93
7. Bayram və əlamətdar tarixi günlərin adlarının ilk hərfi böyük yazılır; örn.: Novruz
bayramı, Ərkənəkon bayramı, Qurban bayramı, İyirmi səkkiz may, İyirmi bir azər, Otuz bir
dekabr vb.
Belə adların tərkibindəki miqdar sayları rəqəmlə yazılarsa, ondan sonrakı sözün baş
hərfi böyük yazılır; örn.: 28 May, 21 Azər, 31 Dekabr vb.
8. Ölkələrin, dövlətlərin, vilayətlərin, coğrafi və inzibati bölgü üzrə bütün ərazi adlarının
ilk hərfi böyük yazılır; örn.: Tatarıstan, Türkiyə, Özbəkistan, Azərbaycan Respublikası,
Şirvan, Qarabağ, Sulduz mahalı vb.
Rəsmi məqamda işlənərkən belə adların tərkibindəki bütün sözlərin ilk hərfi böyük
yazılır; örn.: Azərbaycan Xalq Cümhuriyyəti//Azərbaycan Demokratik Respublikası, Azadistan
Dövləti, Azərbaycan Milli Hökuməti, Naxçıvan Muxtar Respublikası, Doğu Azərbaycan
Vilayəti, Bakı Şəhər İcra Hakimiyyəti vb.
9. Yüksək dövlət vəzifələrinin, fəxri adların, habelə nazirlik, komitə, birlik, qurum,
akademiya, universitet, teatr, filarmoniya, siyasi partiya vb. adlarının tərkibindəki bütün
sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır; örn.: Azərbaycan Respublikası
Milli Məclisi, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyi, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Yazıçılar Birliyi, Müsavat Partiyası, Güney
Azərbaycan Milli Qurtuluş Təşkilatı vb.
Qeyd: 2004-cü il orfoqrafiya qaydalarına görə, aşağıdakı üç yüksək dövlət vəzifəsi
böyük hərflə yazılır: Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş
naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri.
Qalan bütün vəzifə, elmi dərəcə və titul adları isə kiçik hərflə yazılır; örn.: nazir, qurum
prezidenti, rektor, filoloji elmlər doktoru, xan, şah vb.
10. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, dərgi, kinoteatr,
mehmanxana, nəşriyyat, kafe, restoran, bazar, mağaza vb. adları dırnaq içərisində və böyük
hərflə yazılır; örn.: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “İgidliyə görə” medalı,
“Dumanlı Təbriz” əsəri, “Koroğlu” operası, “Yeddi gözəl” baleti, “O olmasın, bu olsun”
filmi, “Tanıtım” qəzeti, ”Çənlibel” dərgisi, “Təbriz” kafesi, “Badamlı” mineral suyu vb.
Qeyd: Dırnaqda yazılan belə adlara artırılan şəkilçilər dırnaqdan qıraqda yazılır və
şəkilçilərdən öncə heç bir işarə (boşluq da daxil) qoyulmur; örn.: “Badamlı”nın dadı,
“Dumanlı Təbriz”in başlıca xətti, “Leyli və Məcnun”un yeni tamaşası vb.
11. Sırf orfoqrafik qayda olmasa da, aşağıdakı durumlarda ümumi sözlərin ilk hərfinin
böyük yazılması yanlış sayılmır:
94
a) Rəsmi məlumatlarda, müqavilələrdə və digər sənədlərdə şərti anlam daşıyan sözlərin
ilk hərfi böyük yazılır.; örn.: Razılaşan Tərəfəflər (uluslararası sənədlərdə, rəsmi
bağlaşmalarda vb.), Müəllif, Nəşriyyat (müəlliflik müqavilənamələrində), Alıcı, Satıcı
(ticarət müqavilənamələrində) vb.
b) özəl üslubi məqamlarda Azadlıq, Qurtuluş, Barış, İnsan, Ədalət, Vətən vb. bu kimi
sözlər işlənmə yerindən asılı olmayaraq böyük hərflə yazıla bilir.
Ġxtisar və qısaltmaların yazılıĢı
Dilçilikdə ixtisar yazılış zamanı sözün ilk hərfinin, yaxud sözün bir hissəsinin yazılıb,
qalan qisminin atılması anlamında, qısaltma (abbreviatura) isə mürəkkəb özəl adların yalnız
baş hərflərinin, ayrı-ayrı hallarda da bir hissəsinin göstərilməsi mənasında işlədilməkdədir.
I. Ġxtisarların yazılıĢı
İxtisarlar sadə və mürəkkəb olmaqla iki yerə bölünür.
68. Ancaq yazıda işlənən və oxunarkən bütöv deyilən sadə ixtisarlar üç cür yazılır:
1. Sözün ilk hərfi yazılır və ondan sonra nöqtə işarəsi qoyulur, sözün qalan qismi isə
ixtisar edilərək yazılmır; örn.: c. (cild), h. (hissə), vb. (və başqa), b.k. (bu kimi), və s. və i.a.
(və sair və ilaxır), ç.v. (çap vərəqi), d.y. (dəmir yolu) vb.
Qeyd: Ölçü, çəki, uzunluq vb. bu kimi vahidləri bildirən ixtisar sözlər həm bitişik
yazılır, həm də onlardan sonra nöqtə işarəsi qoyulmur; örn.: km (kilometr), sm (santimetr), dm
(desimetr) , kq (kiloqram), ml (millilitr) vb.
2. Sözün bir hissəsi yazılır və ondan sonra nöqtə işarəsi qoyulur, sözün qalan hissəsi isə
atılır; örn.: ad. (adına), dos. (dosent), prof. (professor), səh. (səhifə), örn. (örnək, örnəyin),
məs. (məsələn), man. (manat) vb.
3. Sözün ilk və son hərfi saxlanan, orta hissəsi isə atılan ixtisarlar cızqı ilə yazılır; örn.:
d-r (doktor), z-d (zavod), c-b (cənab) vb.
69. Ən azı iki sözün birləşməsindən yaranan və yazıldığı kimi də oxuna bilən mürəkkəb
ixtisarlar aşağıdakı biçimlərdə yazılır:
1. Birləşən sözlərdən hər birinin bəlli bir qismi ixtisar edilib atılır, qalan hissələr isə
kiçik hərflə bir söz kimi bitişik yazılır və yazıldığı kimi də oxunur; örn.: univermaq ( universal
mağaza), sosdem (sosial demokrat), nəşrkom ( nəĢriyyat komitəsi) vb.
2. Birləşən sözlərdən yalnız birinci sözün bir hissəsi ixtisar edilir, ikinci söz isə bütöv
şəkildə yazılır; örn.: partbilet (partiya bileti), biocoğrafiya (bioloji coğrafiya),
linqvososiologiya (linqvistik sosiologiya) vb.
3. Qurum adı bildirən mürəkkəb ixtisarlarda birinci sözün baş hərfi böyük, qalan
sözlərin baş hərfi isə kiçik yazılır; örn.: Azərkitab, Azərnəşr, Azərticarət, Azneft, Azpetrol vb.
Dostları ilə paylaş: |