57
bilmir, yaxud bəzən düzgün deyiliş (orfoepiya) qaydaları ilə düzgün yazılış qaydaları arasında
bəlli bir qarışıqlıq yaranmasına nədən olur ki, bu da normal bir ədəbi dil üçün yolverilməzdir.
Ona görə də, buraxılan açıqları qapatmaq və düzgün yazı qaydalarımızı daha da bitkin, daha
da yetkin bir düzeyə qaldırmaq üçün həm fonetik ilkə üzrə çeşidli fonem variantlarının yox,
yalnız fonemlərin yazılışı əsas götürülür, həm də düzgün yazı qaydalarımızın
düzənlənməsində fonetik ilkə ilə yanaşı, o biri ilkələrə də geniş yer verilir.
Morfoloji ilkə irəli sürür ki, söz və şəkilçilər deyildiyi kimi yox, öz morfoloji
quruluşuna uyğun vahid formada yazılmalıdır. Bu ilkə o deməkdir ki, bir sıra durumlarda söz
və şəkilçilərin deyildiyi kimi yazılması yanlışlıq yaradar və düzgün yazılış üçün onların
deyilişi yox, morfoloji quruluşu əsas götürülməlidir. Örnəyin, “Narın yağış çiləyirdi”
cümləsindəki çiləyirdi sözü deyilişdə asanlıq üçün [çiliyirdi] kimi tələffüz olunur və əgər bu
sözün yazılışında yalnız fonetik ilkəni əsas alsaq, sözü elə çiliyirdi kimi də yazmalıyıq.
Ancaq sözün morfoloji quruluşuna göz yetirəndə bəlli olur ki, söz çilə- + -yir + -di
hissələrindən ibarətdir və burada -di ünsürü fel şəkillərinin hekayəsini yaradan idi
hissəciyinin şəkilçiləşmiş qısa biçimidir, ünlü səslə qurtardığı üçün y bitişdirici ünsüzü
artırılmış -ir (-yir) felin indiki zaman şəkilçisidir, sözün kökü isə çilə- felidir və dilimizdə bu
felin ayrıca bir çili- variantı yoxdur. Başqa sözlə, asanlıq üçün [çiliyirdi] kimi deyilən sözün
kökündə çili- yox, çilə- feli durur və bu morfoloji quruluş ortaya qoyur ki, sözün düzgün
yazılışı da məhz elə söz kökünə uyğun çiləyirdi kimi olmalıdır (Tutuşdur: [baĢlıyırdı] <
baĢlayırdı; [oynuyurdu] < oynayırdı; [gözlüyürdü] < gözləyirdi vb. ).
Yaxud bəllidir ki, dilimizin cəmlik bildirən -lar, -lər şəkilçisi artırıldığı sözün
tərkibindəki səslərdən asılı olaraq çeşidli biçimlərdə deyilir. Örnəyin: [qızdar] < qızlar,
[bizdər] < bizlər; [qarrar] < qarlar, [tirrər] < tirlər; [annar] < anlar, [günnər] < günlər vb.
sözlərin deyilişinə söykənsək, belə çıxır ki, -lar, -lər şəkilçisi ilə yanaşı, dilimizdə cəmlik
bildirən -dar, -dər, -rar, -rər, -nar, -nər şəkilçiləri də varmış. Ancaq morfoloji ilkə ortaya
qoyur ki, bu -dar, -dər, -rar, -rər, -nar, -nər əslində -lar, -lər şəkilçisinin deyiliş məqamına
bağlı variantlarıdır və onların hamısı yalnız -lar, -lər kimi yazılmalıdır.
Tarixi-gələnəksəl ilkə irəli sürür ki, söz və şəkilçilər tarixən necə yazılmışdırsa,
dəyişdirilməməli və gələnək üzrə bu gün də elə yazılmalıdır. Tarixi-gələnəksəl ilkə üzrə
yazılışda istər fonetik ilkənin deyiliş, istərsə də morfoloji ilkənin əslinə uyğunluq tələbi bir
qırağa qoyulur və “keçmişdə yazıldığı kimi yazılma” təməlindən çıxış edilir.
Bu gün fonetik və morfoloji ilkələr düzeyində olmasa da, Azərbaycan türkcəsi ədəbi
dilində imla normaları düzənlənərkən tarixi-gələnəksəl ilkədən də yararlanılır. Örnəyin, son
səsi həm z, həm də s ilə deyilən sözlər gələnək üzrə z ilə yazılır (deyilişdə: almas, Aras,
58
palas... – yazılışda: almaz, Araz, palaz...); son səsi həm d, həm də t ilə deyilən sözlər d ilə
yazılır (deyilişdə: yaşıt, söyüt, süt, ot... – yazılışda: yaşıd, söyüd, süd, od...); sonu ng
ünsüzləri ilə bitən sözlər deyildiyi kimi, yaxud hətta morfoloji quruluşuna uyğun olaraq yox,
gələnək üzrə elə ng ilə yazılır (deyilişdə: qəşək//qəşəx
ı
, tüfək//tüfəx
ı
, pələx
ı
... – yazılışda:
qəşəng, tüfəng, pələng...) vb.
Tarixi-gələnəksəl ilkə yabançı özəl adların yazılışında çox böyük önəm daşıyır və bu
baxımdan, yabançı özəl adların yazılışında tarixi-gələnəksəl ilkədən yox, başqa bir ilkədən
çıxış edilməsi tariximizə, öz yazı gələnəyimizə qarşı hörmətsizlikdən başqa bir nəsnə deyil.
Örnəyin, mümkündür ki, gürcü dilinin orfoqrafiya qaydaları Tiflis adının Tbilisi kimi
yazılışını gərəkdirsin. Ancaq bu, Azərbaycan türkcəsinin yox, gürcü dilinin qaydasıdır və biz
yüzillər boyu yazdığımız Tiflis adını niyə bir qırağa qoymalı, öz tarixi-gələnəksəl yazılışımızı
dəyişdirməliyik? Deyək ki, almanlar öz ölkələrini Döyçland adlandırırlar və Döyçlanda
ingilislər Germany (=Göməni) və ruslar da buna uyğun Германия (=Qermaniya), isveçlər
Tyskland (=Tüskland) deyir, biz isə onu Almaniya adlandırırıq. Göründüyü kimi, burada
almanların öz ölkələrini özlərinin necə adlandırması yox, hər xalqın öz dil özəllikləri və
tarixən yaranmış gələnəksəl adlandırması əsasdır. Bu qayda dünyada geniş yayılmış bir
qaydadır və biz də yabançı özəl adların işlədilməsində özümüzün tarixən yaranmış gələnəksəl
adlandırmamız necədirsə, onu olduğu kimi qorumalı və dəyişdirməməliyik ( örnəyin, Tiflisi
bir qırağa qoyub Tbilisi yazmamalıyıq). Başqa sözlə, yabançı özəl adların yazılışında mütləq
tarixi-gələnəksəl ilkədən çıxış etməliyik.
Yaxud İsveç adını götürək. İsveçlər öz ölkələrinə Sverige (=Sverye) deyirlər, ruslar onu
Швеция (= Şvetsiya),
ingilislər Sweden (Sueden) adlandırır və farslar da bu ingilis variantına
uyğun olaraq Suet adı işlədirlər. Bizim dilimizdə isə ölkənin adı tarixən Ġsveç kimi
biçimlənmişdir və indi ayrı-ayrı adamların ölkəni Şved, yaxud Suet adlandırması, hətta bəzən
elə bu cür də yazmaları tamam yanlışdır, yolverilməzdir. Dilimizdə tarixən yaranmış
gələnəksəl Ġsveç adının belə yanlış deyilməsi-yazılması öz dilimizə sayğısızlıqdan başqa bir
nəsnə deyil.
Beləliklə, Azərbaycan türkcəsi ədəbi dilinin orfoqrafiya normaları düzənlənərkən
fonetik, morfoloji və tarixi-gələnəksəl ilkələr əsas götürülür, düzgün yazı qaydaları məhz bu
üç ilkəyə söykənməklə ortaya qoyulur.
Düzgün yazı qaydalarında bütövləĢmə sorunu
Azərbaycan türkcəsi ədəbi dilinin bütövləşməsi yönündə görüləcək önəmli işlərdən biri
düzgün yazı qaydalarımızın vahidləşməsi və Azərbaycanın istər quzeyində, istərsə də
güneyində eyni imla normalarının əsas götürülməsidir. Ancaq bir yandan fars şovinizminin
Dostları ilə paylaş: |