Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə29/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   61

 
61 
 
Azərbaycan  türkcəsi  ədəbi  dilinin  bütövləşməsinə  yönəlik  vahid  imla  normaları 
yaradılmasında  izlənəcək  yolun  ana  cizgiləri  nələr  olmalıdır?  Bu  soruya  dürlü  cavablar 
vermək mümkündür və bizcə, o cavabların içərisində aşağıdakılar da unudulmamalıdır: 
 
 1.  Fonetik,  leksik  və  qrammatik  özüllər  üzrə  ədəbi  dil  normalarımız,  o  sıradan 
düzgün  yazı  qaydalarımız  var  olan  vahid  xalq  danıĢıq  dilimizdən  aralı  düĢərək  ayrıca 
bir  yeni  dil  normaları  kimi  ortaya  çıxmamalı,  xalq  danıĢıq  dilimizə  yaxın  olmalıdır. 
Ancaq bu yaxınlıq ədəbi dilin xalq danışıq dili ilə eyniləşdirilməsi anlamına gəlməz və ədəbi 
dilin başlıca özəlliyi olan seçmə və əvəzetmə əməliyyatı aparmaqla standartlaşdırılıb normaya 
salınma özülü daim qorunmalı, çağa uyğun gəlişdirilməlidir.      
 
2.  Ġmla  qaydaları  ilə  bağlı  tarixi  mirasımıza  sahib  çıxmalı  və  onun  kəsirlərini 
ortadan  qaldırmaq,  boĢluqlarını  qapatmaq,  çağa  uyğun  gəliĢdirmək  qayğısına 
qalmalıyıq.    Başqa  sözlə,  vahid  orfoqrafiya  normaları  yaradılmasında  sıfırdan  başlanıla 
bilməz  və çağdaş  ədəbi dilimizin tarixən qazandığı, indiyədək var olub yazımızı düzənləyən 
imla  qaydaları  kökdən  danılmamalı,  tərsinə,  əsas  götürülməli,  bütün  yeniliklər  və 
gəlişdirmələr bu qaydaların üzərində qurulmalıdır.  
 
3.  Dilimizin  sisteminə  uyğun  öz  qanun-qaydalarına  söykənilməli  və  bütün 
məqamlarda  öz  dilimizin  özəllikləri  əsas  götürülməlidir. Örnəyin, xatırladaq ki, hər dilin 
söz dağarcığında – lüğət tərkibində a) milli sözlər; b) milliləşmiş sözlər və    c) alınma sözlər 
vardır.  Ədəbi  dilimizin  istər  təmizlənib  arıdılmasında,  istərsə  də  zənginləşdirilməsində 
izlənəcək  ana  yol  milli  sözlərimizin  tam  və  mütləq  biçimdə  əsas  götürülməsidir.  Yalnız 
bundan sonra, ciddi gərəksinmə duyduğumuz sözləri başqa dillərdən alırıqsa, onda o sözlərin 
milliləşməsinə  və  hər  yöndən  dilimizin  qanun-qaydalarına  uyğunlaşdırılmasına  ayrıca  önəm 
verməliyik.  Yalnız  bu  iki  yoldan  sonra  və  bu  iki  yol  uyqulana  bilmədikdə  alınma  sözləri 
əslində olduğu kimi qəbul edə bilərik.  
 
Eyni  yanaşma  təkcə  sözlərə  yox,  qrammatik  qaydalara  və  orfoqrafiya  normalarına  da 
aiddir. Aydınlıq üçün bir örnək verək: bir zaman dilimizdə tarixi-gələnəksəl ilkə üzrə ərəb dil 
qaydalarına uyğun olan nöqteyi-nəzər izafət tərkibi işlədilirdi ki, bu tərkib iki  alınma sözdən 
(nöqtə  və  nəzər)  ibarət  idi.  Zaman  içində  bu  tərkib  milliləşdirilərək  dilimizin  qaydalarına 
uyğun  nəzər  nöqtəsi  kimi  işlədildi  və  bununla  da  həm  ərəb  dilinin  izafət  anlayışı,  həm  də 
dilimizdə  bu  izafəti  göstərən  defislə  yazılış  bir  qırağa  qoyuldu.  Daha  sonra  isə  öz  dilimizin 
fonetik  ilkəyə  uyğun  yazılan  baxıĢ  sözü  eyni  anlamda  işlərlik  qazandı.  Deməli,  bütün 
durumlarda  gəlişmənin  başlıca  yönü  milli  dilimizin  aparıcılığına  və  üstünlüyünə  doğru 
olmalıdır. 


 
62 
 
4.  Yenidən vurğulayaq ki, Azərbaycan  türkcəsi  rus  dilinin,  fars  dilinin,  yaxud  hər 
hansı bir üçüncü dilin vasitəçiliyinə söykənmədən özü birbaĢa dünya dillərinin hər biri 
ilə ayrı-ayrılıqda təmasa keçməli və yabançı adların, sözlərin yazılıĢında yalnız birbaĢa 
qaynaq  dilin  səs  özəllikləri  ilə  Azərbaycan  türkcəsinin  səs  özəllikləri  əsas  alınmalıdır. 
Unudulmamalıdır  ki,  dünyaya  öz  dilinin    gözü  ilə  yox,  hansısa  başqa  bir  dilin  gözlüyü  ilə 
baxmaq və öz imla normalarını başqa dilin özəllikləri əsasında qurmaq dilin zəifliyini göstərir 
ki,  bu  da  əslində  mahiyyətcə  siyasi  asılılığın,  kültürəl  bağımlılığın  və  özümlü  düşüncədən 
yoxsunluğun  bir  bəlirtisidir.  Siyasi  bağımsızlıq  istəyiriksə,  doğal  olaraq  həm  də  bu  siyasi 
bağımsızlığın kültürəl özüllərindən biri olan milli bilincli dil siyasəti yürütməli, dilimizin də 
müstəqilliyi uğrunda çalışmalıyıq. Bu yöndə Azərbaycan türkcəsinin dünya dilləri ilə vasitəçi 
olmadan, birbaşa qarşılıqlı təması çox önəmli şərtlərdən biridir.  
 
5.  Azərbaycanın  güneyində  qorunmuĢ  dəyərli  və  gərəkli  milli  dil  faktlarımızın 
ədəbi  dilə  gətirilməsinə  özəl  qayğı  göstərilməlidir.  Təbii  ki,  Azərbaycanın  quzey 
ləhcələrində olan hər dil faktı ədəbi dilə gətirilmədiyi kimi, Azərbaycanın güneyində olan hər 
dil faktı da ədəbi dilə gətirilə bilməz. Söhbət yalnız ədəbi dilimiz üçün dəyərli və gərəkli olan 
dil faktlarından gedir. Ədəbi dilimiz üçün dəyərli və gərəkli dil faktı anlayışı iki aparıcı özül 
üzrə bəlirlənir: 1. ədəbi dilimizin arıdılıb təmizlənməsinə və milliləşməsinə yardım edən dil 
faktı; 2. ədəbi dilimizin gəlişib zənginləşməsinə yardım edən dil faktı. 
 
Təbii  ki,  birinci  özül  əsasdır  və  ədəbi  dildəki  alınma  dil  faktlarının  qarşılığı  olaraq 
Güneydə işlənən milli dil faktları mütləq ədəbi dilimizə gətirilməli, alınma dil faktı dilimizdən 
çıxarılmasa  belə,  sinonimlər  cərgəsi  genişlədilməklə  ədəbi  dilimiz  zənginləşdirilməlidir. 
Örnəyin, ədəbi dilimizdə alınma məĢhur sözü var və öyrətmənlərimiz yaxşı bilir ki, bir çox 
durumlarda  öyrəncilər  bu  sözü  yanlış  olaraq  məhĢur  kimi  yazırlar.  Ancaq  Azərbaycanın 
güneyində işlədilən adlım “məşhur” sözü təkcə milli olması ilə yox, həm də yazılış rahatlığı 
ilə seçilir və ona görə də, bu sözün ədəbi dilimizə gətirilməsi həm dəyərli, həm də gərəklidir.  
 
Ancaq  təbii  ki,  hər  cür  dil  faktını  qəbul  etməklə  sinonimlər  cərgəsini  genişlətmək  və 
bununla  da  ədəbi  dilimizi  zənginləşdirmək  özünü  doğrulda  bilməz.  Örnəyin,  Azərbaycanın 
güneyində yayılmış “Sizdən təşəkkür edirik” cümləsi ədəbi dilimizdə “Sizə təşəkkür edirik” 
kimi işlədilməkdədir. Burada eyni məqam üçün hal kateqoriyasının həm Çıxışlıq hal (-dən), 
həm  də  Yönlük  hal  ()  şəkilçiləri  var  və  ilk  baxışda  adama  elə  gələ  bilər  ki,  ədəbi  dilimizi 
zənginləşdirmək  üçün  hər  iki  variantı  qəbul  etmək  olar.  Ancaq  bir  zaman  ədəbi  dilimizin 
klassik dövrlərində də işlənmiş  “Sizdən təşəkkür edirik” variantı heç də milli variant deyil və 
farscanın “Əz şoma təşəkkor mikonim” (hərfən: “Sizdən təşəkkür edirik”) deyiminin olduğu 
kimi  çevrilməsi  –  hərfi  tərcüməsi  ilə  ortaya  çıxmışdır.  Bu  cür  gərəksiz  alınma  normalarla 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə