-Bir şey də var, - dedi Con Openşou. Pencəyinin ciblərini
eşələyərək, rəngi solmuş, mavi kağız çıxardı və masaya yay-
dı. “Xatırladığım bir şey var” – dedi. Əmimin kağızları
yandırdığı gün fərq etmişdim ki, küllərin arasında tamamilə
yanmamış parçalar bu rəng idi. Bu tək səhifəni yerdə, ota-
ğında tapdım. Hər halda digərlərinin arasından düşərək xi-
las olub. Çəyirdəklər qədər bizə çox köməyi olacağını dü-
şünmürəm, amma yazı yüz faiz əmimə aiddir və səhifə, xü-
susi bir sənəddən alınmış vərəqə bənzəyir.
Holms, lampanı üzərinə tutdu və ikimiz diqqətlə baxa-
raq, kitabdan qoparılmış olduğunu düşündüyümüz bu ka-
ğıza baxdıq. Başında "Mart 1869" yazılmışdı və başlığın al-
tında, aşağıdakı tapmacaya bənzər şeylər yazılmışdı:
“4-ü. Hudson gəldi. Yenə eyni platforma.
7-si. Çəyirdəkləri Paramoredə Mak Kauleyə, Sant Aqus-
tində Con Svainə göndərdik.
9-u. Mak Kauley təmizləndi.
10-u. Con Svain təmizləndi.
12-i. Paramor ziyarət edildi. Hər şey yolundadır.
-Təşəkkür edirəm! - dedi Holms, kağızı qatlayıb qonağı-
mıza verərkən. - Artıq siz vaxt itirmədən evinizə gedib hə-
rəkətə keçməlisiniz. Mənə izah etdiklərinizi müzakirə edə-
cək zamanımız yoxdur.
-Yaxşı nə edəcəyəm?
-Ediləcək tək şey var və bu dərhal edilməlidir. Bizə gös-
tərdiyiniz bu kağızı, haqqında danışdığınız o qutuya qoyun.
Əminizin digər bütün kağızları yandırdığını və qalan tək sə-
hifənin bu olduğunu açıqlayan qeyd də qoyun qutuya. Bu
şərhin qaneedici olmasına diqqət yetirin. Bunu etdikdən
sonra, ifadə edildiyi kimi, qutunu günəş saatının üstünə qo-
yun. Anladınızmı?
128
-Tamamilə!
-Bu an üçün intiqam və ya buna bənzər bir şey düşün-
məyin. Düşünürəm ki, bunu qanun yoluyla həll edərik; am-
ma ilk mərhələdə onların etdiyi kimi biz də öz torumuzu
hörməliyik. Hələlik ən əhəmiyyətli şey bu təhlükəni ortadan
qaldırmaqdır. Sonra bu sirri çözüb günahkarları cəzalandı-
rarıq.
-Təşəkkür edirəm, - dedi gənc adam qalxıb paltosunu
götürərkən. - Mənə həyat və ümid verdiniz. Dediklərinizi
eynilə yerinə yetirəcəyəm.
-Qəti vaxt itirməyin və bu vaxt, hamısından əhəmiyyət-
lisi özünüzə çox diqqət edin, çünki həqiqətən böyük bir
təhlükəylə qarşı-qarşıya olduğunuzdan heç bir şübhəm qal-
madı. Evə necə dönəcəksiniz?
-Vaterlodan qatarla.
-Saat hələ doqquz olmayıb. Küçələr hələ izdihamlı ola-
cağından əmin ola bilərsiniz. Amma yenə də özünüzü kifa-
yət qədər yaxşı qoruya bilməzsiniz.
-Silahım var.
-Baxın bu yaxşıdır. Macəranızla bağlı işə sabah başlaya-
cağam.
-O halda Horşamda görüşəcəyik.
-Xeyr, sizin sirrinizin cavabı Londondadır. Onu burada
axtaracağam.
-O zaman bir-iki günə qədər qutu və kağızlarla bağlı nə
baş versə, bu barədə sizə xəbər verərəm. Söylədiklərinizi ol-
duğu kimi yerinə yetirəcəyəm.
Bizimlə əl sıxışaraq ayrıldı.
Çöldə külək hələ fit çalır və yağış, pəncərələrə çırpılırdı.
Bu qəribə, ağlasığmaz əhvalat sanki çöldəki fırtınadan gəl-
mişdi və təkrar onun içində itib getmişdi.
129
Şerlok Holms, başını əyib, ocağa baxa-baxa bir müddət
səssizcə oturdu. Sonra tənbəkisini yandırdı və arxasına söy-
kənərək, tavana yüksələn mavi tüstünü seyr etdi:
-Uatson, nəhayət ki, yəqin indiyə qədər qarşılaşdığımız
hadisələrin arasındakı ən fövqəladəsi bu olacaq.
-Dördlüyün işarəsini çıxmaq şərti ilə…
-Doğrudur, o xaric. Amma məncə, bu bizim Con Open-
şou daha da böyük təhlükədədir.
-Yaxşı, bu təhlükənin nə olduğu haqqında bir fikirin
varmı? - deyə soruşdum.
-Bəzi nöqtələr açıq-aşkar ortadadır, - deyə cavab verdi.
-Hansı nöqtələr? Bu “K. K. K.” hərfləri nədir və bu bəd-
bəxt ailədən nə istəyir?
Şerlok Holms, gözlərini yumdu, barmaq uclarını birləş-
dirdi və dirsəklərini kreslonun kənarına söykədi.
-İdeal şəkildə fikir yürüdən adam, deyə danışmağa baş-
ladı, - bir məlumatı bütün şərtlər altında gördükdən sonra,
ondan yalnız o ana qədər olan hadisələr zəncirini deyil, gə-
ləcəkdə meydana gələ biləcək nəticələrini də çıxara bilməli-
dir. Necə ki, Kuvier, tək bir sümüyə baxaraq bütün heyvanı
təsvir edə bilirsə, zəncirdəki bir halqanı tamamilə qavraya
bilmiş bir müşahidəçi də həm əvvəlki, həm də sonrakı hal-
qaları tam bir əminliklə təsvir edə bilməlidir. Səbəbin tək ba-
şına çatacağı nəticəni hələ qavraya bilməmişik. Problemlər,
ancaq hisslərin təsirindən xilas olduqdan sonra həll edilə bi-
lər. Məntiqli düşünən adam, üslubu ən üst nöqtələrinə yük-
səldə bilmək üçün məlumat sahəsinə girən bütün gerçəkləri
istifadə etmək məcburiyyətindədir; və bütün məlumatlara
sahib olma, öz içində bu günkü sərbəst təhsil və ensiklope-
diya çağında, çatılması çətin bir hədəfdir. Əslində bir insa-
nın, içində lazımlı olan bütün məlumatlara sahib olması qey-
130
ri-mümkün deyil və mənim də çalışdığım şey budur. Səhv
xatırlamıramsa, bir dəfə dostluğumuzun ilk günlərində, mə-
nim xüsusiyyətlərimi çox yaxşı bir şəkildə ifadə etmişdin.
-Bəli, - deyə cavab verdim gülərək. Orijinal bir yanaşma
idi. Fəlsəfə, astronomiya və siyasət bilgilərinə sıfır vermiş-
dim, deyəsən. Botanika dəyişən; geologiya, şəhərin səksən
kilometrlik bir sahəsindəki palçıq izlərini tanıyacaq qədər
yaxşı, kimya özünə xas, anatomiya sistemsiz, romantik ədə-
biyyat və cinayət qeydləri bənzərsiz; kamançı, boksçu, qılınc
ustası, kokain və tütünlə özünü zəhərləməyə meyilli. Yəqin
analizimin ana nöqtələri bunlar idi.
Holms bu son sözlərimdən sonra gülümsədi:
-O zaman da dediyim kimi, bir insan, beynindəki otaq-
ları istifadə edə biləcəyi əşyalarla döşəməli və geri qalanları
da istədiyi zaman çıxarıb istifadə edə biləcəyi bir yerə, kitab-
xanasına, yerləşdirməlidir. İndi, bu gecə dinlədiyimiz heka-
yəyə nəzər salsaq, bütün qaynaqlarımızı istifadə etməmiz la-
zım olacağı dəqiqdir. Lütfən arxandakı rəfdə dayanan Ame-
rikan Ensiklopediyasının “K” cildini verə bilərsənmi? Vəziy-
yətimizə baxaq və ondan nə çıxara biləcəyimizi düşünək. İlk
olaraq, Polkovnik Openşounun Amerikadan ayrılması üçün
güclü bir səbəbinin olduğunu fərz edərək başlayaq.
Onun yaşındakı insanlar vərdişlərini dəyişdirmək istə-
məzlər və Floridanın gözəl iqlimini buraxıb İngiltərədə bir
çöl qəsəbəsində tənha həyatı seçməzlər. İngiltərədə tək başı-
na yaşamağa olan həddindən artıq düşkünlüyü, birindən, ya
da bir şeydən qorxmuş ola biləcəyini göstərir. Buna görə fər-
ziyyəmizi, birindən və ya bir şeydən qorxduğu üçün Ameri-
kadan ayrıldığını söyləyərək, genişlədə bilərik. Qorxduğu
şeyin nə olduğuna gəlincə... Bunu da ancaq, özünə və varis-
131
Dostları ilə paylaş: |