-Əvvəllər mən
də elə düşünürdüm, - deyə qadın cavab
verdi. - Amma indi baxmadan da hərflərin harda olduğunu
bilirəm. - Sonra dediklərinin fərqinə vararaq, diksindi. Geniş
və xoş üzündə qorxuya bənzər çaşqın bir ifadə yarandı.
-Deyəsən, mənim haqqımda nə isə eşitmisiniz, cənab
Holms, - deyə çığırdı. - Yoxsa bunları hardan bilirsiniz?
-Vacib deyil, - Holms gülə-gülə dedi. - Bəzi şeyləri bil-
mək mənim işimdir. Bəlkə də başqalarının gözdən qaçırdıq-
ları şeyləri görə bilməyi öyrəndiyim üçündür. Elə olmasaydı
niyə mənim yanıma gələsiniz ki?
-Sizin yanınıza gəldim cənab, çünki sizi xanım Eserec
tövsiyə etdi. Polis də daxil olmaqla hər kəsin öldü deyə ümi-
dini kəsdiyi ərini necə asanlıqla tapdığınızı danışdı mənə.
Eh, cənab Holms, ümid edirəm
mənim məsələmi çözərkən
də eyni uğuru təkrarlayacaqsınız.
Zəngin deyiləm,
amma ya-
zı makinası ilə qazandıqlarımdan başqa ildə yüz sterlinq alı-
ram və cənab Hosmer Angelə nə olduğunu öyrənmək üçün
ondan imtina edərəm.
-Niyə bura gələrkən bu qədər tələsmisiniz, - deyə
Holms soruşdu. Barmaqlarını birləşdirib, gözünü tavana
dikmişdi.
Xanım Mari Süserlandın heç nə ifadə etməyən üzünə ye-
nə boş çaşqınlıq çökdü.
-Bəli, evdən çox tələsik çıxdım. Çünki atam cənab
Vindibankın rahatlığı məni hövsələdən çıxarırdı. Polisə və
ya sizə müraciət etməyi qəbul etmirdi. Heç kəsə zərər dəy-
mədiyini deyərək, nə isə etmək istəmədiyi üçün dəliyə dö-
nürdüm. Mən də evdən çıxıb sizin yanınıza gəldim.
-Atanız hər halda ögeydir, - Holms dedi. - Soyadı fərqli
olduğu üçün deyirəm.
69
-Bəli, ögey atamdır. Məndən sadəcə beş il iki ay böyük
olmasına baxmayaraq, ona ata deməyimin nə qədər gülünc
olduğunu bilirəm.
-Bəs ananız sağdırmı?
-Aha, anam sağdır. Atamın ölümündən qısa müddət
keçmiş evlənməsinə sevindiyimi deyə bilmərəm, cənab
Holms, həm də özündən hardasa
on beş yaş cavan olan birisi
ilə. Atam Totenhem Kurt yolunda montaj işi ilə məşğul idi.
Ölümündən sonra çox yaxşı bir iş miras qoydu. Anam usta-
başı cənab Hardi ilə bir müddət işi davam etdirdi. Amma cə-
nab Vindibank sexi satmağa köməklik etdi. Özü pul məsə-
ləsində çox bacarıqlı olduğu üçün belə olsa çox yaxşı olaca-
ğına anamı inandırdı. Həqiqətən də hissələr və faizlərin mü-
qabilində toplam 4700 sterlinqə qədər pul aldılar. Atam hə-
yatda olsaydı bu qədər pulu heç vaxt qazana bilməzdi.
Şerlok Holmsun belə mənasız və əhəmiyyətsiz bir he-
kayəyə səbirsiz davranacağını gözləyirdim. Ancaq əksinə,
böyük diqqətlə və maraqla dinləyirdi.
-Sizin kiçik gəliriniz bu işdən gəlir?
-Yox, cənab. O tamamən ayrıdır. Auklanddakı Ned
əmimdən qalıb mənə. Hissələr Yeni Zellandiya birjasındadır
və 4,5 faiz gəlir gətirir. Əsas məbləğ iki min beş yüz ster-
linqdir. Amma yalnız faizini ala bilirəm.
-Son dərəcə maraqlıdır, - dedi Holms. - İldə yüz sterlinq
məbləğində bir gəlirlə şübhəsiz ki, gəzib, dolaşıb xoş gün ke-
çirirsiniz. Çünki subay bir xanımın bir ildə 60 sterlinqlə belə
gül kimi dolana biləcəyinə inanıram.
-Bundan az olsa da, dolana bilərəm, cənab Holms. Am-
ma təsdiq edərsiniz ki, evdə olduğum müddətdə onlara yük
olmaq istəmirəm. Ona görə də pulumdan istifadə etmələrinə
icazə verirəm. Cənab Vindibank faizi alıb, anama verir. Mən
70