96
Kənan tipli sözləri
vü-
sət, Kə-
nan kimi hecalarına ayırmaq və yeni sətrə bu hecalarla
keçirmək olar.
74. Sözün bircə ünlüdən ibarət olan ilk hecasını sətrin sonunda saxlamaq olmaz; örn.:
a-
çıq, a-
da, a-
na, i-
şıq, u-
zaq, ü-
züm vb. kimi ayrılan hecalar sətirdən-sətrə
keçirilməz.
75. İki və çoxhecalı sözlərin bircə ünlüdən ibarət olan sonuncu hecasını ayırıb yeni sətrə
keçirmək olmaz; örn.:
bədi
-i, əmtə
-ə, iddi
-a, mətbə
-ə, təbi
-i, şü
-a vb. tipli sözlərin
son hecası yeni sətrə keçirilə bilməz.
76. Eynicinsli qoşa ünsüzü olan sözlərdə qoşa ünsüzü nə sətrin sonunda saxlamaq, nə də
o biri sətrə keçirmək olmaz. Bu sözləri yeni sətrə keçirərkən qoşa ünsüz bir-birindən ayrılır və
bir ünsüz öncəki sətirdə saxlanır, o biri ünsüz isə sonrakı sətrə keçirilir; örn.:
Keçirmək olmaz Keçirmək olar
a-ddım, add-ım ad-dım
do-qquz, doqq-uz
doq-quz
rə-ssam, rəss-am rəs-sam vb.
77. Tərkibində
qram, qrafiya vb. b.k. sözlər işlənmiş mürəkkəb sözlər sətirdən-sətrə
keçirilərkən söz kökü vahidliyi qorunur və mürəkkəb sözün ilk söz kökü sətrin sonunda,
qram, qrafiya tipli ikinci söz kökü isə yeni sətirdə yazılır; örn.:
Keçirmək olmaz Keçirmək olar
diaq-ram
dia-qram
teleq-ram
tele-qram
bioq-rafiya
bio-qrafiya
monoq-rafiya
mono-qrafiya
78. İxtisar və qısaltma sözlər sətirdən-sətrə keçirilərkən heca vahidliyi və qrafik vahidlik
ilkələrindən çıxış edilir və aşağıdakı qaydalar əsas götürülür:
1. Bitişik yazılan mürəkkəb ixtisarlar hecalarla sətirdən-sətrə keçirilir; örn.:
uni
-ver
-
maq, part
-bi
-let, Azər
-ki
-tab vb.
2. Ad və ata adının qısaltması sətrin sonunda saxlanıla və soyad yeni sətrə keçirilə
bilməz; örn.: Ü.Ə.Hacıbəyov şəxs adında nə
Ü., nə də
Ü.Ə. qısaltmasının Hacıbəyov
soyadından ayrılıb ayrıca sətirdə yazılması doğru deyil.
3. Mürəkkəb qısaltma növləri tərkibindəki hərflərin birini (və ya bir neçəsini) sətrin
sonunda qoymaq, o birini (o birilərini) isə yeni sətrə keçirmək olmaz; örn.:
BAB adını
B
-AB,
yaxud BA
-B kimi ayırıb sətirdən-sətirə keçirmək doğru deyil.