məmə baxmayaraq bir nəticə çıxara bilmədim. Yenə də o
müəyyən naməlum qorxu duyğusunu üstümdən tamamilə
ata bilmədim. Hərçənd həftələr keçdikcə təsiri yüngülləşir və
gündəlik həyat davam edirdi. Amma əmimdə dəyişikliklər
yaranmağa başladığını fərq edirdim. Əvvəlkindən daha çox
içməyə və cəmiyyətdən daha da çox uzaqlaşmağa başlamış-
dı. Zamanının çoxunu, qapısını içəridən kilidlədiyi otağında
keçirirdi. Amma bəzən sərxoş kimi dəlicəsinə otaqdan bayıra
atılır, əlində tapançası, evi alt-üst edərək bağçaya çıxır və
kimsədən qorxmadığını, heç kimsənin onu bir qoyun kimi
yerə soxa bilməyəcəyini söyləyirdi. Əsəbi keçdikdən sonra
evə girir və ruhunun dərinliklərindəki qorxuya təslim olan
adam kimi qapını kilidləyir və mürgüləyirdi. Belə zaman-
larda, ən soyuq günlərdə belə, üzü tərdən islanırdı. Səbrinizi
daha çox sınağa çəkmədən məsələnin özünə gəlsək, cənab
Holms, bir gecə yenə sərxoş şəkildə evdən atıldı və daha geri
dönmədi. Onu axtarıb bağçanın aşağısındakı hovuzda üzü
suya atılmış halda tapdıq. Zorakılıq əlaməti olmadığından
və hovuz da yalnız yarım metr dərinliyində olduğu üçün,
məhkəmə əmimin qəribə davranışlarını da nəzərə alaraq “in-
tihar” qərarı verdi. Mən, onun ölümün düşüncəsindən belə
qorxduğunu bildiyimdən, bunu necə etdiyini anlaya bilmə-
dim. Lakin məsələ zamanla unuduldu və atam ərazini və
bankdakı 14.000 sterlinqi əldə etdi.
-Bir dəqiqə, deyərək Holms onun sözünü kəsdi. - Bu,
dinlədiyim ən maraqlı hekayələrdən biridir. Lütfən, əmini-
zin məktubu aldığı və intihar etdiyi iddia edilən tarixləri
söyləyərsinizmi?
-Məktub 10 Mart 1883-cü ildə gəldi və əmim yeddi həftə
sonra, 2 may gecəsi öldü.
-Təşəkkür edirəm. Lütfən davam edin.
124
-Atam, Horşamdakı ərazini aldıqdan sonra, mənim istə-
yimə görə, hər zaman kilidli olan çardaqdakı otaq diqqətli
şəkildə araşdırıldı. İçindəkilər yox edilmiş olmasına baxma-
yaraq, qutu orada idi. Atam həmişə qardaşına gülürdü, am-
ma indi, eyni şey onun da başına gəlincə, çox qorxmuş və
çaşqın görünürdü.
-Bu nə deməkdir Con? - deyə kəkələdi.
-Tamam donmuşdum. “K. K. K.” dedim.
-Zərfin içinə baxdı. Eynidir, deyə qışqırdı. “Hərflər ey-
nidir. Amma üzərlərində yazılanlar nədir?
-“Kağızları günəş saatının üstünə qoy”, atamın çiyininin
üstündən oxudum.
-Nə kağızları? Nə günəş saatı deyə soruşdu.
-Bağçadakı günəş saatı. Başqası yoxdur, dedim, amma
bəhs edilən kağızlar yox edilən kağızlardır yəqin.
-Yaxşı görək, dedi cəsur görünməyə çalışaraq. Mədəni
bir ölkədə yaşayırıq; belə axmaqlıqlara inanası deyilik. Ha-
radan gəlib bu?
-Dundidən, deyə cavab verdim markaya baxaraq.
-Çox axmaq zarafatdır, dedi. Günəş saatıyla, kağızlarla
nə işim var? Belə axmaqlıqlara baş qoşmaram.
-Polislə danışmalıyıq, dedim.
-Sonra da lağ hədəfi olaq eləmi? Mümkün deyil belə şey!
-Elə isə icazə ver mən özüm tək məşğul olum.
-Xeyr sənə də icazə vermirəm. Belə bir axmaqlığa görə
ortalığı qarışdırma.
-Onunla mübahisə etmək boş-boşuna vaxt itkisi idi.
İnadçı bir adamdır. Amma mənim içim rahat deyildi. Mək-
tub gəldikdən üç gün sonra, atam, Portsdovn Hilldə vəzifə-
də olan dostu, mayor Fribodyu görməyə getdi. Getməsinə
sevindim, çünki evdən uzaq olduğu müddətcə təhlükəsiz-
125
likdə olacağını düşünmüşdüm. Amma yanılmışam. Getdik-
dən iki gün sonra, mayordan, dərhal gəlməmi xahiş edən bir
teleqraf aldım. Atam çuxura düşüb, kəllə sümüyünü qırmış,
yatağa düşmüşdü.
Təəssüf ki, mən ora çatmadan dünyasını dəyişdi. Deyi-
lənə görə qaranlıqda Farhamdan dönürmüş və yolu yaxşı
bilmədiyindən və ətrafında işarə olmadığından çuxura düş-
müşdü. Məhkəmə “qəza nəticəsində ölüm” qərarı verdi.
Ölümüylə əlaqədar bütün gerçəkləri araşdırdım, amma cina-
yət olduğuna dair heç bir dəlil tapa bilmədim. Hər hansı bir
şiddət əlaməti, ayaq izləri, soyğun, ətrafda görülən yad
adamlar və s. yox idi. Heç nəyə baxmayaraq, düşüncələrimin
heç də rahat olmadığını söyləməmə ehtiyac yoxdur, məncə.
Bunun sui-qəsd olduğuna aşağı-yuxarı əmin idim. "Mirası
belə xoşagəlməz bir şəkildə aldım. Niyə imtina etmədiyimi
soruşa bilərsiniz, cavab verim; bu bəlanın hansısa şəkildə
əmimin keçmişindən qaynaqlandığını və təhlükənin məni,
başqa bir yerdə də olsam, tapacağına əmin idim. Yazıq atam
85-in yanvarında taleyin toruna düşdü və o günün üzərin-
dən iki il səkkiz ay keçib. Bu müddət boyunca Horşamda
xoşbəxt şəkildə yaşadım. Qəfildən, bu lənətin ailəmin üzə-
rində olduğunu və son nəsillə birlikdə sona çatdığını dü-
şünməyə başlamışdım ki, dünən səhər, atama gələn şeyin
eynisi mənə də gəldi. Gənc adam pencəyinin cibindən qırış-
mış bir zərf çıxardı. Masaya yaxınlaşaraq, zərfi yellədi və
içindən beş dənə kiçik portağal çəyirdəyi düşdü.
-Zərf budur, - deyə davam etdi. Markaya baxsaq Londo-
nun qərb bölgəsindən gəlib. Atamın son məktubundakı “K.
K. K.” və “Kağızları günəş saatının üstünə qoy” yazıları bu-
nun da içində var.
-Yaxşı siz nə etdiniz? - soruşdu Holms.
126
-Heç bir şey.
-Heç nə?
-Düzünü demək lazımdırsa, - üzünü incə, ağ əllərinin
arasına aldı – özümü çarəsiz və üstünə gələn ilanı görən ya-
zıq bir dovşan kimi hiss etdim. Dözülməz və qarşısıalınmaz
lənətin pəncəsindəki kimiydim.
- Belə etməyin, - Holms dedi. - Hərəkətə keçməlisiniz
dostum, yoxsa məhv olarsınız. Sizi yalnız hərəkət xilas edə
bilər. Ümidsizliyin zamanı deyil.
-Polisə getdim.
-Eləmi?
-Amma hekayəmi təbəssümlə qarşıladılar. Müfəttişin,
məktublara zarafat və qohumlarımın ölümünə isə, məhkə-
mənin də qərarına uyğun bir şəkildə, qəza gözüylə baxdığı-
na əminəm.
Holms birləşdirdiyi əllərini havada yellədi. "Axmaqlar!"
- deyə qışqırdı.
-Amma evdə mənimlə qalması üçün polis məmuru
ayırdılar.
-O da bu gecə sizinlə gəlibmi?
-Xeyr. Ona yalnız evdə qalmaq üçün əmr verilib.
Holms yenə lənət oxudu.
-Mənə niyə müraciət etdiniz? - deyə sual verdi. Niyə bü-
tün bunlardan sonra dərhal mənə müraciət etmədiniz?
-Bilmirdim. Ancaq bu gün, problemimi Mayor Prender-
qasta danışanda eşitdim adınızı. Sizə müraciət etməyimi o
tövsiyə etdi.
-Məktubu aldığınızdan bu yana iki gün keçib. Onlardan
əvvəl hərəkət etməliyik. Düşünürəm bu izah etdiklərinizdən
başqa əlavə edəcəyiniz bir şey yoxdur.
127
Dostları ilə paylaş: |