Art – Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Microsoft Office Word 2019 proqramı


(Shift cells right - Со сдвигом вправо)



Yüklə 2,05 Mb.
səhifə20/22
tarix31.01.2023
ölçüsü2,05 Mb.
#99859
1   ...   14   15   16   17   18   19   20   21   22
Microsoft Word 2019

(Shift cells right - Со сдвигом вправо) kursorun sağındakı xanalar sağa sürüşdürülərək araya bir xana əlavə edilir;

  • (Shift cells down - Со сдвигом вниз) kursorun aşağısındakı xanalar aşağıya sürüşdürülərək araya bir xana əlavə edilir;

  • (Insert entire row - Вставить целую строку) kursorun olduğu yerə bir sətir əlavə edilir;

  • (Insert entire column - Вставить целый столбец) kursorun olduğu yerə bir sütun əlavə edilir.

    Xanaların ölçülərini dəyişdirməyin müxtəlif yolları vardır. Bunun üçün əvvəlcə ölçüləri dəyişdiriləcək xananın sətir və sütunları seçilir. Sonra (Table Tools - Работа с таблицами) menyusunun (Layout - Макет) alt menyusundan (Cell Size -Таблица) əmri seçilir. Ekrana (Table properties - Свойства таблица) pəncərəsi açılır.
    Hər bir sütunun genişliyini ayrılıqda təyin etmək üçün (Columns – Столбeц) düyməsi sıxılır. Bu zaman (Size - Ширина) sətrində sütunun nömrəsi görsənir. Aşağıdakı qutuya sütunun genişliyi daxil edilir. (Previous column - Предыдуюший столбец) düyməsini sıxıb, bir əvvəlki sütunun da genişliyini təyin etmək olar.
    Sütunların və sətirlərin genişliyini təyin etmək üçün mausdan da istifadə edilir. Mausun oxunu sütunlar və sətirlər arası cizgi üzərinə gətirdikdə iki istiqamətli ox formasını alır. Bu vəziyyətdə mausun sol düyməsini sıxıb sağa\sola sürükləməklə sütunun və sətirlərin genişliyini azaldıb çoxaltmaq mümkündür. Eyni əməliyyatı xətkeş üzərindəki düymələri uyğun istiqamətdə sürükləməklə də yerinə yetirmək olar.
    Cədvəl bir neçə səhifədən ibarət olarsa onda cədvəlin başlıq sətirlərinin digər səhifələrdədə görünməsini təmin etmək üçün (Table Tools - Работа с таблицами) menyusunun (Layout - Макет) alt menyusundan (Data – Данные) sahəsindən (Repeat header Rows - Повторить строки заголовков) əmri seçilir.
    Cədvəldəki siyahıları sütuna görə sıralamaq üçün həmin sütunu seçib, (Table Tools - Работа с таблицами) menyusunun (Layout - Макет) alt menyusundan (Data – Данные) sahəsindən (Sort – Сортировка) əmri seçilir.
    Cədvəldəki mətnin formatlanması sənəddəki mətnin formatlanması ilə eynidir. Bu məqsəd üçün (Layout - Макет) alt menyusunun (Alignment - Выравнивание) bölməsinə daxil olan alətlərdən də istifadə mümkündür
    Cədvəlləri avtomatik formatlaşdırmaq üçün (Table Tools - Работа с таблицами) menyusunun (Design - Дизайн) alt menyusundan istifadə edilir. (Şəkil:61)

    Şəkil:61
    Həmin siyahılardan lazım olan forma seçilir.


    Ekranda hazırlanmış cədvəlin kənarları (sərhədləri) nazik xətlə çəkilir. Bu xətlər xanaları, sətirləri və sütunları bir-birindən ayırır. Cədvəlin xətlərinin stilini, rəngini dəyişmək üçün istifadə olunan əmrlər (Table Tools - Работа с таблицами) - (Design - Дизайн) alt menyusunun (Bordes – Границы) bölməsində cəmlənmişdir.
    Rəngli fırça (Pen Color - Цвет пера) aləti cədvəlin, həmçinin sətirlərin və sütunların və ya xanalrın tipini, sərhədlərin üslubunu və qalınlığını avtomatik dəyişməyə imkan verir. Əməliyyatı yerinə yetirmək üçün sadəcə olaraq (Borders - Рисование границ) qrupuna daxil olan parametrlərdən istənilən birini dəyişmək kifayətdir.
    Xanaya mətn daxil edərkən mətnin uzunluğundan asılı olaraq mətn avtomatik olaraq yeni sətirə keçir.
    Xana daxilində mətn bir neçə sətirdən ibarət ola bilər. Mətni və ya rəqəmi başqa xanaya daxil etmək lazım olanda kursoru başqa xananın üzərinə gətirib sol düymə sıxmalıdır, sonra yeni xanaya mətni və ya rəqəmi daxil edə bilər.
    Cədvəldəki vеrilənləri həm artım, həm də ki, azalma istiqamətində çeşidləmək mümkündür. Cədvəldə çeşidləmə bəzən sütunlar üzrə aparılır, əvvəcə birinci sütundakı verilənlər, sonra isə ikinci sütundakı verilənlər çeşidlənir.
    Çeşidləmə əməliyyatının yerinə yetrilmə ardıcıllığı aşağıdakı kimidir.
    1. Mausun oxu xanalardan istənilən birinin üzərinə gətirilir.
    2. (Layout – Макет) alt menyusundan (Data - Данные) bölməsinə daxil olan (Sort - Сортировка) əmri seçilir. Ekrana (Sort - Сортировка) dialoq pəncərəsi açılır.
    Dialoq pəncərəsində verilənlərin çeşidlənməsi üçün parametrlər verilmişdir. Çeşidlənmə üç səviyyəli aparıla bilər .
    3. (Sort by - Сначала по) qutusundan sütunun sərlövhəsini seçin.
    4. (Type -Тип) qutusunun sağ tərəfində aşağı istiqamətlənmiş qara rəngli üçbucağı sıxın və açılmış siyahıdan (Number - Число) tipini seçin.
    5. (Descending - По убыванию) parametrini aktivləşdirin.
    6. (My list has - Список) sahəsindəki (No header row - Без заголовка) parametrini aktiv olduğuna diqqət yetirin, çünki parametrin passiv vəziyyətində çeşidləmə zamanı sərlövhə də nəzərə alınır.

    Yüklə 2,05 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   14   15   16   17   18   19   20   21   22




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə