101
Söz iĢarələri ayrı-ayrı sözlərin şərti işarələrlə bildirilməsidir ki, buraya
€ – avro,
$ –
dollar,
£ – funt-sterlinq,
@ – quyruqlu a,
§ – paraqraf,
/ – alternativlik (
yaxud, və ya
anlamında),
% – faiz,
* – qeyd vb.b.k. işarələr aiddir.
Cizgisəl iĢarələr imlada işlədilən, ancaq yuxarıdakı qruplardan heç birinə aid olmayan
cızqı (defis), apostrof, vurğu vb. işarələrdir. Dilçilikdə hələ özümlü terminlə adlandırılmamış
və bir qrup kimi ayrıca öyrənilməmiş bu işarə bölgüsü çox zaman “başqa imla işarələri” adı
ilə verilir. Biz cızqı, apostrof və vurğunun qrafik görüntüsündən çıxış edərək bu işarə qrupunu
Azərbaycan türkcəsində
cizgisəl iĢarələr adlandırırıq
30
.
Bəzən cızqı və apostrofun durğu işarələrinə daxil olmayan “başqa imla işarələri”
sırasında verilməsinə etiraz edir və onları da durğu işarələri sırasında verməyə çalışırlar.
Həmçinin alternativlik bildirən
əyri cızığı və yanaşılıq (paralellik) bildirən
qoĢa əyri cızığı da
durğu işarələri sırasına daxil etmək istəyənlər də var. Bu məsələləri geniş araşdırma amacı
daşımadığımız üçün qısaca qeyd edək ki, əyri cızıq və qoşa əyri cızıq imlanın söz işarələrinə,
cızqı və apostrof isə imlanın cizgisəl işarələrinə daxildir və onların durğu işarələri sırasında
verilməsinə elə bir səbəb yoxdur.
Bəzən də sözləri bir-birindən ayırmaq üçün boş buraxılan aranı –
boĢluq iĢarəsini
31
və
mətn hissələrini bir-birindən fərqləndirərək sətir başında boş buraxılan yeri –
önara (=abzas)
iĢarəsini
32
durğu işarələri sırasında verirlər ki, bu məsələnin də ayrıca araşdırılmasına ehtiyac
var və sözü uzatmamaq üçün indilik onlara toxunmuruq.
Biz imla işarələrinə daxil qrupların hamısından yox, məhz özəl önəmi olan durğu
işarələrindən danışmaq istəyirik. Danışıqda var olan çeşidli fonetik özəlliklərin yazıda ayrı-
ayrı işarələrlə bəlirtilməsi olan
durğu iĢarələri düzgün yazı mədəniyyəti baxımından çox
böyük önəm daşıyır. Ona görə də, biz hərflərdən sonra yalnız bu qrupa ayrıca göz
yetirir və öz
kütləviliyi ilə seçilən, dilçilik ədəbiyyatında gələnəksəl olaraq durğu işarələri sayılan
anlayışlardan hər biri üzərində ayrıca dayanırıq.
DanıĢıqda durğu, yazıda durğu iĢarələri
Tanınmış ingilis yazarı Bernard Şounun fikrincə, əlli cür
hə, beş yüz cür də
yox demək
olar, ancaq bu sözləri yazmanın yalnız bircə üsulu var...
Bu maraqlı və doğru düşüncə yazı ilə tutuşdurmada şifahi nitqin – danışığın daha çox
imkanlı olmasını ortaya qoymaqdadır. Unutmayaq ki, biz dediklərimizin gərəyincə
anlaşılması, düşüncələrimizin daha dəqiq ifadəsi, duyğularımızın açıqca bildirilməsi... üçün
danışığımızda çeşidli vurğulardan yararlanır, söz və cümlələrin deyiliş tonunu, intonasiyamızı
dəyişdirir, səsimizi uzadıb-qısaldır, alçaldıb-ucaldır, yarımçıq kəsir, ara verib durur, kəsik-
kəsik danışır vb. bu kimi fonetik özəlliklərdən istifadə edirik. Həmin fonetik özəlliklər