Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə23/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   19   20   21   22   23   24   25   26   ...   38

lirik. Amma, nizamımızı pozan ilk şey bu elan oldu. Səkkiz 
həftə əvvəl bu gün, Spoldinq əlində bu qəzetlə büroya gəlib 
belə dedi: “Kaş ki, qırmızısaçlı olsaydım, cənab Vilson.” 
-Elə niyə, - deyə soruşdum. - Baxın, dedi, qırmızısaçlılar 
klubu yeni iş elanı da verib. Olduqca yaxşı maaş verirlər və 
anladığım qədəriylə hələ də işçiyə ehtiyacları var. Adamlar 
əllərindəki  pulla  nə  edəcəklərini  bilmirlər.  Saçımın  rəngini 
dəyişdirə bilsəydim, heç düşünmədən gedərdim. 
-Bu nə klubdur ki, - soruşdum. Evdən tez-tez çıxan bir 
adam deyiləm, cənab Holms. İşimlə evim eyni yerdə olduğu 
üçün  bəzən  həftələrlə  evin  qapısından  kənara  addım  atmı-
ram. Buna görə kənarda nə baş verdiyindən çox da xəbərim 
olmur və dolayısıyla belə xəbərləri dinləmək xoşuma gedir. 
Nə isə... Köməkçim heyrətlə gözlərini bərəldib soruşdu: 
-Qırmızısaçlılar klubunu eşitməmisiniz?  
-Yox, heç eşitməmişəm. 
-Bu həqiqətən də qəribədir, bilirsinizmi? Çünki işlərdən 
biri tam sizə uyğundur. 
-Yaxşı nə qədər verirlər, - deyə soruşdum. 
-İldə yüz-iki yüz, amma iş çox sadə işdir, bir tərəfdən də 
əsas işinizə davam edə bilərsiniz. 
-Təxmin edə  bilərsiniz  ki,  bu  söhbətə  qulaq  şəklədim, 
çünki bir neçə ildir işlər çox yaxşı getmirdi və ildə bir neçə 
yüz sterlinq, vəziyyətimi düzəltməyə çatardı. 
-Mənə hər şeyi izah et, - dedim.  
-Baxın, - dedi elanı göstərərək, - klub işçi axtarır, müra-
ciət edəcəyiniz ünvan da burada yazılıb. Klub, bildiyim qə-
dər, İezeki Hopkins adlı qəribə Amerikalı milyoner tərəfin-
dən qurulub. Özü də qırmızısaçlıymış və bütün qırmızısaç-
lılara böyük simpatiyası varmış; buna görə öldükdən sonra 
mirasının  qırmızısaçlı  insanlara  rahatlıq  yaratmaq  məqsədi 
95
 
 


ilə bir vəqf qurulmasını vəsiyyət edib. Eşitdiyimə görə maaş 
çox yaxşı, iş də çox sadə imiş. 
-Lakin, - dedim, - müraciət edəcək milyonlarla qırmızı-
saçlı var yəqin ki… 
-Düşündüyünüz  qədər  çox  deyil,  -  deyə  cavab  verdi. 
Onsuz da bu elanlar, Londonlu və yetkin insanlar üçün nə-
zərdə tutulub. Bu Amerikalı, iş həyatına gənc ikən London-
da başlayıb və borcunu belə ödəmək istəyib. Deyilənlərə gö-
rə,  saçın  açıq  və  ya  tünd  qırmızı  olması  azdır,  sizinki  kimi 
parlaq qırmızı olması lazımdır. Bəli cənab Vilson, əgər mü-
raciət  etsəydiniz  dərhal  işə  götürülərdiniz;  amma  bəlkə  də 
bir neçə yüz sterlinq üçün dəyməz. 
-Sizin  də  gördüyünüz  kimi  cənablar,  mənim  saçım  çox 
parlaq qırmızı rənglidir  və bu mövzuda mənimlə yarışa bi-
ləcək  kimsə  olmadığını düşündüm.  Mənə elə  gəldi  ki,  Vin-
sent Spoldinq bu mövzuda çox şey bilir. Buna görə, faydası 
toxunacağını  düşünərək,  qapıları  bağlayıb  mənimlə  gəlmə-
yini tapşırdım. Onsuz da o da belə istirahətə çox həvəsli idi. 
Elanda verilən ünvana yollandıq. Belə bir mənzərəni bir da-
ha  görmək  istəmərəm,  cənab  Holms.  Şimaldan,  cənubdan, 
şərqdən və qərbdən, saçında ən kiçik qırmızı bir ton olan hər 
kəs şəhərə gəlib, ünvanı axtarırdı. Flit küçəsi qırmızı saçlı in-
sanlarla  dolub  daşırdı.  Pops  Kurt,  bir  meyvəsatanın  porta-
ğal satdığı piştaxtaya dönmüşdü. Ölkəmizdə qırmızı saçlıla-
rın  bu  qədər  çox  olduğunu  bilmirdim.  Hər  ton  vardı  –  sa-
man, limon, portağal, kirəmit, ciyər, gil; lakin Spoldinqin de-
diyi kimi canlı, parlaq qırmızı yox idi. Mən olsam bu kütləni 
görüb  imtina  edərdim.  Amma  Spoldinqə  söz  başa  sala  bil-
mədim. Necə bacardığını bilmirəm, itələyərək, dartaraq, sü-
rüyərək, məni bir təhər kütlənin arasından çıxarıb büronun 
önündəki pilləkənlərə qədər gətirdi. İki istiqamətdə hərəkət 
96
 
 


vardı, bəziləri ümidlə yuxarı çıxır, digərləri kədərli halda ge-
ri  dönürdü.  Əlimizdən  gəldiyi  qədər  irəlilədik və  sonunda 
büroya girə bildik. 
-Başınıza gələnlər çox maraqlıdır, - deyərək Holms onun 
sözünü kəsdi. Müştərisi bir anlıq dayananda yaddaşını təzə-
ləmək üçün bir az burunotu çəkdi. - Lütfən maraqlı hekayə-
nizə davam edin. 
-Ofisdə, bir neçə stul və arxasında məndən daha qırmızı 
saçlı  cılız  bir  adamın  oturduğu  masadan  başqa  bir  şey  yox 
idi. Gələn hər namizədə nə isə deyir və hər dəfəsində onları 
keçirməyəcək bir neçə qüsur tapa bilirdi. İşə qəbul edilmək o 
qədər də asan görünmürdü. Lakin növbə bizə çatanda bu cı-
lız adam mənə hamıdan daha yaxşı davrandı və xüsusi danı-
şa bilməyimiz üçün qapını bağladı. 
-Bu, cənab Cabez Vilsondur, - dedi köməkçim, - klubda 
işə girmək istəyir. Və şəxsən özü  bu işə çox uyğun gəlir, de-
yə cavab verdi digəri. Lakin nəzərə almalısınız ki, biz də bəzi 
tədbirlər  görmüşük.  Bunu  dedikdən  sonra  iki  əliylə  saçla-
rımdan yapışdı və mən ağrıdan qışqırana qədər dartdı.  
-Gözlərin  yaşardı,  dedi,  saçlarımı  buraxaraq.  Qüsura 
baxmayın  cənab;  bu  mövzuda  diqqətli  olmağımız  lazımdır, 
çünki əvvəldən iki dəfə pariklə, bir dəfə də boyayla aldadıl-
dıq. Yaxşı ki, sizin saçınız həqiqiymiş. 
Pəncərəyə doğru gedərək var gücü ilə işçi götürdükləri 
ilə  bağlı  məlumatı  qışqırdı.  Aşağıdanuğultu  qopdu  və  hər 
kəs fərqli istiqamətlərə doğru gözdən itdi. Artıq məndən və 
müdirimdən başqa qırmızısaçlı qalmamışdı.  
-Mənim  adım  dedi,  Dunkan  Rossdur  və  mən  özüm  də 
əsilzadə hamımızın vəqfindən faydalanan bir təqaüdçüyəm. 
Evlisinizmi cənab Vilson? Uşaqlarınız varmı? 
Olmadığını dedim. 
97
 
 


Üzü birdən tutuldu: 
-Aman Tanrım! Bu həqiqətən çox ciddi məsələdir! Bunu 
eşitdiyimə  kədərləndim  dedi.  Çünki  vəqf,  qırmızısaçlıların 
həm gələcəyini təmin etməyi, həm də çoxalmalarını məqsəd 
olaraq seçib. Subay olmanız böyük şanssızlıqdır. 
-Bunu eşidəndən sonra mən də tutuldum, cənab Holms, 
çünki işə götürülməyəcəyimi düşündüm. Lakin adam bir ne-
çə dəqiqə düşündükdən sonra bunun əhəmiyyətli olmadığı-
nı söylədi. 
-Bir başqası olsaydı ciddi bir çatışmazlıq sayılardı, lakin 
sizin kimi saçları olan biri üçün qaydaları bir az yüngülləş-
dirməliyik. Yeni işinizə nə vaxt başlaya bilərsiniz? 
-  Hə,  bir  az  axmaq  görünə  bilər,  amma  onsuz  da  işim 
var, dedim. 
-  Problem  deyil,  cənab Vilson,  dedi  Vinsent  Spoldinq. 
Bunu həll edə biləcəyinə inanıram. 
-Hansı saatlarda işləyəcəyəm, deyə soruşdum. 
-Ondan ikiyə. 
-Bu kirayə ofisi ən çox axşamlar işləyir cənab Holms, xü-
susilə də ödəmə günündən əvvəlki çərşənbə və cümə axşam-
ları. Buna görə səhərlər çalışmaq mənə sərf etdi. Qaldı ki, kö-
məkçim, o işi yaxşı bilirdi və bir şey lazım olsa həll edə bi-
lərdi. 
-Bu mənə çox uyğundur, dedim. Yaxşı bəs maaşım? 
-Həftədə 4 sterlinq. 
-Bəs görüləcək iş? 
-Tamamilə görüntü xatirinə. 
-Tamamilə görüntü xatirinə deyərkən nə demək istəyir-
siniz? 
-Bütün  iş  boyunca  ofisdə  ya  da  heç  olmasa  binada  ol-
maq  məcburiyyətindəsiniz.  Əgər  çölə  çıxarsanız,  işi  əbədi 
98
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə