lərinə gələn o qorxunc məktubları nəzərə alaraq tapa bilərik.
Məktubların üstündəki markalara diqqət yetirdinmi?
-Birincisi Pondiçerridən, ikincisi Dundidən, üçüncüsü
də Londondan gəlib.
-Londonun şərqindən. Burdan nə başa düşürsən?
-Hamısı da liman şəhəridir. Göndərən gəmidə ola bilər.
-Mükəmməl. Artıq bir ipucumuz var. Göndərən şəxs gə-
midə olmasının ehtimalı həqiqətən də yüksəkdir. İndi başqa
bir nöqtəyə diqqət edək. Pondiçerridən gələn təhdid məktu-
buyla təhdidin yerinə yetirilməsi arasında yeddi həftə, Dun-
didə isə yalnız üç, dörd gün var. Bu sənə bir şeylər xatırla-
dırmı?
-Qət edilən məsafə daha uzundur.
-Amma unutma ki, məktub da eyni şəkildə daha uzun
bir məsafədən gəlib.
-O halda əhəmiyyətli nöqtəni qaçırmışam.
-Heç olmasa, haqqında danışdığımız gəminin yelkənli
olduğunu irəli sürə bilərik. Xəbərdarlıqlarını həmişə yola
çıxmadan əvvəl göndərirlərmiş. Dundidən sonra işin nə qə-
dər tez olduğunu gördün. Pondiçerridən buxarlı gəmi ilə
gəlsəydilər məktubla az qala eyni zamanda gələrdilər. Hal-
buki düz yeddi həftə keçib. Düşünürəm bu yeddi həftə,
məktubu gətirən məktub gəmisiylə, göndərəni gətirən gəmi
arasındakı fərqi açıqlayır.
-Ola bilər.
-Olma ehtimalı çox yüksəkdir. İndi bu məsələnin sona
yaxınlaşdığını və niyə gənc Openşouya tələsik hərəkət et-
məsini dediyimi anlayırsanmı? Məktubu göndərənlər, ara-
dakı məsafəni qət edər-etməz hərəkətə keçirlər. Və bu səfərki
Londondan gəldiyi üçün gecikə bilmərik.
132
-Aman Tanrım! - deyə qışqırdım. Bu mərhəmətsiz təqi-
bin səbəbi nə ola bilər ki?
-Openşoudakı kağızlar, gəmidəki adam, ya da kəslər
üçün həyati bir əhəmiyyət daşıya bilər. Əslində birdən çox
adam olmalıdır bu işin içində. Bir adam, tək başına, istintaqı
yanıldacaq qədər səhvsiz iki cinayət işləyə bilməz. Bir neçə
adam olmalıdır və bu insanlar, kağızlar kimin əlində olursa-
olsun, onları ələ keçirməyə qəti qərar veriblər. Bu şəkildə
baxsan, “K.K.K.”-nın bir insanın deyil, bir birliyin işarəsi ol-
duğunu anlarsan.
-Yaxşı, amma nə birliyi?
-Daha əvvəl heç Ku Kluks Klan deyə bir şey eşitməmi-
sənmi? - Şerlok Holms, kal səslə, önə əyilərək dilləndi.
-Heç eşitməmişəm.
Holms, çoxcildliyin səhifələrini çevirdi. Bax buradadır,
dedi:
-Ku Kluks Klan. Bir tüfəngin doldurularkən çıxardığı
səslərdən yaranmış bir addır. Bu qorxunc, gizli təşkilat, Və-
təndaş müharibəsidən sonra Cənub əyalətlərindəki köhnə
Konfederasiya əsgərləri tərəfindən qurulmuş və qısa za-
manda, Tennessee, Luizana, Karolina, Corciya və Florida ki-
mi, ölkənin müxtəlif yerlərində yerli qollara ayrılmışdır.
Əsasən, zənci seçiciləri qorxutmaq və öz fikirlərinə qarşı
olanları öldürmək və ya ölkədən sürgün etmək şəklində si-
yasi məqsədləri vardı.
Ümumiyyətlə hərəkətə başlamamışdan əvvəl qəribə,
amma yaxşı bilinən şeylər göndərərək, qurbanı xəbərdar
edirdilər. Bu bir palıd budağı, qarpız toxumu və ya portağal
çəyirdəyi olurdu. Bunlar əlinə çatandan sonra, qurban ya
açıq bir şəkildə istəniləni etməli, ya da ölkədən getməlidir.
Əgər meydan oxumağa cəhd etsə, çox vaxt qəribə və
133
gözlənilməz şəkillərdə öldürülürmüş. Birlik, o qədər mü-
kəmməl təşkilatlanmış və üsulları o qədər sistemli idi ki on-
lara etiraz etməyi bacara bilənlər olmamışdır. Birləşmiş Ştat-
lar hökumətinin və Cənubdakı əsilzadələrin səylərinə bax-
mayaraq, təşkilat bir neçə ildə daha da inkişaf etmişdir. Nə-
hayət 1869-cu ildə, bu hərəkat sürətlə çökdürüldü. Lakin o
tarixdən bu yana, müxtəlif yerlərdə tək-tük hərəkətlərə hələ
rast gəlinməkdədir.
Sənin də gördüyün kimi,- dedi Holms, əlindəki kitabı
yerə qoyaraq, təşkilatın ani dağılmasıyla Openşounun Ame-
rikadan ayrılması eyni tarixlərə düşür. O və ailəsini təqib
edən şeyin nə olduğunu görürsən. Başa düşürsən ki, bu
qeydlər və gündəlik, cənubdakı təşkilat işçilərini ortaya çı-
xaracaq qədər əhəmiyyətli ola bilər. Bəlkə bir çoxları gecə ra-
hat yata bilmir.
-O zaman, gördüyümüz o səhifə...
-Bəli, düşündüyümüz kimidir. Səhv xatırlamıramsa belə
yazılmışdı: çəyirdəklər A, B və C-yə göndərildi - yəni təşki-
latın xəbərdarlıqları göndərilib. Sonra da, A və B-nin təmiz-
ləndiyinə və ya ölkəni tərk etdiyinə və son olaraq da Çinin
ziyarət edildiyinə dair bəzi məlumatlar verilmişdi. Bu və-
ziyyətdə doktor, düşünürəm ki, hadisəyə işıq tuta biləcəyik.
Hazırda gənc Openşonun tək şansı, dediklərimi etməsidir.
Bu gecə deyiləcək və ya ediləcək başqa bir şey qalmayıb. İn-
di skripkamı uzatsan, çöldəki pis havanı və ondan da pis
adamları, yarım saatlığına unutmağa çalışa bilərik.
Ertəsi gün səhər hava açıq idi və günəş, bu böyük şəhə-
rin üstündəki örtüyünün arxasından solğun görsənirdi. Aşa-
ğıya enəndə, Şerlok Holms nahara çoxdan əyləşmişdi.
-Səni gözləmədiyim üçün bağışla – dedi. Amma bu gün
Openşou hadisəsiylə ciddi şəkildə məşğul olacağam.
134
-Nələr edəcəksən? - deyə soruşdum.
-Hər şey edəcəyim ilkin istintaqın nəticələrinə bağlıdır.
Nəticədə Horşama belə getmək məcburiyyətində qala bilə-
rəm.
-İlk olaraq oraya getməyəcəksənmi?
-Xeyr, əvvəl şəhərə dəyəcəyəm. Sən zəngi bas; xidmətçi
qəhvəni gətirər.
Gözləyərkən, açılmamış qəzeti götürüb nəzər saldım.
Qanımı donduran başlıqla qarşılaşdım.
-Holms, deyə qışqırdım, çox gecikmisən.
-Ah!- dedi, əlindəki fincanı yerə qoyaraq. Mən də bun-
dan qorxurdum. Necə olub? Sakit danışırdı, amma sarsılmış
olduğunu görə bilirdim.
-Baxar-baxmaz gözümə Openşou adı dəydi və sonra da
“Vaterloo körpüsü yaxınlarında kədərli hadisə” başlığı. Xə-
bər belədir:
"Dünən gecə saat doqquz, on arasında, Vaterloo körpü-
sü yaxınlarında patrul keşiyi çəkən “H bölgəsi” polis müfət-
tişi Kuk, imdad çağırışı və sonra isə birinin suya düşdüyü-
nü eşidib. Gecənin qaranlıq və fırtınalı olmasına görə ora-
dan keçməkdə olanların səylərinə baxmayaraq, xilasetmə
müvəffəqiyyətli olmayıb. Həyəcan siqnalı verildiyi üçün, cə-
səd dəniz polisinin köməyilə sudan çıxarıldı. Cibindən çı-
xan bir zərfdən öyrənildiyinə görə, cəsədin, Horşam yaxın-
larında yaşayan Con Openşou adında bir gəncə aid olduğu
aydın oldu. Vaterloo stansiyasına, son qatara çata bilmək
üçün qaçarkən, tələskənlik etdiyi üçün həddindən artıq qa-
ranlıq olduğuna görə, yolunu azdığı və buxarlı gəmilərin da-
yandığı yerdəki bir boşluqdan düşdüyü təxmin edilir. Cəsəd
üzərində zorakılığa rast gəlinmədiyi üçün, mərhumun təsa-
düfi qəzaya qurban getdiyi aydın olur. Bu hadisə, səlahiy-
135
Dostları ilə paylaş: |