-Səni orada görəndə həqiqətən çaşdım.
-Bəs, mənim səni orada görməyim?
-Tanışımı axtarırdım.
-Mən də düşmənimi.
- Düşmənini?
-Bəli, əbədi düşmənlərimdən birini. Daha doğrusu, təbii
ovlarımdan birini. Qısacası Uatson, çox fərqli araşdırmanın
içindəyəm və həmişə etdiyim kimi, bir ipucu tapa bilmək
üçün bu sərxoşların ağzını aramağa gəldim. Əgər məni tanı-
saydılar həyatım böyük təhlükədə olardı. Oranı daha əvvəl
də istifadə etmişəm; yeri işlədən alçaq Laskar məni tanıyır və
məndən intiqam alacağına dair and içmişdi. Binanın arxasın-
dan Paul sahilinə çıxan gizli qapının dili olsaydı aysız gecə-
lərdə yaşanan qəribə hekayələri danışardı.
-Nə? Cinayət baş verdiyini demək istəyirsən?
-Bəli, cinayət. O dəliyə girib öldürülən hər yazıq üçün
1000 sterlinq alsaydıq zəngin olmuşduq. Ora çay sahilindəki
ən mərhəmətsiz cinayət tələsidir və məncə Neville St. Kleyr-
də bir daha heç vaxt çıxmamaq üzrə ora girib. Amma gözlə,
tələmizi buralarda bir yerə qurmuşduq. İşarə barmaqlarını
dişlərinin arasına apararaq fit çaldı. Bu işarəyə uzaqdan bir
cavab gəldi və az sonra təkər cırıltıları və atların səsləri eşi-
dildi.
-Hə, Uatson, - Holms, atlı araba qaranlığı yaran sarı fa-
ralarıyla açıqlığa çıxanda dilləndi, - mənimlə gəlirsən, elə
deyilmi?
-Əgər köməyim toxunacaqsa.
-Etibarlı bir dost hər zaman işə yarayar; bir hekayə ya-
zarı isə daha da çox işə yarayar. “The Cedars”dakı otağımda
əlavə bir yataq var.
-“The Cedars”?
145
-Bəli, ora cənab St. Kleyrin evidir. İstintaqı icra etdiyim
müddətdə orada qalacağam.
-Bu yer tam olaraq haradadır?
-Şəhərdə, Li yaxınlığındadır. Önümüzdə yeddi millik bir
yol var.
-Lakin hələ heç bir şey bilmirəm.
-Əlbəttə bilmirsən. Bir az sonra öyrənərsən. Arabaya
min. Tamam Con, artıq sənə ehtiyacımız yoxdur. Buyur, sə-
nə yarım qızıl. Sabah saat on bir ərəfəsində gəl. Görüşərik!
Atları yüngülcə qırmancladı və birlikdə, qaranlıq və
kimsəsiz küçələrə daldıq. Getdikcə genişləyən yol, altındakı
murdar çayın lal axdığı geniş bir körpüyə çevrilirdi. İrəlidəki
monoton kirəmit yığınının səssizliyi, bir polisin ağır və ni-
zamlı ayaq səsləri və ya ətrafdan keçən bir neçə sərxoşun
mahnıları ilə arada-sırada pozulurdu. Göydə bir bulud ya-
vaşca sürünür və sağda-solda, buludların arasından bir-iki
ulduz göz qırpırdı. Holms arabanı başı sinəsində, dərin dü-
şüncələrə dalmış bir halda səssizcə sürərkən mən də yanın-
da oturmuş, güclərini səfərbər etdiyi anlaşılan bu yeni araş-
dırmanın detallarını maraq edirdim; amma düşüncələrinin
axışını pozmamaq üçün soruşmağa çəkinirdim.
Bir neçə mil daha getdikdən sonra şəhərin arxa məhəl-
lələrinin sərhədinə gəlmişdik ki, Holms silkələnib çiyinləri-
ni düzəltdi və siqarını yandırdı:
-Susmaq mövzusunda müdhişsən, Uatson. Bu sənin nə
qədər qiymətli dost olduğunu göstərir. Əslində danışacaq
bəzilərinin olması mənim üçün çox əhəmiyyətlidir, çünki bu
ankı düşüncələrim heç də xoş deyil. Bu gecə qapıda qarşıla-
şanda kiçik qadına nə deyəcəyimi düşünürəm.
-Unutma ki, mən hələ bu məsələylə əlaqədar heç bir şey
bilmirəm.
146
-Sənə Liyə gedənə qədər izah edə bilərəm. Çox sadə gö-
rünməsinə baxmayaraq hələ irəliləyiş əldə edə bilməmişəm.
İp çox, amma mən uclarını tapa bilmirəm. İndi sənə hadisə-
ni açıq və qısaca izah edim. Bəlkə də sən mənim görə bilmə-
diyim bir qığılcım görərsən.
-Davam et.
-Bir neçə il əvvəl – dəqiq desək, 1884-cü ilin mayında -
adı Neville St. Kleyr olan və pulu çox olması hiss edilən bir
cənab Liyə gəlir. Böyük bir villa alıb gözəlcə döşəyir və
zövq-səfa içində yaşamağa başlayır. Zamanla ətrafda dostlar
qazanır və 1887-ci ildə yerli pivə istehsalçısı olan bir emalat-
çının qızıyla evlənib və iki uşaqları olub. Konkret işi yox
imiş, amma bir neçə şirkətlə əlaqələri olduğundan səhərlər
nizamlı olaraq şəhərə gedər və axşamlar Kannon küçəsin-
dən 5:14 qatarıyla geri dönərmiş. Cənab St. Kleyr indi otuz
yeddi yaşındadır, mülayim şəxsiyyətə sahib olan yaxşı ər,
sevgi dolu ata və onu tanıyan hər kəsin sevdiyi bir insandır.
Öyrəndiyimizə görə, “Capital&Counties” bankında 220 ster-
linq krediti və buna uyğun 88 sterlinq borcu varmış. Ona gö-
rə, pulu düşünəcək biri olduğunu sanmıram.
Keçən bazar ertəsi cənab Neville St. Kleyr, şəhərə hər za-
man olduğundan daha erkən gedib və gedərkən iki əhəmiy-
yətli işi olduğunu və evə döndüyündə kiçik oğluna bir qutu
oyuncaq kirəmit aparacağını deyib. Yenə eyni gündə arvadı
o çıxdıqdan dərhal sonra, gözlədiyi paketin Aberdin Nəq-
liyyat Şirkətinə gəldiyini bildirən bir teleqram alıb. Əgər
Londonu yaxşı tanıyırsansa bu şirkətin bürosunun bu gecə
qarşılaşdığımız Yuxarı Svandam küçəsinin şimalında, Fresno
küçəsində olduğunu bilirsən. Xanım St. Kleyr günorta ye-
məyini yemiş, şəhərə getmiş, bir az alver etmiş, şirkətin bü-
rosuna gedərək paketini götürmüş və 4:35 radələrində Svan-
147
dam küçəsindən keçərək stansiyaya doğru yola düşmüşdür.
Bura qədəri aydındırmı?
-Hər şey çox açıqdır.
-Xatırlayırsansa, bazar ertəsi günü hava həddindən artıq
isti idi. Xanım St. Kleyr yavaş-yavaş gedərək bir fayton ax-
tarmağa başlamışdır, çünki olduğu səmt heç xoşuna gəlmir-
miş. Svandam küçəsindən aşağı gedərkən birdən bir qışqırıq
eşitmiş və ərinin bir binanın ikinci qatından ona işarə etdiyi-
ni görüb təəccübündən donub qalmışdır. Açıq pəncərədən
ərinin son dərəcə əzablı üzünü diqqətə çarpan bir şəkildə gö-
rə bilirmiş. Adam arvadına dəlicəsinə əl yelləyərkən, birdən
arxadan kimsə onu çəkib və sonra gözdən itib. İti gözləri sa-
yəsində bir şey qadının diqqətini çəkib; adamın əynində sə-
hər evdən çıxarkən geyinmiş paltara bənzər tünd rəngli pen-
cək olmasına baxmayaraq, yaxalığı da, qalstuku da yox imiş.
Qadın işlərin yolunda olmadığını düşünərək pilləkənlərə -
çünki həmin ev, bu gecə qarşılaşdığımız tiryək təkkəsi idi, -
ön otağı keçib birinci mərtəbəyə çıxan pilləkənlərə yönəlib.
Amma sənə bəhs etdiyim alçaq Laskar, onu dayandırıb. Ya-
nındakı bir danimarkalıyla birlikdə qadını tutub küçəyə atıb-
lar. Ağılını başından alan şübhə və qorxularla küçə aşağı
qaçmış və bəxtindən yolda bir neçə polislə qarşılaşıb. Bir
müfəttiş və iki polislə birlikdə, ev sahibinin bütün etirazları-
na baxmayaraq cənab St. Kleyrin ən son göründüyü otağa çı-
xıblar. Amma adam orada yox imiş. O mərtəbədə oranı özü-
nə məskən seçmiş şikəst dilənçi varmış. O və Laskar, otaqda
başqa kimsənin olmadığına and içir. Müfəttiş xanım St. Kley-
rin yanıldığını düşünməyə başlayanda, qadın qışqıraraq ma-
sanın üzərindəki kiçik qutuya doğru dartınır və qapağını qo-
pararaq açır, içində uşaqların oyuncaq kirəmitləri varmış.
Adamın evə gətirəcəyini söylədiyi oyuncaqlardan imiş. Bu
148
Dostları ilə paylaş: |