97
4. Ancaq yazıda işlənib bir neçə sözdən ibarət olan ixtisarların bir hissəsini sətrin
sonunda qoymaq və o biri hissəsini yeni sətrə keçirmək olmaz; örn.: vb.b.k (və baĢqa bu
kimi) ixtisar sözü vb.
-b.k., vb.b.
-k. biçimində bölünüb ayrı-ayrı sətirlərdə yazıla bilməz.
5. Rəqəmlə yazılan saylardan sonra gələn və önündə cızqı qoyulan sıra say şəkilçisinin
ixtisarını (-cı, -ci, -cu, -cü) və hal şəkilçilərini rəqəmdən ayıraraq yeni sətrə keçirmək olmaz;
örn.: 6
-cı, 5
-ci, 10
-cu, 3
-cü və ya 6
-da, üç
-ə, 9
-dan... yazıla bilməz. Bunlar bir
yerdə yazılmalıdır.
6. Rəqəmlə yazılan miqdar sayının yanındakı ixtisarı, faiz işarəsini və digər şərti
işarələri rəqəmdən ayıraraq yeni sətrə keçirmək olmaz; örn.: 6
km, 17
kq, 56
ha, 4
%,
100
$ vb. yazıla bilməz.
7. Hərf və rəqəmlərlə düzələn qısaltmalarda hərfləri sətrin sonunda saxlayıb rəqəmləri
yeni sətrə keçirmək olmaz və onların ikisi də eyni bir sətirdə yazılmalıdır; örn.: İL
-18, TU
-154, T
-72 vb. yazıla bilməz.
8. Durğu işarələri yeni sətrə keçirilmir.
9. Açılan ayrac və dırnağı sətrin sonunda saxlamaq, bağlanan ayrac və dırnağı isə yeni
sətrə keçirmək olmaz.
98
Dördüncü bölüm
Azərbaycan türkcəsi ədəbi dilində durğu iĢarələri
Yazıda iĢlədilən iĢarələr
Yazılı ədəbi dildə işlədilən işarələr çoxdur və bu işarələr işlənmə alanı, hansı görəv
daşıması vb. özüllər üzrə çeşidli qruplara ayrılır. Başqa işarələrlə tutuşdurmada Azərbaycan
dilçiliyinin daha çox araşdırdığı durğu işarələri həmin çeşidli qruplardan yalnız biridir. Ancaq
unudulmamalıdır ki, hansı alanda işlədilməsindən asılı olmayaraq istənilən işarənin adı bir
ədəbi dil faktıdır və dilçilikdən qıraqda deyil. Ona görə də, təkcə durğu işarələri yox, çeşidli
alanlardakı bütün işarələr, özəlliklə, onların terminoloji mahiyyət daşıyan adları və bu adların
yazılış biçimləri Azərbaycan dilçiliyinin diqqət mərkəzində durmalıdır. Dilçi uzmanlarımız
var olan bütün işarələrin Azərbaycan türkcəsi baxımından öyrənilib-araşdırılmasına, dilimizin
milli imkanlarından yararlanılmaqla adlandırılmasına, yazılışının imla qaydalarımıza
uyğunlaşdırılmasına və yazıda standartlaşdırılma sorununa özəl diqqət yetirməlidir.
Yazılı ədəbi dildəki işarələr işlənmə alanına görə riyazi işarələr, texniki işarələr,
kimyəvi işarələr, astronomik işarələr, topoqrafik işarələr, hərbi işarələr, yol işarələri, not
içarələri, pul işarələri vb. qruplara ayrılır. Çeşidli şəkillər, ixtisar və qısaltma sözlər, hərflər,
simgələr vb. işarələrlə ifadə edilən bu işarə qrupları (yaxud bu qrupların ayrı-ayrı işarələri)
heç də həmişə bəlli bir alanla sınırlanıb qalmır, tərsinə, çox zaman toplumun günlük
yaşamında kütləvi olaraq işlədilir. Örnəyin, toplum yaşamını pulsuz düşünmək olmaz və hər
toplum həm öz pul vahidinin, həm də uluslararası alanda aparıcı olan bir sıra başqa pul
vahidlərinin yazılış işarəsini bilməyə məcburdur. O sıradan, hər bir Azərbaycan insanı yaxşı
bilir ki, man., qəp. ixtisar yazılışları Azərbaycan manatı (uluslararası işarəsi: AZM) və
99
qəpik deməkdir. Eyni zamanda, aydındır ki, € - avro, £ - funt-sterlinq, $ - dollar vb. işarələri
bilmədən bank işlərini yürütmək, yaxud valyuta ilə bağlı gərəkən düzeydə addım ata bilmək
çətin məsələdir vb.
Toplum üzvlərinin günlük yaşamda çeşidli işarə qruplarından yararlanma düzeyi
fərqlidir. Örnəyin, notun nə olduğunu bilsək belə, not işarələrini tanımaq və günlük yaşamda
onları işlətmək heç də hamımıza gərək deyil. Riyazi işarələrin isə nə olduğunu geniş bilməsək
də, günlük yaşamda ən azı rəqəmlərin yazılışı ilə üz-üzəyik və çağdaş bir toplumun bunlarsız
ötüşməsi imkansızdır. Bizə gərəkli miqdar saylarını, telefon nömrələrini, saatı, tarixi vb.
rəqəmlə yazmağımızın nə qədər yayğın olması hər kəsə bəllidir. Başqa sözlə, riyazi
formulların yazılışı riyaziyyat alanına aid olsa da, deyək ki, günlük yaşamda geniş
yararlandığımız rəqəmlərin yazılışı kütləvi xarakter daşıyır və ona görə də, bu yöndə qatma-
qarışıqlıq olmamalı, imla qaydalarımızda rəqəmlərin ən uyğun və standart yazılışı
göstərilməlidir. Təbii ki, örnəyin, 552366473 biçimində yazılmış bir miqdar sayını hər oxucu
heç də asanlıqla anşıra bilməyəcəkdir. Belə rəqəmlərin oxunuşunu asanlaşdırmaq üçün bəlli
qaydalar gərəkir. Bu baxımdan, aşağıdakı qaydaların imlamızda da qəbul edilib
rəsmiləşdirilməsi yaxşı olar:
79. Rəqəmlə yazılan və tərkibində beşdən çox rəqəmi olan miqdar sayları sondan
başlamaqla üçlü rəqəm qruplarına ayrılır (1. təklik - onluq - yüzlük, 2. minlik - on minlik -
yüz minlik, 3. milyon - on milyon - yüz milyon vb.) və hər rəqəm qrupu arasında boşluq
buraxılır; örn.: 2 564; 53 645; 546 654; 3 794 675; 552 366 473 vb.
80. Azərbaycanın çağdaş telefon və faks nömrələrində ilk üç rəqəm birgə, sonrakı
rəqəmlər isə iki - iki qruplaşdırılaraq yazılır və rəqəm qrupları arasında cızqı qoyulur; örn.:
568-XX-XX, 429 - XX - XX, 850-XX-XX-XX; 855-XX-XX-XX vb.
Nömrədən öncə ölkə və şəhər kodları da verilirsə, aralarında cızqı qoyulmaqla ölkə və
şəhər kodları
a)
ya ayırtı içərisində yazılır; örn.: (00994 -12) 568-XX-XX, (00994 -136) 539 -
XX vb.;
b)
ya da ayırtısız yazılır və kodla telefon nömrəsi arasında boşluq buraxılır;
örn.: 00994 -12 568 - XX - XX, 00994 -136 539 - XX vb.
81. Saatın rəqəmlə yazılışında saatla dəqiqə arasına nöqtə qoyulur, dəqiqədən sonra
gələn şəkilçilər ahəngə uyğun yazılır və dəqiqə ilə şəkilçi arasında cızqı olur; örn.: saat 15.10-
da, saat 08.20-də; saat 11.30-dan vb.
Dostları ilə paylaş: |