Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə31/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   61

 
65 
yazı qaydalarımızın hamısı deyil və onları verməkdə də başlıca amacımız  daha çox bəlli bir 
təsəvvür yaratmaqdır. 
Səslərin yazılıĢ qaydaları 
I. Ünlü səslərin yazılıĢı 
 
1. İlk səsi bəzən ebəzən də ə ilə deyilən sözlər e ilə yazılır; örn.: ekiz, en, endirmək, 
erkək, ehkam vb. 
 
2. İlk səsi xalq danışıq dilində ı ilə, ədəbi dildə isə i ilə deyilən sözlər ahəng qanununa 
tabe edilmədən i ilə yazılır; örn.: ilan, ildırım, ilıq, inanmaq, işıq vb.  
 
3. İlk hecasındakı ünlü səsi həm e, həm də ə ilə deyilən sözlər iki cür yazılır: 
 
a) e ilə yazılan sözlər;örn.: deyil, geniş, gerçək, pendir, pencək vb.  
 
b)  ə ilə yazılan sözlər;örn.: çəkic,  çəkmək, çəyirtkə, pəncərə vb
26
.  
 
4.  İlk  hecasındakı  ünlü  səsi  tam  sabit  olmayıb  ö,  e,  o,  ü,  ə  ünlülərindən  bir  neçəsinin 
iştirakı ilə fərqli biçimlərdə deyilən sözlər ö ilə yazılır; örn.: dövlət, zövq, mövqe, növ, növbə, 
nöqsan, nöqtə, hökumət vb. 
 
5.  İlk,  bəzən  də  ikinci  hecasındakı  ünlü  səsi  həm  ə,  həm  də  i  ilə  deyilən  sözlər  ə  ilə 
yazılır; örn.: mətbəx, nəhayət, pəhləvan, rəyasət, səhhət, xəyanət vb. 
 
6. İlk, bəzən də ikinci hecasındakı ünlü səsi əsasən i, hərdən də ə ilə deyilən sözlər i ilə 
yazılır; örn.: qiraət, nicat, riayət, iddia, siyasət vb. 
 
7.  İlk  hecasındakı  ünlü  səsi  əsasən  ü,  bəzən  də  i  ilə  deyilən  sözlər  ü  ilə  yazılır;  örn.: 
büllur, Füzuli, fürsət, hücum, şüar  vb.  
 
8. o ünlü səsi ilə işlənən alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq ilə 
yazılır; örn.: avtomat, biologiya, velosiped, ensiklopediya,  professor, motor  vb.  
 
9. İkincisi i olan iki ünlü səs yanaşı işlənərkən deyilişdə araya artırılan y ünsüzü yazıda 
göstərilməz; örn.: aid, ailə, daim, dair, zəif, mail, faiz, xain vb.  
 
10.
 
Ikinci hecasındakı ünlü səsi i, bəzən də ü ilə deyilen sözlər i ilə yazılır; örn.: müdir, 
mühit, münbit, münsi vb. Bu sırada təkcə mühüvə üfüq sözləri ü ilə yazılır.   
 
11. Əslində təkhecalı olub sonu iki ünsüz səslə bitən və deyilişdə ünsüz səslər arasına i 
və ya bəzən də ü ünlüsü artırılan sözlər iki cür yazılır: 
 
a)    deyilişə uyğun  iki  heca  ilə  yazılan  sözlər;  örn.:  eyib,  ətir,  fikir,  qədir,  qisim,  nəsil, 
ömür, sinif, şəkil vb.  
 
b)  əslində  olduğu  kimi  tək  heca  ilə  yazılan  sözlər;  örn.:  əmr,  qeyd,  qəbz,  qəsr,  nəsr,  
zülm vb.   
 
12. İkinci hecasında i ünlü səsi olan sözlər iki cür yazılır: 
 
a) əslində olduğu kimi i ilə yazılan sözlər; örn.: qəbih, səhih, təshih vb.  


 
66 
 
b) deyilişə uyğun olaraq e ilə yazılan sözlər; örn.: səfeh, tənbeh, təsbeh vb. 
 
13. İkinci hecasındakı ünlü səsi həm ı, həm də u ilə deyilən sözlər iki cür yazılır: 
 
a) ı ilə yazılan sözlər; örn.: ı, qayğı, qarpız, pambıq, yarpız vb.  
 
b) u ilə yazılan sözlər; örn.: armud, arzu, mahud, sabun vb.  
 
14.  Üçüncü  hecasında  ə  ünlü  səsi  olan  sözlər  deyilişə  uyğun  olaraq  i  ilə  yazılır;  örn.: 
mübahisə, mübarizə, müdafiə, müqəddimə, müraciət, müzaki vb.   
 
15.  Çeşidli  hecalarında  ia,  io  ünlüləri  işlənən  Avropa  kökənli  alınma  sözlər  necə 
deyilməsindən  asılı  olmayaraq,  olduğu  kimi  yazılır;  örn.:  aksiom,  dialektika,  imperializm, 
materializm, sosializm vb.  
 
16. Sonu a ünlü səsi ilə bitən Avropa kökənli alınma sözlər iki cür yazılır: 
 
a)  sonuncu  səsi  atılarkən  anlamı  dəyişməyən  sözlər  a-sız  yazılır;  örn.:  anket,  aptek, 
dram, fabrik , kontor, qəzet, maşın, sistem vb.  
 
b)  sonuncu  səsi  atılarkən  mənası  anlaşılmayan  və  ya  başqa  anlam  verən  sözlər  a  ilə 
yazılır; örn.: gimnastika, qrammatika, forma, norma, respublika, taktika vb.  
 
17. İlk, bəzən də ikinci hecada ünlü səsin uzun olduğunu bildirmək üçün eynicinsli ünlü 
səs qoşa yazılır; örn.: bədii, camaat, maarif, maaş, mətbəə, təbii vb.  
II. Ünsüz səslərin yazılıĢı 
 
18. İlk səsi həm b, həm də p ilə deyilən sözlər iki cür yazılır: 
 
a) b ilə yazılan sözlər; örn.: bıçaq, biçin, bitmək, budaq, bütöv, bütün vb.  
 
b) p ilə yazılan sözlər; örn.: pişik, piti, pusqu vb.  
 
19.  İlk  səsi  həm  d,  həm  də  t  ilə  deyilən  sözlər  əslinə  uyğun  olaraq  d  ilə  yazılır;  örn.: 
dabana, day, damğa, dik, dikmək (gözünü), dükan, düşbərə vb.  
 
20.  İlk  hecasındakı  ünsüz  səsi  həm  n,  həm  də  m  ilə  deyilən  sözlər  n  ilə  yazılır;  örn.: 
anbar, günbəz, sünbül, şənbə, nbil vb.  
 
Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.  
 
21. Söz ortasında həm q, həm də ğ ilə deyilən sözlər iki cür yazılır: 
 
a) q ilə yazılanlar; örn.: aqronom, əqrəb, manqal, monqol, orqan, təşviqat vb.  
 
b) ğ ilə yazılanlar; örn.: ğal, məşğələ, məşğul, rəğbət, təbliğat vb.   
 
22.  Deyilişdə  sözortası  ünsüz  səslərinin  yeri  dəyişdirilərək  işlənən  bəlirli  sözlər 
aşağıdakı kimi yazılır; örn.: çarpaz, çılpaq, irəli, kirpik, külfət, ösgürmək, yanlış, yarpaq vb.   
 
23.  Son  səsi  həm  d,  həm  də  t  ilə  deyilən  sözlər  d  ilə  yazılır;  örn.:  bulud,  dörd,  kənd
qurd, palıd, söyüd, yaşıvb.  
 
24. Son səsi həm  z, həm də s  ilə deyilən sözlər  z ilə  yazılır; örn.:  almaz, Almaz, Araz
Xaçmaz, palaz, tovuz vb.   


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə