik  istifadə  limiti  müəyyənləşdirilməlidir.  Bununla  da  Dağıstan 
Respublikasına  905  milyon  m³  (96%),  Azərbaycan  Respublikası  üçün 
isə cəmi 47 milyon m³ (4%) həcmində kvota ayrılmalıdır. Bu isə təkcə 
Azərbaycanın  şimal  bölgələrinin  şirin  su  ilə  təminatında  deyil,  hətta 
Samur-Abşeron  kanalında  suyun  səviyyəsini  azaltmaqla  Bakı  şəhəri 
və  ətraf  yaşayış  məntəqələrdə  süni  içməli  su  probleminin  yaranması, 
Samur çayının su ehtiyatlarından siyasi amil kimi istifadə ilə nəticələnə 
bilərdi.  Yeri  gəlmişkən,  Rusiya  mətbuatında  Azərbaycana  daxil  olan 
transsərhəd su ehtiyatlarının məhdudlaşdırılmasına dair fikirlər bu gün 
geniş yer almaqdadır. Məsələn, «Azərbaycan istehlak etdiyi suyun 2/3 
hissəsini «
Rusiya Dağıstanından» (onların fikrincə, «Dağıstanın qalan 
hissəsi» Azərbaycanın Şimal və Şimal-Qərb bölgələridir) alır. Dağıstandakı 
rusiyalılar su ehtiyatlarını Azərbaycana verib indi kəskin su çatışmazlığı 
şəraitində  yaşayırlar.  Rusiyanın  bu  «xeyriyyəçiliyi»  anlaşılmazdır».
124
 
Təsadüfi  deyildir  ki,  Rusiya  Dövlət  Dumasının  Dağıstandan  seçilmiş 
deputatı  Sergey  Reşulski  Rusiya-Azərbaycan  dövlət  sərhədlərinin 
demilitasiyasına  yenidən  baxmaq,  sərhəd  xəttini  Samur  çayının  orta 
124   http://www.stoletie.ru


126        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
hissəsi  ilə  deyil,  Azərbaycan  ərazisi  boyu  müəyyənləşdirmək  barədə 
təkliflə çıxış etmişdir. Bu tipli irad və təkliflərin Rusiyada davamlı olaraq 
səslənməsi Sazişin müddəti bitdikdən, yəni beş ildən sonra Samur çayının 
su ehtiyatlarından illik istifadə limitinin yenidən danışıqlar predmetinə 
çevriləcəyini ehtimal etməyə əsas verir.
 
Transsərhəd Samur çayı
XX əsr bəşəriyyət tarixində təkcə elm və texnikanın sürətli inkişafı 
ilə deyil, həm də milyonlarla insanın milli, dini və irqi mənsubiyyətinə 
görə  soyqırıma  məruz  qalması  faktları,  silahlı  münaqişələr  zamanı 
ətraf  mühitin  məqsədli  şəkildə  məhvinə  yönəldilmiş  fəaliyyətlə  də 
qalmışdır. Ötən yüz il ərzində baş vermiş iki dünya müharibəsi, çoxsaylı 
lokal  və  regional  münaqişələrin  nəticələri  ictimai  terminologiyaya 
«genosid», «etnosid» anlayışlarını və onlarla əlaqəli olan 
«ekosid», 
«hərbi ekosid» (döyüş əməliyyatları zamanı ekoloji fəlakət zonalarının 
yaradılması,  atmosferin,  su  hövzələrinin  bilərəkdən  zəhərlənməsi  və  s.), 
«terrasid» (bütövlükdə, Yer kürəsinin məhvi, hərbi və texnoloji aksiyalar 
vasitəsilə böyük torpaq sahələrində normal insan yaşayışı üçün əlverişsiz 
şəraitin  yaradılması),  «biosid»  (kütləvi  qırğın  silahları  vasitəsilə 
insanların və canlı aləmin məhv edilməsi), «geofiziki müharibə» (süni 
zəlzələ, sel, sunami və s. törətmək üçün litosferdə, hidrosferdə və atmosferdə 
baş  verən  fiziki  proseslərə  aktiv  təsir  göstərmək)  və  «meteoroloji 
müharibə»  (konkret  ərazilərdə  hərbi  məqsədlərlə  idarə  olunan  iqlim 


       127
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
dəyişkənliyinin  yaradılması)  terminlərini  də  gətirmişdir.  Bu  anlayışlar 
içərisində 
«ekoloji  müharibə»  (münaqişə  iştirakçısı  olan  dövlətin  su 
hövzələrini, havanı, torpağı çirkləndirmək və ya zəhərləmək, bitki və canlı 
aləmi düşünülmüş şəkildə məhv etmək) termini hərbi qarşıdurmalar zamanı 
ətraf mühitə və insanlığa qarşı cinayətkar fəaliyyəti ümumiləşdirərək, 
onun  daha  dəqiq  hüquqi  izahını  verməyə,  vurulan  zərərin  miqyasını 
daha  əhatəli  müəyyənləşdirməyə  imkan  yaradır.  Beynəlxalq  hüquqa 
əsasən,  ekoloji  müharibə  təbii  tarazlığın  pozulmasına,  meşə  və 
aqroekoloji sistemlərin, su hövzələrinin və s. məhvinə, mülki əhalinin 
normal yaşayış şəraitinin, sənaye və kənd təsərrüfatının ləğvi yolu ilə 
onların daimi məskunlaşdıqları ərazilərdən çıxarılmasına yönəldilmiş 
cinayət fəaliyyəti kimi qiymətləndirilir.
Birləşmiş  Millətlər  Təşkilatının  İnsan  İnkişafına  dair  Hesabatında 
(2006-cı il) bildirilir: «İnsanın sudan istifadə etmək hüququ hər bir kəsə 
özü və ailəsi üçün lazım olan miqdarda, təhlükəsiz tərkibdə, uyğun dada 
malik suyu rahat şəkildə və ucuz qiymətə əldə etmək imkanını verir. Bu 
beş əsas atribut su təhlükəsizliyinin bünövrəsini təşkil edir və insanların 
hər  yerdə  və  davamlı  olaraq  pozulan  sudan  istifadə  hüququnun  dayaq 
nöqtəsidir».  1949-cu  il  avqust  ayının  12-də  qəbul  edilmiş  Cenevrə 
Konvensiyaları,  1977-ci  və  2005-ci  illərdə  onlara  əlavə  olunmuş  üç 
Protokol  bu  gün  beynəlxalq  humanitar  hüquqda  hərbi  münaqişələr 
dövründə  mülki  əhalinin  hüquqlarının  müdafiəsinə  yönəldilmiş  əsas 
sənədlər kimi tanınır. Həmin sənədlərdə ətraf mühitin zərərli təsirlərdən 
mühafizəsinə, münaqişə iştirakçılarının atmosfer, biosfer və hidrosferdən 
təsir  vasitəsi  kimi  istifadəsinin  yolverilməzliyinə  dair  müddəalar  da 
öz  əksini  tapmışdır.  Məsələn,  I  Əlavə  Protokolun 
(«Beynəlxalq  silahlı 
münaqişələrin  qurbanlarına  dair»,  8  iyun  1977-ci  il)  35-ci  maddəsinə 
(Əsas  normalar)  əsasən,  «hərbi  əməliyyatlar  zamanı  ətraf  mühitə 
genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vurmaq məqsədi daşıyan və 
buna  səbəb  ola  biləcək  metod  və  vasitələrin  tətbiqi»  qadağan  olunur. 
Sənədin  55-ci  maddəsində  isə  hərbi  münaqişələr  dövründə  ətraf 
mühitin  mühafizəsi  məsələlərinə  toxunulmuşdur:  «Hərbi  fəaliyyət 
zamanı  ətraf  mühitin  genişmiqyaslı,  uzunmüddətli  və  ciddi  zərərdən 
qorunmasına  qayğı  göstərilməlidir…  Ətraf  mühitdən  repressali 
(bir 
dövlətin  digərinə  qarşı  siyasi  və  iqtisadi  sanksiyaları)  qismində  istifadə 
olunması qadağandır»
125
. «Ətraf mühitə hərbi məqsədlər və ya istənilən 
düşmənçilik məqsədilə təsir vasitələrinin istifadəsinin qadağan edilməsi 
125   http://www.icrc.org/rus/resources/documents/misc/treaties-additional-protocol-1.htm


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə