Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə32/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   61

 
67 
 
25.  Son  səsi  k,  g  ,  y  (yaxud  cingiltili  y  ünsüzünün  kar  qarşılığı  olan  [x
ı
]  ünsüzü)  ilə 
deyilən iki və ya çoxhecalı sözlər ilə yazılır; örn: böyük, çiçək, çörək, hörümçək, kəpənək
kiçik, külək vb. 
 
26.  Son  səsi  ğ,  x  ,  q  (yaxud  cingiltili  q  ünsüzünün  kar  qarşılığı  olan  [k
ı
]  ünsüzü)  ilə 
deyilən iki və ya çoxhecalı sözlər ilə yazılır; örn: bulaq, qaşıq, qatıq, qonaq, ocaq , papaq
yanaq, yarpaq vb.   
 
27.  Son  səsi  əsasən  x,  bəzən  də  ğ  ilə  deyilən  ikihecalı  sözlər  x  ilə  yazılır;  örn.: 
darıx(maq), Qazax, Samux, vurnux(maq), Yevlax vb.   
 
28.  Son  səsi  c,  ç,  j  və  ya  Ģ  ilə  deyilən  sözlər  c  ilə  yazılır;  örn.:  ağac,  dinc,  gec,  güc
kərpic, qılınc, sac, süzgəc vb.   
 
29. Sonu ng ünsüzləri ilə bitən sözlər deyilişindən asılı olmayaraq ng ilə də yazılır; örn.: 
ahəng, əhəng, dəng, qəşəng, pələng, tüfəng, zəng vb.  
 
30. Əslində sonu eynicinsli qoĢa ünsüzlə yazılan iki və ya çoxhecalı sözlər bir ünsüzlə 
yazılır; örn.: ekspres, kilovat, konqres, mühüm, rəsmxət, sərhəd vb. 
 
31. Təkhecalı sözlərin sonunda, iki və çoxhecalı sözlərin isə ortasında y, bəzən də g ilə 
deyilən sözlər y ilə yazılır; örn.: çiy, düymə, düyü, göy, göyərti, iydə, iynə, iyirmi, zəvb.  
 
Ancaq burada digər, əgər, igid, məgər, Nigar, nigaran, şagird sözləri istisna olaraq ilə 
yazılır.  
 
32.  Təkhecalı  sözlərin  sonunda,  iki  və  çoxhecalı  sözlərin  isə  ortasında  işlədilən 
eynicinsli qoşa ünsüzin hər ikisi yazılır: 
 
a)  söz  ortasında;  örn.:  addım,  diqqət,  izzət,  məhəbbət,  millət,  minnət,  səkkiz,  tappıltı, 
tələffüz vb.  
 
b) söz sonunda; örn.: nn, haqq, hədd, həll, hiss, xətt,  rədd, sirr, tibb, zənn, zidd vb.  
 
Qeyd.  Bu  sözlərə  ünsüzlə  başlayan  şəkilçi  artırdıqda  söz  kökündəki  qoşa  ünsüzlərdən 
biri düşür; örn.: n-lər, haq-lı, həd-siz, sir-daş vb.  
 
Ancaq  hiss  sözü  istisnadır,  çünki  burda  ünsüzün  biri  düşsə  sözün  anlamı  dəyişər 
(tutuşdur: hiss “duyğu” – his “ocaq hisi”). Ona görə də, hiss sözünə ünsüzlə başlayan şəkilçi 
artırdıqda  kök  dəyişmir  (yalnız  -siz  şəkilçisi  artıranda  üç  s  ünsüzü  bir  yerdə  gəlməsin  deyə 
biri düşər və hisssiz yox, hissiz yazılar).  
 
33. Çeşidli hecalarında eynicinsli qoşa ünsüz olan alınma sözlər qoşa ünsüzlə də yazılır; 
örn.: assimilyasiya, attaşe, ballada, klassik, operetta, rejissor, sessiya vassal vb.   
 
Ancaq  aparat,  balon,  masaj,  paralel,  pasaj,  tunel  və  şose  sözləri  istisna  olaraq  bir 
ünsüzlə yazılır.  
III. Ünlü və ünsüz səslərin yazılıĢı  


 
68 
 
34.  Son  hecasındakı  diftonqu  öv,  öy  və  ya  ö  kimi  deyilən  sözlər  öv  ilə  yazılır;  örn.: 
bülöv, bütöv, kösöv vb.  
 
35. Çeşidli hecalarındakı diftonqu çox zaman ov, bəzən də avoy və ya o kimi deyilən 
sözlər ov ilə yazılır; örn.: alov, buxov, qovun, dovşan, ovovmaq, ovuc, oxlov, plov vb. 
 
36. Həm et, həm də ə ilə deyilən sözlər iki cür yazılır: 
 
a) ə ilə yazılanlar; örn.: büdcə, komitə, fakültə vb.  
 
b) et ilə yazılanlar; örn.: immunitet, kabinet, süjet vb.  
 
37. Son iki hecasında eynicinsli qoşa m (mm) ünsüzü və bəzən də a ünlüsü olan alınma 
sözlər a-sız və bir m ilə yazılır; örn.: diaqram, monoqram, proqram, stenoqram, teleqram vb.  
 
38. Sözün ikinci və ya üçüncü hecasındakı ünlünü, eləcə də ünsüzü uzatmaq və ya daha 
aydın tələffüz etmək üçün alınma sözlərdə eynicinsli qoşa ünlü və ünsüzün hər ikisi yazılır; 
örn.: təəccüb, təəssüf, məəttəl, təəssürat, təəhhüd vb.  
IV. Qaynaq dildə özümlü səsləri (hərfləri) olan alınma sözlərin  
və yabançı adların yazılıĢı  
 
Yuxarıda göstərilən qaydalar bəzi yerlərdə  azacıq redaktə işləri aparılmaqla 1958-ci və 
2004-cü  illərdə  təsdiqlənmiş  orfoqrafiya  qaydalarından  götürülmüşdür.  Ancaq  var  olan 
qaydaların  heç  də  hamısını  tam  yazmadıq,  çünki    düşüncəmizə  görə,  qalan  qaydalardan 
bəzilərini  yazmağa  gərəksinmə  yoxdur  (örnəyin,  apostrof  çıxarıldığı  üçün  1958-ci  il 
qaydalarındakı  §  45  önəmini  itirmişdir),  bəziləri  rus  dilinin  araçı  “böyük  qardaş  dili”  rolu 
oynadığını ortaya qoyduğundan  (örnəyin, 1958-ci il qaydalarındakı § 32, § 33, § 34,  § 35; 
2004-cü il qaydalarındakı 7, 8, 9, 10, 11, 12-ci maddələr) dəyişdirilməli və təkcə ruscanı yox, 
qaynaq  ola  biləcək  bütün  dillərin  hamısını  qapsamalıdır,  bəzilərinin  yeri  dəyişdirilməli  və 
uyğun bölmədə verilməlidir (örn., 1958-ci il qaydalarındakı § 32-nin b) bəndi) vb.  
 
Unudulmamalıdır  ki,  bir  dil  söz  aldığı  və  özəl  adlarını  yazmalı  olduğu  başqa  dillərlə 
birbaşa ilişgi qurmayaraq ayrı bir üçüncü dilin araçılığına (vasitəçiliyinə) söykənirsə, o zaman 
qaynaq  dillərin  yox,  araçı  (vasitəçi)  dilin  səs  özəlliklərini  yansıtmağa  məcbur  olur.  Daha 
doğrusu, bu məcburiyyət siyasi-strateji baxımdan araçı dilin ağalığını ortaya qoyursa, dilçilik 
baxımından da bir sıra yanlışlıqların yaranmasına yol açır. Örnəyin, rus imperiyasının ağalığı 
dönəmində rus dili bağımsız bir dil olduğuna görə, dünya dilləri ilə birbaşa ilişgiyə girir, belə 
bir  imkandan  məhrum  edilən  Azərbaycan  türkcəsi  isə  yalnız  rus  dilinin  araçılığından 
yararlanmalı olurdu ki, sonucda rus dili araçılığı ilə alınan bir sıra sözlərdə qaynaq dilə aid səs 
özəllikləri yox, rus dilinə aid səs özəllikləri ortaya çıxmışdır. Aydınlıq üçün gigiyena sözünə 
göz  yetirək.  Bu  söz  rusca  гигиена    sözünün  Azərbaycan  türkcəsinə  uyğunlaşdırılmış 
variantıdır  və  ruscanın  гигиена  sözü  isə  ingilis  dilində  hygiene,  alman  dilində  Hygiene  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə